DƏNİZ

okeanın hissəsi olub, ondan quru, yaxud sualtı yüksəkliklərlə ayrılır. Okeanın açıq hissəsindən əsasən özünün xüsusi hidroloji və iqlim rejimi ilə fərqlənir. Bəzi göllərə (Xəzər, Aral) və su anbarlarına da (Moskva suanbarı) D. deyilir. море sea
DƏLMƏ NÜVƏSİ
DƏNİZ AKKUMULYASİYA DÜZƏNLİYİ
OBASTAN VİKİ
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Dəniz Akkaya
Dəniz Akkaya (türk. Deniz Akkaya; 3 avqust 1977, İstanbul) — Türkiyə modeli, aktrisası və aparıcısı. Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir. Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli hakimi. Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Dəniz Baykal
Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili. Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-yə yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib. Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib.
Dəniz Gəzmiş
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972, Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist. 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər. Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Dəniz Yücəl
Dəniz Yücəl (alm. Deniz Yücel‎; 10 sentyabr 1973) — Türk mənşəli Alman jurnalist. Die Tageszeitung və Die Welt də daxil olmaqla bir neçə alman çap mediasında nəşr edilmişdir. Türkiyə hökuməti Dəniz Yücəli dəfələrlə casusluqda və Gülən Hərəkatına və Kürdüstan Fəhlə Partiyasına dəstək olmaq üçün Alman Federal Kəşfiyyat Xidmətində çalışmaqda günahlandırdı. Türkiyə hökuməti, Dəniz Yücelin bu iki quruluşa Türkiyədə sabitliyi pozmaq üçün kömək etdiyini də bildirdi. 2017-ci ildəki bir çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dəniz Yücəl bir casusdur, jurnalist deyil" demişdir. 14 fevral 2017-ci ildə Türkiyə məhkəməsi Dəniz Yücəli casusluqda günahkar hesab edərək həbs cəzasına məhkum etdi. Bu həqiqət Almaniyada jurnalistlər, siyasətçilər və ictimaiyyət tərəfindən mənfi qəbul edildi. Almaniyanın xarici işlər naziri Siqmar Qabriel dərhal Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırdı və burada Dəniz Yücələ qarşı çıxarılan hökmə etiraz etdi. 16 fevral 2018-ci ildə, bir ildən çox həbsxanada qaldıqdan sonra Dəniz Yücəl sərbəst buraxıldı.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Dəniz anemonları
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Dəniz bəbiri
Dəniz bəbiri (lat. Hydrurga leptonyx) — Əsl suitilərə daxildir. Əsasən Subantarktik qurşaqda Cənub okeanı sularında yaşayır. Onlar əsasən Pərayaqlılarla qidalanır. Dəniz bəbirinin sürüşkən bədəni ona suda yüksək sürət yığmağa imkan verir. Suda sinxron hərəkət edir. Erkək dəniz bəbiri 3 metr, dişilər isə 4 metr uzunluğa malik olur. Erkəklər 270 kq, dişilər isə 400 kq çəkiyə sahib ola bilirlər. Yuxarı hissəsi tünd boz, aşağı nahiyəsi isə gümüşü-ağ rəngə malikdir. Başında boz ləkələr vardır.
Dəniz cərəyanları
Dəniz cərəyanları — dünya okeanında və dənizlərdə daimi və dövri axınlar. Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur. Okeanda suyu hərəkətə gətirən külək və günəşdir. Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir. Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır. Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər. Xarici səbəblərə küləyin okean səthinə təsiri, qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi, sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir. Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli) olmaması aiddir. Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir.
Dəniz dalğası
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Dəniz dibi
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. Laxar brekçiyaları Nohur Xionosfer Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Dəniz dili
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Dəniz donuzcuğu
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Dəniz donuzları
Dəniz donuzları (lat. Phocoenidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Dəniz donuzu
Dəniz donuzu (lat. Phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinə aid heyvan cinsi. Uzunluqları iki metrə qədər olur. Bel hissəsi tünd, yan nahiyəsi isə parlaq rəngdə olur. Bu iki rəng bir-birinə vəhtəd şəkildə birləşir. Üst çənədə 16–30 çüt, alt çənədə 17–25 olur. Yetkin fərdlərin kəlləsi 24–32 sm olur. Dəniz donuzları Sakit okean, Atlantik okean və Hind okeanı sularında yaşayırlar.
Dəniz duası
Dəniz duası — Xalid Hüseyninin 2018-ci ildə nəşr olunan kitabı. Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir. Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq.
Dəniz ekologiyası
Dəniz ekologiyası - ekologiyanın dənizləri öyrənən sahəsi. Dəniz çirklənməsinin müxtəlif tərifləri var. Olduqca əhatəli elmi bir dəniz çirklənməsi tərifi 1970-ci ildə BMT tərəfindən reallaşdırılan ətraf çirklənməsi ilə əlaqədar konfransda verilmişdir. Bu tərifə görə dəniz çirklənməsi dəniz mühitinə və bioloji qaynaqlara zərər verəcək, insan sağlamlığına təhlükə yaradacaq, su məhsulları istehsalını da ehtiva edən dənizdən iqtisadi faydalanma imkanlarını məhdudlaşdıracaq və dənizin istirahət məqsədi ilə istifadə edilməsinə suyun keyfiyyətini pozaraq maneə yaradacaq şəkildə insanlar tərəfindən birbaşa və ya dolayı yollarla maddə və enerji buraxılması hadisəsidir. Başqa bir əhəmiyyətli dəniz çirklənməsi tərifi isə 2872 saylı Ətraf Mühit Qanununa əsaslanaraq Su Çirklənməsinə Nəzarət İdarəsi tərəfindən verilən tərifdir. "Dəniz çirklənməsi- dəniz qaynaqlarının kimyəvi, fiziki, bakteriyoloji, radyoaktif və ekoloji xüsusiyyətlərinin mənfi istiqamətdə dəyişməsi formasında müşahidə edilən və birbaşa ya da bilavasitə olaraq bioloji qaynaqlarda, insan sağlamlığında, balıqçılıqda, dəniz suyunun keyfiyyətində və dəniz suyunun digər məqsədlərlə istifadə edilməsində maneə törədici pozulmalar yaradacaq maddə və ya enerji tullantılarının boşaldılmasıdır." Dənizlərdə canlı həyatının kəmiyyətcə və növcə get-gedə azalması, şəhər, sənaye və əkinçilik tullantılarından qaynaqlanan dəniz çirkliliyinin artması sahil qurulaşmalarının genişlənməsi və həddindən artıq çox ovlanmanın əhəmiyyətli nəticəsidir. Müxtəlif yollardan meydana gələn dəniz çirkliliyi təbii qaynaqların davamlılığı və insanların gələcəyi baxımından böyük önəm daşıyır. Sənaye, dəniz nəqliyyatı, şəhərləşmə, turizm və tullantıların boşaldılması ilə yanaşı baş verən dəniz qəzaları ilə də hər keçən gün dənizlər daha sürətlə çirklənməyə başlamışdır. Dənizlərin istifadə sahələrindən biri, çirklilik əmələ gətirən deşarjlar üçün bir alıcı mühit olaraq istifadə edilməsidir. Bu çirklənmə dəniz sahilindəki məskunlaşma yerləri və sənayelərdən birbaşa ötürülə bildiyi kimi, axar sular, yağış suları və hava çirkliliyi ilə də daha uzaq bölgələrə daşıma yoluyla yarana bilər.
Dəniz energetikası
Dəniz energetikası- dəniz energetikası akvatoriya, dəniz axınları və qabarmaların səthində baş verən dalğaların enerjisinə, həmçinin dəniz suyunun müxtəlif dərinliklərindəki temperatur və duzluluq dərəcəsi fərqinə əsaslanır. İstənilən su hövzəsində dalğa labüd hadisədir. Dünya okeanının dalğa gücü 2,7 mlrd. kVt-la qiymətləndirilir, bu, dünyada sərf olunan enerjinin 30%-ni təşkil edir.
Dəniz fili
Dəniz fili (lat. Mirounga) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Yırtıcı məməlilər arasında ən böyüklərindən biridir. Onlar əsl suitilərə daxil olsalarda özlərini Qulaqlı suitilərə daxil olan canlılar kimi aparırlar. Onlar iki növə bölünür: Şimal dəniz fili (Mirounga angustirostris (Gill, 1866), Şimali Amerikanın qərb sahillərində yaşayırlar) və Cənub dəniz fili (Mirounga leonina Linnaeus, 1758, Antarktida sahillərində yaşayırlar). Bu cinsin nümayəndələri hal-hazırda suitilərə aid edilir. Əvvəllər isə onlar Monax suitilərə aid edilirdi. 1996-cı ildə Binida-Emonds və Rassel bu məsələdə bir əlaqə aşkarlaya bilməmişdirlər. İri xortum dişilərdə və körpə erkəklərdə olmur. Uzun zaman ərzində Xortumun uzanması baş verir və bir müddətdən sonra burun artıq aşağı sallanmış formadada qalır.
Dəniz günəşi
Dəniz günəşi (lat. Pycnopodia helianthoides), Dərisitikanlıların Dəniz ulduzları sinfinə aid onurğasız heyvan növü.
Dəniz hörümçəkləri
Dəniz hörümçəkləri (lat. Pycnogonida) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Hazırda 1000-dən çox müasir növü məlumdur.
Dəniz inəkləri
Dəniz inəkləri və ya Hidrodamalislər (lat. Hydrodamalis) — Dyoqonlar fəsiləsinə, Sirenlər dəstəsinə daxil olan və nəsli kəsilmiş məməli cinsi. Əsasən Sakit okeanın şimal hissəsində miosen və qolosen epoxalarında yaşamışlar. Bu cinsə iki növ daxildir. Dəniz inəkləri böyük ölçülərə malik olmuşlar. Onların uzunluğu 7-10 metr və 4-10 ton çəkiyə malik olmuşlar. Bütün Balinakimilərdə olduğu kimi dəniz inəklərinin quyruqları bu quruluşda olmuşlar. Ləng olmalarına baxmayaraq bədənlərini fırlada bilirdilər. Bu calıların üst dodaqları sallanmış formaya malik olmuşdur. Sanki xortumubxatırladırdı.
Cənub dəniz fili
Cənub dəniz fili (lat. Mirounga leonina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin dəniz fili cinsinə aid heyvan növü. Dünyada Pərayaqlılara daxil olan ən boyük canlıdır. Onun ölçüləri 6 metr uzunluğa və 4 ton çəkiyə malik olurlar. Bu canlı "fil" adını malik olduğu xotumu və iri çəkisi ilə əlaqədardır. Burnu iri kisəçik formasındadır. Döyüşlər zamanı xortumlarından istifadə edirlər. Bu növün "Cənub" dəniz fili andanmasının səbəbi isə onun əsasən Antarktika sahillərində yaşaması ilə əlaqədardır. Şimal dəniz fili isə Şimali Amerika, xüsusi ilə Kaliforniya sahillərində (Mirounga angustirostris) yaşayırlar. Bədən quruluşu iri olub, iri sinəyə malikdir.
Cənub dəniz pişikləri
Cənub dəniz pişikləri (lat. Arctocephalus) — Qulaqlı suitilərə daxil olan cins. Cənub dəniz pişikləri cinsnə daxil növlərin oxşar xüsusiyyətləri vardır. Rənglərində oxşarlıq əsasən onların açıq-qəhvəyi olmasıdır. Üstəlik böyük koloniya əmələ gətirirlər. Fərqlilikləri isə onların ölçülərindədir.
Cənub dəniz şiri
Cənub dəniz şiri (lat. Otaria flavescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin qulaqlı suitilər fəsiləsinin cənub dəniz şiri cinsinə aid heyvan növü. Erkəkləri 2,5 m uzunluğa və 300 kq malik olurlar. Bədənlərinin yuxarı hissələri tünd-qəhvəyi, bədəninin sinə və aşağı hissələri isə sarı-qəhvəyi rəngdə olur. Dişiləri 2 m uzunluğa, 140 kq çəkiyə malik olurlar. Bədən rəngi açıq qəhvəyi olur və tez-tez nizamsız formaya malik ləkələr müşahidə edilir. Cənub dəniz şirləri Sakit okeanın Cənubi Amerika sahillərində, Peru, Çili sahil xətdi boyunca Odlu Torpaq arxipelaqına qədər olan ərzilərdə yaşayır. Atlantik okeannın Braziliya sahilləri və Folklend adaları boyunça geniş ərazidə yayılmışdır. Bəzən onlara Qalapaqos adaları və Braziliyanın uzaq adalarında rast gəlinir. Ancaq onlar koloniyalardan uzaqda yaşamağı xoşlamırlar.
Cənub dənizlər şirkəti
Cənub dənizlər şirkəti (ing. The South Sea Company) — İngilis ticarət şirkəti, maliyyə piramidi. Şirkət 1711-ci ildə İngilis xəzinədar Robert Harli tərəfindən quruldu. Səhmdarlara asyento — Cənubi Amerikanın İspan hissəsi ilə ticarət etmək hüququ vəd edildi. İmtiyazlar müqabilində şirkət, Marlboro Hersoqunun müharibələri zamanı xeyli artan milli borcunu geri alacağını vəd etdi. Üstəlik, bu hüquqlar İngiltərə tərəfindən yalnız 1714-cü ildə başa çatan İspaniya mirası uğrunda müharibəsinin uğurla başa çatmasına əsaslanırdı. Əslində təqdim olunan hüquqlar təsisçinin nəzərdə tutduğu qədər tam deyildi. Şirkət 1717-ci ilə qədər ticarət fəaliyyətini həyata keçirmədi, xüsusən 1718-ci ildə Böyük Britaniya ilə İspaniya arasındakı diplomatik münasibətlər ciddi şəkildə pisləşdiyindən. Buna baxmayaraq, 1720-ci ildə səhmlərin qiyməti sürətlə artmağa başladı: yanvar ayında £128 ; Fevral ayında £175; Mart ayında £330; May ayında £550. Səhmləri bir çox başlıqlı şəxs əldə etdi.
Cənubi Amerika dəniz pişiyi
Cənubi Amerika dəniz pişiyi (lat. Arctocephalus australis) — cənub dəniz pişikləri cinsinə aid növ. Erkəklər 190 sm uzunluğa, çəki 150–200 kq təşkil edir, dişilər isə 140 sm, çəkisi 30–60 kq olur. Onlar açıq-qəhvəyi rəngə malikdirlər. Erkəklər isə boz-qara dəriyə malik olur. Yarımnöv olan Folklend dəniz pişikləri nisbətən kiçik ölçüyə malik olurlar. Cənubi Amerika dəniz pişiyi iki yarımnövə bölünür: Folklend dəniz pişiyi (Arctocephalus australis australis), əsas yarımnöv Cənubi Amerikanın Peru, Çili, Argentina sahil ərazilərində və Braziliyanın cənub hissələrində yaşayırlar. Folklend dəniz pişikləri əsasən Folklend adalarında yaşayırlar. Cənubi Amerika dəniz pişikləri əsasən sıldırımlı qayalıqlar üzərində dincəlirlər. Onlar əsasən gün istisində çütləşirlər.
Cənubi Çin Dənizi
Şimali Natuna Dənizi və ya Cənubi Çin dənizi (malay Laut Nusantara, tay ทะเลจีนใต้, khm. សមុទ្រចិនខាងត្បូង, vyet. Biển Đông, çin. 南海, taqal Dagat Luzon, ind. Laut Natuna Utara) —Sakit okeanında Şərqi Asiya, Hindçin yarımadası ilə Polavan , Luson , Kalimantan və Tayvan adaları arasında yerləşir. Sahəsi 3,537,289 km² ,ən dərin yeri 5560 metr, orta dərinli isə 1024 metr təşkil edir. Temperaturu fevral ayında şimal hissədə 20,5 s,cənubda 27,5 s -dir. Avqust ayında isə həm şimal və cənubda 28-29 s təşmil edir. Yay və payız aylarında bölgə mussonların təsirinə məruz qallır. Mussonlar dönəmində güclü Tayfunlar baş verir.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Dalğalar Dənizə Qayıdır (1986)
Dalğalar dənizə qayıdır (film, 1986)
Deyvis dənizi
Deyvis dənizi -Cənub okeanının akvatoriyasında ,Antarktidanın şərqində , Həqiqət Sahili və Kraliça Meri torpağı sahillərində yerləşir. Qərb sahili Manisov burnu, şərqində Qərb şelf buzlağı ,cənubda isə Həqiqət sahili və Vise burnu vardır. İl boyu buzla örtülü olur. Dənizin sahəsi 21.000 km², orta dərinliyi 571 m, ən dərin yeri 1369 m təşkil edir. Duzluğu 33,0-33,5 ‰-dir. Dənizin daxilində Driqalskoy adası yerləşir. Onun ərazisi 204 km² təşkil edir. Dəniz 1912-ci ildə Avstraliya Antarktika ekspedisiyası tərəfindən kəşf edilir. D.Mauson <<Avrora>> gəmisinin kapitanı D.K.Deyvisin şərəfinə adlandırmışdır. O ekspedisiyada ikinci şəxs olmuşdur.
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma — 1987-ci ildə imzalanmış və Dominika ilə Fransız adaları Qvadelupa və Martinik arasındakı dəniz sərhədini təyin etmişdir. BMT-nin Dəniz hüququ haqqında Konvensiyanın prinsiplərinə əsaslanan Mərkəzi Amerika / Qərbi Hindistan bölgəsindəki ilk beynəlxalq dəniz hüququ müqaviləsi idi. Saziş 7 sentyabr 1987-ci ildə Parisdə imzalanmışdır. Razılaşmanın mətni iki sərhəd qoyur. Birinci sərhəd Dominikanı şimaldakı Qvadelupadan ayırır, uzunluğu 298 dəniz milidir (552 km) və Dominika boğazından təxminən şərq-qərbə uzanan sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Səkkiz ayrı məlumat nöqtəsi ilə təyin olunmuş yeddi düz dəniz hissəsindən ibarətdir. Daha cənub sərhəd Dominikanı cənubdakı Martinik ilə ayırır. Sərhəd 294 dəniz mili (544 km) uzunluğundadır və Martinik boğazından təxminən şərq-qərbdən keçən və ilk sərhədyə təxminən paralel keçən sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Altı ayrı koordinat nöqtəsi ilə təyin olunan beş sətir seqmentindən ibarətdir. Anderson, Ewan W. (2003).
Duman dənizi üzərindəki gəzgin
Duman dənizi üzərindəki gəzgin (almanca: Der Wanderer über dem Nebelmeer) - 1818-ci ildə romantik alman rəssamı Kaspar David Fridrix tərəfindən çəkilmiş rəsm əsəri. Bu, romantizmin şah əsərlərindən biri hesab olunur.
Dunay-Qara dəniz kanalı (Rumıniya)
Dunay-Qara dəniz kanalı — Dunay çayını Qara dənizlə birləşdirən qısa yol. Həm də gəmiçilik üçün yaralı olan bir kanal. Kanal keçmiş liman şəhəri olan Çernavodedən Dunayın yatağından ayrılır. Mecidiyyə və Basarabi şəhərləri ərazisindən Konstansa dəniz limanına axır. bununla da iki şəhəri daxili limana çevirir. Poarta-Albedən isə kanal iki hissəyə bölünür. Kanal Dobruca platosundan axır. Kanalın inşasına hələ Osmanlı imperiyası dönəmində ehtiyac yaranmışdır. Dunay-Qara dəniz kanalının inşası haqqında ilk qərar 1948-ci ildə verilmişdir. Rumıniya Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin sözlərinə görə bu layihənin təklifini ilk dəfə Stalin vermişdir.
Dyurvil dənizi
Dürvil dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahili və Adel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir. Dəniz sahillərinə ilk ayaq basan fransız J. Dümon-Dürvil (1837) olmuşdur.
Dənizdə şüa (film, 1967)
Film Gilov adasındakı mayakın işçilərindən, onların xidmətindən, mayakın gecələr balıqçılara, dənizçilərə və neftçilərə yol göstərməsindən danışır.
Dənizdən keçən alov (film, 1964)
Dənizi fəth edənlər (film, 1959)
Bu kinolent açıq dənizdə nadir neft mədəninin bu günü, çətinliklərə mərdliklə sinə gərib, dənizin dibində neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından-dəniz neftinin ilk kəşfiyyatçılarından əmək estafetini qəbul edən dəniz neftçilərinin yeni nəsli haqqında bəhs edir. Filmdə Xəzərin cövlan edən dalğaları üzərində neftçilər tərəfindən salınmış dəniz şəhərinin özünəməxsus təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir. "Dənizi Fəth edənlər"-Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayədir. 1) 1959-cu ildə I Moskva Kinofestivalı Filmə qısametrajlı və sənədli filmlər bölməsi üzrə gümüş Medal verilmişdir. 2) 1960-cı ildə Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov və Sergey Medınski filmə görə Lenin mükafatına layiq görülmüşlər. Rejissor: Roman Karmen Ssenari müəllifi: İmran Qasımov, Roman Karmen Operator: Cavanşir Məmmədov, Sergey Medınski Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov İkinci rejissor: Məmməd Əlili Səs texniki: A. Minçenko Mahnıların müəllifi: Yevgeni Dolmatovski Газ. "Комсомольская правда", 28 мая 1959 г. Газ. "Литературная газета", 28 мая 1959 г. М. Рзаева.
Dənizin ortasında (film)
Dənizin qəlbində (ing. In the Heart of the Sea) — 2015-ci il istesalı olan film. Balına ov gəmisi olan Eseksin batışından bəhs olunur. 1850-də yazıçı Eseks gəmisinin batışından sonra həyatda qalan son adam mehmanxana sahibi Tomas Nikkersonu ziyarət edərək hekayəni ona danışmağı müqavilində ona pul təklif edir. Tomas ilk öncə bunu rədd edir. Ancaq sonra arvadının təkidi ilə bu təklifi qəbul edir. Hekayə 1820-ci ildən başlayır. Səfərin ilk üç ayında heç bir uğur əldə olunmur. Kapitan Polard Atlantik okeanında balina görülmədiyinin fərqinə varır. Nəhəng ağ balinanın hücümu nəticəsində gəmi məhv olur, 6 nəfər ölür.
Dənizkənarı Alplar
Dənizkənarı Alplar — Fransanın cənubi-şərqində yerləşən departament, sıra nömrəsi-6, inzibati mərkəzi isə Nitsa şəhəridir. 2010-cu ildə əhalisi 1,094,579 nəfərə çatmışdır. 2010-cu ildə departamentlər arasında əhali siyahısına görə 19-cu sırada yer almışdır. Departamentin ərazisi 4299 km²-dir. Ərazi vasitəsilə bir çox çay axır: Var, Bandol, Buyonn və Burda. Departamentin tərkibinə 2 bölgə, 52 kanton və 163 kommuna daxildir. Artıq qədim dövrlərdə Dənizkənarı Alpları adı daşıyan ərazi Roma vilayəti mövcud olmuşdur. Eyni adlı deparatment isə Fransada 1793-ci ildən 1815-ci ilədək mövcuddur, lakin onun rəsmi sərhədləri yalnız 1947-ci ildə yaranmış, mövcud olan departamentin sərhədləri ilə üst-üstə düşmürdü.
Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. Bu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir. Dənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Dənizkənarı Milli Park
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.
Dənizkənarı Sena
Dənizkənarı Sena və ya Dənizsahili Sena (fr. və norm. Seine-Maritime) — Fransanın şimal-qərbində yerləşən, Normandiya regionunun departamenti . 18 yanvar 1955-ci ilə qədər departament «Aşağı Sena» (fr. Seine-Inférieure) adlanırdı. Sıra nömrəsi — 76. İnzibati mərkəzi — Ruan şəhəri. Əhalisi — 1 257 920 nəfər (departamentlər arasında 15-ci yer, 2014-ci ilin məlumatları). Dənizkənarı Sena departamenti Er, Uaza, Somma və Kalvados departamentləri ilə sərhəddir. Sahəsi — 6278 km².
Dənizkənarı Şaranta
Dənizkənarı Şaranta (fr. Charente-Maritime) — Fransanın qərbində Yeni Akvitaniya regionunda yerləşən departament, sıra nömrəsi-17, inzibati mərkəzi isə La Roşel şəhəridir. 2010-cu ildə departamentlər arasındakı əhali siyahısına görə 39-cu sırada yer almışdır. Departament ərazisi 6864 km²-dir. Ərazi vasitəsilə Şaranta, Qaronna çayı cənubdan departamentin sərhədini təşkil edir. Departamentin qərbində, Oleron adasının yaxınlığında, Stridiya ənənəvi olaraq yetişdirilməkdədir. Departament 5 rayona, 51 kantona və 472 kommuna bölünmüşdür.
Dənizli
Dənizli — Türkiyənin cənub-qərbində yerləşən sənaye şəhəri. Şəhərin əhalisi təxminən 577,000 (2013 siyahıyaalınması) nəfərdir. Dənizli ilinin inzibati mərkəzidir. Dənizli son bir neçə onillikdə, əsasən tekstil istehsal və ixracı ilə iqtisadi olaraq inkişaf etdi.
Dənizli ili
Dənizli - Türkiyədə il. Dənizli ili balıqçılıq sektorunda birincidir. Əhalisinin çoxu da balıqçılıqla məşğuldur. Bura Türkiyənin kurort bölgələrindən biridir. Adından bəlli olduğu kimi burada dənizçilik çox inkişaf etmişdir. Adı da məhz buradan götürülmüşdür. Dənizli bizim eranın 150-ci ilində xanlar, şahlar, varlı insanlar tərəfindən qoyulmuşdur. Bunun sübutu da, Dənizlidəki yüzlərə arxeoloji qazıntılardır. Bura vaxtilə şahların iqamətgahı olub və onların sarayları indi də qalmışdır. Bura vaxtilə bir çox dövlətlərin paytaxt və yaxud mərkəz şəhəri olmuşdur.

Digər lüğətlərdə