Danimarka

coğ. Danemark

danışmaq
danimarkalı
OBASTAN VİKİ
Danimarka kinematoqrafiyası
Danimarka kinematoqrafiyası — Dan dilində 1897-ci ildən etibarən istehsal olunan və 1980-ci illərdən bəri müntəzəm olaraq yeni filmlər istifadəyə verən və əsasən Danimarka Kino İnstitutu (Det Danske Filmstitut) tərəfindən çəkilən filmləri təsvir etmək üçün istifadə olunan termindir. Danimarka kinematoqrafiyasında məzmun baxımından realizm, cinsi açıqlıq, dini və əxlaqi məsələlər kimi mövzulardan bəhs edilir. Danimarka kinosunun ən məşhur rejissorları arasında Benjamin Kristensen, Karl Teodor Dreyer, Erik Ballinq, Qabriel Aksel, Bill Avqust, Lars fon Trier, Anders Tomas Censen, Tomas Vinterberq, Suzanna Bayr və Nikolas Vindinq Refn kimi məşhur adlar vardır. == Bəzi filmlər == Ali məhəbbət (film, 2012) Alleqro (film, 2005) Bir rumka daha Dalğaları yararkən Doqvill (film, 2003) Vicdanı oyadan == İstinadlar == == Əlavə ədəbiyyat == David Bordwell: Essay on Danish Cinema, in Film #55, Denmark 2007 Marguerite Engberg: Dansk stumfilm. De store år, vol. 1–2. Copenh. 1977 (summary in English) Hjort, Mette; Lindqvist, Ursula, redaktorlar A Companion to Nordic Cinema. Malden, Massachusetts: Wiley Blackwell. 2016.
Saksonun Danimarka salnaməsi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Saksonun Danimarka tarixi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Corc (Danimarka şahzadəsi)
Danimarka və Norveç Şahzadəsi Corc (dan. Jørgen; ən tezi 1 mart 1653 və ən geci 11 noyabr 1653, Kopenhagen qəsri[d], Kopenhagen, Danimarka – 28 oktyabr 1708, Kensinqton, London, Böyük Britaniya krallığı) — Böyük Britaniya kraliçası Annanın əri idi. 1702-ci il martın 8-də Anna taxtdan çıxdıqdan 1708-ci ildə ölümünə qədər Britaniya monarxının yoldaşı idi.
Danimarka–Norveç əməliyyatı
Danimarka-Norveç əməliyyatı və ya "Vezerübunq" əməliyyatı (alm. Fall Weserübung‎) — 1940-cı ilin aprel-iyun aylarında İkinci dünya müharibəsi zamanı almanların Danimarkanı (alm. Weserübung-Süd‎) və Norveçi (alm. Weserübung-Nord‎) ələ keçirmək üçün apardığı hərbi əməliyyat. == Desant əməliyyatları == 1940-cı il 3 aprel tarixindən etibarən Alman limanlarını Stavanger, Trondheym və Narvikə gedən nəqliyyat vasitələri tərk etdi. Aprelin 7-də səhər üçdə Şimali Norveç üçün nəzərdə tutulmuş ordu birləşmələrini daşıyan Alman hərbi gəmiləri Şilliq yaxınlaşmalarına (Vilhelmshaven körfəzindən çıxışda) toplaşaraq şimala yönəldilər: bunlar "Qneyzenau" (vitse-admiral Günter Lütensin flaqmanlığı ilə) döyüş gəmiləri və "Şarnhorst," "Admiral Hipper" ağır kreyseri və 12 esmines. Şimal dənizinə və Şetland adaları-İslandiya xəttinə bir neçə donanma göndərildi. Gecə, alman donanması bir neçə gün davam edən bir fırtınaya düşdü: gəmilərə bir sıra ziyan vurdu və naviqasiyanı ciddi şəkildə çətinləşdirdi. Aprelin 8-də səhər 10-da admiral Hipper tək hərəkət edən "Qlouuolm"u vuraraq batırdı; Bundan sonra o və 4 esmines Trondheym əyalətinə yola düşdü. === Norveç === Vilhelm Heidkampın başçılıq etdiyi 1-ci desant qrupu, 9 aprel səhəri Narvik körfəzinə girdilər, burada danışıqlardan sonra Norveç döyüş gəmiləri Eysvold və Norge batırıldı.
Danimarka
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir. == Ərazi == Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir.
Danimarka-Norveç
Danimarka-Norveç — hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, Qrenlandiya və Farer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, Qrenlandiya və Farer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir. == Quruluş == Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı. == Yeddi illik Şimal müharibəsi == İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı. == Koloniyaların yaranması == Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri Amerika və Hindistan oldu.
Danimarka Krallığı
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir. == Ərazi == Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir.
Danimarka adası
Danimarka adası (norv. Danskoya, ing. Danes Island) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Barens dənizi suları ilə əhatələnir. Qərbi Şpisbergen adasından şimal-qərbdə, Magdalenefjorden fiordu yaxınlığında yerləşir.. Ondan şimalda Amsterdam adası qərarlaşır. Arxipelaqın bir çox adaları kimi daimi yaşayışa sahib deyildir. Adada 1631-ci ildə Balina ov bazası təşkil olunmuşdur. Bu baza 1658-ci ildə isə tərk edilmişdir. 1897-ci ildə Andre tərəfindən təşkil olunan isveç qütb ekspedisiyası bu adadan başlamışdır.
Danimarka azərbaycanlıları
Danimarka azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Danimarkada yaşayan hissəsinin adı. == Diaspora təşkilatları == Hazırda bu ölkədə azərbaycanlıların bir sıra cəmiyyət və birlikləri fəaliyyət göstərir: "Vətən" Cəmiyyəti; Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti; Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi; Danimarka Azərbaycan Mədəniyyət Mərkəzi; Danimarka-Azərbaycan Cəmiyyəti; Danimarka Azərbaycan Gənclər Təşkilatı. Qeyd olunan qurumların əsas fəaliyyət istiqamətləri Danimarkada Azərbaycanı layiqincə təmsil etmək, ölkənin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, eləcə də zaman-zaman Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətini danimarkalılara çatdırmağa yönəlib. Həmçinin, paralel olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, mədəniyyəti də həmin qurumlar tərəfindən Danimarka ictimaiyyətinə çatdırılır. == Tədbirlər == Danimarkada yaşayan azərbaycanlılar hər ilin mart ayında Herlev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirirlə. Türklər, ruslar, özbəklər, uyğurlar, latışlar, ukraynalılar və başqa millətlərin nümayəndələrinin də iştirak etdiyi bu bayram şənliyi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. 28 may Respublika Günü də dünyanın hər bir ölkəsində olduğu kimi Danimarkada da azərbaycanlılar tərəfindən geniş qeyd edilir. Bu bayram ənənəvi olaraq hər il Hillerod şəhərinin mərkəzindəki "Torvet" meydanında qeyd edilir. == Tanınmışlar == Məsud Aşina; Səfər Sadiqi. Səid Aşina == İstinadlar == == Xarici keçidlər == "Vətən" Cəmiyyətinin saytı.
Danimarka bayrağı
Danimarka bayrağı — Danimarkanın Dövlət bayrağı Danimarka bayrağı qırmızı fonun üzərinə bayrağın künclərinə doğru uzanan ağ xaçdan ibarətdir. Xaçın üfüqi hissəsi bayrağın irəli tərəflərinə doğru sürüşdürülür. Dannebrogun (Danimarka bayrağı) simvolu digər şimal ölkələrinə Finlandiya, İslandiya, Norveç, İsveç sonradan qəbul edilmişdir. Danimarka bayrağı Dünyanın ən qədim bayrağıdır. Danimarkada bu ölkənin bayrağı istisna olmaqla, başqa dövlətlərin bayraqlarına zərər vuran şəxs cəzalandırılır. Ağ üzərində qırmızı xaç olan pankartın 14-cü əsrdən bəri Danimarka kralları tərəfindən istifadə edildiyi təsdiqlənir.Danimarka milli tarixşünaslığına əhəmiyyətli təsir göstərmiş bir mənşə əfsanəsi bayrağın təqdim edilməsini 2009-cu ildə Lindanis döyüşü ilə əlaqələndirir.1219.Uzun Nordic xaçı 18-ci əsrə aiddir.onun dəniz donanması kimi istifadəsini əks etdirir.Bayraq 16-cı əsrin əvvəllərində milli bayraq kimi məşhurlaşdı.Onun şəxsi istifadəsi 1834-cü ildə qadağan edildi, lakin 1854-cü il tənzimləməsi ilə yenidən icazə verildi.Bayraq davamlı istifadədə olan ən qədimdir.dövlət bayrağı olmaq üzrə dünya rekorduna sahibdir.
Danimarka boğazları
Danimarka boğazları — Skandinaviya və Yutlandiya yarımadaları arasındakı boğazlar sistemi. Kəmərlər sisteminə daxildir: Kiçik Kəmər (ən dar yeri 0,5 km), Böyük Kəmər (3,7 km), Öresund (10,5 km), Kattegat (60 km) və Skagerrak (110 km). Danimarka Boğazlar Baltik dənizinin limanlarını Dünya okeanının limanları ilə birləşdirən əsas dəniz yoludur.
Danimarka boğazı
Danimarka boğazı (dan. Danmarksstrædet) — Qrenlandiya adasını İslandiya adasından ayıran boğaz . Qrenland dənizini Atlantik okeanı ilə birləşdirir. Eni 260 km, uzunluğu 480 km təşkil edir. Dərinliyi 227 metrdir. İslandiya adası sahillərində İrminqur isti cərəyanı keçir. Qrenlandiya adası sahilindən isə Şərqi Qrenlandiya cərəyanı keçir. Bu boğazda 1941-ci ildə Britaniya kreyseri "Xud" və Alman "Bismark" gəmisi arasında döyüş baş vermişdir. Döyüş zamanı Xud kreyseri batırılmışdır. Uzunluğu 50 km, ən dar yeri isə 50 km təşkil edir.
Danimarka coğrafiyası
Danimarka – Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Danimarka Yutlandiya yarımadası və Baltik dənizindəki bir neçə adadan ibarətdir. Bu ərazini Danimarka Arxipelaqı olaraq da adlandırılar. Ölkənin ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. == Sərhədləri == Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. == Fiziki coğrafiyası == Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən Skagerrak və Kattegat boğazlarına nəzarət edir.
Danimarka dili
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur. === Ərazi və say === Dan dili aşağıdakı ölkələrdə yayılmışdır; Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005) Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir. Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır. Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.
Danimarka kronu
Danimarka kronu - Danimarka, Qrenlandiya və Farer adalarında istifadə olunan pul vahidi. Kron sözü Skandinaviyada geniş yayılmış krone sözündən yaranmışdır. Danimarkada 2007-ci ildə infilyasiya 1.5% olmuşdur. 2000-ci ildə ölkədə avrozonaya keçidlə əlaqdər avroya keçid məsələsi gündəmə gəlmişdir. Keçirilən referendum nəticəsində əhalinin böyük bir qismi buna qarşı çıxmışdır. Danimarka maliyyə idarəsinin son illərdə gördüyü işlər nəticəsində Danimarka kronu avroya sabitləşdirilmişdir.
Danimarka tarixi
Danimarka tarixi, bugünkü Danimarka Krallığı torpaqlarının tarix öncəsi dövrlərdən günümüzə qədər uzanan tarixdən ibarətdir. == İlk dövrlər == Danimarkada insanların 100.000 ildən çox bir tarixi var, lakin Danimarkanın şimalda yerləşməsi səbəbindən insanlar son buz dövründə Danimarkanı tərk etməli oldular və insanlar eramızdan əvvəl 12.000-də buzlaqların geri çəkilməsi ilə yenidən Danimarka torpağında gəldilər. Eramızdan əvvəl 3000-ci ildə Danimarkanın yerli sakinləri öz torpaqlarında əkib becərməyə başladılar. Dəmir dövründə (eramızdan əvvəl IV — I əsrdə Skandinav iqlimi soyuq və yağışlı bir dövrdən keçdi. Bu dövrdə Danimarkalıların cənubi Almaniya bölgəsinə köç etdikləri təyin olunub Roma İmperiyasının ən güclü dövründə belə, sərhədləri Danimarkanı əhatə etmirdi. Bununla birlikdə, Danimarkada tapılan Roma sikkələri, iki bölgə arasında ticarət əlaqələrinin güclü olduğunu sübut edir. Bundan əlavə, Danimarkanın Roma ordusuna əsgər verdikləri təyin olundu. Danimarkada yayılmış torf bataqlıqları arxeoloji məlumatların böyük bir mənbəyidir. Danimarkada Antik dövrdən qalma yazılı sənədlər olmadığından, bu bataqlıqlarda aşkar edilmiş yaxşı qorunan insan cəsədləri tarixçilərə o dövrdə Danimarkalıların mədəniyyəti və həyat tərzi haqqında bir fikir verə bilər. 8-ci və 11-ci əsrlər arasında Danimarkada Vikinqlər kimi tanınan tayfa hökm sürürdü.
Danimarka şəhərləri
1 = 20,000 və ya daha çox əhalisi olan şəhərləri 2 = Ölstükke-Stenlöse yeni şəhərdir, Ölstükke və Stenlöse şəhərlərinin birləşməsi nəticəsində yaranışdı 3 = Hörsholm şəhəri bir neçə bələdiyyələrin bir hissəsidir. a = Kopenhagen aqlomerasiyasının bir hissəsi (da: Hovedstadsområdet).
Azərbaycan–Danimarka münasibətləri
Azərbaycan–Danimarka münasibətləri — Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Birjevaya küçəsi 32 ünvanındakı "Elektriçeskaya Sila" şirkətinin binasında Danimarkanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul E.F.Bisrinq rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === ==== Azərbaycan səfirləri ==== ==== Danimarka səfirləri ==== Hazırda Danimarkanın Azərbaycandakı səfiri 2017-ci ilin mart ayının 26-da öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmiş Svend Ollinqdir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Fərəməz Maqsudov olmuşdur. 4 mart 2016-cı il tarixindən Sevinc Fətəliyeva işçi qrupunun rəhbəridir.
Böyük Danimarka ensiklopediyası
Böyük Danimarka Ensiklopediyası (dan. Den Store Danske Encyklopædi) Danimarka dilində çoxcildlik universal ensiklopediyadır. Gyldendal tərəfindən 1994–2001-ci illər arasında 20 cilddə, ardınca 2002-ci ildə əlavə bir cilddə və 2003-cü ildə iki indeks cilddə nəşr edilmişdir. Ensiklopediya Danmarks Nationalleksikon A/S (Gyldendalın törəmə şirkəti idi) tərəfindən hazırlanmışdır. 20 cilddə 115 minə yaxın məqalə var idi, bunun üçün müxtəlif bilik sahələri üzrə 4000-ə yaxın müəllif-mütəxəssis cəlb edilmişdir. Məqalələrin əksəriyyəti bir neçə onlarla sətirdən uzundur ("Danimarka" məqaləsi 130 səhifədir), hər biri imzalıdır. Hər bir cilddə çoxlu sayda illüstrasiyalar var. 2004-cü ildə ensiklopediya Microsoft Windows platforması üçün, 2005-ci ildə Mac OS üçün CD-ROM- da buraxılmışdır. 2006-cı ildə nəşriyyatda ensiklopediyanın abunə yolu ilə pullu onlayn versiyasını yaratmaq planları var idi, lakin 2008-ci ildə həyata keçirilməsi üçün vəsait çatışmazlığı səbəbindən bu layihədən imtina etmək qərarına gəldi. Buna baxmayaraq, 26 fevral 2009-cu il tarixində ensiklopediyanın məzmunu vikimühərrikində həyata keçirilən xüsusi yaradılmış saytda sərbəst şəkildə internetdə yerləşdirilmişdir ; bu qərar ensiklopediyanın çap variantının bəzi alıcılarının etirazına səbəb olub.
Danimarka-Norveç əməliyyatı
Danimarka-Norveç əməliyyatı və ya "Vezerübunq" əməliyyatı (alm. Fall Weserübung‎) — 1940-cı ilin aprel-iyun aylarında İkinci dünya müharibəsi zamanı almanların Danimarkanı (alm. Weserübung-Süd‎) və Norveçi (alm. Weserübung-Nord‎) ələ keçirmək üçün apardığı hərbi əməliyyat. == Desant əməliyyatları == 1940-cı il 3 aprel tarixindən etibarən Alman limanlarını Stavanger, Trondheym və Narvikə gedən nəqliyyat vasitələri tərk etdi. Aprelin 7-də səhər üçdə Şimali Norveç üçün nəzərdə tutulmuş ordu birləşmələrini daşıyan Alman hərbi gəmiləri Şilliq yaxınlaşmalarına (Vilhelmshaven körfəzindən çıxışda) toplaşaraq şimala yönəldilər: bunlar "Qneyzenau" (vitse-admiral Günter Lütensin flaqmanlığı ilə) döyüş gəmiləri və "Şarnhorst," "Admiral Hipper" ağır kreyseri və 12 esmines. Şimal dənizinə və Şetland adaları-İslandiya xəttinə bir neçə donanma göndərildi. Gecə, alman donanması bir neçə gün davam edən bir fırtınaya düşdü: gəmilərə bir sıra ziyan vurdu və naviqasiyanı ciddi şəkildə çətinləşdirdi. Aprelin 8-də səhər 10-da admiral Hipper tək hərəkət edən "Qlouuolm"u vuraraq batırdı; Bundan sonra o və 4 esmines Trondheym əyalətinə yola düşdü. === Norveç === Vilhelm Heidkampın başçılıq etdiyi 1-ci desant qrupu, 9 aprel səhəri Narvik körfəzinə girdilər, burada danışıqlardan sonra Norveç döyüş gəmiləri Eysvold və Norge batırıldı.
Danimarka Kral Kitabxanası
Kral Kitabxanası (dan. Det Kongelige Bibliotek) — Danimarkanın Milli Kitabxanası. Dünya və Skandinaviyada ən böyük kitabxanalardan biridir. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb.
Danimarka Qərbi Hindistanı
Danimarka Qərbi Hindistanı (dan. Dansk Vestindien) — Sent-Tomas, Sent-Con və Sent-Krua adalarını və yaxınlıqdakı bir sıra adaları əhatə edən Kiçik Antil adaları arxipelağında Danimarka koloniyası. Koloniya, Danimarkanın bir Qərbi Hindistan şirkəti tərəfindən 1672-ci ildə quruldu. 1755-ci ildə şirkət milliləşdirildi. Afrikadan adalara kölələr əkinlərdə işləmək üçün gətirildi, lakin 1792-ci ildə Danimarka hökuməti kölə ticarətini qadağan etdi və 1848-ci ildə köləlik ləğv edildi. 19-cu əsrin ikinci yarısında adaların Amerika Birləşmiş Ştatlarına satılması ilə bağlı müzakirələr başladı, lakin bu müqavilə Ştatlarda başlayan vətəndaş müharibəsi ilə qarşısı alındı. Birinci Dünya müharibəsinin başlamasından sonra, adaların Almaniya tərəfindən işğalı təhlükəsi var idi. 1917-ci ildə adalar 25 milyon dollara ABŞ-yə satıldı. Birləşmiş Ştatların bir hissəsi olaraq, Danimarka Qərbi Hindistanına ABŞ Vircin adaları adı verildi. == Coğrafiyası == Danimarka Qərbi Hindistanını təşkil edən adalar Puerto-Rikodan 60 kilometr şərqdə yerləşir.
Danimarka şəhərlərinin siyahısı
1 = 20,000 və ya daha çox əhalisi olan şəhərləri 2 = Ölstükke-Stenlöse yeni şəhərdir, Ölstükke və Stenlöse şəhərlərinin birləşməsi nəticəsində yaranışdı 3 = Hörsholm şəhəri bir neçə bələdiyyələrin bir hissəsidir. a = Kopenhagen aqlomerasiyasının bir hissəsi (da: Hovedstadsområdet).
Danimarka–Ermənistan münasibətləri
Danimarka—Ermənistan münasibətləri — Danimarka və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanın Kopenhagendə səfirliyi var. Danimarka isə Ukraynanın Kiyevdəki səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuşdur. Ermənistanın Danimarkadakı hazırkı səfiri Hraçya Ağacanyandır. 2008-ci ildə Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan Ermənistan və Danimarka arasındakı münasibətləri "dostyana" və "yüksək" olaraq adlandırdı. 2013-cü ildə müstəqil Amstream təşkilatı qeyri-siyasi və qeyri-iqtisadi qurum olaraq Ermənistan və Skandinaviya arasında iş, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq və tərəfdaşlığa başlamaq məqsədilə quruldu. == Tarix == Ermənistanla Danimarka arasındakı ticarət əlaqələri 1568-ci ildə, erməni səyyah və yazıçı Pirzadə Qapanetsinin Danimarkanı ziyarət etməsindən sonra başlayır. Müasir Ermənistan dövləti 1991-ci ildə müstəqillik qazandıqdan bəri, iki ölkə həm hökumət, həm də Qeyri Hökumət Təşkilatları əlaqələr qurmağa çalışırdı. Danimarka Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Mission Ost, Danimarka Erməni Missiyası və Danimarka Qafqaz Araşdırmaları Cəmiyyəti kimi vətəndaş cəmiyyəti təşkilatları ikitərəfli münasibətlərin inkişafında fəal iştirak edir.
Futbol üzrə Danimarka çempionatı
Superliqa (dan. Superligaen) - Futbol üzrə Danimarka çempionatlarının ən yüksək liqası. Əsası 1991-ci ildə qoyulmuş və I divizionu əvəz etmişdir. == Format == Çempionat 14 komandadan ibarət olub üç dövrəli turnir şəklində keçirilir. İyulda startı verilən yarış mayda bitir. 26-cı turdan sonra klublar 2 hissəyə ayrılır. Turnir cədvəlində ilk 6 yeri tutan komanda Çempionlar qrupunda çıxış edir. Qalan 8 komanda isə bərabər saylı 2 qrupa bölünürlər. Çempionatın sonu Çempionlar qrupunda 4-cü yerin sahibi ilə ikinci səbətdəki hər bir qrupun ilk 2 komandası arasında Avropa liqasına vəsiqə uģrunda pley/off maçları oynanır. Bununla yanaşı ikinci səbətdə hər bir qrupda son 2 yerin sahibi çempionstds qalmaq uğrunda ev və səfərdə olmaqla qarşılıqlı oyunlar keçirilir.
Ost-Hind şirkəti (Danimarka)
Danimarka Ost-Hind şirkəti (dan. Dansk Østindisk Kompagni) — 1616-1729 (fasilələrlə) ilə Asiya ilə ticarət edən Danimarka ticarət şirkəti. 1616-cı ildə Hollandiyanın Ost-Hind şirkəti modelindən sonra yaradılmışdır. Şirkətin ən böyük səhmdarı Kral IV Kristian idi. Şirkət qurulduqda, Asiya ilə dəniz ticarətində inhisar aldı. 1620-ci illərdə Danimarka tacı Hindistanda bir qala əldə etdi - Trankebar, daha sonra şirkətin ticarət fəaliyyətinin mərkəzinə çevrildi (Dansborq fortu). Çiçəklənmə dövründə İsveç Ost-Hind şirkəti ilə birlikdə İngilis Şərqi Hindistan Şirkətindən daha çox çay idxal etdi , bunun 90% -i İngiltərəyə qaçaq yolla gətirildi və bu da ona böyük qazanc gətirdi. Zəif iqtisadi göstəricilərə görə şirkət 1650-ci ildə ləğv edildi, lakin 1670-ci ildə yenidən quruldu. 1729-cu ilə qədər Danimarka Ost-Hind şirkəti çürüdü və nəhayət ləğv edildi . Tezliklə səhmdarlarının çoxu 1730-cu ildə qurulmuş Asiya şirkətinin üzvü oldu (dan.
Danimarkada islam
Danimarkada islam — ölkədəki dinlərdən biridir. ABŞ Dövlət Departamentinin məlumatına görə, Danimarka əhalisinin təxminən 3,7%-ni müsəlmanlar təşkil edir. Digər mənbələr, o cümlədən Danimarka Xarici İşlər Nazirliyi, daha aşağı rəqəmlər verir.. BBC-nin məlumatına görə, Danimarkada təxminən 270.000 müsəlman yaşayır. 1970-ci illərdə Türkiyə, Pakistan, Mərakeş və keçmiş Yuqoslaviyadan insanlar iş dalınca Danimarkaya gəlirdilər. 1980–90-cı illərdə müsəlmanların əksəriyyəti İran, İraq, Somali və Bosniyadan olan qaçqınlar idi. Danimarkadakı müsəlmanlar arasında etnik danimarkalılar da var. Mütəxəssislərin fikrincə, Danimarkada 2800-ə yaxın müsəlman yaşayır və bu rəqəm hər il təxminən 70 nəfər artır. Müqayisə üçün qeyd edək ki, 2000–2004-cü illər arasında 300-dən çox danimarkalı islam dinini buraxaraq xristianlığı qəbul edib. == Tarixi == 2005-ci ilə qədər Danimarkada 19 müxtəlif müsəlman dini icması qeydiyyatdan keçib.
III Kristian (Danimarka kralı)
III Xristian (dan. Christian 3.; 12 avqust 1503, Qottorp sarayı[d], Şlezviq-Holşteyn – 1 yanvar 1559) — Danimarka və Norveç kralı. Səltənəti illərində kilsə ilə hökumət arasında sıx əlaqələr quruldu. Protestant dini reformasiyasının bir hissəsi olaraq lüteranlığı dövlət dini halına gətirirdi. == Mənbə == Grell, Ole Peter (1995) The Scandinavian Reformation. From evangelical movement to institutionalisation of reform (2 ed. Cambridge University Press) ISBN 0-521-44162-5 Lausten, Martin Schwarz (1987) Christian d. 3. og kirken, 1537–1559 (Copenhagen: Akademisk forlag) ISBN 978-8750026877 Lockhart, Paul Douglas (2007) Denmark, 1513–1660.
II Kristian (Danimarka kralı)
II Kristian (dan. Christian 2.; 1 iyul 1481 – 25 yanvar 1559[…], Kalunnborq[d]) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. 1513–1523-cü illərdə əmisi Fridrixlə birlikdə Şlezviq-Holşteyn hersoqu ünvanını daşıdı. Kalmar birliyini ayaqda tutma cəhdi onu 1518–1523-cü illərdə İsveçlə müharibəyə sürüklədi. 1520-ci ildə ölkəni ələ keçirsə də, öndə gələn İsveç zadəganlarının, din xadimlərinin və bəzi mühüm şəxslərin qətlə yetirilməsi onun bölgədəki nüfuzunu sınıdrdı və yerli əhali onu burda istəmədi. İsveç əsilzadələrindən Qustav Vasanın rəhbərliyindəki üsyan nəticəsində İsveç taxtından endirildi. 1521–1522-ci illərdə Danimarkada əsilzadə və din adamlarının etirazlarına baxmayaraq kəndlilərin xeyrinə bəzi reformasiyalar apardı. Nəticədə əsilzadələr tərəfindən Danimarkadan da qovuldu və taxtı əmisi Fridrixə təhvil verərək Hollandiyaya sürgün edildi. 1531-ci ildə səltənətini geri almaq üçün cəhd etsə də, həbs edildi və qalan ömrünü Kalundborq qalasında məhkum olaraq keçirdi. 1559-cu ildə burada vəfat etdi.
Danimarkalı qız (film)
Danimarkalı qız (ing. The Danish Girl) — rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar. 72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə "Focus Features" tərəfindən ABŞ-də məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə "Universal Pictures International" tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır. == Məzmunu == 1920-ci illərin ortalarında portret rəssamı Gerda Vegener və məşhur peyzaj rəssamı Ayner Vegener Kopenhagendə yaşayır. Bir gün Gerdanın rəsmlərindən birinin modeli olan balerina gecikdiyinə görə, Gerda əri Aynerdən modeli əvəz etməyi xahiş edir. Qadın kimi poza verməsi Aynerin sonradan Lili Elba adlandırdığı həyati identifikasiyasının ortaya çıxmasına səbəb olur. Əvvəlcə o, bunu büruzə verməyə utansa da, sonradan onun hissləri geri dönülməz şəkildə özünü büruzə verir, Aynerin bütün həyatı boyu daxilində gizlətdiyi Lili üzə çıxmağa çalışır. Həkimə müraciət nəticəsində onda psixi pozuntunun olması qərarına gəlinir və Aynerin məcburi psixi xəstəxanaya yerləşdirilməsinə qərar verilir.
I Fridrix (Danimarka kralı)
I Fridrix (dan. Frederik 1.; 7 oktyabr 1471 – 10 aprel 1533, Qottorp sarayı[d], Şlezviq) — Danimarka və Norveçin sonuncu katolik kralı. == İstinadlar == == Mənbə == "Dorothea, Hertuginde af Meklenborg, 1528–75". Dansk biografisk Lexikon. Retrieved August 15, 2016. "Ditmarsken (Dithmarschen, "de tyske Marsklande")". Salmonsens konversationsleksikon. Retrieved August 15, 2016 "Hertug Hans den ældre i Haderslev" (PDF). Historisk Tidsskrift. Retrieved August 15, 2016.
Danimarkalı Marqarita (Şotlandiya kraliçası)
Danimarkalı Marqarita (dan. Margrete af Danmark; 23 iyun 1456, Kopenhagen – 14 iyul 1486, Sterlinq qalası[d], Şotlandiya krallığı) — Danimarka, Norveç və İsveç kralı I Kristianın qızı, Şotlandiya kraliçası. 1469-cu ilin iyulunda Şotlandiya kralı III Ceymslə evləndi və cütlüyün bu nigahdan 3 övladı doğuldu. IV Ceyms Ceyms Stüart, Ross hersoqu Con Stüart, Mar qrafı == Mənbə == Elizabeth Ewan, Sue Innes and Sian Reynolds, The Biographical Dictionary of Scottish Women: From Earliest Times to 2004 (Edinburgh: Edinburgh University Press, 2006). ISBN 978-0748617135 Thomas Dickson, Accounts of the Treasurer, vol. 1 (Edinburgh, 1877), pp. 83–85: Thomas Thomson, A Collection of Royal Inventories (Edinburgh, 1815), pp.
III Fridrix (Danimarka kralı)
III Fridrix (dan. Frederik 3.; 18 (28) mart 1609[…] – 9 (19) fevral 1670[…], Kopenhagen qəsri[d] və ya Kopenhagen) — Danimarka və Norveç kralı. == Mənbə == Ole Degn: "De nylagte byer og byudviklingen i Danmark 1600-1800" (Grethe Authén Blom (red.): Urbaniseringsprosessen i Norden 2: De anlagte steder på 1600-1700 tallet; Universitetsforlaget, Oslo-Bergen-Tromsø 1977; ISBN 82-00-01664-1; s. 9-48) Claus Friisberg: Grænser for magt. Frederik 3. og enevældens indførelse, Varde 2017. ISBN 9788787705332 Anders Linde-Laursen: "Skåne på skillevejen" (kronik i Skalk 1993, Nr 2; s. 18-27) Benito Scocozza: "Ved afgrundens rand. 1600-1700" (Olaf Olsen (red.): Gyldendal og Politikens Danmarkshistorie, bind 8, København 1989; ISBN 87-89068-10-6) Scocozza, Benito. Politikens bog om danske monarker (danimarka).
IV Fridrix (Danimarka kralı)
IV Fridrix (dan. Frederik 4.; 11 (21) oktyabr 1671[…], Kopenhagen qəsri[d] – 12 oktyabr 1730[…]) — Danimarka və Norveç kralı. == Mənbə == Hindø, Lone; Boelskifte, Else (2007). "Slægt skal følge slægters gang - om Rosenborg-døbefonten". Kongelig Dåb. Fjorten generationer ved Rosenborg-døbefonten [Royal Baptisms. Fourteen generations at the Rosenborg baptismal font] (in Danish). Forlaget Hovedland. p. 13-15.
IV Kristian (Danimarka kralı)
IV Kristian (dan. Christian 4.; 12 aprel 1577[…] – 28 fevral (9 mart) 1648[…]) — Danimarka və Norveç kralı. == Mənbə == Lockhart, Paul D. Denmark in the Thirty Years’ War, 1618–1648: King Christian IV and the Decline of the Oldenburg State (Susquehanna University Press, 1996) Lockhart, Paul D. Denmark, 1513–1660: the Rise and Decline of a Renaissance Monarchy (Oxford University Press, 2007). Scocozza, Benito. Christian 4 // Politikens bog om danske monarker [Politiken's book about Danish monarchs] (danimarka). Copenhagen: Politikens Forlag. 1997. 125–136. ISBN 87-567-5772-7.
IX Kristian (Danimarka kralı)
IX Kristian (dan. Christian 9.; 8 aprel 1818[…], Qottorp sarayı[d], Şlezviq – 29 yanvar 1906[…], Amalienborq[d], Kopenhagen, Danimarka) — Danimarka kralı. == Mənbə == Aronson, Theo. A Family of Kings: The descendants of Christian IX of Denmark (2nd). London: Thistle Publishing. 2014. ISBN 978-1910198124. Beéche, Arturo E.; Hall, Coryne. APAPA: King Christian IX of Denmark and His Descendants. East Richmond Heights, California: Eurohistory.
VIII Kristian (Danimarka kralı)
VIII Kristian (dan. Christian 8.; 18 sentyabr 1786[…] – 20 yanvar 1848[…], Amalienborq[d]) — Danimarka və Norveç kralı. == Mənbə == Amdisen, Asser. Til nytte og fornøjelse : Johann Friedrich Struensee (1737-1772) [For benefit and pleasure : Johann Friedrich Struensee (1737-1772)] (danimarka). Copenhagen: Akademisk Forlag. 2002. ISBN 87-5-003730-7. Barz, Paul. Doktor Struensee : Rebell von oben [Doctor Struensee: Rebel from above] (alman). Munich: Kabel Ernst Verlag.
VII Fridrix (Danimarka kralı)
VII Fridrix (dan. Frederik 7.; 6 oktyabr 1808[…], Amalienborq[d] – 15 noyabr 1863[…], Qlüksburq qəsri, Şlezviq-Holşteyn) — Danimarka kralı. == Mənbə == Bramsen, Bo. Ferdinand og Caroline : en beretning om prinsen, der nødig ville være konge af Danmark [Ferdinand and Caroline: an account of the prince who was reluctant to be king of Denmark] (danimarka) (4th). Copenhagen: Nordiske Landes Bogforlag. 1985. ISBN 8787439220. Jørgensen, Adolph Ditlev. Frederik VII, Konge // Carl Frederik Bricka (redaktor). Dansk Biografisk Lexikon.
VII Kristian (Danimarka kralı)
VII Kristian (dan. Christian 7.; 29 yanvar 1749[…] – 13 mart 1808[…]) — Danimarka və Norveç kralı. == Mənbə == Amdisen, Asser. Til nytte og fornøjelse : Johann Friedrich Struensee (1737-1772) [For benefit and pleasure : Johann Friedrich Struensee (1737-1772)] (danimarka). Copenhagen: Akademisk Forlag. 2002. ISBN 87-5-003730-7. Barz, Paul. Doktor Struensee : Rebell von oben [Doctor Struensee: Rebel from above] (alman). Munich: Kabel Ernst Verlag.
VI Fridrix (Danimarka kralı)
VI Fridrix (dan. Frederik 6.; 28 yanvar 1768[…] – 3 dekabr 1839[…], Amalienborq[d]) — Danimarka və Norveç kralı. == Mənbə == Bjørn, Claus; Eller, Povl. Frederik 6. // Cedergreen Bech, Svend (redaktor). Dansk Biografisk Leksikon (danimarka). 4 (3.). Copenhagen: Gyldendal. 1980. ISBN 8700055514.
VI Kristian (Danimarka kralı)
VI Kristian (dan. Christian 6.; 30 noyabr 1699, Kopenhagen qəsri[d] – 6 avqust 1746[…]) — Danimarka və Norveç kralı. == Mənbə == Feldbæk, Ole (1990). "Den lange fred" [The long peace]. In Olsen, Olaf (ed.). Gyldendal og Politikens Danmarkshistorie (in Danish). Vol. 9: 1700-1800. Copenhagen: Gyldendal og Politikens Forlag. ISBN 87-89068-11-4 Monrad Møller, Anders (2012).
V Fridrix (Danimarka kralı)
V Fridrix (dan. Frederik 5.; 31 mart 1723[…], Kopenhagen qəsri[d], Kopenhagen – 14 yanvar 1766[…]) — Danimarka və Norveç kralı. == Mənbə == Andrup, Otto. Frederik V (PDF) // Engelstoft, Povl; Dahl, Svend (redaktorlar ). Dansk Biografisk Leksikon (danimarka). 5 (2.). Copenhagen: J.H. Schultz Forlag. 1935. 251–256. Bech, Claus; Eller, Povl.
Avstriya–Prussiya–Danimarka müharibəsi
Danimarka müharibəsi, Avstriya-Prussiya-Danimarka müharibəsi (qərb tarixşünaslığında həm də İkinci Şlezviq müharibəsi və Danimarka-alman müharibəsi kimi tanınır) — 1864-cü ildə Prussiya krallığı və Avstriya imperiyası ilə Danimarka arasında baş vermiş hərbi münaqişə. Prussiya ətrafında Almaniyanın birləşməsi prosesində baş verən ilk müharibələrdən hesab olunur. == Müharibənin səbəbləri == XIX əsrin ortalarında, Danimarka ilə şəxsi uniyada olan Şlezviq və Holşteyn şahzadələri üstündə Danimarka ilə Prussiya arasında rəqabət yaranmışdı. 1848-ci ildə 1850-ci ilə qədər davam edən müharibə başladı. Tamamlandıqdan sonra 1850 və 1852-ci illərin London protokollarına əsasən şahzadələrin əvvəlki statusu böyük dövlətlər tərəfindən təsdiqləndi. Holşteynin əhalisi demək olar ki, bütünlüklə almanlardan ibarət idi. Şlezviqdə isə — danimarkalıların dörddə üçü məskunlaşmışdı. Almanlar Şlezviqin cənub hissəsində məskunlaşmışdılar, almanlar demək olar ki, bütün böyük torpaq mülkiyyətçiləri idi. Danimarkanın özündə "Danimarka Eyderə qədər" şüarı altında Şlezviqin ilhaqı və Holşteynin tərk edilməsi istəyi üstünlük təşkil etdi. Danimarka kralı VII Frederikin sonsuz olması Oldenburq sülaləsinin sonu demək idi.
Danimarkalı Aleksandra (Britaniya kraliçası)
Danimarkalı Aleksandra (ing. Alexandra Caroline Marie Charlotte Louise Julia; 1 dekabr 1844[…] – 20 noyabr 1925[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — Danimarka kralı IX Kristianın qızı, Britaniya kraliçası və Hindistan imperatriçası. 10 mart 1863-cü ildə Kraliça Viktoriyanın böyük oğlu və Britaniya taxt-tacının varisi Şahzadə Albert Edvardla evləndirildi. Həmin il atası IX Kristian Danimarka taxt-tacına, qardaşı I Georq isə Yunanıstan taxt-tacına sahibləndi. Toy mərasiminin ardından Uels şahzadəsi ünvanı aldı və siyasi hadisələrdən uzaq qalmağa çalışdı. Kraliça Viktoriyanın vəfatının ardından, 1901-ci ildə əri taxta çıxdı və Aleksandra Britaniya kraliçası oldu. Ancaq ərinin qısa səltənətinin ardından böyük oğlu V Georq taxta çıxarıldı. Aleksandra oğlunun səltənətində 1925-ci ildə vəfat etdi. === Övladları === Albert Viktor (8 yanvar 1864 – 14 yanvar 1892) V Georq (3 iyun 1865 – 20 yanvar 1936) Luiza (20 fevral 1867 – 4 yanvar 1931) Viktoriya (6 iyul 1868 – 3 dekabr 1935) Maud (26 noyabr 1869 – 20 noyabr 1938) === Qalereya === == Mənbə == Battiscombe, Georgina. Queen Alexandra.

Digər lüğətlərdə