DUA ETMƏK
DUAÇI
OBASTAN VİKİ
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Dua
Dua — qəsdli şəkildə icra olunan ünsiyyət vasitəsilə ibadət obyekti ilə rapportu aktivləşdirmək üçün çağırış və ya hərəkət. Dar mənada bu termin bir ilaha və ya ilahiləşdirilmiş əcdada yönəlmiş supplikasiya və ya intersessiya aktına aid edilir. Ümumiyyətlə, dua həm də şükür və ya tərif məqsədi daşıya bilər, müqayisəli dində daha mücərrəd meditasiya formaları və sehrlərlə sıx bağlıdır. Dua aktı hələ e.ə. III minillikdə yazılı mənbələrdə təsdiq edilmişdir. İndiki dövrdə əksər böyük dinlər bu və ya digər şəkildə duaları əhatə edir. Onlardan bəziləri dua aktının ciddi ardıcıllığını tələb edir və ya kimin dua etməsinə icazə verildiyinə məhdudiyyət qoyur, digərləri isə duanın istənilən vaxt hər kəs tərəfindən kortəbii şəkildə həyata keçirilə biləcəyini öyrədir. Duadan istifadə ilə bağlı elmi tədqiqatlar əsasən onun xəstə və ya yaralı insanların sağalmasına təsiri üzərində cəmlənmişdir. Duanın inanclı sağalmada effektivliyi bir çox tədqiqatlarda ziddiyyətli nəticələrlə qiymətləndirilmişdir. Vikianbarda Dua ilə əlaqəli mediafayllar var.
Daryaraq səna
Afrika və Hindistanda yayılmışdır. Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Şişyarpaq səna
Səna (bitki)
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Səna (dəqiqləşdirmə)
Səna — Yəmənin paytaxtı və böyük şəhəri. Səna (bitki) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. SANA — Suriyanın dövlət informasiya agentliyi.
Dua Lipa
Dua Lipa (22 avqust 1995, Vestminster, Böyük London) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi. Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi.
Dua (dəqiqləşdirmə)
Dua Dua (Əli Şəriəti) Dua (Aleksis Karrel) Dua Lipa — alban əsilli ingilis müğənni və bəstəkar.
İslamda dua
Dua — çağırış, dindarın ALLAHA müaraciəti. Ərəb dilindən tərcümədən, çağırmaq və səsləmək mənalarını ifadə edir. Dini termində isə dua, müxtəlif hacətlərin həyata keçməsi üçün, Allah-taala ilə danışıb, Ondan kömək diləmək mənasını daşıyır. Allah-taala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbər!) Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (onlara) de ki, Mən (onlara) daha yaxınam, çağıranın duasını Məni çağırarkən icabət edirəm. Onlar hidayət olsunlar deyə, Mənim də`vətimi qəbul edib, Mənə iman gətirsinlər!" Digər bir ayədə buyurur: "Rəbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hədislərdə də duanın əhəmiyyətindən söz açılmış və onun üzərində təkid olunmuşdur. Hətta bəzi hədislərdə dua, möminin və Peyğəmbərlərin silahı adlandırılmışdır. Lakin, əsas məsələ insanın dua edərkən kimi çağırması, necə çağırması və nə üçün çağırmasını bilməsi və başa düşməsindən ibarətdir. DUANIN QAYDASI İslam dinində hər bir əməlin özünəməxsus qayda və şərtləri olduğu kimi, duanın da özünəməxsus olan bir sıra qayda və şərtləri vardır. Onların əsaslarını qeyd edirik: Təharətli olmaq Dua edərkən üzü qibləyə tərəf əyləşmək Haram və pis işlər üçün dua etməmək İnam və yəqinlə dua etmək Duada hacətlərin həyata keçməsinə təkid etmək Səhər çağı dua etmək Dua edərkən hacətləri dilə gətirmək Duadan qabaq Allah-taala üçün həmd-səna demək Duadan qabaq və sonra Həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək; Müqəddəs məkanlarda dua etmək və s. (1.
Tərs yumurtavari səna
Əsasən Sudanda yayılmışdır. Hündürlüyü 1 metr olan yarımkol və ya koldur. Yarpaqları 5 cüt, yarpaqcıqları enli, tərs-yumurtavari, ucdan dəyirmidir. Ləçəkləri qeyri bərabərdir. Paxlası yastı, oraqvari, iri, 3-4 sm uzunluğundadır. Avqust ayında çiçəkləyir. İşığa, istiyə, küləyədavamlı bitkidir. Torpağa tələbkar deyildir. Mədəni halda Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir. Yolların kənarlarında canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Quranın Səna əlyazması
Səna əlyazması — bu gün mövcud olan ən qədim Quran əlyazmalarından biri. 1972-ci ildə Yəməndə Səna Böyük Məscidinin bərpası zamanı bir çox digər Quran fraqmentləri və başqa əşyalarla birlikdə tapılıb . Əlyazma iki təbəqədə perqament üzərində yazılmışdır. Üst təbəqə Osman dövründə istifadə edilən standart yazı ilə yazılmış Quran olsa da, alt təbəqə standart yazı ilə müqayisədə fərqlənir. Alt təbəqənin bir versiyası 2012-ci ildə nəşr edildi. Karbon testləri onun 99% dəqiqliklə 669-cu ildən əvvəl və 95.5 faiz dəqiqliklə 578-ci ildə sonra yazıldığını göstərir. Səna əlyazmalarından 926 parça təhlil edilmişdir. 22%-i məlum olan Qurandan yazılış, dilçilik və düzülüş etibarilə tamamilə fərqlənir.
Cam haqqında dua
Cam haqqında dua (Gefsimaniya duası) — İncildə təsvir olunan İsa Məsihin Gefsimaniya bağında etdiyi dua. Xristian ilahiyyatçıların nöqteyi-nəzərindən, dua İsanın iki iradəsi sahib olduğunun ifadəsidir: ilahi və insan. == İncildəki süjet == Cam haqqında dua Yuhənnadan başqa yevangelistlərin hamısı tərəfindən təsvir olunub.
Dua (Aleksis Karrel)
Dua (fr. La Prière) — Aleksis Karrelin elmi-fəlsəfi əsəri. Əli Şəriəti Aleksis Karrelin "Dua" kitabını fars dilinə tərcümə etdikdən sonra öz fikirlərini də əsərə əlavə etmişdir. Hər iki müəllifin əsəri 2015-ci ildə Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuş və 1 ad, 2 hissədə Parlaq İmzalar nəşriyyatında nəşr olunmuşdur.
Dua (Əli Şəriəti)
Dua — Əli Şəriətinin elmi-fəlsəfi əsəri. Dr. Əli Şəriətinin dərin düşüncələrinin və mənəvi dünyasının məhsulu olan “Dua” kitabı onun digər əsərləri içərisində öz parlaqlığı ilə seçilir. Kitabın birinci hissəsində Dr. Şəriətinin tərcümə etdiyi Nobel mükafatı laureatçısı Aleksis Karrelin mövzu dərinliyi ilə insanı heyrətləndirən “La Priere” (Dua) kitabçası yer almışdır. Sonrakı hissələrdə isə Dr. Şəriətinin özünün duanın mahiyyəti, fəlsəfəsi, eşq, ehtiyac və mübarizə kimi məsələlərin müasir nəzəriyyələrlə qarşılaşdırılması və təhlili, müsəlmanlar arasında durğunluğa səbəb olmuş bu mövzulara müəllifin geniş elmi və dünyagörüşü pəncərəsindən orijinal baxışları yer almışdır. Kitabın ən həyəcanlı səhifələri isə Dr. Şəriətinin coşqun, dərdli, fəlsəfi, tənqidi, üsyankar ruhundan pərvazlanan dualarıdır. Əslində isə, bu, dua müstəvisində onun İslam cəmiyyəti ilə bağlı arzularının və qəlb çırpıntılarının təzahürüdür.
Milli Dua Ziyafəti
Milli Dua Ziyafəti (ing. National Prayer Breakfast) — ABŞ-də prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük mərasimlərdən biri. 2014-cü ildəki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılmışdır. 2015-ci ildeki Ziyafetde Azərbaycanı temsil edən yeganə Azərbaycanlı Dr Vüqar Şahbazlı olmuşdur. Bu NPB-də ilk defe olaraq XIV Dalay Lama da iştirak etmişdir.
Xeyir-dua verən Məsih (Rafael)
Xeyir-dua verən Məsih (it. Cristo benedicente) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Xeyir-dua verən Məsih" əsəri hal-hazırda İtaliyanın Lombardiya əyalətində, Breşia şəhərindəki Pinakoteka Tozio Martinenqoda saxlanılır. Məsihin xüsusiyyətləri Rafaelin avtoportretinə bir qədər bənzəyir.
Ölümcül xeyir-dua (film, 1981)
Ölümcül xeyir-dua (ing. Deadly Blessing) — 1981-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin rejissoru məşhur ABŞ rejissoru və ssenaristlərindən biri Ues Kreyvendir. Filmin ilk baxış tarixi 14 avqust 1981-ci ildə ABŞ-də baş tutmuşdur. Filmə ən çox izləyiciləri sırasına ABŞ və İspaniya kimi ölkələr daxildir. Filmin mövzusu ferma ətrafında baş verir. İki cütlük Cim və Marta ailə qurduqdan sonra fermaya köçürlər. Lakin bir gün Cimin çox qəribə ölümündən sonra fermada sakitlik pozulmağa başlayır və qəribə hadisələr baş verir. Cim Şmidt (Duqlas Barr) "Bizim xeyir-duamız" adlandırılan izolə edilmiş fermada yaşayır. Bu ferma ətrafında yaşayan əhali "Hettlər" adlandırılan ciddi dini rejimi olan cəmiyyətdə yaşayırlar.

Digər lüğətlərdə