demekologiya
dementofobiya
OBASTAN VİKİ
Demensiya
Demensiya (lat. dementia — ağılsızlıq) — əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir. O beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Termin latınca demens sözündən gəlir və 'intellektin azalması' kimi tərcümə oluna bilər. Demensiyanın simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir; bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir (anadangəlmə əqli geriliyin əksinə). Bugün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq, mübahisəsiz məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın ən tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.
Levi cisimcikli demensiya
Levi cisimcikli demensiya(LCD) — Parkinson xəstəliyi zamanı əmələ gələn demensiya ilə eyni patoloji əsasa malikdir. LCD baş beyin qabığındakı neyronlarda Levi cisimciklərinin, zülal axtalarının, α-sinuclein və ubikvitinin əmələ gəlməsi ilə əlaqədardır. Xəstəliyin spesifik simptomlarının dəyişkən olması ilə bərabər ,əsas xüsusiyyətləri diqqət və oyanıqlığın variasiyası ilə koqnitiv dalğalanma,təkrarlanan görmə halyusinasiyaları və Parkinson xəstəliyinin motor təzahürləridir.