Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cavahirli
Cavahirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kənd 1994-cü il aprelin 25-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponomiyası == Yaşayış məntəqəsinin adı Qarabağ xanı İbrahimxəlil xanın arvadı Cavahir xanımın adı ilə bağlıdır. "Cavahirli kəndinin əhalisi hələ xanlıqlar dövründə Cəfərbəy adlı birisinə mənsub olmuşdur. Qarabağ xanlığı Rusiyaya birləşdiriləndən sonra çar hökuməti orqanları həmin ailələri Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlamış və bundan sonra onlar "Cavahirxanımlı – tərəkəmə" adlanmışlar. Sonralar həmin maldar (tərəkəmə) ailələr məskunlaşaraq daimi yaşayış məntəqəsi yaratdıqda kənd sadəcə olaraq Cavahirli adlanmışdır. T. Əhmədov Cavahirli toponimini bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmiş adlar qrupuna daxil edir: "…Zərdab rayonundakı Əlibəyli kəndinin XIX əsrin ortalarında 11 evdən ibarət sahibkar kəndi kimi qeyd olunması, Ağdamdakı Cavahirli (keçmiş Cavahir Xanımlı (Üçüncü Tərəkəmə) kəndinin Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlanması kimi faktlar göstərir ki, bu qrupa daxil olan adlar bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmişlər". Cavahir (Cəvahir kimi də yazırlar) ərəb mənşəli sözdür.
Cəvahir İsgəndərova
Cəvahir Allahverdi qızı İsgəndərova (3 mart 1914, Tiflis – 4 oktyabr 2003, Bakı) — Azərbaycanın teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1954). == Həyatı == Cəvahir İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. O, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olmuşdur. Bakıda qız məktəbində təhsil alan Cəvahir İsgəndərova kiçik yaşlarından dram dərnəyinin üzvü olmuşdur. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa etmişdir. Elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur. Azərbaycan SSR xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olmuşdur. Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda vəfat edib.
Cavanşir
Cavanşir — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən məşhur nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.Cavanşir böyük hökmdar olmuşdur. Onun Azərbaycana çoxlu qatqıları olub. == Cavanşirin hakimiyyəti ərəfəsində Qafqaz Albaniyasında siyasi vəziyyət == Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi. 623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoru İraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar və xəzərlər Qafqazdakı Naxçıvan, Tiflis və digər şəhərləri tuturlar. Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur.
Cağazir
Şahbulaq (Ağdam) — Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Şahbulaq (Şərur) — Şərur rayonunun inzibati ərazi dairəsində kənd. Şahbulaq qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr qala divarları. Şahbulaq məscidi — Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məscid. Şahbulaq qalası (Naxçıvan) — хаlq аrаsındа Dəyirmаn qаyаsı dа аdlаnır. Şahbulaq yaşayış yeri — Şərur rayonunun Şаhbulаq kəndi ərаzisində yеrləşən yer. Şahbulaq nekropolu — Şаhbulаq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Şahbulaq dağı — Goranboy rayonu ərazisində dağ. Şahbulaqçay — Şahbuz rayonu ərazisində çay.
Navahi
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Cavanşir (ad)
Cavanşir — Azərbaycanda daha çox işlədilən kişi adı və təxəllüs. Cavanşir Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Cavanşir Quliyev — tanınmış Azərbaycan bəstəkarı. Cavanşir Məmmədov Cavanşir Məmmədov (siyasətçi) Cavanşir Məmmədov (general) Cavanşir Məmmədov (rejissor) Cavanşir Zeynallı — Müğənni. Cazmen. Aktyor. Cavanşir Hadıyev — Azərbaycan aktyorları Cavanşir Axundov — Azərbaycanın İran İslam Respublikasındakı səfiri, Tarix elmləri namizədi. Cavanşir Nağıyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Cavanşir (dəqiqləşdirmə)
Filmlər Cavanşir (film, 2002) — Hərbi-vətənpərvərlik mövzusunda olan kinolent Digər Cavanşirlər — Azərbaycanın qədim soylarından biri Cavanşir qəzası — Yelizavetpol quberniyasının bölgələrindən biri Cavanşir gölü — Ağsu şəhərindən cənub-qərbdə yerləşən və Ağsuçaydan qidalanan göl. Cavanşir qalası — İsmayıllı rayonu Talıstan ərazisində yerləşən qala.
Cavanşir Axundov
Cavanşir Əşrəf oğlu Axundov (6 iyun 1955, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İran İslam Respublikasında (2009–2016) və Latviya Respublikasında (2016–2021) fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cavanşir Əşrəf oğlu Axundov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi vəzifəsində çalışıb. 1995–1999-cu illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində işləyib. 2000-ci ildə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olub, 2001-ci ildən nazirliyin İkinci Şərq Ərazi İdarəsində rəis müavini işləyib. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb. 2008-ci ildən Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi idi. O, Azərbaycanın İran İslam Respublikasındakı səfiri vəzifəsinə 2009-cu il noyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə təyin olunub. Tarix elmləri namizədidir. Ailəlidir, bir övladı var.
Cavanşir Ağayev
Dərviş Cavanşir
Məmmədov Cavanşir Musa oğlu (Dərviş Cavanşir) — şair, nasir, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1996). == Həyatı == Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. Ailədə dörd nəfər olmuşlar — atası Musa, anası Səbayel və balaca qardaşı Şirxan. (Bir neçə şeirlərində valideynləri və qardaşının adı da çəkilir). Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960–1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970–1973). Ordu sıralarında xidmət etmişdir (1973–1975). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976–1982). Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982–1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985–1986), "Yazıçı" nəşriyyatında redaktor (1986–1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989–1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992–1995), "Xalq qəzeti"ndə baş müxbir (1995–1998) vəzifələrində çalışmışdır. "Ulus" qəzetinin əməkdaşı olub.
Gəvahir (Azərşəhr)
Gəvahir (fars. گواهر‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Mustafa Cavanşir
Mustafa Cavanşir (tam adı: Cavanşir Mustafa Zülqədər ağa oğlu; d. 1936, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2009, Bakı, Azərbaycan) — məşhur azərbaycanlı papaqçı. Mustafa Cavanşir 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideyləri ilə bərabər sürgündə olmuşdur. 1960-cı ildən 1989-cu ilədək Özbəkistan SSR-də yaşamışdır. 1989-cu ildə Bakıya dönüb papaqçılıqla məşğul olmuşdur. Mustafa Cavanşir 2009-cu ildə Bakıda vəfat etmişdir. Natəvan adlı qızı var. 2007-ci ildə "Papaq" sənədli filmində çəkilmiş, papağın mənşəyi və növləri barədə maraqlı məlumatlar vermişdir.
Rəşid Cavanşir
Rəşid Cəmil oğlu Cavanşir (17 iyul 1951, Bakı) — AMEA-nin müxbir üzvü (2001), geologiya-minerologiya elmləri doktoru, professor. Rəşid Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Lenin təqaüdü ilə həmin institutn geoloji kəşfiyyat fakültəsini bitirib. Təhsil illərində ali məktəbin ictimai həyatında da fəal iştirak edərək institutun həmkarlar komitəsinin sədri vəzifəsini tutub. Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Berlində keçirilən gənclər festivalında Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb. Ali təhsil aldıqdan sonra Rəşid Cavanşir öz gələcək həyatını elmə bağlayıb. Moskvanın ciddi maneələrinə baxmayaraq “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto-dikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib. Rəşid Cavnşir ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy¬yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb.
Zaur Cavanşir
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Cavanşir (film)
Cavanşir — rejissor Elçin Hami Axundovun 2002-ci ildə çəkdiyi hərbi-vətənpərvərlik mövzusunda olan cizgi filmi. == Məzmun == Hərbi-vətənpərvərlik mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılır. == Film haqqında == Cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompüter vasitəsilə yaradılmışdır. Film Aylinə və onun həmyaşıdlarına həsr olunmuşdur. Film "Bəsmələ" ilə başlayır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Hami Axundov (Elçin Axundov kimi) Quruluşçu rejissor: Elçin Hami Axundov (Elçin Axundov kimi) Quruluşçu rəssam: Gülşən Quliyeva, Elçin Axundov Multiplikasiya rəssamı: Firəngiz Quliyeva, Rauf Dadaşov, Gülşən Quliyeva, Arifə Hatəmi Multiplikator köməkçisi: Lalə Məmmədova, Samirə İsmayılova, Yuliya Maryaşkina, Aleksandra Şirinova Dekor rəssamı: Hüseyn Cavid İsmayılov Hərbi məsləhətçi: Mehdi Mehdiyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Qaralama montaj edən: Nisə Hacıyeva Səs operatoru: Teymur Abdullayev Kompüter yığımı və montajı: Konstantin Qavriş Kompüter qrafikası: Gülçin Özər İnzibatçı: İlqar Musayev, Nərminə Mehdiyeva Filmin direktoru: Heydər Dadaşov Musiqisindən istifadə edilən bəstəkar: Polad Bülbüloğlu === Filmi səsləndirənlər === Almaz Mustafayeva-Cavanşir Kazım Abdullayev — Komandir;Erməni;Sərkərdələr Nicat Kazımov — Tarix müəllimi;Əlibala Şəfəq Əliyeva Əliqulu Səmədov — Doktor Nuriyyə Əhmədova Rəfael Qasımov Şahin Rəqibov == Tənqid == Azərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: “Cavanşir” cizgi filminə baxmaq mümkün deyil. Qəhrəmanın başı tərsinə dönür.. Ordan Babəkin başı çıxır, burdan Şah İsmayılın başı çıxır. Bu qorxu təlqin edə bilər, vətənpərvərlik yox. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cavanşir Qasımov
Cavanşir Şahbazov
== Siyahı ==
Şahbazov Cavanşir
Cavanşir Balayev
== Siyahı ==
Cavanşir Cahangirov
Cavanşir Cahangirov (tam adı: Cavanşir Muradxan oğlu Cahangirov; 30 oktyabr 1955, Bakı – 4 fevral 2020, Bakı) — Əməkdar jurnalist, 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. == Həyatı == Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962–1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986–1992-ci illərdə "Gənclik" redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Vəfatından əvvəl isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının vəzifələrində çalışırdı. O, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. == Maraqlı faktlar == Əməkdar jurnalist Cavanşir Canahgirov vaxtilə populyar olan "Çay dəstgahı" verilişinin müəllifi və aparıcısı kimi tanınıb.
Cavanşir Carçıyev
Cavanşir Əsgər oğlu Carçıyev — Qazax rayonu İcra hakimiyyətinin sabiq başçısı Carçıyev Cavanşir 1952-ci il yanvarın 5-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft-Kimya institutunu bitirdikdən sonra təyinat yerinə işləməyə gedərək 1979-cu ilədək Qorki vilayətinin Vıksa şəhərində elektrik idarəsində usta vəzifəsindən idarənin rəisi vəzifəsinə qədər yüksəlib. 1979–1981-ci illərdə Gəncə elektrik quraşdırma idarəsində baş iş icraçısı və başqa illərdə müxtəlif vəzifələrdə işləyib. Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdə öncüllərdən biri olub. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin Qazax rayon şöbəsinin İdarə heyətinin üzvü, AXCP-nin hakimiyyəti illərində, Müharibənin ən qızğın dövründə Qazax Rayon İcra Başçısı vəzifəsində çalışıb. 1994-cü ildə faciəvi şəkildə dünyasını dəyişib.
Cavanşir Cəfərov
Cavanşir Cəfərov (23 aprel 1953, Bakı) — məşhur azərbaycanlı dirijor, Azərbaycan Respublikasının xalq artisti(2005), əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Musiqi Akademiyasının müəllimi, professor. == Həyatı == Cavanşir Cəfərov 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunu, 1977-ci ildə isə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirmişdir. Hələ gənc yaşlarından "cazibədar dirijor çubuğu", xora və daha sonra simfonik orkestrə rəhbərlik etmə imkanı Cavanşir Cəfərovu daim özünə çəkirdi. Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, professor E. Novruzovun yetirməsi olan C. Cəfərov dirijor sənətini daha da dərindən öyrənmək üçün 1972-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Konservatoriyasında xor dirijorluğu ixtisası üzrə professor A. İ. Anisimovun sinfində təhsilini davam etdirməyi qərara alır. Burada görkəmli rus xormeysterləri olan N. V. Şyolkov, Romanovski və K. A. Olxov da ona dərs demişlər. 1979-cu ildə Bakıya qayıtdandan sonra Cavanşir Cəfərov, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Azər Rzayevin dəvətilə teatrın xormeysteri vəzifəsinə təyin olunur. Simfonik orkestrin dirijoru kimi ilk dəfə Cavanşir Cəfərov 1983-cü ildə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından üvertüranın və "Çənlibel" xorunun ifası ilə çıxış etmişdir. 1985-ci ildə Cavanşir Cəfərov Musiqili Komediya Teatrının dirijoru vəzifəsinə təyin olunur və 1990-cı ilə qədər baş dirijor vəzifəsini icra edir. C. Cəfərov teatrın səhnəsində Leqarın "Şən dul qadın", Ştrausun "Yarasa", R. Hacıyevin "Yol ayrıcı", "Mən evlənirəm, ana", E. Sabitoğlunun "Bir gün Bağdadda" və digər tamaşaları səhnəyə qoyur.
Cavanşir Dadaşov
Cavanşir Əjdər oğlu Dadaşov (1956, Novxanı) — Azərbaycan rəssamı və heykəltaraşı. == Həyatı == Cavanşir Dadaşov 1956-cı ildə Novxanı kəndində anadan olub. O, 1973-1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almış, 1979-1985-ci illərdə Xarkov Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirmişdir. Cavanşir Dadaşov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == İşləri == Xarkov şəhərində Nikolay Astrivskinin abidəsi, 2-ci dünya müharibəsində həlak olmuş tələbələrin abidəsi Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi Şamaxı şəhərində İmadəddin Nəsimin abidəsi, Yevlax şəhərində Səməd Vurğunun abidəsi, Bakı şəhərində "20 Yanvar" abidəsi, Koroğlu Rəhimovun büstü, Topçubaşovun memorialı Gədəbəy rayonunda Azərbaycanın milli qəhrəmanı Məzahir Rüstəmovun abidəsi. == Həmçinin bax == Məhəmməd Əmin Rəsulzadənin heykəli 20 Yanvar abidə-kompleksi == Mənbə == Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
Cavanşir Feyziyev
Cavanşir Əyyub oğlu Feyziyev (12 iyul 1963, Böyük Dəhnə, Nuxa rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Mədəniyyət komitəsinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. == Həyat və fəaliyyəti == Cavanşir Feyziyev 1963-cü ildə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 1970–1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977–1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır. 1983–1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir. 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə ABŞ-nın Filip Morris ing. Philip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir. 1998–2002-ci illərdə ing.
Canaxır
Canaxır və ya Aşağı Əlik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hülövlü inzibati ərazi vahidində kənd. == Adının mənası == Kəndin əsasını əslən Quba rayonunun Əlik kəndindən olan əliklilər "Canaxır" adlanan yerdə qoymuşdur. Kənd əvvəllər Aşağı Əlik də adlanmışdır. Oykonim "əkin sahəsi üçün yararsız yer" mənasındadır. Belə ki, Azərbaycan dilinin əksər dialektlərində "cana" sözü "yararsız" və ya "pis", "xır" sözü isə "əkin sahəsi" mənalarında işlənir. == Tarixi == Bu ərazidə kəndin yaranması tarixi dəqiq məlum deyildir. Lakin əliklilərə məxsus bəzi ailələr bu əraziyə köçərək, burada daimi məskunlaşmışması nəticəsində bu ərazidə kənd salınması məlumdur. == Coğrafiyası və iqlimi == Samur-Dəvəçi ovalığındadır. == Əhalisi == Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından biri olan əliklilər təşkil edir.
Gavahın
Gavahın (əvvəlki adı: Kavahan) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kavahan kəndi Kavahın kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Gavahın kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Kəndin adı 1992-ci ilədək Gavahan variantında qeydə alınmışdır. XIX əsrdə Şuşa qəzasında eyniadlı dağ və yaşayış məntəqəsi olmuşdur. Oykonim qədim türk dillərindəki gav (dağ yamacı, eniş, sürüşkən yer) və ahın/axun (yüksəklik, zirvə) komponentlərindən düzəlib, "dağ ətəyi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Gavahın kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Çabahar
Çabahar — İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən şəhər. Bu şəhər İranın yeganə okean limanıdır ki, Hind okeanı və Umman körfəzi sahillərində yerləşib. Əhalinin əksəriyyəti bəluclardır. Çabahar əhalisi Bəluc dilində danışır və əsasən sünni müsəlmandırlar.
Navahı
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Çabahar şəhristanı
Çabahar şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çabahar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 214,017 nəfər və 41,532 ailədən ibarət idi.
Çanaxır təpələri
Çanaxır təpələri — Xaçmaz rayonunun Canaxır kəndi yaxınlığında, Ağçayın sahilində yerləşən antik dövrə aid arxeoloji abidə. Xaçmaz rayonu Mehrəliqışlaq və Canaxır kəndləri yaxınlığında olan Çanaxır təpələri qədim yaşayış məskənidir. Çanaxır təpələri Ağçayın sahilində aparılmış arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib. Təsərrüfat işləri ilə bağlı olaraq mühəndis qurğularının inşası və şum zamanı islamdan əvvəlki sivilizasiyanın tapılmış nümunələri bu ərazidə qalın torpaq laylarının altında tarixi məlumatların yatdığından, əldə edilmiş tunc, dəmir və saxsıdan düzəldilmiş əmək alətləri, silahlar və bəzək əşyaları isə burada tarixin müxtəlif dövrlərində sənətkarlığın bir çox sahələrinin yüksək inkişafından xəbər verir. 1970-ci illərin sonunda Kurqanın ətəyində suvarma üçün kanal çəkilən zaman arxın divarının uçulması zamanı burada qadın skeletinin qalıqlarını tapılmışdır. Onun üzərində sırğalar, qollarında nazik ölçülü qolbaqlar, digər tunc asma bəzəklər aşkar etmişlər. Bundan əlavə buradan tuncdan dairəvi formalı, üstü şarvari formalı müxtəlif ölçülü bəzək əşyaları, at əsləhəsinin qalıqları və perçimlər də tapılmışdır. Eyni zamanda kişi qəbrindən tapılmış romb formalı tuncdan düzəldilərək üstü rəngli mina ilə naxışlanmış amuleti (zənciri dağılmış şəkildə) arxeoloqlar son tunc dövrünə aid etmişdir. Torpağın altından tapılmış abidələrə ölünün dəfni zamanı ayaq və baş tərəfi müxtəlif ölçülü və təyinatlı saxsı qabları (küp, cam, dopu, bardaqlar, qaraçıraqlar), hətta ikikameralı çıraqlar, dəmir silah və alətləri, tunc və misdən hazırlanmış hamar, naxışlı, burma formalı qolbağı, bəzək əşyalarını qeyd etmək olar. Müxtəlif rəngli daşlardan, sədəf və sümükdən hazırlanmış boyunbağılar da aşkar olunub.