DELİMİTASİYA
DELÜVİ
OBASTAN VİKİ
Kronecker delta
Kronecker delta və ya Kronecker delta funksiyası — Leopold Kronecker tərəfindən irəli sürüldüyünə görə onun adını almışdır. Kronecker delta funksiyası bu şəkildə verilir; δ k l = { 1 , k = l 0 , k ≠ l {\displaystyle \delta _{kl}={\begin{cases}1,&k=l\\0,&k\neq l\end{cases}}} Bundan əlavə rezidu hesabını düşünsək, Kronecker deltanın bir başqa təmsili də C sıfır ətrafında saat əqrəbi istiqaməti tərs qapalı bir mühit olmaq üzrə bu şəkildədir. δ x , n = 1 2 π i ∮ d z z x − n − 1 , {\displaystyle \delta _{x,n}={\frac {1}{2\pi i}}\oint dz\,z^{x-n-1},} Funksiya simvolundan çox işarələr sistemində sadələşdirici element kimi istifadə edildiyindən adətən Kronecker delta (və ya Kronecker deltası) olaraq qəbul edilir. Xüsusilə hündürlük əlaqələrində sıx istifadə edilən bir xüsusiyyəti j ∈ Z {\displaystyle j\in \mathbb {Z} } olmaq şərtilə belə verilir. ∑ i = − ∞ ∞ δ i j a i = a j . {\displaystyle \sum _{i=-\infty }^{\infty }\delta _{ij}a_{i}=a_{j}.} Kronecker delta və Dirac delta arasında kəsintilik və zaman əlaqəsi vardır. Başqa cüq desək Kronecker delta Dirac deltanın kəsintili fəzadakı formasıdır.
Melaleuca delta
Melaleuca delta (lat. Melaleuca delta) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Delta döyüşü
Delta döyüşü — təxminən e.ə. 1175-ci ildə Misir və dəniz xalqları arasında dəniz döyüşü. Bu zaman Misir fironu III Ramzesin böyük dəniz işğalını dəf etmişdir. Münaqişə şərq Nil deltasının sahillərində və Suriyada Misir imperiyasının sərhəddndə baş vermişdir, lakin döyüşlərin dəqiq yerləri məlum deyil. Bu böyük münaqişə Mədinət Habuda firon III Ramzesin meyitxanasının məbədinin divarlarında qeydə alınmışdır. == Döyüş == Suriyada dəniz xalqlarını quruda məğlub etdikdən sonra Ramzes işğalçıların hücumu üçün hazırlıqların artıq tamamlandığı Misirə qayıtmışdır. Ramzes dəniz xalqlarını və onların gəmilərini pusquda donanma yığdığı Nil çayının ağzına cəlb etmişdi. Ramzes həmçinin Nil deltasının sahillərinə düşmən gəmilərinə enməyə cəhd etdiyi halda hazır vəziyyətdə olan oxatanları düzmüşdü. Ramzes məsafəyə çatdıqdan sonra oxatanlara düşmən gəmilərinə atəş açmağı əmr etmişdi. Ramzes onların qaçış yolunu kəsmək üçün öz donanmasına doğru qovmuşdu.
Mitre Delta-1000
Mitre Delta-1000 — futbol topu Bu top daha çox rəngi ilə İngiltərədə futbolun 1986-cı ildə yenidən məşhurlaşmasında böyük rol oynayıb.
Half-Life: Delta
Half-Life: Delta - hal-hazırda 2023-cü ilin iyul ayından etibarən Delta Particles kimi rebrendinq edilmiş, rusiyalı tərtibatçı Yuri "XF-Alien" Epifantsev tərəfindən yaradılmış və 29 oktyabr 2021-ci ildə buraxılmış Half-Life oyun modifikasiyasıdır. Mod on iki ildir inkişafda idi, 2009-cu ilin avqust ayına təsadüf edən Epifantsev, Delta-nın onların "ən böyük və ən qədim layihəsi" olduğunu və "inkişafı bitirməkdən xoşbəxt olduğunu" bildirdi. Delta, baş qəhrəman Nik Farrelin Qara Mesa Tədqiqat Müəssisəsində rezonans kaskadının təsirlərini yaşadığı Delta Bazasında yerləşir və dörd fəsildən və 31 xəritədən ibarətdir. == Oyun və süjet == Delta tam çevirmə rejimidir; Bu o deməkdir ki, Half-Life hadisələri ilə eyni vaxtda baş verməsinə baxmayaraq, oyun əsas oyunda istifadə olunan resursların bir qədərini və ya demək olar ki, heç birini istifadə etmir. Oyun generator mühəndisi Nik Farrellin generatorları saxlamaq üçün işlədiyi Nyu Meksikoda Qara Mesa Tədqiqat təsisi yaxınlığındakı yeraltı baza olan Delta Base-də qurulur. Delta qurğusu, Black Mesa-nın əməkdaşı Qordon Frimanın səhv getdiyi təcrübədə təsadüfən əsas obyektdə rezonans şəlaləsinə səbəb olmasından sonra rezonans şəlaləsinin təsirlərini yaşayır. Otis adlı mühafizəçi Farrellin obyektdən qaçmasına kömək edir. == Steam buraxılışı == Epifantsev hazırda Steam video oyun rəqəmsal paylama xidmətində modifikasiyanı buraxmaq prosesindədir, lakin oradakı dəstək komandası ondan modifikasiyanın başlığında "Half-Life" ifadəsini istifadə etməməyi xahiş edib, çünki o, ticarət nişanıdır. Dəyişiklik buraxıldıqda Delta Particles adlanacaq.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Delta (maliyyə)
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. == Ümumi məlumat == Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir. Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.
Delta Telekom
Delta Telekom — Azərbaycanda telekommunikasiya şirkəti. == Yaranması == XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu. Mövcud təlabatı nəzərə alaraq, Delta Telecom korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə Zaqafqaziyada yeganə olan Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı. Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu. Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, AzərCot, MKT-Cotton, AMEA Seysmoloji Ölçmələr Mərkəzi, AP Moller Mayersk kimi təşkilatlar Delta Telekomun müştəriləridir.
Delta düzənliyi
Delta qanad
Delta qanad üçbucaq şəkilli qanadlara verilən addır. Delta adı, Yunan hərfi olan delta (Δ) hərfinin böyük yazısından meydana gəlmişdir. Delta qanadları ilk dəfə XVII əsrdə Reç Pospolita Kommanvelz ixtiraçısı Kazimierz Siemienowicz tərəfindən nəzərdən keçirilmişdir. Yataq quyruq qanadından istifadə etməyən Delta qanadlı təyyarələrin inkişafına İkinci Dünya Müharibəsindən sonra Almaniyada Neythen Woolford və SSRİ-də Boris İvanoviç Cheranovski rəhbərlik etmişdirlər, lakin öz modelləri olan playnerlər və təyyarələrdən heç biri geniş istifadə edilməmişdir.
Delta ştatı
Delta ştatı (ing. Delta State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir.
Delta Air Lines
Delta Air Lines (Azərbaycan dilində: Delta Hava Yolları) və ya sadəcə Delta (NYSE: DAL) ABŞ-nin Corciya ştatının Atlanta şəhərində mərkəzi yerləşən aviakompaniyadır. Ölkənin ən böyük hava yolu şirkətlərindən biri olan Delta Atlanta Beynəlxalq Hava Limanı başda olmaqla, 3-ü xaricdə olmaqla cəmi 13 istiqamətdən, 2015-ci ilin mart ayına olan məlumata görə isə 59 ölkədə 326 fərqli istiqamətə uçuşlar həyata keçirir. Delta SkyTeam hava yolları alyansının 4 qurucu üzvündən biri hesab olunur. Delta aviakompaniyasının həmçinin Air France-KLM, Alitalia, Virgin Atlantic və Virgin Australia ilə müştərək fəaliyyətləri mövcuddur. Regional əməliyyatlarını isə Delta Connection brendi adı altında həyata keçirir. 2014-cü ildəki statistik məlumatlara əsasən Delta; daşınmış planlı sərnişinlərin sayı əsas götürüldüyü zaman, o, daşıdığı 129,4 milyon sərnişini ilə bu sahədə dünyanın ən böyük şirkətinə çevrilir ; Uçuş üzrə hər kilometr başına düşən sərnişin gəlirinə görə isə yenə də o, əldə etdiyi 290,8 milyard ABŞ dolları gəliri ilə birinci yerə çıxmışdır .
Delta dəstəsi (film, 1986)
"Delta" dəstəsi — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. == Məzmun == Polkovnik Nik Aleksandr və "Böyük" Skott MakKoyun əmri altında dünya səviyyəli döyüşçü bir şöbə "Delta əməliiyatı" adı altında amerikan turistlərini ələ keçirən terroristlərin yaşadığı Beyrut şəhərinə göndərdi. Onlara Yaxın Şərq gəldikdən sonra xəbər çatdı ki, terroristlər qadınlar və uşaqlarə azad etmişdir. Lakin hələ də fanatik cinayətkarlar kişiləri məktəb binasında saxlayırlar. "Delta" dəstəsi qarşısındakı hər şeyə tab gətirə bilir və terroristlərindən bütün girovları azad edirlər. Lakin bu missiya yenə də bitmir. Həmin quldurlar Tehrana bir neçə girov göndərir. Hələlik döyüş Aleksandr və MakKoya qarşı işləyir...
Convair F-102 Delta Dagger
F-102 modelinin əsas vəzifəsi düşmən təyyarələrinin müəyyən edilməsi və məhv edilməsi idi. F-102 Dünyanın ilk hər bir hava şəraitində xidmət edə bilən supersonik önləmə təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) xidmətə qəbul edilmiş ilk delta qanadlı təyyarəsidir. İlk uçuşu 24 oktyabr 1953-cü ildə baş tutmuş, 1956-cı ildən etibarən Havadan Müdafiə Komandanlığında xidmətə qəbul edilmişdir. Convair, 975 ədədi F-102A olmaqla ümumi olaraq 1,101 ədəd F-102 istehsal etmişdir. USAF hərbi təlim təyyarəsi olaraq pilot və tələbənin yan-yana oturduğu TF-102 modellərindən də 111 ədəd satın almışdır. Təyyarədəki elektron təchizat müharibə vəziyyətində düşmən təyyarəsini müəyyən edib radarları vasitəsi ilə hücum vəziyyətinə keçirəcək, münasib zaman yetişdikdə də elektron atəşə nəzarət sisteminin köməkliyi ilə AA raket və döyüş raketlərini avtomatik olaraq atəşləyəcək şəkildə hazırlanmışdı. Bir keçid dövrü təyyarəsi olmasına baxmayaraq “Delta Dagger” uzun və uğurlu bir xidmət müddəti keçirmiş, ABŞ-ni SSRİ və digər ölkələrin hava hücumlarından müdafiə etmişdir. Ən böyük çatışmazlığı sürətinin aşağı olması idi. Çox az bir fərq ilə supersonik idi, ancaq xarici yanacaq çənləri əlavə edilincə sürəti Mach 0.95-də qalırdı və bu da sürətli bombardmançı döyüş təyyarələrini vurmağa kifayət etmirdi. Daha sürətli F-101B və F-106 modelləri meydana çıxandan sonra, onların fəaliyyət müddəti də azalmağa başladı.
Amazon deltası
Amazon deltası (port. Delta do Amazonas) — Amazon çayının mənsəbində formalaşır. Amazon çayının əsas və ən gur sulu qolu olan Tokantins çayının digər çaylarla birlikdə əraziyə axması ilə meydana gəlmişdir. Hər il deltaya 6 591 km³ su və 1 mld ton çöküntü gətirilir. Para və Amapa ştatları ərazisinə daxildir. Ərazisi meşələrlə örtülüdür. Güçlü axınlar səbəbindən çay öz gətirmə suxurlarını okeana çatdıra bilmir. Bu delta estuarinin 200—350 km dərinliyinə qədər geriliyir. Burada çayın axın sürəti 25 km/s-dır. Deltanın sahəsi getdikcə artmaq əvəzinə azalır.
Hind deltası
Hind deltası (sindhi سنڌو ٽِڪور) — dünyanın ən iri çay deltalarından biri. Deltanın ümumi sahəsi 41,440 km² ərazini əhatə edir. Təqribi olaraq Ərəbistan dənizi daxilinə 130 km məsafədə uzanır. Bir çox deltalardan fərqli olaraq delta gildən təşkil olunmuşdur. Ərazisi güçlü şəkildə bataqlıqlaşmışdır. İl ərzində deltaya 250 – 500 mm arası yağıntı düşür. Pakistanın böyüklüyünə görə altıncı şəhəri olan Heydərabad burada yerləşir. Şəhər Hind çayının mənsəbindən 130 km şimalda qərarlaşır. Delta Ərəbistan dənizinin şimal-şərq sahilərində yerləşir. Delta vacid su quşlarının miqrasiya regionudur.
Kuban deltası
Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir.
Kür deltası
Kür deltası — delta ümumilikdə Azərbaycanda və bütün Cənubi Qafqazda yerləşən çay deltaları arasında ən böyüyüdür. Delta sahəsinə görə Xəzər dənizində yalnız Volqanın deltasından geri qalır. Kür çayının deltası tarix boyu çayın dənizə yaxın ərazilərində məcrasını dəyişməsi ilə yer dəyişmə etmişdir. Oda məlumdur ki, Kürün tarixi deltası hazırda Kür Dili yarımadası adı ilə tanınan ərazidə yerləşirdi. Tarixin müxtəlif dövrlərində baş vermiş böyük daşqınlar sayəsində çay məcrasını dəyişmişdir. Kürdə deltanın formalaşmasına ən böyük təsir göstərən əsas qol olan Araz çayıdır. Deltadan 236 km aralıda Kürə tökülən Araz ora 11 000 ton lil gətirir. Kür çayının yağış və yeraltı sularla qidalanması üstünlük təşkil etdiyindən əsasən aprel ayında daşır. Araz çayı isə qar suları ilə qidalanır və may ayında daşır. Təbii ki, Arazla gətirilən lil deltada çökür.
Lena deltası
Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min.
Mekonq deltası
Mekonq deltası — region Vyetnamın cənub-qərbində yerləşir. Bu hissədə Mekonq çayı çoxlu qollara bölünür və delta əmələ gətirir. Delta Vyetnamın cənub-qərb ərazisinin böyük hissəsini əhatə editr. Onun sahəsi 39 000 km²-dir. Deltada torpaq sahəsi yağışlar mövsümündən asılı olaraq dəyişir. XXI əsrdə delta «biloji xəzinə» kimi tanınır. Burada gölgədə indiyənə kimi araşdırılmamış 10 000 növ müəyyən edilmişdir. O cümlədən Laod dağ sıçovulu bu qəbildəndir. == Coğrafiya == Sərhədləri: şərq — Xoşimin, qərb — Mitxo, şimal — Tyaudok—Xaten. Deltaya həm də Fukuok adası daxildir.
Mirvari çayı deltası
Mirvari çayı deltası (çin. 珠江三角洲) — Çjuzsyan çayının aşağı axarında, estuaridə yerləşən delta. Delta erstuaridən şərqdə qərarlaşır. Delta çayın Cənubi Çin dənizinə töküldüyü hissədə meydana gəlir. 1970-ci illərdə Kommunist idealogiyalı Çinn iqtisadiyyatda liberaliszm xəttini götürür. Bunun nəticəsində delta ərazisində iri mərkəzlər təşkil olunur. Bölgə Çinin materik hissəsinin ən inkişaf etmiş bölgəsinə çevrilir. Çin hökumətinin planlarında Quançjounun sənaye potensialı ilə Honq Konqun iqtisadi gücünü artırmaq olur. Bu məqsədlə bölgəyə xarici investorları cəlb edir. Burada Lanlau və Honkonq kimi nisbətən iri adalar mmövcuddur.
Missisipi deltası
Missisipi deltası — dünyanın ən iri deltalarasından biri. Sahəsi 28.600 km² təşkil edir. Delta beş qoldan ibarət çay şəbəkəsi axır. Hər il Missisipi Meksika körfəzinə 1–1,5 milyon ton çöküntü materialları gətirir. Mineralla zəngin olan çay suyu duzlu okean suyunda zəngin yosun və planktonların olmasına səbəb olmuşdur. Balıq ovunun inkişafı üçün geniş imkanlara sahibdir. İl ərzində deltadan 1 milyona tona yaxın balıq ovlanılır. Delta ərazisində kənd təssərüfatının əkinçilik qolu olduqca yaxşı inkişaf etmişdir. Burada çəltik, pambıq, şəkər qamışı və soya əkilir.
Neman deltası
Neman deltası (lit. Nemuno delta) — Neman çayının Baltik dənizinə töküldüyü yerdə formalaşdırdığı relyef forması. Delta bir neçə çay qolları və kanallardan ibarətdir. Neman deltasında polderlər və su-bataqlıq ərazilər üstünlük təşkil edir. Bu regionun zəngin təbiəti ərazidə ekoturizmin inkişafına böyük təkan verir. Neman deltasında əsas ayrılan qol Atmata çayıdır. Digərləri daha balacadır: Pakalne, Upayte, Skirvite, Varusne və s. Deltanın ortasında Litvanın ən böyük adası — Rusne yerləşir. Adada deltanın ən böyük yaşayış məntəqəsi Rusne var. Məntəqənin əhalisi 1630 nəfərdir.
Neva deltası
Neva deltası — Neva çayının mənsəbində yerləşə delta. Sankt-Peterburq şəhərinin tarixi hissəsi burada yerləşir. Artıq XX əsrin əvvəllərinə kimi bütünlüklə inşa edilən bölgədir. Deltada şəhər salınmasına qədər ərazi bütünlüklə qollarla parçalanmış, bataqlıqlaşmış ərazidən ibərət idi. Deltada bir çox xalqlar məskun olmuşdur. Burada finlərə məxsus Kalininka kəndi vardı. Ətrafında isə Avtovo (fin), Niençans (isveç) kəndləri mövcud idi. Burada şəhərin inşa edilməsinə 1703-cü ildə başlanılmışdır. Bir çox adalar bu zaman adlandırılır və bütünlüklə tikinti ərazisinə çevrilir. İri adalarda əsasən saraylar inşa edilirdi (Dovşan, Yeni Hollandiya).
Niger deltası
Niger deltası — Nigerin cənubunda Niger çayının əmələ gətirdiyi delta. Ölkənin sıx məskunlaşılmış regionlarından biridir. Niger hökumətinin məlumatına görə vilayət 70, 000 km² ərazini əhatə edir. Region ölkənin 7,5 % ərazisini əhatə edir. Əvvəllər vilayətin ərazisinə 3 ştat daxil idi: Delta, Bayels və Riverz. Ancaq 2000-ci ildə Olusequn Obasanconun hakimiyyəti dönəmində Niger deltasına 6 ştat daxil edilir: Abia, Edo, İmo, Kross River, Akba İbon və Ondo. Delta ərazisində ümumilikdə 31 mln insan yaşayır. Bu əhali 40 etnik qrupda birləşir. Etnik baxımından İco və İqbo xalqları üstünlük təşkil edir. İl ərzində deltadan 3 mln barel neft hasil edilir.
Nigerin daxili deltası
Nigerin daxili delta — Mali ərazisində, Niger çayının orta axarında yerləşən daxili delta. Bəzən Masina adı ilə tanınır. Delta 425 uzunluğa və 87 km enə malikdir. Nigerin əsas qollarınfdan biri olan Bani çayının yatağında vaxtı ilə axarsız bir göl olmüşdür. Hazırda bu ərazidə yalnız yağıçlar mövsümündə göl əməllə gəlir. Bu sulu ərazidə çoxlu sayda canlıları müşahidə etmək mümkündür. Dörd ay müddətində(iyuldan oktyabra qədər) ddeltanın sahəsi 3,9 mın. km²-dən 20 min. km² qədər artır. Deltanın yerləşdiyi ərazidə Fulbe və Doqon xalqları yaşayır.
Nil deltası
Nil delası — Dünyanın ən böyük deltalarından biri olaraq, Aralıq dənizi sahili boyunca 240 km məsafədə uzanır. Delta qərbdə İsgəndəriyyədən başlayaraq şərqdə Port-Səidə qədər uzanır. Delta əvvəllər mövcud olmuş buxtanın yerində əmələ gəlmişdir. Nil deltasının sahəsi 24 min km²-dir. Qahirədən bir qədər aralıda, çayın mənsəbindən 160 km cənubda Nil qollara ayrılır. Nilin mənsəbini yunanlar "Delta" adlandırmışlar. Onlar deltanı "Δ" hərfinə bənzətmişlər. Bundan sonra dünyada olan bütün bu növ çay mənsəbləri delta adlandırılır. Misirin 80 milyonluq əhalisinin yarıya qədəri Nil deltasında cəmləşmişdir. Deltada yerləşən iri şəhərləri çıxmaq şərti ilə hər km² 1000 nəfər düşür.
Okavanqo deltası
Okavanqo deltası — Botsvanada, Okavanqo çayının Kalaharinin mərkəzi hissəsindəki tektonik bir nova çatdığı yerdə yaranan və heç bir okeanla əlaqəsi olmayan, planetin ən böyük daxili çay deltası. Delta bataqlaşmışdır və dayazdır. Deltaya çatan bütün su sonda buxarlanırvə heç bir dənizə və ya okeana axmır. Hər il təxminən 11 km3 (2.6 kub mi) su 6,000–15,000 km2 (2,300–5,800 kv. mil) sahəyə yayılır. Suyun çoxu cənuba doğru dağılır və Nqami gölünü qidalandırır. Okavanqo deltasının bataqlıqları əsasən Holosen dövründə qurumuş böyük çay sistemi olan qədim Makqadikqadi gölünün qalıqlarıdır. Delta, Tanzaniyanın Aruşa şəhərində 11 Fevral 2013 tarixində rəsmi olaraq elan edilən Afrikanın Yeddi Təbii Möcüzəsindən biri olaraq adlandırılmışdır. 22 iyun 2014-cü ildə Okavanqo deltası rəsmi olaraq UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış 1000-ci yer oldu. Okavanqo deltası, indi populyar bir turistik məkan olan vəhşi təbiət üçün daimi və mövsümi bir evdir.
Qanq deltası
Qanq deltası — dünyanın ən böyük deltasıdır. Delta tarixi Belqaliya vilayəti ərazisində yerləşir. 240 çayın birləşməsindən meydana gəlmişdir. Əsasən Qanq və Brahmaputra çaylarının təsiri ilə formalaşır. Qanq deltası üçbucaq formaya malikdir. Sahəsi 105 640 km² təşkil edir, bu isə Missisipi deltasından iki dəfə böyükdür. Deltaya istiqamətlənən çaylar Hindistan, Butan, Nepal, Çin və Banqladeş ərazilərindən başlanğıcını götürür. Delta iki hissəyə bölünür: Qərbi (az aktiv) və Şərqi (çox aktiv). Qanq deltası labirintlər, bataqlıqlar, adalardan ibarətdir. Burada dünyanın ən böyük manqrov meşələri yerləşir.
Qızılirmaq deltası
Qızılirmak deltası — kifayət qədər geniş ərazini əhatə edən və bataqlıqlaşmış ərazi. Türkiyənin Qaradəniz bölgəsində Qızılirmaq çayının məsəbində yerləşir. Ramsar konvensiyasına və ya su-bataqlıq sahələri üzrə konvensiyaya görə Qızılırmak deltası su quşları ilə zənginliyi səbəbindən beynəlxalq əhəmiyyətə malikdir Deltanın düzənlik sahələri kənd təsərrüfatına gəlb edilmişdir. Delta bitki və quşlar aləminin rəngarəngliyi baxımından böyük əhəmiyyət daşıyır Delta qorunan bölgə elan edilmişdir. Deltanın sahəsi 56000 hektardır. Lil və qumla əhatələnmiş göllər vardır. Bunlara misal kimi Bafra, Balık və Gellari göstərmək olar. Bataqlaşmış sahələr dənizdən qum dyunləri ilə ayrılır. Qum dyunları bəzən 7-8 metrə çatır. Deltanın təbii şəraiti dənizə yaxınlığı, meşələr, bataqlıqlar, dyunlar, qamışlıq, çay qolları və göllərlə səciyəvidir.
Salum deltası Milli Parkı
Salum deltası Milli Parkı və ya rəsmi adı ilə Parc National du Delta du Saloum — Seneqalda 76.000 hektar ərazini əhatə edən milli parkdır. 1976-cı ildə qurulan park Salum deltasında, Salum çayının Şimali Atlantikə qovuşduğu yerdə yerləşir. UNESCO-nun Ümumdünya İrsi siyahısına və Ramsar Konvensiyasına daxil olan park, 180.000 hektarlıq bir biosfer qoruğu daxilində yerləşir. Parkın 61.000 hektar ərazisi su ilə örtülmüşdür. 7.000 hektar ərazini manqrovlar və duzlu su bitkiləri, 8.000 hektar ərazini isə meşə örtüyü və savannalar təşkil edir. Bölgədə yaşayan və ya qışlayan quş növlərinə kral kəkilli susüpürəni, adi qızılqaz, adi ərsindimdik, qırmızıbaş qumluqca, sahil daşçevirəni və sərçəvi qumluqca daxildir.
Samur deltası
Samur deltası — Azərbaycan və Rusiya sərhəddində yerləşən delta. Delta Samurçayın məsəbində formalaşmışdır. Delta unikal fiziki-coğrafi rayonu əmələ gətirir. Xəzər dənizinin sahil boyun ərazidə subtropik meşə əmələ gəlmişdir. Samur deltasının böyük hissəsi Rusiya Federasiyası, az bir qismi Azərbaycan ərazisində yerləşir. Xəzər sahili boyunca qumlu çimərliklər vardır. Deltanın sahəsi 800 km² təşkil edir ki, onunda 230 km² ərazisi dövlət tərəfindən qorunan ərazidir. 1935-ci ildən Gülgəriçayın mənsəbidə deltaya daxil olmuşdur. Samurçayın əmələ gətirdiyi delta daxili az qollu dimdikvari deltadır. Deltada Samurçayı iki qola ayrılır: Böyük Samur (uzunluğu 9,3 km) və Kiçik Samur (uzunluğu 11,5 km).
Selenqa deltası
Selenqa deltası - Selenqa çayının Baykal gölünə tökülən hissəsində düzən bataqlıqlaşmış ərazidə yerləşir. İnzibati baxımından Rusiyanın Buryatiya Respublikası ərazisinə daxildir. Bu delta dünyada ən böyük şirinsulu höhzəyə açılan delta olmaqla yanaşı həm də ən böyük daxili deltadır . Qəliz hidrocoğrafi şəkilə malik olan deltanın formalaşmasında erozion-akumlyativ, abrazion-akumlyativ və seysmik-tektonik faktorlar nühüm rol oynayır. Selenqa deltası su quşlarının qidalanması və çoxalması baxımından mühüm rol oynayır. Həmçinin bölgə Rusiya Elmlər Akademiyasının quşları öyrənən əsas bölgələrdən biridir. Yaz ayları ərazidə yaranan toroslar səbəbindən çayın orta axarlarını daşqın basır. Selenqa deltası Ust-Selenqa düzənliyi Baykal rift zonasını əhatə edir. Deltanın kənarlarında Proval və Sor-Çerkalovo körfəzləri yerləşir. Bu dünyada bütünlüklə şirinsu ilə əhatələnən ən böyük deltadır.
Terek deltası
Terek deltası 4 000 — 6 000 km² ərazini əhatə edən massivdən ibarətdir (bu isə Kuban deltası ilə eyni sahədir). Bu sahənin 500 km² irriqasiya bölgəsidir. Böyük əhəmiyyətə malikdir. Delta Karqalin stanisasından başlayır. Deltada kəskin eniş 56 metrdir. Bölgənin böyük hissəsini göllər, tuqay meşələri və şoranlıqlar təşkil edir. Terek deltasında yüksək inkişaf dinamizmi müşahidə edilir. Orta Asiya çaylarına xas xüsusiyyətlərindən dağlardan aşağı axarlara doğru çoxlu lil gətirir. Çayın gətirdiyi lil sayəsində Xəzər dənizi sahillərində geniş bir ərazini əhatə etməsinə baxmayaraq hazırda qapalı hövzəyə çevrilmək üzrədir. Deltada mövcud olan qollar: Prorva, Orta, Talovka və Yeni Terek.

Digər lüğətlərdə