dağ-dərya 2021

dağ-dərya
dağ-dərəli
dağ-divar
OBASTAN VİKİ
Dərya
Dərya — ad. Dərya Tınkaoğlu — Türkiyəni təmsil edən həndbolçu. Dərya Alabora — Türkiyə aktrisası. Dərya Hüdayı — amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. Dərya Dadvar — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. Aşıq Dərya Məhəmməd — Azərbaycan aşıqı. Təxəllüs Hüseyn Dərya — Azərbaycanlı reper və aktyor. Digər Dərya-i-nur — Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. Kaptan-ı dərya — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur.
Dərya Alabora
Dərya Alabora (türk. Derya Alabora; doğum adı Dərya Harupçu, Derya Harupçu; 19 avqust 1959, İstanbul) — Türkiyə aktrisası. Dərya Alabora 19 avqust 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Memar Sinan İncəsənət Universitetinin konservatoriyasının teatr fakültəsini bitirmişdir. O, Alabora "Məsumiyyət" və "Yencək səbəti" filmlərində oynadığı rollara görə iki dəfə "Qızıl portağal" mükafatına layiq görülmüşdür.
Dərya Dadvar
Dərya Dadvar (1971, Məşhəd) — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. Dərya əslən Rəştdən olsa da, Tehranda böyüyüb. 1992-ci ildə İranı tərk etdi və təhsillə bağlı Fransaya getdi. 1999-cu ildə vokal dərsərini bitirib "Musiqi tədqiqatları (Qızıl medal)" aldı. Bir ildən sonra Dərya Tuluzada yerləşən Milli Konservatoriyanı bitirdi. Daha sonra Tuluza təsviri incəsənət məktəbində (École des Beaux-Arts de Toulouse) magistr təhsili aldı.
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Dərya Tınkaoğlu
Dərya Tınkaoğlu (d. 3 aprel 1988) — Türkiyəni təmsil edən həndbolçu. Dərya Tınkaoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Dərya Tınkaoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Dərya Örs
Derya Örs (d.22 aprel 1966, Konya) — Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavini, professor, doktor, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. 1966-cı ildə Konyada anadan olmuşdur. 1999-cu ildə doktor elmi adını, 2002-ci ildə əvvəlcə köməkçi dosent, daha sonra dosent elmi vəzifəsinə yüksəlmişdir. 2010-cu ildə Ankara Universitetinin Fars dili və Ədəbiyyatı bölməsi üzrə professor elmi vəzifəsinə yiyələnmişdir. “Nüsha Şarkiyat Araştırmaları” jurnalının təssisçi və redaktorlarından biri, həmçinin də Ankarada olan Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavinidir. Yıldırım Beyazit Universitetinin İnsan və Cəmiyyət elmləri fakültəsində baş müəllim və dekan kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədridir. 2016-cı il 11 noyabr tarixində Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.
Hüseyn Dərya
Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; 29 iyun 1975, Bakı – 15 mart 2014, Bakı) — Azərbaycan repçisi və aktyor. Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənətkarlar ilə əməkdaşlıq edib. Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almışdır. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilindən imtina edərək, Qarabağ müharibəsində iştirak etmişdir. Dörd il iki ay hərbi xidmətdə olmuşdur. Hip hop karyerası 2000-ci ildən başlayıb. Karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb. 2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb.
Aşıq Dərya Məhəmməd
Aşıq Dərya Məhəmməd (1905, Qazax – 15 iyun 1984) — Azərbaycan aşıqı. Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. Ustadları Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd (1928) və Sadıq Sultanov (1929-cu ildən) olmuşdur. On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamışdır. İstedadına, coşğulu ifasına görə ustadı ona "Dərya" təxəllüsü vermişdir. Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub. 1929-cu ildən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib. 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.
Dərya-i-nur
Darya-i-Nur(Farsca: دریای نور mənası "işıq dənizi") dünyanın ən böyük kəsilmiş almazlarından biridir. 182 karat (yəni 36 qram) ağırlığında. Bu almazın keyfiyyəti qüsursuzdur. Dünyadakı ən böyük çəhrayı almazıdır. Almazda çox nadir olan açıq çəhrayı daşın arxa üzündə Fəth Şahın adı və 1834-cü il tarixi yazılmışdır. Darya-i-Nur Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. Əvvəlcə Nader Şah Dərya-i Nurdan bəhs edir. Nader Şah 1739-cu ildə Hindistanla döyüşərkən Muğal xəzinəsindən almazı oğurlayır. 1747-ci ildə Nader Şahın ölümündən sonra almaz komandirlərindən birinin əlinə düşdü. Bu komandir eyni zamanda Xorasanın vəziri idi.
Kaptan-ı dərya
Kaptan-ı dərya (Osmanlı türkcəsi: کاپیتان دریا, Kapitan-i Derya) — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur. 16. əsrin ortalarına qədər bəylərbəyi rütbəsi, o tarixlərdən sonra vəzir kaptan-ı dəryaların (və ya Kaptanpaşa) önəmi, Osmanlı imperiyasının dənizləri aşması və Aralıq dənizi sahillərindəki fəthlər çoxaldıqca artdı. Divan-ı Hümayüna üzv olaraq qatılmalı, Osmanlı imperiyasının dəniz əyalətləri adlanan əyalətlərini (Əlcəzair, Tunis, Trablusqarb və ya Tripolitaniya, Aralıq dənizi adaları) şəxsən özü və ya təyin etdiyi dənizçi paşalar vasitəsilə idarə edirdi. Keçmişdə indiki Çanaqqala ərazisində, sonralar isə İstanbulun Kasımpaşa səmtində yaşayan və limanın təhlükəsizliyindən məsul olan Kaptan-ı dərya statusu Tənzimat dövründə ləğv olunmuşdur. İlk Osmanlı dəryabəyləri sancaqbəyliyi də edirdilər. Osmanlı dəniz qüvvələri İzmitdən Gəliboluya köçürüldükdən sonra dəryabəylərinə kaptan-ı dərya deyilməyə başlanmışdır. II. Mehmed dönəmində donanma gücləndirilərək ordu vəziyyətinə gətirilmiş, bununla da kaptan-ı dəryaların vəzifələri də artdırılmışdır. 1533-1534 tarixlərində Cəzir-i Bahr-i Səfid və Cəzair-i Qərb vilayətləri birləşdirilərək Kaptanpaşanın idarəsinə verilmişdir. Ancaq kaptan-i dəryalığın bu qədər yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə gətirilməsi ilə bağlıdır.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var. Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağbaba (dağ)
Ağbaba — İrəvan xanlığının Türkiyə ilə sərhəd bölgəsində dağ adı. (yüksəkliyi 2040 metr) Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Aqbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Kəçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Ağbaba dağ beli və Azərbaycanda Ağbaba (Kəlbəcər) dağ adları ilə mənaca eynidir. 1728-ci ilə aid türkcə mənbədə Tiflis əyalətində də bir kəndin Ağbaba adlandığı qeyd olunmuşdur. Əxi baba adından təhrifdir. Bax: Ağabaş.
Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağlağan (dağ)
Ağlağan — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Ağlağan dağının hündürlüyü 2992 m.-dir. Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir. Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusundakı Laqan-Xuduk (dağ adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.
Ağoyuq (dağ)
Ağoyuq — Zəngilan rayonu ərazisində cənub-şərqində dağ. Hündürlüyü 548 m. Oronim ağ (kicik) və oyuq (çökək, kaha, mağara, zağa) sözlərindən düzəlib, "kicik kaha, mağara olan dağ" deməkdir.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Balliqaya (dağ)
Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. Ağbaba (dağ) Boz Abdal (dağ) Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Ballıqaya (dağ)
Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. Ağbaba (dağ) Boz Abdal (dağ) Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Bağırsaq (dağ)
Bağırsaq dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayrıcında, Bağırsaqdərəsi çayının sağ sahilində, Günnüt kəndindən 4,5 km cənub-qərbdə dağ (hünd. 1993,6 m). Üst Devonun Famen mərtəbəsinə aid Qabaqdağ lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Zirvə hissəsindən şimal-şərq istiqamətli fay qırılması keçir. Həmçinin yamaclarında şimal-şərq və şimal-qərb istiqamərli qırılmalar izlənilir.
Beşyataq (dağ)
Beşyataq — Balakən rayonunda dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, Balakən çayının sağ sahilində yerləşir. Hün. 1228 m. Keçmişdə maldar ellərin yaylaq yerlərindən olmuşdur. Oronim beş və yataq (çay məcrası; qoyun yatağı) komponentlərindən düzəlib. Özbəkistanın Fərqanə vilayətində Beşarıx, Qaşqaradərə vilayətində isə Beşkənd şəhəri, Krımda Beşuy, Beşuy Eli, Beşqaran, Beştamak, Beşqurt və s. yaşayış məntəqələri qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, türk dillərində beş sözünün "ağac budağı", "ağac şaxəsi", yataq sözünün isə "ev, tikili, heyvanların saxlandığı yer" mənalarında işlənməsi halı da geniş yayılmışdır.
Denali (dağ)
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.
Dülyam (dağ)
Dülyam — Lerik rayonu ərazisində dağ. Oronim talış dilindəki dü(iki) və lyam (yaylaq) komponentlərindən düzəlib, "iki yaylaq" mənasındadır. Kömürgöy Qızyurdu haqqinda.az/Tariximiz.
Dəlikdaş (dağ)
Dəlikdaş — Xocalı rayonunun şərqində dağ. Qarabağ silsiləsinin qərb yamacında zirvədir. Hündürlüyü 2304 m. Vulkan mənşəlidir. Qayalarında təbii oyuqların olması ilə əlaqədar dağ belə adlandırılmışdır. Daş komponenti burada "qaya" mənasındadır. Türkdilli xalqların toponimiyasında dəlik komponentini əvəz edən deşik sözünə təsadüf edilir: Deşikdaş (Özbəkistanın Surxandərya vilayətində Barsuktaq dağında paleolit dövrünə aid mağara), Deşikqala (Qaraqalpaq Respublikasının Turtqul rayonunda qədim dövrə aid qəsr xarabalığı) və s.
Dəmirçitəpə (dağ)
Dəmirçitəpə-Quba rayonu ərazisində dağ. Qaraçayla Qudyal çayı arasındakı sıra dağlar üstündəki zirvələrdən biridir. Tədqiqatçılar oronimi buradakı təpələrdən birində yaylağa gedən elat camaatına mövsümi xidmət göstərmək üçün dəmirçilərin müvəqqəti yurdu olması ilə əlaqələndirirlər. Etnotoponim olması da mümkündür.