Dövlət elmi-texniki siyasəti

dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsi; dövlətin elmə və elmi-texniki fəaliyyətə münasibətini ifadə edir, dövlət hakimiyyəti orqanlarının elm, texnika və elmin, texnikanın nailiyyətlərinin realizə olunması sahəsində məqsədlərini, istiqamətlərini və fəaliyyət formalarını müəyyənləşdirir.
Dosye
Dövlət sirri
OBASTAN VİKİ
Elmi-texniki fəaliyyət
Elmi-texniki fəaliyyət – texnoloji, iqtisadi, sosial, humanitar problemlərin və digər mühəndis problemlərinin həll edilməsi, vahid sistem kimi elmin, texnikanın və istehsalatın fəaliyyətinin təmin olunması üçün yeni biliklərin əldə edilməsinə və tətbiqinə yönələn fəaliyyət. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi-texniki inqilab
Elmi-texniki inqilab — elm və texnikanın sürətli inkişafı nəticəsində istehsal gücünün köklü və keyfiyyətli şəkildə, birdən-birə artması prosesi. Elmi-texniki inqilab — ictimai istehsalın inkişafında elmin mühüm amilə çevrilməsi əsasında məhsuldar qüvvələrdə baş verən köklü keyfiyyət dəyişikliyi, bilavasitә mәhsuldar qüvvә kimi ictimai inkişafın hәlledici amilinә çevrilmәsi ilә әlaqәdar elmin, texnikanın, istehsal texnologiyasının, elәcә dә insanların bütün hәyat tәrzinin әsaslı dәyişmәsi (transformasiyası). Elmi-texniki inqilab elmi-texniki tәrәqqinin әn yeni mәrhәlәsi sayılır, başlanğıcı, adәtәn, 20 әsrin ortalarına aid edilir. Elmi-texniki inqilab, həmçinin elm və texnikanın inkişafında əsaslı keyfiyyət dəyişikliyi, dərin sıçrayışdır. Elmi-texniki inqilabın ilkin elmi-texniki vә sosial şәrtlәri var. Onun hazırlanmasında ilk növbәdә 19-cu әsrin sonu — 20-ci әsrin әvvәllәrindә dәqiq vә tәbiyyat elmlәri üzrә nailiyyәtlәrin (elektronun, radioaktivlik hadisәsinin, kimyәvi elementlәrin çevrilmәsinin kәşfi, nisbilik vә kvant nәzәriyyәsinin meydana gәlmәsi) mühüm rolu olmuşdur. Elmlә texnikanın qarşılıqlı әlaqә formaları üç dövrә ayrılır: a) birinci dövrdә (tәqr. 18-ci әsrә qәdәr) elm vә texnika insan fәaliyyәtinin iki fәrqli vә müstәqil sahәsi kimi tәzahür etmiş, aralarındakı әlaqәsi zәif olmuş, elmin istehsala tәtbiqi tәsadüfi vә qeyri-müntәzәm xarakter daşımışdır. Bu dövrdә elm texnikadan geri qalır vә nailiyyәtlәri izah etmәkdә lәngiyirdi. Texniki ixtiralar alimlәrә deyil, istehsalçılara mәxsus idi; b) ikinci dövrdә (tәqr.
Elmi-texniki tərəqqi
Elmi-texniki tərəqqi – 1)elmin nailiyyətlərindən istifadə etməklə istehsalın texniki səviyyəsinin yüksəldilməsi; 2)istehsal proseslərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, insanların tələbatlarının daha yaxşı ödənilməsi məqsədilə təsərrüfatda, istehsalda elm və texnikanın, texnologiyanın ən yeni nailiyyətlərinin tətbiqi. Elmi-texniki informasiya – elmi, elmi-texniki, istehsalat və sosial-ictimai fəaliyyət nəticəsində yaradılan sənədlərə və faktlara dair informasiyalar. “İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın –informasiyanın emalı üçün müasir elektron texnikasından istifadə olunduğu zamandan müəyyən oldu. İnformasiya texnologiyası bütün hesablama və rabitə texnikasını, qismən məişət elektronikasını, televiziya və radio verilişlərini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır.İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir. Nəzəri olaraq İT - nin mənbələri aşağıdakılardır: Sistem texnikası; hesablama sistemləri nəzəriyyəsi; proqramlaşdırma texnologiyaları; verilənlər bazası nəzəriyyəsi; erqonomika; dizayn və informasiya – texnoloji profilli digər elmlər. İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insanmaşın sistemləri modellərinin təşkilindən və çevrilməsindən gedir. Bu modellərdə təşkil, istifadə və təkmilləşmə üzrə fəaliyyət birləşir və ayrılmaz surətdə qarşılıqlı əlaqədədir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Dövlət vergi siyasəti
Dövlət vergi siyasəti—dövlətin maliyyə siyasətinin tərkib hissəsi olan vergilər və ödənişlər sahəsində dövlət tədbirləri sistemi. O, vergi növlərinin seçimində, vergi dərəcələrinin dəyərlərində, vergi ödəyicilərinin və vergitutma obyektlərinin dairəsində, vergi güzəştlərində ifadə olunur. Dövlətin vergi siyasəti həm mikroiqtisadi, həm də makroiqtisadi aspektlərə malikdir.Makroiqtisadi aspektlər toplanan vergilərin ümumi məbləğinə aiddir ki, bu da iqtisadi fəallığın səviyyəsinə mənfi təsir göstərə bilər; fiskal siyasətin tərkib hissələrindən biridir.Mikroiqtisadi aspektlər kapital (kimin vergiyə cəlb edilməsi) və bölgü səmərəliliyi (yəni, hansı vergilərin müxtəlif iqtisadi fəaliyyətlərin məbləğlərinə təhrifedici təsir göstərəcək) məsələlərinə aiddir. Dövlətin vergi siyasətinin seçimi ölkənin sosial-iqtisadi sistemindən, iqtisadiyyatının vəziyyətindən və maliyyə vəziyyətindən asılıdır.Vergi siyasəti tədbirlərinə müxtəlif qanunlar, xüsusən də əsas kapitalın sürətləndirilmiş amortizasiyasını tənzimləyən, yerin təkinin tükənməsinə ehtiyatlar, ayrı-ayrı müəssisə və sahələrin vergidən (tam və ya qismən) azad edilməsi daxil ola bilər. Vergi siyasəti tədbirləri sistemindən investisiyaların stimullaşdırılması və regional siyasətin aparılması üçün istifadə oluna bilər. Vergi siyasətinin mühüm vəzifəsi vergi qanunvericiliyində müəssisələrə vergi ödəməkdən yayınmağa imkan verən boşluqların aşkar edilməsidir. Vergi siyasətinin mühüm vəzifəsi vergi qanunvericiliyində müəssisələrə vergi ödəməkdən yayınmağa imkan verən boşluqların aşkar edilməsidir. Vergi tənzimlənməsinin məqsədlərindən asılı olaraq bir çox tədqiqatçılar dövlətin vergi siyasətinin aşağıdakı formalarını fərqləndirirlər Maksimum vergilər siyasəti vergilərin sayının artırılmasına, vergi dərəcələrinin artırılmasına, vergi güzəştlərinin azaldılmasına yönəlib. İqtisadi inkişaf siyasəti sahibkarların vergi yükünün azaldılması və dövlət xərclərinin, ilk növbədə, sosial proqramların azaldılması ilə əlaqələndirilir. “Qarışıq” siyasət dövlətin sosial öhdəliklərini yerinə yetirməsi üçün vergilərin yüksək səviyyədə olmasını təmin edən əvvəlki iki formanın birləşməsi ilə xarakterizə olunur.
Missuri Elmi-Texniki Universiteti
Missuri Elmi-Texniki Universiteti (ing. Missouri University of Science and Technology) — Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Rolla şəhərində yerləşən ali təhsil müəssisəsi. Cek Dorsi — proqram təminatı arxitektoru, biznesmen; "Twitter"in ideya müəllifi və yaradıcılarından biri.
Respublika Elmi-Texniki Kitabxanası
Respublika Elmi-Texniki Kitabxanası — Azərbaycan Respublikasında fəaliyyət göstərən ən böyük elmi-texniki kitabxana, digər elmi-texniki kitabxanalara metodiki yardım göstərən mərkəz.[mənbə göstərin] Azərbaycanın ilk elmi-texniki kitabxanası 1930-cu ildə Neftçi Bakı klubunun kitabxanasının bazasında yaradılan AzNeftin Mərkəzi texniki kitabxanası olmuşdur. 1957-ci ildə bu kitabxana Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm və Texnika Komitəsi nəzdində Respublika Elmi-Texnika Kitabxanasına çevrilmişdir. Bu gün Kitabxana Azərbaycan Rspublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 30 iyul 2018-ci il tarixli 222 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi" təsdiq edilmiş, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilmişdir. Nəticədə Əqli Mülkiyyət Agentliyi və tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-texniki Kitabxanasından ibarət olan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılmışdır. Bu gün Respublika Elmi-Texniki Kitabxanası respublikanın nazirlik, idarə, şirkət və müəssələri, elmi-tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat-biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur. RETK respublikanın ən böyük kitabxanalarından biri olmaqla yanaşı, ənənəvi kitab təbliği və kitabxana-biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və s. özündə əks etdirən, elmi tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük müəssisədir. Təbii ki, bu kitabxananın fondu da digər kitabxanaların fondundan xeyli dərəcədə fərqlənir. Kitabxananın fondunda patentlər, sənaye məmulatı kataloqları, informasiya mərkəzlərinin buraxdığı texniki və informasiya vərəqələri, istehsalat plakatları, elmi-texniki icmallar, xarici sənaye nümunələrinin mikrofişdə və ultrafişdə pozitiv, neqativ və çoxrəngli fototekası, elmi-texniki hesabatlar üzrə jurnallar və s.
Texniki
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Brest Dövlət Texniki Universiteti
Brest Dövlət Texniki Universiteti — Belarusda universitet; İnformasiya resurslarının inkişafına, təhsilin yeni standartlar əsasında təqdimatı baxımından informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsinə önəm verən ali təhsil ocaqlarında biri. == Tarixi və fəaliyyəti == Ali məktəbin fəaliyyət tarixi 1 aprel 1966-cı ildə Mühəndislik-İnşaat İnstitutunun açılmasından başlanır. İnstitut 1989-cu ildə politexnik statusunu alıb. 1990-cı illər ərzində institut həm ənənəvi, həm də bir sıra yeni ixtisaslar üzrə mütəxəssislərin keyfiyyətli hazırlığını həyata keçirməyə davam edib. Nəhayət, 2000-ci ildə instituta texniki universitet statusu verilib. Hal-hazırda Brest Dövlət Texniki Universitetində 152 elmlər namizədi və 14 elmlər doktoru çalışır. Ali məktəbdə professor-müəllim heyətinin, aspirantların və tələbələrin elmi-texniki və innovasiya hazırlamalarının kommersiyalaşdırılması, transferi və inkişafı üzrə aktiv iş aparılır. Hazırda universitetdə 9 fakültə fəaliyyət göstərir, əyani təhsil forması üzrə təlimin tam kursu təlimin 5 il 10 ay, qiyabi forma üzrə 4 il 10 ay davam edir. Universitet şəhərciyi inzibati-tədris binaları, xidmət sferası məkanları, həmçinin yataqxanalardan ibarətdir. 1997-ci ildən universitetin kitabxanasında İNEAK kompüter proqramı vasitəsilə kitabxana proseslərinin avtomatlaşdırması işinə başlanılıb.
Karaqanda Dövlət Texniki Universiteti
Karaqanda Dövlət Texniki Universiteti (əvvəl Karaqanda Mədənçilik İnstitutu, Karaqanda Politexnik İnstitutu (KarPİ)) — Qaraqanda şəhərində texniki kadr hazırlığı üçün ali təhsil müəssisəsi. Karaqanda Texniki Universiteti xüsusi bir statusa malikdir - Qazaxıstan Respublikasının İlk Prezidentinin universiteti. Təlim çoxsaylı texniki və humanitar ixtisaslar üzrə aparılır. 9 iyul 1953-cü ildə qurulmuşdur. 1955-ci ildə rəhbər dəyişikliyi baş verdi. SSRİ Ali Təhsil Nazirliyinin 3 mart 1955-ci il tarixli 351-K nömrəli əmri ilə texnika elmləri namizədi Karaqanda Dövlət Texniki Universitetinin direktoru vəzifəsində çalışan A.S Saqinov. O dövrün əsas vəzifəsi institutun müəllim heyətinin formalaşdırılması və rəhbərliyinin gücləndirilməsi idi. SSRİ Ali Təhsil Nazirliyinin tövsiyəsi ilə, texnika elmləri doktoru, professor M.L. Rudakov, eyni zamanda mina ölçmə şöbəsinə rəhbərlik edən mina tədqiqatı sahəsində görkəmli mütəxəssis. Yarışda keçdi: A.Q. Sverdlovskdan Polyakov rəhbər vəzifəsinə. Mədən İnşaat İdarəsi, K.İ. Litvalı Akulov - rəhbər vəzifəsinə görə.
Lipetsk Dövlət Texniki Universiteti
Lipetsk Dövlət Texniki Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Липецкий государственный технический университет» (ФГБОУ ВПО «ЛГТУ»)) — Rusiyada universitet; Rusiyanın texniki sahə üzrə ixtisaslaşan nüfuzlu ali təhsil müəssisələrindən biri. Lipetsk Dövlət Texniki Universitetinin əsası Tula Mexanika İnstitutunun axşam fakultəsi kimi 1956-cı ildə qoyulub. Həmin dövrdə Lipetsk ərazisində ilk və tək texniki ali məktəb idi. Fakültədə ilk vaxtlar iki ixtisas mövcud idi: maşınqayırma, metalkəsən dəzgahlar və alətlər texnologiyası; maşınlar və tökmə istehsalı texnologiyası. Sonradan fakültənin əsasında ali riyaziyyat, fizika və kimya kafedraları təşkil edilmişdi. 1973-cü ildə Lipetsk Politexnik İnstitutu kimi fəaliyyət başlayır. Tədris laboratoriya bazasının yaradılması, tədris prosesinin metodik və proqram təminatı üzrə işlər aparılır. 1994-cü ildə institut dövlət texniki universiteti statusunu alır. 2009-cu ildə R İSO 9001-2008 dövlət standartının tələbləri üzrə təhsil fəaliyyətinə uyğun olaraq keyfiyyətli idarəetmə sistemi sertifikatına layiq görülür.
Moskva Dövlət Texniki Universiteti
N.E. Bauman adına Moskva Dövlət Texniki Universiteti (rus. Московский государственный технический университет им. Н. Э. Баумана (МГТУ им. Баумана)) — Rusiyada universitet. Ali məktəb əsas diqqəti ölkə iqtisadiyyatının informasiya– telekommunikasiya sistemləri, nanosistem və materiallar, energetika və enerjiyə qənaət, nəqliyyat və aviakosmik sistemlər və hərbi texnika kimi önəmli istiqamətlərinin inkişafına ayırır. Tədris prosesi 19 fakültə əsasında həyata keçirilir. Ali məktəbdə aspirantura, doktorantura və iki profil liseyi fəaliyyət göstərir. Universitetdə təqribən 320-dən çox elmlər doktoru və 2000 elmlər namizədi çalışır. Ali təhsil ocağının əsas struktur bölmələrini fakültə və elmi-tədqiqat institutlarının daxil olduğu elmi-tədris kompleksləri təşkil edir. Bundan əlavə, peşəkar hazırlıq Moskvada və Moskva ətrafı şəhərlərdə - Reutov, Krasnoqorsk, Korolevdəki böyük müəssisələr əsasında, həmçinin universitetin Kaluqa şəhərində yerləşən filialında yaradılmış fakültələrdə aparılır.
Naxçıvan Dövlət Texniki Kolleci
Naxçıvan Dövlət Texniki Kolleci — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi. 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 30 aprel 2012-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş, həmin vaxtdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. 2023-cü ilin avqutsun 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib. Hazırda kollecdə 455 tələbənin təhsili ilə 36 müəllim məşğul olur. 2016–2017-ci tədris ilində kollecə 123 tələbə qəbul olunub. 10 oktyabr 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kollecinin yeni tədris kompleksinin istifadəyə verilməsi ilə bağlı açılış mərasimi olmuşdur. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edərək, Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə kollecin müəllim və tələbələrini təbrik etmişdir. Kollecin binası 5 mərtəbədən ibarətdir. Binada 14-ü elektron lövhəli olmaqla 26 auditoriya, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun 10 fənn kabineti, Heydər Əliyev lektoriyası, 3 kompüter otağı, baytarlıq fənn komissiya otağı, müəllimlər otağı, kitabxana, bufet və 120 yerlik iclas zalı vardır.
Qırğızıstan Dövlət Texniki Universiteti
İshak Razzakov adına Qırğızıstan Dövlət Texniki Universiteti — 4-cü dərəcəli akkreditasiya dövlət ali təhsil müəssisəsi. Bişkekdə (Qırğızıstan) yerləşir Qırğızıstan Respublikasının Qəhrəmanı İshak Razzakoviç Razzakovun (1910-1979), Sovet dövlət xadimi və partiya lideri, Qırğızıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin adını daşıyır (19). 1953-cü ilə, Qırğızıstanın mühəndislik sənayesində yüksək ixtisaslı mütəxəssis çatışmazlığı səbəbiylə Qırğızıstan Dövlət Universitetində bir texniki fakültənin yaradıldığı vaxta təsadüf edir. 1 sentyabr 1954-cü ildə Frunze Politexnik İnstitutu olaraq quruldu. FPİ-nin ilk rektoru professor Georgi Akimoviç Suxomlinov idi. Gələcək mühəndislərin hazırlanması, 26 ixtisas üzrə 13 min tələbənin, 350 müəllimin (200 - elmi dərəcə və titullu) təhsil aldığı 60 kafedrada 12 fakültə tərəfindən həyata keçirildi. FPİ, Qırğızıstan SSR-in və bütün Orta Asiya bölgəsinin sənayesi və tikintisi üçün yüksək ixtisaslı kadrlar hazırlayan bir sənətkar halına gəldi. Yüksək ixtisaslı kadrların hazırlanmasında qazandığı uğurlara görə, SSRİ-nin qurulmasının 50 illiyi şərəfinə ölkənin 26 ən yaxşı universiteti arasındakı FPİ komandası, Sov.İKP Mərkəzi Komitəsinin, Rəyasət Heyətinin yubiley fəxri nişanı ilə təltif olundu. SSRİ Ali Soveti, SSRİ Nazirlər Soveti və Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqları Şurası. 1992-ci ildən — İshak Razzakov adına QDTU. İndi universitet müasir universitet kompleksidir, 77 ixtisas üzrə mühəndis-texniki və mühəndis-iqtisadi kadrların hazırlanması və yenidən hazırlanması üçün ən böyük təhsil və elmi mərkəzdir.
Sumqayıt Dövlət Texniki Kolleci
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci - Azərbaycan Respublikasi Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsilli subbakalavr mütəxəssislərinin hazırlanmasını həyata keçirən tədris müəssisisədir. Sumqayıt Dövlət Texniki Kolleci 1959-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılmışdır. Müəssisənin ilk adı Sumqayıt Texnologiya Texnikumu, sonra Sumqayıt Kimya Texnologiya Texnikumu olmuş, 1992–ci ildən yenidən Sumqayıt Texnologiya Texnikumu adlandırılmışdır. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 sentyabr 2002-ci il tarixli 878 sayli əmri ilə Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinim 3 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir. Sumqayıt Dövlət Texniki Kolleci 2005–ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, Ədliyyə Nazirliyində 1105-A1-420 saylı 27.05.2005-ci il tarixli şəhadətnamə ilə qeydiyyata alınmış nizamnaməsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli, 7 nömrəli qərari ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisənin numunəvi nizamnaməsi”nə uyğun olaraq fəaliyyət göstərir. Kollec Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşir. Kollecin əsas tədris binası 3 mərtəbəli, köməkçi tədris binası 2 mərtəbəli binadan ibarətdir. Kollecin 3 mərtəbəli tələbə yataqxanası vardır. Kollec layihəyə əsasən kompleks təhsil müəssisədir.
Uxta Dövlət Texniki Universiteti
Uxta Dövlət Texniki Universiteti (rus. Ухти́нский госуда́рственный техни́ческий униве́рситет – УГТУ) — Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru professor Nikolay Tsxadayadır. Universitetdə 7 fakültə, 2 institut, 1 texniki kollec və 2 filialın fəaliyyət göstərir. 8 mindən artıq tələbənin təhsil aldığı bu ali məktəbdə 50 professor və elmlər doktoru da daxil olmaqla, ümumilikdə 1500-ə yaxın əməkdaş fəaliyyət göstərir.
Voronej Dövlət Texniki Universiteti
Voronej Dövlət Texniki Universiteti (rus. Воронежский государственный технческий университет (ВГТУ)) — Rusiyada universitet; müasir informasiya texnologiyalarının geniş tətbiq olunduğu və İT istiqamətli ixtisaslara xüsusi önəm verildiyi ali təhsil ocaqlarından biri. Əsası 1956-cı ildə qoyulmuş Voronej Dövlət Texniki Universiteti bu gün Rusiyanın ən böyük ali təhsil müəssisələrindən biridir. Axşam Maşınqayırma İnstitutu kimi fəaliyyətə başlayan ali təhsil ocağı 1958-ci ildə Voronej Axşam Politexnik İnstitutuna çevrilib. Ali məktəb 1962-ci ildə Voronej Politexnik İnstitutu adlandırılaraq gündüz, axşam və qiyabi formaları üzrə tədrisə başlanılıb. 1993-cü ildən isə universitet statusunu əldə edərək Voronej Dövlət Texniki Universiteti kimi fəaliyyətini davam etdirib. Hər mərhələdə ali məktəb inkişaf edirdi, onun strukturu təkmilləşirdi, ixtisasların siyahısı və tələbələrin kontingenti artırdı, professor-müəllim personalının peşəkarlığını yüksəlirdi, maddi baza möhkəmləndirilirdi. Hazırda ali məktəbin tələbə auditoriyası, təbiət-texniki kollecin şagirdləri daxil olmaqla, təxminən 12 min nəfəri əhatə edir. Universitetin 776 müəllimindən 80-dən çoxu professor, 360-ı dosent və elmlərin namizədidir. Universitetin tərkibinə fakültələrdən əlavə, maşınqayırma və aerokosmik texnika institutu, 40 kafedra, təbiət-texniki kolleci, mütəxəssislərin hazırlığı keyfiyyəti problemləri üzrə tədqiqat mərkəzinin Voronej filialı, Voronej vilayəti yeni informasiya texnologiyaları mərkəzi, 15 tədris-istehsal kompleksi daxildir.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) — 1963-cü ildə, Türkiyədə planlı iqtisadiyyat dövrünün başlanğıcında qurulmuşdur. Quruluş mərhələsində ən fundamental vəzifələri, xüsusilə təbiət elmlərində təməl və tətbiqli akademik araşdırmaları dəstəkləmək və gənc araşdırmaçıları təşviq etmək, etina etdirmək idi. Bu vəzifələri yerinə gətirə bilmək məqsədiylə, təməl elmlər, mühəndislik, tibb, əkinçilik və heyvandarlıq sahələrində dörd araşdırma qrupu (indi on araşdırma qrupunu ehtiva edən Araşdırma Dəstək Proqramları Başçılığı) ilə Elm Adamı Yetişdirmə Qrupu (indi Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı) yaradılmışdır. Təşkilat, Türkiyədə müsbət elmlərdə araşdırma və inkişaf etdirmə fəaliyyətlərini ölkə inkişafındakı prioritetlərə görə inkişaf etdirmək, etina etdirmək, təşkil etmək və koordinasiya etmək; mövcud elmi və texniki məlumatlara çatmaq və çatılmasını təmin etmək məqsədi güdməkdədir. 2007 etibarilə təşkilatın bünyəsində saxladığı vahidlər: Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı (BİDEB) Araşdırma Dəstək Proqramları Başçılığı (ARDEB) Elm və Cəmiyyət Dairə Başçılığı Elm, Texnologiya və Yenilikçilik Siyasətləri Dairə Başçılığı (BTYPD) Texnologiya və Yenilik Dəstək Proqramları Başçılığı (TEYDEB) Beynəlxalq Əlaqələr Dairə Başçılığı (UİDB) Təşkilati İnkişaf Vahidi (KGB) Marmara Tədqiqat Mərkəzi (MAM) Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu (ÇİTTAGE) – Adana Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu (SAGE) – Ankara Türkiyə Sənaye İdarəetmə İnstitutu (TÜSSİDE) – Gebze TEKSEB və Texnopark – Gebze Fundamental Elmlər Tədqiqat İnstitutu (Fəza Gürsey İnstitutu) (TBAE) – İstanbul Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu (UEKAE) – Gebze, Ankara Milli Metrologiya İnstitutu (UME) – Gebze Kosmik Texnologiyalar Tədqiqat İnstitutu (UZAY) – Ankara Təşkilat, Türkiyədə elmi məşhurlaşdırmaq və insanları şüurlandırmaq məqsədilə üç ədəd aylıq məşhur elm jurnalı (Elm və texniki jurnalı, Elm uşaq jurnalı, Maraqlı kiçik jurnalı) və illik təxminən 20 ədəd məşhur elm kitabı nəşr etməkdədir. (Tübitak Məşhur Elm Kitabları) Təşkilat gərək lisans təhsili və gərək də sonrasındakı işləri üçün T. C. yurddaşlarına maddi qaynaq təmin etməkdədir. 2005 ÖSSdə ilk 5000ə girən şagirdlərə, fizika, kimya, biologiya, molekulyar biologiya və genetik, riyaziyyat, sosioloji, iqtisadiyyat, psixologiya, fəlsəfə və tarix hissələrindən birinə yerləşmələri halında, aylıq 250 YTL qarşılıqsız təqaüd verilmişdir. 50i aşan növü olan TÜBİTAK təqaüdləriylə əlaqədar (miqdarlar və müraciət şərtləri kimi) detallar təşkilatın şəbəkə səhifəsindən öyrənilə bilər. Ayrıca, doğrudan Türkiyədəki elm ictimaiyyətinə xitab edən 12 ədəd hakimli (Elmi Jurnal) çıxartmaqdadır.
Ufa Dövlət Aviasiya Texniki Universiteti
Ufa Dövlət Aviasiya Texniki Universiteti (UDATU) (başq. Өфө дәүләт авиация техник университеты, ӨДАТУ) — Ufa şəhərində yerləşən texniki ali təhsil mərkəzi. Ufa Dövlət Aviasiya Texniki Universitetinin kökləri hələ XIX əsrə gedir. Universitetin təməli Varşava Politexnik Universiteti əsasında qoyulmuşdur. 1907-ci ildə isə Novoçerkasska köçürülmüşdür Ali təhsil mərkəzinin tarixi 1932-cui ildən başlayır. Rıbinski Dövlət Aviasiya İnstutu təşkil edilir. Bu müəssinə Novoçerkassk Aviasiya İnstutunun əsasında təşkil edilir. 1941-ci ildə Rıbinski Dövlət Aviasiya İnstutu Ufaya köçürülür. 1942-ci ildən isə Orconikidze adına Ufa Aviasiya İnstutu olaraq adlandırılır. 1982-ci ildə ixtisaslı mütəxəssislərin hazırlanmasında və elmi tədqiqatların inkişafına görə UAİ Lenin ordeni ilə təltif edilmişdir.
Ufa Dövlət Neft Texniki Universiteti
Ufa Dövlət Neft Texniki Universiteti (rus. Уфимский государственный нефтяной технический университет – УГНТУ; başq. Өфө дәүләт нефть техник университеты – ӨДНТУ) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru professor Ramil Baxtizindir. 1948-ci ilə M. Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun filialı kimi yaradılmışdır. Burada təhsilin bakalavr, magistratura, doktorantura pillələri üzrə mütəxəssis hazırlığı aparılır. Universitetdə 200-ə yaxın elmlər doktoru və professor fəaliyyət göstərir. Bu ali məktəbdə 17 minə yaxın tələbənin, o cümlədən 36 ölkənin vətəndaşları ali təhsil alır.
Dividend siyasəti
Dividend siyasəti Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir. Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir.
Maliyyə siyasəti
Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir. Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik. Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir. Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. Hal-hazırda maliyyə siyasətinin çatışmazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmazlıqlar aşağıdakıladır: Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması. Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.
Pul siyasəti
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar.
Qiymət siyasəti
Qiymət siyasəti — məhsul və xidmətlərin qiymətlərinin müəyyən edilməsi prinsipləri və üsullarıdır. Qiymətqoymanın mikro (firma səviyyəsində) və makro (qiymət və tariflərin dövlət tənzimlənməsi sferasında) səviyyələrini ayrılır. Firmanın qiymət siyasəti firmanın ümumi strategiyası çərçivəsində formalaşır və qiymət strategiyası və qiymətqoyma taktikasını ehtiva edir. Qiymət strategiyası təklif olunan məhsulun bazarda yerləşdirilməsini nəzərdə tutur. Hədəf seqmentinin müəyyən edilməsi və strategiyanın qurulması üçün müxtəlif yanaşmalar mövcuddur (Ansoff matrisi, BCG matrisi, Porter matrisi). Həmçinin qiymət strategiyası çərçivəsində qiymətin müəyyən edilməsi (təyin edilməsi) üçün istifadə olunan üsullar, eləcə də qiymət ayrı-seçkiliyi formaları seçilir. Gələcəkdə strategiyanın həyata keçirilməsi çərçivəsində alıcılar üçün qiymət endirimləri və qeyri-qiymət stimulları sistemləri daxil olmaqla, taktiki tədbirlər (satışı stimullaşdırmaq üçün) hazırlanır. Qiymət siyasətinin həyata keçirilməsi zamanı şirkət rəhbərliyi təxirəsalınmaz tədbirləri tənzimləməli və strategiyanın dəyişmə vaxtına nəzarət etməlidir. Qiymətlər kifayət qədər mənfəət səviyyəsini təmin etmək üçün rəqabətdə fəal şəkildə istifadə olunur. Malların və xidmətlərin qiymətlərinin müəyyən edilməsi hər bir müəssisənin ən vacib problemlərindən biridir, çünki optimal qiymət onun maliyyə rifahını təmin edə bilər.
Təhlükəsizlik siyasəti
Təhlükəsizliyin təşkil olunma siyasəti dedikdə informasiyanın müdafiəsinə yönəldilmiş və onunla birlikdə resursların assosiasiya olunmasının idarəetmə qərarlarının sənədləşdirilməsinin toplumu başa düşülür. Təhlükəsizlik siyasəti vasitələrdən ibarətdir və onların köməyilə kompüter informasiya sisteminin təşkil olunması fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, təhlükəsizlik siyasəti kompüter mühitində istifadə edilir və təşkilatın spesifik tələbatını əks etdirir. Adətən kompüter informasiya sistemləri (KİS) dedikdə müxtəlif xüsusiyyətli mürəkkəb kompleks başa düşülür və ya aparat və proqram təminatının arabir öz aralarında lazımi səviyyədə işləmələrinin uyuşa bilməməsi qəbul edilir. Bura kompüterlər, əməliyyat sistemləri, şəbəkə vasitələri, verilənlər bazalarını idarəetmə sistemləri, müxtəlif əlavələr aiddir. Bütün bu komponentlər (təşkiledicilər) özünəməxsus müdafiə vasitələrinə malikdir və bunların bir-biri ilə razılaşdırılması mütləqdir. Bu baxımdan da korporativ sistemlərin təhlükəsizliyinin təmin olunması təhlükəsizlik siyasətinin effektiv həyata keçirilməsində mühüm rol oynayır. Təhlükəsizlik siyasəti rəhbərliyin faydalı saydığı və seçdiyi informasiya təhlükəsizliyi sahəsində idarəetmə strategiyasını, resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən edir. Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin edən proqram tərtib edilir - bütün bunlar təhlükəsizlik siyasətidir.