CAVANŞAH
CAVİD
OBASTAN VİKİ
Dərviş Cavanşir
Məmmədov Cavanşir Musa oğlu (Dərviş Cavanşir) — şair, nasir, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1996). == Həyatı == Dərviş Cavanşir 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. Ailədə dörd nəfər olmuşlar — atası Musa, anası Səbayel və balaca qardaşı Şirxan. (Bir neçə şeirlərində valideynləri və qardaşının adı da çəkilir). Burada kənd məktəbində ibtidai, Naxçıvan şəhərinin 1 saylı məktəbində orta təhsil almışdır (1960–1970). Əmək fəaliyyətinə tikinti sahəsində fəhləliklə başlamışdır (1970–1973). Ordu sıralarında xidmət etmişdir (1973–1975). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1976–1982). Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor (1982–1985), kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor (1985–1986), "Yazıçı" nəşriyyatında redaktor (1986–1988), Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin (1989–1992), "Aydınlıq" qəzetində şöbə müdiri (1992–1995), "Xalq qəzeti"ndə baş müxbir (1995–1998) vəzifələrində çalışmışdır. "Ulus" qəzetinin əməkdaşı olub.
Mustafa Cavanşir
Mustafa Cavanşir (tam adı: Cavanşir Mustafa Zülqədər ağa oğlu; d. 1936, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2009, Bakı, Azərbaycan) — məşhur azərbaycanlı papaqçı. Mustafa Cavanşir 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideyləri ilə bərabər sürgündə olmuşdur. 1960-cı ildən 1989-cu ilədək Özbəkistan SSR-də yaşamışdır. 1989-cu ildə Bakıya dönüb papaqçılıqla məşğul olmuşdur. Mustafa Cavanşir 2009-cu ildə Bakıda vəfat etmişdir. Natəvan adlı qızı var. 2007-ci ildə "Papaq" sənədli filmində çəkilmiş, papağın mənşəyi və növləri barədə maraqlı məlumatlar vermişdir.
Cavanşir
Cavanşir — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən məşhur nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.Cavanşir böyük hökmdar olmuşdur. Onun Azərbaycana çoxlu qatqıları olub. == Cavanşirin hakimiyyəti ərəfəsində Qafqaz Albaniyasında siyasi vəziyyət == Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi. 623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoru İraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar və xəzərlər Qafqazdakı Naxçıvan, Tiflis və digər şəhərləri tuturlar. Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur.
Cavanşir (ad)
Cavanşir — Azərbaycanda daha çox işlədilən kişi adı və təxəllüs. Cavanşir Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Cavanşir Quliyev — tanınmış Azərbaycan bəstəkarı. Cavanşir Məmmədov Cavanşir Məmmədov (siyasətçi) Cavanşir Məmmədov (general) Cavanşir Məmmədov (rejissor) Cavanşir Zeynallı — Müğənni. Cazmen. Aktyor. Cavanşir Hadıyev — Azərbaycan aktyorları Cavanşir Axundov — Azərbaycanın İran İslam Respublikasındakı səfiri, Tarix elmləri namizədi. Cavanşir Nağıyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Cavanşir (dəqiqləşdirmə)
Filmlər Cavanşir (film, 2002) — Hərbi-vətənpərvərlik mövzusunda olan kinolent Digər Cavanşirlər — Azərbaycanın qədim soylarından biri Cavanşir qəzası — Yelizavetpol quberniyasının bölgələrindən biri Cavanşir gölü — Ağsu şəhərindən cənub-qərbdə yerləşən və Ağsuçaydan qidalanan göl. Cavanşir qalası — İsmayıllı rayonu Talıstan ərazisində yerləşən qala.
Cavanşir Axundov
Cavanşir Əşrəf oğlu Axundov (6 iyun 1955, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İran İslam Respublikasında (2009–2016) və Latviya Respublikasında (2016–2021) fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cavanşir Əşrəf oğlu Axundov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi vəzifəsində çalışıb. 1995–1999-cu illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində işləyib. 2000-ci ildə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olub, 2001-ci ildən nazirliyin İkinci Şərq Ərazi İdarəsində rəis müavini işləyib. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb. 2008-ci ildən Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi idi. O, Azərbaycanın İran İslam Respublikasındakı səfiri vəzifəsinə 2009-cu il noyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə təyin olunub. Tarix elmləri namizədidir. Ailəlidir, bir övladı var.
Cavanşir Ağayev
Cavanşir Balayev
== Siyahı ==
Cavanşir Cahangirov
Cavanşir Cahangirov (tam adı: Cavanşir Muradxan oğlu Cahangirov; 30 oktyabr 1955, Bakı – 4 fevral 2020, Bakı) — Əməkdar jurnalist, 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. == Həyatı == Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962–1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986–1992-ci illərdə "Gənclik" redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Vəfatından əvvəl isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının vəzifələrində çalışırdı. O, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. == Maraqlı faktlar == Əməkdar jurnalist Cavanşir Canahgirov vaxtilə populyar olan "Çay dəstgahı" verilişinin müəllifi və aparıcısı kimi tanınıb.
Cavanşir Carçıyev
Cavanşir Əsgər oğlu Carçıyev — Qazax rayonu İcra hakimiyyətinin sabiq başçısı Carçıyev Cavanşir 1952-ci il yanvarın 5-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft-Kimya institutunu bitirdikdən sonra təyinat yerinə işləməyə gedərək 1979-cu ilədək Qorki vilayətinin Vıksa şəhərində elektrik idarəsində usta vəzifəsindən idarənin rəisi vəzifəsinə qədər yüksəlib. 1979–1981-ci illərdə Gəncə elektrik quraşdırma idarəsində baş iş icraçısı və başqa illərdə müxtəlif vəzifələrdə işləyib. Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdə öncüllərdən biri olub. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin Qazax rayon şöbəsinin İdarə heyətinin üzvü, AXCP-nin hakimiyyəti illərində, Müharibənin ən qızğın dövründə Qazax Rayon İcra Başçısı vəzifəsində çalışıb. 1994-cü ildə faciəvi şəkildə dünyasını dəyişib.
Cavanşir Cəfərov
Cavanşir Cəfərov (23 aprel 1953, Bakı) — məşhur azərbaycanlı dirijor, Azərbaycan Respublikasının xalq artisti(2005), əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Musiqi Akademiyasının müəllimi, professor. == Həyatı == Cavanşir Cəfərov 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunu, 1977-ci ildə isə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirmişdir. Hələ gənc yaşlarından "cazibədar dirijor çubuğu", xora və daha sonra simfonik orkestrə rəhbərlik etmə imkanı Cavanşir Cəfərovu daim özünə çəkirdi. Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, professor E. Novruzovun yetirməsi olan C. Cəfərov dirijor sənətini daha da dərindən öyrənmək üçün 1972-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Konservatoriyasında xor dirijorluğu ixtisası üzrə professor A. İ. Anisimovun sinfində təhsilini davam etdirməyi qərara alır. Burada görkəmli rus xormeysterləri olan N. V. Şyolkov, Romanovski və K. A. Olxov da ona dərs demişlər. 1979-cu ildə Bakıya qayıtdandan sonra Cavanşir Cəfərov, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Azər Rzayevin dəvətilə teatrın xormeysteri vəzifəsinə təyin olunur. Simfonik orkestrin dirijoru kimi ilk dəfə Cavanşir Cəfərov 1983-cü ildə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından üvertüranın və "Çənlibel" xorunun ifası ilə çıxış etmişdir. 1985-ci ildə Cavanşir Cəfərov Musiqili Komediya Teatrının dirijoru vəzifəsinə təyin olunur və 1990-cı ilə qədər baş dirijor vəzifəsini icra edir. C. Cəfərov teatrın səhnəsində Leqarın "Şən dul qadın", Ştrausun "Yarasa", R. Hacıyevin "Yol ayrıcı", "Mən evlənirəm, ana", E. Sabitoğlunun "Bir gün Bağdadda" və digər tamaşaları səhnəyə qoyur.
Cavanşir Dadaşov
Cavanşir Əjdər oğlu Dadaşov (1956, Novxanı) — Azərbaycan rəssamı və heykəltaraşı. == Həyatı == Cavanşir Dadaşov 1956-cı ildə Novxanı kəndində anadan olub. O, 1973-1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almış, 1979-1985-ci illərdə Xarkov Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirmişdir. Cavanşir Dadaşov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == İşləri == Xarkov şəhərində Nikolay Astrivskinin abidəsi, 2-ci dünya müharibəsində həlak olmuş tələbələrin abidəsi Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi Şamaxı şəhərində İmadəddin Nəsimin abidəsi, Yevlax şəhərində Səməd Vurğunun abidəsi, Bakı şəhərində "20 Yanvar" abidəsi, Koroğlu Rəhimovun büstü, Topçubaşovun memorialı Gədəbəy rayonunda Azərbaycanın milli qəhrəmanı Məzahir Rüstəmovun abidəsi. == Həmçinin bax == Məhəmməd Əmin Rəsulzadənin heykəli 20 Yanvar abidə-kompleksi == Mənbə == Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
Cavanşir Feyziyev
Cavanşir Əyyub oğlu Feyziyev (12 iyul 1963, Böyük Dəhnə, Nuxa rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Mədəniyyət komitəsinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. == Həyat və fəaliyyəti == Cavanşir Feyziyev 1963-cü ildə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 1970–1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977–1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır. 1983–1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir. 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə ABŞ-nın Filip Morris ing. Philip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir. 1998–2002-ci illərdə ing.
Cavanşir Hadıyev
Cavanşir Rüfət oğlu Hadıyev — Azərbaycan kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Cavanşir Hadıyev 1969-cu il aprelin 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini 126 nömrəli məktəbdə alıb. 1986-cı ildə Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun sinifinə qəbul olunur. 1990-cı ildə təhsilini başa çatdırıb Azərbaycana qayıdıb. Bakıya gəldikdən sonra Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında və “Yuğ” teatrlarında çalışmağa başlayıb. Daha sonra teatrdan ayrılaraq Müdafiə Nazirliyinin sənədli filmlər studiyasında hərbi rejissor kimi fəaliyyətini davam etdirib. 2000-ci ildə “Lider” televiziyasına dublyaj rejissoru kimi dəvət olunub. == Fəaliyyəti == Cavanşir Hadıyev 30-a yaxın filmdə obrazlar canlandırıb. O, ilk dəfə 1991-ci ildə Mozalan kinojurnalının 162-ci buraxılışında "Adi əhvalat" qısa komediyasında çəkilib.
Cavanşir Hüseynov
Cavanşir Təmraz oğlu Hüseynov (23 yanvar 1934, Qazax rayonu – 2 dekabr 1985) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri (1978–1985), Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini (1975–1978), Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı. == Həyatı == Cavanşir Təmraz oğlu Hüseynov 1934-cü il yanvarın 23-də anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra Bakı Baş Tikinti İdarəsinin tikinti idarələrində inşaatçı-texnik və tikinti ustası işləmişdir. 1958-ci ildən 1963-cü ilədək Azərbaycan Politexnik İnstitutunun müəllimi və aspirantı olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR Tikinti Nazirliyi tikintinin təşkili və texnologiyası trestinin baş layihə mühəndisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifəsini icra edən, Baş Kolxozlararası Tikinti İdarəsi tikinti yardım bürosunun rəisi vəzifələrində işləmişdir. 1968-ci ildən "Sənayetikintimexanikləşdirmə" tresti müdirinin müavini, trestin baş mühəndisi işləmiş və 1971–1975-ci illərdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi 4 nömrəli trestinin müdiri olmuşdur. Cavanşir Hüseynov 1975-ci ildən 1978-ci ilədək Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini işləmişdir. 1978-ci ildə o, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri təyin edilmişdir. Cavanşir Hüseynov 1968-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Cavanşir Həmidli
Cavanşir Kazımov
Cavanşir Kazımov (Kazımov Cavanşir Kazım oğlu; d. 27 dekabr 1950, Gədəbəy rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Cavanşir Kazımov 1950-ci 27 dekabırda anadan olmuşdur. 1968-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirib. Universitetin Elmi Tədqiqat hesablama mərkəzində mühəndis-proqramçı, kicik elmi işçi, laboratoriya müdri və şöbə müdri vəzifəsində calışmışdır.1983-cü ildə BDU-nun Tətbiqi riyaziyyat kafedrasının baş müəllimi vəzifəsinə secilmişdir. 1984-cü ildə elmlər namizədi alimlik dərəcəsi almaq ücün müdafiə eləmişdir. Hazırda Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında dosent, həm də Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini vəzifəsində calışır. == Təhsili və elmi dərəcə və elmi adları == 1973-cü ildə Bakı Dövlət Universitetini bitirib. "Qursa və Trikomi məsələlərinin təqribi həlləri" mövzusunda, 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq ücün dissertasiya müdafiə eləmişdir. Fizika-riyaziyyat elmləri namizədi, dosent == Əmək fəaliyyəti == 1973–1983 cü illər Bakı Dövlət Universitetin Elmi Tədqiqat hesablama mərkəzində mühəndis-proqramçı, kicik elmi işçi, laboratoriya müdri və şöbə müdri vəzifəsində calışmışdır.
Cavanşir Məmmədov
Cavanşir Məmmədov (siyasətçi)
Rəşid Cavanşir
Rəşid Cəmil oğlu Cavanşir (17 iyul 1951, Bakı) — AMEA-nin müxbir üzvü (2001), geologiya-minerologiya elmləri doktoru, professor. Rəşid Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Lenin təqaüdü ilə həmin institutn geoloji kəşfiyyat fakültəsini bitirib. Təhsil illərində ali məktəbin ictimai həyatında da fəal iştirak edərək institutun həmkarlar komitəsinin sədri vəzifəsini tutub. Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Berlində keçirilən gənclər festivalında Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb. Ali təhsil aldıqdan sonra Rəşid Cavanşir öz gələcək həyatını elmə bağlayıb. Moskvanın ciddi maneələrinə baxmayaraq “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto-dikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib. Rəşid Cavnşir ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy¬yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb.
Zaur Cavanşir
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Cavanşir (film)
Cavanşir — rejissor Elçin Hami Axundovun 2002-ci ildə çəkdiyi hərbi-vətənpərvərlik mövzusunda olan cizgi filmi. == Məzmun == Hərbi-vətənpərvərlik mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılır. == Film haqqında == Cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompüter vasitəsilə yaradılmışdır. Film Aylinə və onun həmyaşıdlarına həsr olunmuşdur. Film "Bəsmələ" ilə başlayır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Hami Axundov (Elçin Axundov kimi) Quruluşçu rejissor: Elçin Hami Axundov (Elçin Axundov kimi) Quruluşçu rəssam: Gülşən Quliyeva, Elçin Axundov Multiplikasiya rəssamı: Firəngiz Quliyeva, Rauf Dadaşov, Gülşən Quliyeva, Arifə Hatəmi Multiplikator köməkçisi: Lalə Məmmədova, Samirə İsmayılova, Yuliya Maryaşkina, Aleksandra Şirinova Dekor rəssamı: Hüseyn Cavid İsmayılov Hərbi məsləhətçi: Mehdi Mehdiyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Qaralama montaj edən: Nisə Hacıyeva Səs operatoru: Teymur Abdullayev Kompüter yığımı və montajı: Konstantin Qavriş Kompüter qrafikası: Gülçin Özər İnzibatçı: İlqar Musayev, Nərminə Mehdiyeva Filmin direktoru: Heydər Dadaşov Musiqisindən istifadə edilən bəstəkar: Polad Bülbüloğlu === Filmi səsləndirənlər === Almaz Mustafayeva-Cavanşir Kazım Abdullayev — Komandir;Erməni;Sərkərdələr Nicat Kazımov — Tarix müəllimi;Əlibala Şəfəq Əliyeva Əliqulu Səmədov — Doktor Nuriyyə Əhmədova Rəfael Qasımov Şahin Rəqibov == Tənqid == Azərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: “Cavanşir” cizgi filminə baxmaq mümkün deyil. Qəhrəmanın başı tərsinə dönür.. Ordan Babəkin başı çıxır, burdan Şah İsmayılın başı çıxır. Bu qorxu təlqin edə bilər, vətənpərvərlik yox. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cavanşir Qasımov
Cavanşir Şahbazov
== Siyahı ==
Şahbazov Cavanşir
Fərəc Cavanşirov
Fəzləli bəy Sarıcalı-Cavanşir
Fəzləli bəy Sarıcalı-Cavanşir — Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Əfşar Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyliklərini ləğv etdi və Azərbaycanı paytaxtı Təbriz, başçısı öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Nadir şah Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları Fəzləli bəyi və Pənahəli bəyi (sonradan Pənahəli xan) öz ordusunda xidmətə almışdı. Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra eşikağası təyin etmişdi. Qarabağ ellərinin sürgününə görə Nadir şaha açıq — aşkar etiraz etdiyi üçün Fəzləli bəy öldürüldükdən sonra onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə tapşırdılar. == İstinadlar == == Həmçinin bax == Qarabağ xanlığı == Ədəbiyyat == Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. III kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 248 səh.
Gövhər ağa Cavanşir (tarixi roman)
Gövhər ağa Cavanşir — Mehriban Vəzirin 2018-ci ildə nəşr olunmuş Qarabağ xanı İbrahimxəlil xanın qızı, xeyriyyəçi-mesenat Gövhərnisə bəyim Sarıcal-Cavanşir barədə tarixi romanı. == Məzmun == Gövhər ağa Cavanşir xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biridir. Qarabağlı İbrahim xanın qızı Gövhər ağa dövrünün ən gözəl, ən zəngin və mütərəqqi xanımlarından biri olmuşdur. Böyük sərvətini xeyriyyə işlərinə xərcləmiş, alimləri və ədibləri himayə etmiş, məscidlər, mədrəsələr, məktəblər, xəstəxanalar, körpülər inşa etdirmişdir. Bu gün əsirlikdə olan Şuşanın rəmzinə çevrilmiş “Gövhərağa məscidi” xanqızının mədəniyyət tariximizə qiymətli töhfəsidir. Qarabağın işğalı Gövhər ağanın taleyini amansızca müəyyən etmişdi. Xanqızının acı həyat hekayəsi və ictimai fəaliyyəti ilk dəfə geniş şəkildə araşdırılmış və qələmə alınmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2018-ci ildə Bakı Kitab Klubunda 214 səhifədə nəşr edilib. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gövhər ağa Cavanşirin (1790-1868) həyatı və ictimai fəaliyyətindən bəhs edən kitabın yazılması və nəşri” layihəsi çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb. == İstinadlar == == Həmçinin bax == Yuxarı Gövhər ağa məscidi Aşağı Gövhər ağa məscidi Ağabəyim ağa Cavanşir tarixi-sənədli romanı == Xarici keçidlər == "Gövhər ağa Cavanşir (Tarixi roman)" ( (az.)).
Gövhərbəyim ağa Sarıcalı-Cavanşir
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Hacı Ağalar bəy Sarıcalı-Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hacı Ağalar xan Cavanşir
Cavanşir Hacı Ağalar xan Qasım bəy oğlu (1758, Şuşa – 1834, Tehran) — Qarabağ bəyi, kapitan, Pənahəli xanın qardaşı nəvəsi. == Həyatı == Qasım bəyin dördüncü oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüyüb özünü tanıyandan savaş sənəti ilə məşğul idi. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəylə bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istəyirdi. Onlara Qarabağ ərazisində bəs deyincə tiyul vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obalarının yiyəsi idi. Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasım bəylə bərabər Abbas mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan çini ilə ödüllənmişdi.
Hüseyn ağa Sarıcalı-Cavanşir
Hüseyn ağa Sarıcalı-Cavanşir (1854 -1924) — şair. == Həyatı == Hidayət ağanın ikinci oğlu Hüsеyn ağa 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Xoştəb şair, xеyrxah insan idi.Onun da nəsibinə sürgün, zindan payı düşmüşdü. 1890-cı ilin yayında Cəbrayılda alman tədqiqatçı Qustav Radde ilə görüşmüşdü. Radde kitabında onu "qəza rəisinin köməkçisi" kimi təqdim edir. Daha sonra tutulub Sibirə sürgün еdilmişdi. Zindan çəkib gələndən sonra atasının ayırdığı mülkü idarə еdirdi. 1895-ci ildə Zaqafqaziya diyarının aksiz idarəsində tütün üzrə nəzarətçi vəzifəsində çalışmışdı. Hüsеyn ağanın torpaqları Ziyarət dağından Arazboyuna qədər uzanırdı.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si. == Həyatı == Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.
Həmidə xanım Cavanşirin ev-muzeyi
Həmidə xanım Cavanşirin ev-muzeyi — Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyi == Muzeyin yaranması == Şuşa qəzasının Ağcabədi kəndində doğulan Həmidə xanımın evi Sovet hakimiyyəti illərində əvvəlcə orta məktəb, sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində isə burada məcburi köçkünlər məskunlaşıb. 2005-ci ildə təmir edilən evdə muzey yaradılıb. Ev- muzeyin ümumi sahəsi 360 kvadratmetr, ekspozisiya sərgi sahəsi 120 kvadratmetrdir. == Muzeydəki materiallar == 2005-ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu vardır. Bu otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq otağı, 4-cü salon isə yemək otağıdır. Otaqların qarşısı dəhlizdən ibarətdir. Muzeyin 4 ekspozisiya salonunda ümumilikdə 192 eksponat nümayiş etdirilir. Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, plakatlar, əl işləri, məişət əşyaları (divar saatı, şamdan, kömür ütüsü, çıraq, güldan, qablar), əlyazmalar, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, qəzet və jurnallar, xatirə albomu, evin qarşısındakı daşdan yonulan qoç fiquru ziyarətə gələnlərin böyük marağına səbəb olur == Muzeyin fəaliyyəti == 2006-cı ildə muzeydə Azərbaycan tarixində, milli mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan qaldırılmasında tarixi rol oynamış bir çox görkəmli ədəbi simaların geniş tanınmasında ədəbi məktəb olmuş "Molla Nəsrəddin" jurnalının 100 illik yubleyi keçirilmişdir. Həmidə xanımın doğum günü hər il qeyd edilir.
II Səfixan ağa Yağləvəndli-Cavanşir
II Səfixan ağa Yağləvəndli-Cavanşir (?-19 sentyabr 1768) - XVIII əsrdə yaşamış hərbi xadim, Qarabağ bəyi, xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı, kələntər. Nadir şah Əfşarın ordusunda xidmət etmişdir. == Həyatı == Səfi xan Zeynalxan ağa oğlu XVIII yüzilin ortalarında ömür sürüb. Savadlı adam idi. Atasından sonra Yağləvənd oymağının oymaqbəyi kimi Havsalıları savaşa, yaylaq-qışlağa aparırdı. Yağlavənddə doğulmuş Səfixan ağa gəncliyini elə orada keçirmişdir. Nadir şah Qırxlı-Avşar Qarabağda hərbi çağırış elan edəndə Səfi xan atlıları ilə orduya qatılmışdı. Bir çox döyüşlərdə igidlik göstərmişdi. Yurdunda səngər qurmuş, Osmanlılara qarşı döyüşmüşdü. Indiki Araz Dilağarda ərazisində “Səfixan səngəri” adlı savaş meydanı onun adınadır.
Leyla Cavanşirova
Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Mehdiqulu xan Cavanşir
Mehdiqulu xan Cavanşir (1763, Şuşa rayonu – 1845, Şuşa rayonu) — 1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı. Məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın atasıdır. == Həyatının erkən illəri == 1763-cü ildə İbrahimxəlil xanın ailəsində doğulmuşdur. Anası Xurşid Bəyim Gəncə xanı Cavad xanın qızı, Şahverdi xan Ziyadoğlunun nəvəsidir. Bəzi mənbələrdə 1763-cü ildə anadan olması qeyd olunsa da, 1805-ci ilin noyabrında Sisisanovun verdiyi hesabata görə, Mehdiqulu xan o zaman 33 yaşında olmuşdur. Bu isə onun doğum tarixinin 1772-ci il olmasını göstərir. Mehdiqulu xan gəncliyində burnunun yarısını Qacarlara qarşı savaşda itirmişdir. == İbrahimxəlil xanın hakimiyyəti dövrü == O, ögəy qardaşı Məhəmmədhəsən ağa Cavanşirlə birlikdə əmisioğlu Məhəmməd bəyi (Mehrəli bəyin oğlu) təqib etməyə göndərilmişdi. Məhəmməd bəy 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsindən sonra çıxan xaosdan istifadə edərək Qarabağdakı, hakimiyyəti ələ almışdı. 1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi imzalandıqdan sonra Mehdiqulu xana Rusiya imperiyasının generalı rütbəsi verilmişdir.
Mehdiqulu xan Sarıcalı-Cavanşir
Mehdiqulu xan Cavanşir — Qarabağın sonuncu xanı. Mehdiqulu xan Hidayət — Üç dəfə İranın baş naziri Mehdiqulu xan Vəfa — azərbaycanlı hərbçi, çar ordusunun podpolkovniki. Mehdiqulu xan Tacbəxş — İran jandarmasının komandanı.
Mehrəli bəy Sarıcalı-Cavanşir
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Mirzə Camal Cavanşir Qarabaği
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir (1773, Şuşa – 1853, Şuşa) — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası. Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa ləzgi və avar dilini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar. 1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü.
Mirzə Camal Cavanşir Qarabağlı
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir (1773, Şuşa – 1853, Şuşa) — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası. Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa ləzgi və avar dilini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar. 1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü.
Mirzəhüseyn bəy Cavanşir
Mirzəhüseyn bəy Cavanşir (?-1612) — Cavanşir oymağının və Otuziki elinin başçısı. Mirzəhüseyn bəy Cavanşir oymağının və Otuziki elinin başçısı olmuşdu. Osmanlı ordusu 1588-ci ildə Qarabağı, Arazbarı alanda Mirzəhüseyn bəy qaçmayıb yurdunda qaldı. Fərhad paşa Mirzəhüseyn bəyi Arazbarın hakimi və Otuziki elinin başçısı təyin etdi. Mirzəhüseyn bəy bir müddətdən sonra qaçıb Qızılbaş ordusuna qoşuldu. Tarixçi İskəndər bəy Türkman Münşi bu iki qardaşın başına gələn əHvalata öz ünlü əsərində xeyli yer ayırıb. Tarixçi yazır: "İkinci qəziyyə Əlixan bəy Cavanşir və qardaşı Mirzəhüseyn bəyin ölümü ilə bağlıdır. Cavanşir eli Qarabağ tərəkəmələrindəndir. Cavanşir otuz iki oymaqdan ibarət olan Otuziki elinə bağlıdır ki, onların babaları o elin əmirləri olublar. Onların ailəsi, oymaq və elləri rumluların istilası zamanı Qarabağda qalmışdılar.
Molla Abbas Cavanşir
Molla Abbas Cavanşir — şair, müəllim, alim, riyaziyyatçı. Molla Abbas Molla Hüsеynəlini oğlu 1849-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Sarıcalı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra Kürdüstanda (İraqda), Sinə sığır (Kiçik Sinədə) mahalında ali savada yiyələnmişdi. Şair idi. Nücum və riyaziyyat еlmlərini də tamam-kamal öyrənmişdi. Şərq dillərini bilirdi. Təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Axund Molla Abbas Qarabağ əhlindəndir. Sarıcallı kəndindən, Cavanşir əhalisindən. Şеirlərini gah Abbas, gah da Cavanşir adı ilə dеmişdir.
Molla Səfi Gecəgözlü-Cavanşir
Molla Səfi Gücəgözlü-Cavanşir — qazı, məktəbdar. Molla Səfi Gecəgözlü-Cavanşir 1797-ci ildə Cavanşir-Dizaq mahalının Gecəgözlü оbasında dünyaya gəlmişdir. İlk təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində molla, müctəhid yanında təhsilini davam etdirmişdi. Öncə obanın dini işləri ilə ilgilənmiş, məscidlərdə axundluq etmiş, 1878-ci ildə Zəngəzur qəzasının qazısı təyin edilmişdi. Molla Səfi qəza qazısı olarkən şair Məhəmməd bəy Aşiq yazmışdı: Molla Səfidən xoşu gəlməyən şair Bəhram bəy Fədai yazırdı: Mir Mehdi Xəzani Molla Səfi ilə dost idi. Qəsidələrinin birində yazırdı: Molla Səfinin törəmələri Axundov soyadını daşıyırdılar. Onun Möhsün, Həşim, Səlim adlı oğulları vardı. Ənvər Çingizoğlu. Hacılılar.
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1766-1806) — İbrahimxəlil xanın vəliəhdi, general-mayor. Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımnənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özünə vəliəhd təyin etmişdi. Məhəmmədhəsən ağa zəki və zabitəli bir xanzadə idi. Bəylər də, rəiyyətlər də onun xətrini çox istəyirdilər. Molla Pənah Vaqif yazır: 1797-ci ildə İbrahimxəlil xan Ağaməhəmməd şahın qorxusundan Cara çəkilmişdi. Şahın ölüm xəbərini eşidəndə sevincək Şuşaya qayıtmaq istəyəndə xəbər gəlir ki, qardaşı oğlu Məhəmməd bəy xanlığı əlinə alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir.
Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir
Məhəmmədqasım ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir (1786, Şuşa – 1844, Şuşa, Kaspi vilayəti) — Qarabağ xanlığının xanzadələrindən biri, Qarabağ xanı İbrahimxəlil xanın VII oğlu, Rusiya İmperator Ordusunun polkovniki. İbrahimxəlil xanın yeddinci oğlu Məhəmmədqasım ağa 1786-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Anası AKAK-a görə Allahyar bəy Üngütlünün, əslində isə Allahyar bəy Molla Hüseynəli bəy oğlu Dədəlinin qızıdır. Saray təhsili almışdı. Qarabağ xanllığının Rusiya imperiyasının tərkibinə keçməsini rəsmiləşdirən Kürəkçay sazişinin nəticəsində podpolkovnik rütbəsi daşıyırdı. 1806-cı ildə Rusiya-Qacar müharibəsinin gedişatında mayor Lisaneviç tərəfindən İbrahimxəlil xan və ailəsinin qətlə yetirilməsi xəbərini eşidən zaman qardaşı Xanlar ağa kimi Məhəmmədqasım ağa da Qacar imperiyasına sığınmışdır. O, Qarabağa yalnız Gürcüstandakı yeni Qafqaz komandanı Knyaz Qudoviçin (1806–1809) icazəsindən sonra 1807-ci ildə geri dönə bildi və andını yenilədi. 1822-ci ildə Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən ləğv edildi və birbaşa imperiya torpaqlarına birləşdirildi. Bunun qarşılığında Məhəmmədqasım ağaya 12 kənd və köçəri obaları verildi. Bunlara Dövlətyarlı, Qaynaq, Azıq, Gövşat, Dərəbas, Əlişarlı, Qaraqoyunlu adlı kəndləri, Çobankərə, Məburlu, Nökər, Arasbarlı-Gəmiçi adlı obaları daxil idi.
Məhəmmədxan bəy Hacılı-Cavanşir
Məhəmmədxan bəy Səlif bəy oğlu Hacılı-Cavanşir (?-16 iyul 1797) — Cavanşir-Dizaq mahalının naibi, Şuşa qalasının qalabəyi, Mirzə Camal Cavanşirin atası. Məhəmmədxan bəy Hacılı-Cavanşir Səlif bəy Cavanşirin oğludur. Tayfa mənsubiyyəti baxımından Cavanşir tayfasının Hacılı oymağına mənsub olmuşdur. Məhəmmədxan bəy Səlif bəy oğlu İbrahimxəlil xanın hakimiyyəti dönəmində 1777-ci ildən 1794-cü ilə qədər Cavanşir-Dizaq mahalının naibi olmuş, 1794-1797-ci illərdə Şuşa qalasının komеndantı (qalabəyi, kutvalı) kimi xidmət etmişdir.. Onun vəzifəsinə şəhərin sutka ərzində bütün əmin-amanlığı daxil idi. Vicdanlı adam olduğundan, rüşvət almadığından oğru-əyri adamların əl-qolunu döşünə yığmışdı. Hətta xanın bеlə toxunmadığı dağıstanlılar Məhəmmədxan bəyi görəndə özlərini yığışdırırdılar. Kirvəsi, XVIII yüzilin adlı şairlərindən olan Ağqız oğlu Piri qoşqularında Məhəmmədxan bəyi öymüşdü. Öygünün səbəblərindən biri günlərin birində, Dağıstan qoşunundan bir ləzgi Pirinin qatırının noxtasını, sərçulunu soyur. Ağqız oğlu Piri ləzgini nə qədər dara qısnayırsa, boynuna almır.
Məhəmmədəli xan Cavanşir
Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Cavanşir (Təbriz – 17 may 1893, Təbriz) — general-leytenant. Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra hərbi məktəbdə oxumuşdu. Naib (leytenant) rütbəsindən general-leytenant rütbəsinədək yüksəlmişdi. Məhəmmədəli xan istefaya çıxandan sonra Rusiyaya gəlmiş, Hərbi-Gürcüstan yolunda poçt işini icarəyə götürmüşdü. Vladiqafqaz şəhərində şəxsi evi vardı. Məhəmmədəli xan 17 may 1893-cü ildə vəfat edib. Məhəmmədəli xanın törəmələri İbrahimbəyov soyadını daşıyırdılar. Məhəmmədəli xan Nisə xanım Kərim qızı Şahsuvarova ilə ailə qurmuşdu.

Значение слова в других словарях