Dəyirmi qurdlar
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb.
== Quruluşu və fiziologiyası ==
Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.