damcıvarılıq 2021
damdançıxmaz 2021
OBASTAN VİKİ
Damdabaca (Germi)
Damdabaca (fars. دامداباجا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (22 ailə).
Damdabacalar
Damdabacalar — Azərbaycan mifologiyasında şər ruhların bir növü. == Fəaliyyəti == Damdabacalar bütün evlərin həyətlərində yaşaya bilər. Ancaq onlar sürü şəklində məscidlərin, köhnə evlərin, dəyirmanların xarabalıqlarında yaşayırlar. Axşamdan sonra həyətə isti su tökülməməlidir. Çünki isti su damdabacaların uşaqlarını yandırır və bu mifik varlıqlar yanmış uşaqlarının intiqamını almağa başlayır. Damdabacalar insanların yeni doğulmuş sağlam uşağını özlərinin zəif doğulmuş körpələrinin hər hansı biri ilə dəyişdirmək, və ya həm ananı, həm uşağı boğmaq üçün Hal anası ilə oxşar bir şəkildə doğuşun olduğu otaqda hazır şəkildə gözləyirlər. İnsanlar qadını qorumaq üçün zahıya papaq geydirir ki, damdabaca yataqda yatanın qadın yox, xəstə kişi olduğuna inansın. Bəzən isə doğum edən qadının başının üstünə xəncər və ya qılınc asılır. Həmçinin Məryəm olaraq səsləyərək damdabacanı qadının adının Məryəm olduğuna inandırmağa çalışırlar. Belə düşünülür ki, damdabacalar Məryəm adına görə qadına yaxınlaşmır.

Digər lüğətlərdə