dövlət
dövlətçilik
OBASTAN VİKİ
Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə (kitab)
Türklərdə dövlətçilik ənənəsi
Türklərdə dövlətçilik ənənəsi — Türklərdə dövlətçilik ənənəsi və ya türklərdə dövlət qurma ənənəsi müxtəlif tarixi mərhələlərdə türklərin müxtəlif coğrafiyalarda, müxtəlif zamanlarda və müxtəlif xüsusiyyətlərdə dövlət qurma ənənəsi kimi başa düşülür. Dünya tarixində 6000-ə qədər etnik birliyin olduğu və onların 200-ə yaxın olan dövlətlərin sərhədləri daxilində tarix səhnəsinə çıxmaları düşünülür. Bu birliklərdən çox azı dövlət qurmağa müvəffəq olmuşdur. Türk tarixinə ümümi olaraq yanaşdıqda türk birliklərinin etnik kökləri baxımından eyni olan dövlətlər ilə mövcudluqlarını davam etdirdikləri nəzərə çarpır. Bu davamlılıq bunu bir ənənə olaraq görməyə gətirib çıxarmış və ən ümumi anlamda türklərdəki azadlıq qavramına əsaslanmışdır. Türk dövlətlərinin tarixi quruluşu və dövlətə qarşı düşüncələri Oğuz xan əfsanəsi ilə ilk təəssüratlarını ortaya qoymuşdur. Bu əfsanələrdə aydın şəkildə Dünya hakimliyi və Dünya dövləti qurma utopiyası yer almışdır. II Göytürklərdən qalan Orxon Yazıları da bu kontekstdə çox önəmli yer alır. Bu yazılara görə dövlət tanrının türk kağanlarına bir hədiyyəsidir və ümumi davamlılığın olması dövlətlə bağlıdır. Həmin yazılarda azadlıq şüuru vurğulanmış, türk kağanlarına nəsihətlər verilmiş, dövlətin paytaxtının Ötükən olmasının vacibliyi vurğulanmış və Çinin intriqalarından uzaq dayanmaq lazım olduğuna işarə edilmişdir.
Dövlətçilik
Etatizm (fr. etat – dövlət) — fransızca "eta" sözündən yaranan dövlət mənasını ifadə edən anlayış siyasi-iqtisadi müstəvidə "dövlətçilik" anlamı. == Ümumi məlumat == Fransızca "eta" sözündən yaranan, "etatizm" dövlət mənasını ifadə etməklə siyasi-iqtisadi müstəvidə "dövlətçilik" anlamı kimi, tətbiqini tapır. Termin olaraq XIX əsrin sonunda isveç burjua liberalı Nyuma Dro tərəfindən ədəbiyyata gətirilmişdir. İlk başlanğıcda dövlət mərkəziyyətçiliyi prinsipi mənasında, sonradan, imperializm dövründə burjua dövlətinin iqtisadi funksiyalarının güclənməsi ilə əlaqədar olaraq kapitalist ölkələrinin təsərrüfatının inkişafında dövlətin iqtisadi siyasətinin rolunu səciyyələndirən istilah kimi istifadə olunmuşdur. == Mənbə == Исмаилов Б.И., Газиев К.Ж. Политико – правовые доктрины эпохи глобализации: Монография. — Т.: ТГЮИ. — 2013. −213 с.