Rafiq Hüseynov (diktor)
Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, DQMV – 26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990).
Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb.
2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır.
26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Şəki (film, 1977)
Ölü zona (film, 1988)
Fəryad (film, 1993)
Artilleriyanın allahı sayılırdı (film, 1996)
Ailə (film) (tammetrajlı bədii film) — redaktor
Kədərimiz...