Car çəkən, uca səslə bir xəbəri bildirən. (“Koroğlu” dastanının lüğəti)
Carçılar çığrışır, gərənay bozlar,
Ərəb atlar macal tapmaz qaşana.
Bunda baş götürmək hesaba keçməz,
Qoç igiddə yara gərək nişana.
(Əndəlib Qaracadaği, “Şeirlər məcmuəsi”)
*
Vəzirin əmri ilə carçılar hər yerdə car çəkdilər. Koroğlunun qorxusundan kimsə bu işə girişməyə cürət etmədi. Gözünün içinə kimi keçəl olan bir aşbaz şəyirdi var idi, adına Keçəl Həmzə deyirdilər. Keçəl Həmzə carçıların səsini eşidəndə ayaqyalın, başaçıq vəzirin yanına gəlib məsələdən halı oldu. (Paris nüsxəsi, 6-cı məclis)