dik

is. élévation f, éminence f, hauteur f, montée, ascension f ; burnunu ~ tutmaq faire le fier

Dijon
dik-dik
OBASTAN VİKİ
Dik Beddouz
Dik Beddouz (ing. Richard Herbert "Dick" Beddoes; d. 1926 – ö. 24 avqust 1991) — Kanadalı idman jurnalisti. O, "Vancouver Sun" və "The Globe and Mail" qəzetlərində, daha sonra isə televiziya və radioda işləmişdir. 1972-ci ilin yazında SSRİ və Kanadanın ən güclü xokkeyçiləri arasında 8 oyundan ibarət yarışın keçirilməsi barədə razılıq əldə edildiyi zaman "The Globe and Mail" qəzetinin işçisi olan Dik Beddouz belə iddia edir ki, kanadalılar 8 görüşün hər birində qələbə qazanacaq. O, öz fikrində ciddi olduğunu sübut etmək üçün belə bir vəd də verir: "Əgər ruslar cəmi 1 oyunda belə qələbə qazana bilsə mən öz məqaləmi borş ilə birlikdə yeyəcəm. Redaktor qeydi: Hər ehtimala qarşı əlinizin altında xama saxlayın". Lakin elə ilk oyun SSRİ-nin 7:3 hesablı qələbəsi ilə başa çatır. Vəziyyət belə olduqda isə Dik Beddouz verdiyi vədi tutmalı olur.
Dik Deyl
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir. Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Dik adası
Dik adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında, Karl Aleksandr adasından şimalda, Bak boğazında yerləşir. Ada dairəvi formaya malikdir. Diametri 150 metrdir. Adada yüksəklik yoxdur.
Dik hana
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Dik Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Dik Treysi (film, 1990)
Dik Treysi (ing. Dick Tracy) – 1990-cı ildə Komediya janrında çəkilən filmdir. Film "Dik Treysi" komiksi əsasında yaradılmışdır. Filmdə baş verən hadisələr Çiqaqoda 1930-cu illəri əhatə edir. Şəhəri bütünlüklə qanqster banda başçısı Alfons Nazlı "Böyük Oğlan" idarə edir. Lakin onlarla cəsur detektiv Dik Treysi mübarizə aparır. Onun Tess Trüxard adlı həyat yoldaşı vardır. Buna baxmayaraq Dik Treysi barda mahnı oxuyan Britlez Mahoniyə aşiq olur... Dik Treysi filmi 3 Oskar mükafatına layiq görülmüşdü: Ən Yaxşı Mahnı: Madonna tərəfindən ifa edilən «I Always Get My Man» mahnısı Ən Yaxşı Dekorasiya Ən Yaxşı Qrim Dik Treysi — Internet Movie Database saytında.
Endi Dik
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa-Ana, Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.
Soumia Dik
Corc Dik
Corc Dik (ivr. ‏ג'ורג' דיק‏‎, ərəb. جورج ديك‎) — İsrail diplomatı. 2018-ci ildən bəri İsrailin Azərbaycandaki səfiridir. O, səfir təyin olunan ilk Xristian İsrail ərəbidir. Dik Yafanın Əcəmi məhləsində, müxtəlif mənşəli qonuşular ətrafında böyüyüb. O, Rayxman Hüquq Məktəbində və Fulbrayt proqramının dəstəyi ilə Corctaun Universitetində oxumuşdu. 2008-ci ildə Dik Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 2009-2012 illərin arasında o, Nigeriyadaki missiyanın başçısı idi. 2012-2015 illərin arasında Dik Norveçdə səfirin müavvini olaraq işləyirdi.
Dik Şof
Dik Şuf — (8 mart 1957) 2020–2024-cü illər arasında Ədliyyə və Təhlükəsizlik Nazirliyinin baş katibi vəzifəsində çalışmış Hollandiya dövlət qulluqçusudur. O, bundan əvvəl 2013–2018-ci illərdə Milli Təhlükəsizlik və Terrorla Mübarizə üzrə Koordinator, 2018–2020-ci illərdə Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin baş direktoru vəzifələrində çalışıb. 2024-cü ilin mayında Şuf 2023–2024-cü illər hökumətinin qurulmasından sonra Hollandiyanın baş naziri vəzifəsinə Mark Ruttenin yerinə namizəd olmuşdur. 2 iyul 2024-cü ildə onun andiçmə mərasimi keçirilib və baş nazir vəzifəsinə başlayıb. == Həyatı == Hendrikus Wilhelmus Maria (Dik) Şuf 8 mart 1957-ci ildə Santpurtda Roma Katolik ailəsinin yeddi uşağının ən kiçiyi olaraq anadan olmuşdur. Onun atası sosial xidmətlər də daxil olmaqla bələdiyyə məmuru olub. O, səkkiz yaşında olanda ailəsi ilə birlikdə Hengelo şəhərinə köçüb və burada De Grundel Liseyində oxuyub. 1975–1982-ci illərdə Radboud Universitetində şəhər və regional planlaşdırma üzrə təhsil alıb. O, avarçəkmə ilə məşğul olan Focas tələbə dərnəyinin üzvü və onun rəhbəri olub.
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.
Dikanka
Dikanka (ukr. Дика́нька) — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun «Dikanka yaxınlığında xutor axşamları» əsəri ilə tanınır. Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.
Dikanka yaxınlığında xutor axşamları (film, 1961)
Dikanka yaxınlığında xutor axşamları (rus. Вечера на хуторе близ Диканьки) — rejissor Aleksandr Rounun 1961-cı ildə çəkdiyi sovet tammetrajlı və rəngli bədii filmi. Filmin SSRİ-də premyerası 8 yanvar 1962-ci ildə olub. Film görkəmli rus yazıçısı Nikolay Qoqolun "Miladqabağı gecə" (rus. Ночь перед Рождеством) povestinin "Dikanka yaxınlığında xutor axşamları" motivlərinin əsasında "kinonağıllar ustası" adlandırılan rejissor Aleksandr Rou tərəfindən ekranlaşdırılıb. Aleksandr Xvılya — kazak Çub Lüdmila Mıznikova — Oksana Yuri Tavrov — Vakula Lüdmila Xityayeva — Soloxa Sergey Martinson — Osip Anatoli Kubatski — Panas Vera Altayskaya — Panasın anası Dmitri Kapka — Şapuvalenko Mikola Yakovçenko — Patsyuk Marina Sidorçuk — Odarka Aleksandr Radunski — kəndin başçısı (kəndxuda) Georgi Millyar — şeytan Aleksey Smirnov Mixail Troyanovski Aleksandr Demyanenko «Dikanka yaxınlığında xutor axşamları» — Internet Movie Database saytında. "«Вечера на хуторе близ Диканьки»". Государственный регистр фильмов. Министерство Культуры Российской Федерации. 2013-07-26 tarixində arxivləşdirilib.
Dikaya diviziya
Qafqaz Yerli Atlı Diviziyası (rus. Кавказская туземная конная дивизия) və ya Vəhşi diviziya (rus. Дикая дивизия — Birinci dünya müharibəsi (1914–1918) dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar Rusiyasında müsəlman əhali, o cümlədən Qafqaz müsəlmanları kütləvi şəkildə hərbi xidmətə cəlb olunmurdular, lakin müharibənin gedişində cəbhənin möhkəmləndirilməsi üçün Qafqaz müsəlmanlarının süvari qoşunda döyüşmək bacarıqlarını nəzərə alaraq, onlardan ibarət yeni atlı diviziyanın yaradılması qərara alındı. 3-cü süvari korpusun (Qərb cəbhəsi) tərkibində olan "Dikaya diviziya" (diviziyanın adı həm şəxsi heyətin şücaəti, həm də onların nizami döyüş hazırlığı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkibli alaydan — Dağıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen, İnquş və Çərkəz alaylarından ibarət idi. Diviziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu divizionu verilmişdi. "Dikaya diviziya"nın komandiri general D. P. Baqration idi. Diviziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edirdi. "Dikaya diviziya"nın ümumi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllülük əsasında yaradıldığına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi.
Dikdaş
Dikdaş (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Dikdaş dağı — Culfa rayonu ərazisində dağ Dikdaş — Gədəbəy və Ağdərə r-nları sərhədində dağ. Dikdaş — Kəlbəcər rayonu ərazisində dağ; Dikdaş — Tovuz rayonunun c.-unda, Böyük QıĢlaq kəndindən q.-də dağ.
Dikdaş (Germi)
Dikdaş (fars. ديك داش‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (46 ailə).
Dikdaş (Gədəbəy)
Qızıltorpaq (əvvəlki adı: Dikdaş) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılmışdır. Kəndin əhalisinin Qazax rayonunun Dağ Kəsəmən kəndindən və Ağstafa rayonundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almış və Dikdaş adlandırılmışdır. 25 oktyabr 2011-ci ildən kəndin Qızıltorpaq kimi təsdiq olunmuşdur. Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dikdaş dağı
Dikdaş dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1411,0 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli Pilələr qolunun suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, cənub və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının cənub-qərb qanadında yerləşir.
Dikduran dazı
Dikduran dazı (lat. Hypericum erectum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Dikduran dəlitərə
Dikduran dəlitərə (lat. Hypecoum erectum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəlitərə cinsinə aid bitki növü.
Dikduran trillium
Dikduran trillium (lat. Trillium erectum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. Trillium erectum var. album (Michx.) Pursh Trillium erectum var.
Dikdərə (Meşkinşəhr)
Dikdərə (fars. ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (12 ailə).
Dikearxus
Dikearxus (yun. Δικαίαρχος, təxminən m. ö. 365 – 300) — yunan filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin və Teofrastusun öyrəncisi idi. O, psixologiya, tarix, mədəniyyət, dilçilik və siyasət elmlərini əhatə edən bir çox elmi kitablar yazmışdır. Dikearxus ruhun varlığını və ölməzliyini inkar edirdi. "Ruh haqqında" (yun. Περὶ ψυχῆς) kitabında o yazırdı ki, ruh materiyanın formalarından biridir, cisimdir. Dünyada bütün varlıqlar dörd ünsürdən əmələ gəldiyi kimi ruh da onlardan biridir, sadəcə onun vəzifəsi bədəni canlandırmaqdır.
Dikili
Dikili (türk. Dikili) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 75 km-dir. İlçənin şərqində Berqama ilçəsi, şimalında Balıkəsir ili, qərbində və cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 534 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,806 nəfərdir.
Dikiy Kamen adası
Dikiy Kamen adası (fin Satasilmä) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Hündürlüyü 6 metr olan qayalıqdan ibarətdir. Üzərini iynəyarpaqlı meşələr örtmüşdür. Kozlinı və Martinsaari adaları arasında yerləşir. 1920–1940-cı illərdə ada Finlandiyaya məxsus olmuşdur.
Diklanlı (Sərab)
Diklanlı (fars. دكلانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (11 ailə).
Dikmən vadisi
Dikmən vadisi (türk. Dikmen Vadisi) — Ankaranın Çanqaya ilçəsinə bağlı bir səmt olan Dikməndə yer alan park. İllərdir qaçaq və gecəqondu evlərə məruz qalan vadidə Şəhər Çevrilmə və İnkişaf Layihəsi adı altında bir abadlıq və bərpa işləri başlandı. Bu mərhələlərdə tikililər sökülmüş və dərə və ətrafı yenidən qurulmuşdur. Bu gün Ankara Böyükşəhər Bələdiyyəsinə bağlı bir park olaraq xidmət edən vadidə idman və gəzinti sahələri, kafe, bəzək hovuzları və uşaq meydançaları var. 90-cı illərə qədər olduqca baxımsız şəkildə qalan və şəhərləşmənin üstünlük təşkil etdiyi vadidə 1989-cu ildə şəhər çevrilmə planının həyata keçirilməsi qərara alındı. Şəhər Çevrilmə və İnkişaf Layihəsi adlanan bu layihə, eyni zamanda ölkənin gecəqondu bölgələri üçün hazırlanan ilk şəhər çevrilmə layihəsidir. Bu çərçivədə ilk araşdırmalar eyni ildə başladı və 1994-cü ildə layihənin ilk mərhələsi başa çatdı. 2002 və 2009-cu ildə üçüncü mərhələsi uğurla başa çatan layihə hələ də layihənin dördüncü və beşinci mərhələlərində davam edir. Hal-hazırda iki mərhələdən ibarət olan dərə təxminən 378.000 m²-lik ərazidə qurulub.
Dikobe Ben Martins
Dikobe Ben Martins (d.
Dikpilləkən
Dikpilləkən (Şişpilləkən) — Azərbaycan Respublikası Kəlbəcər rayonunun qərbində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 3449 m. Dik pilləli qayalıqdan ibarətdir. Dik yoxuşlu dağ pilləkənə oxşadığına görə bu adı almışdır. Ermənilər dağın adını dəyişib Sanduxtasar qoyublar. Şişpilləkənin ayağındakı Alagöllər ətrafındakı qayalıqlarda da eynilə Qılıncdağdakı və Gəmiqayadakı petroqliflərdən var. Bu petroqliflər də elmdə "Alagöllər petroqlifləri" kimi tanınır.
Emili Dikinson
Emili Dikinson (ing. Emily Elizabeth Dickinson; 10 dekabr 1830[…] – 15 may 1886[…]) —Amerika şairi. Emili Elizabet Dikinson (Emily Elizabeth Dickinson)- 10 Dekabr, 1830-cu ildə anadan olmuş Amerikalı şairədir. Atası öz ətrafında olduqca tanınmış bir vəkil və siyasətçi olan Edward Dickinson (1803–1874), anası isə Emily Norcross Dickinsondur (1804–1882). Emilinin babası Samuel Fowler də, təhsil sahəsində böyük töhfələr vermiş biri kimi qeyd edilir. Belə ki O, bir neçə məktəbin qurulmasında rol oynamışdır. Olduqca ziyalı və təhsilə əhəmiyyət verən bir ailədə dünyaya gəlməsi, Emilinin və ailənin digər 2 övladının da təhsilinin, dövrün standart təhsil səviyyəsindən yüksək olmasınına kömək etmişdir. William Austin Dickinson vəkil (1829–1895), Lavinia Norcross Dickinson isə şairə kimi fəaliyyət göstərirdi (1833–1899). Həmçinin Emili də, o zamana görə yüksək sayılacaq bir təhsilə yiyələnmişdi. Amherst akademiyası, eyni zamanda Mount Holyoke Qadın seminariyası onun təhsil aldığı mərkəzlər idi.

Digər lüğətlərdə