DUMA

I
сущ. дума (дорев. и нынешнее название различных органов центрального и местного управления в России). Dövlət Duması Государственная Дума (название парламента РФ), dumanın çağırılması созыв думы, dumanın buraxılması роспуск думы
II
прил.
1. думный. Duma boyarları истор. думные бояре
2. думский. Duma deputatı думский депутат
DUM-DUM
DUMAÇI
OBASTAN VİKİ
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Advektiv duman
Duman — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Andromeda dumanlığı
Andromeda qalaktikası və ya Andromeda dumanlığı (həmçinin, Messye 31 (M31), və ya (Y.Dreyer kataloquna görə) NGC 224 adlandırılır. Türk mifologiyasında "zəncirlənmiş qız" adlandırılır.) — Göyün Şimal yarımkürəsinin ən parlaq qalaktikası, bizim qalaktikaya, Süd Yoluna ən yaxın olanlardan biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Andromeda bürcü istiqamətində yerləşir. Andromeda bürcündə adi gözlə zəif işıqlanan duman ləkəsi kimi görünür. Andromeda qalaktikası ilk dəfə ərəb astronomu as-Sufinin əsərində «kiçik buludcuq» kimi xatırlanmışdır. Bu qalaktikanı 1614-cü ildə teleskopun köməyi ilə alman astronomu Ş.Marius kəşf etmişdir. 1925-ci ildə 2,5 m-lik teleskop vasitəsilə Andromeda qalaktikası ilk dəfə ulduzlar aşkar edildikdən sonra onun ulduz təbiətli olduğu müəyyən edilmişdir. Andromeda dumanlığının bucaq ölçüləri (foto şəkillər vasitəsilə ölçülmüş) təxminən 200′×90′, xətti ölçüsü isə 40×20 kiloparsekdir (kpk). Yerdən məsafəsi 700 kpk-dir.
Gülər ​​Duman
Gülər ​​Duman (30 iyun 1967, İstanbul) — Türkiyə xalq musiqisi sənətkarı. Müğənni, mahnı yazarı, bəstəkar, teleaparıcı və musiqi müəllimi. İlk albomunu 1980-ci ildə buraxdı. 1980-ci illərdə doqquz albom buraxdı. Öz albomlarından başqa kollektiv albomlarda da meydana çıxdı. 1990-cı illərin əvvəllərində dörd albom çıxdı. İlk musiqi videosunu 1991-ci ildə yayımladı. 1994-cü ildə ən çox satılan albomlarından biri olan Gülər ​​Duman'94'ü buraxdı. 1995-ci ildə Bu Devran albomunu buraxdı. 1997-ci ildə Öl Deseydin Ölmez miydim?
Gəncə Şəhər Duması
Gəncə Şəhər Duması — 1892-ci ildə yaradılan Gəncə şəhərinin yerli idarə oqranı. == Haqqında == === 1892–1917-ci illərdə === 1892-ci ildə Gəncədə yerli idarə oqranı olan Şəhər Duması yaradıldı. Gəncə qubernatorunun göstərişi ilə duma üzvlərinin siyahısı hələ 1896-cı il martın 6-da elan edilmişdi. Mart ayının 8-də Gəncə Şəhər Duması deputatlarının təntənəli surətdə 1. iclası açıldı və iclasda şəhər özünüidarəsinin ştat vahidləri təsdiq edildi, onların vəzifələri müəyyənləşdirildi. Gəncə şəhər Duması vergi və ödənclərin toplanılması, bazarın açılması, şəhərin sanitariyasına nəzarət, yanğına qarşı mübarizə, bəzi mədəni–kütləvi tədbirlər və s. məsələlərlə məşğul olmalı idi. Dumanın 1900-cü il 20 mart tarixli iclasının qərarı ilə Gəncə qubernatoru, Qafqaz canişininin qarşısında şəhərin baş planına əsasən bəzi küçələrin və məhəllələrin genişləndirilməsi və abadlaşdırılması məsəlsini qoydu. Qafqaz canişini Gəncə şəhər Duması deputatlarının tələbini yerinə yetirməyə məcbur oldu və işin icrasına göstəriş verdi. Gəncə Şəhər Dumasının 60 üzvündən 7 nəfərini Rəfibəylilər təşkil edirdi.
Kaat Dumarey
Kaat Dumarey (d. 8 sentyabr 1999) — Belçikanı təmsil edən akrobatika gimnastı. Dumarey 2015-ci ildə Belçikanı I Avropa Oyunlarında təmsil etdi və yarışların üç qızıl medalını qazandı. O, həm də 2014-cü ildə Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kaat Dumarey 2015-ci ildə Belçika bayrağı altında Azərbaycanın Bakı şəhərində I Avropa Oyunlarına qatıldı. O, çoxnövçülük, balans və temp hərəkətlərində komanda yoldaşları Julie van Qelder və İneke van Şoor ilə birgə üç qızıl medal qazandı.
Pişik gözü dumanlığı
Pişik gözü dumanlığı və ya NGC 6543 — Yeni Baş Kataloqda qeydə alınmış planetar dumanlıqdır. Göy üzündə Əjdaha bürcü istiqamətində yerləşir. PN tipli dumanlıqdır. İngilis astronomu Vilyam Herşel tərəfindən 1786-cı ildə 47.5 sm (18.7 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Planetar dumanlıq
Planetar dumanlıq — ionlaşmış qaz örtüyündən və mərkəzi ulduzdan ibarət olan astronomik obyekt. Ulduzlararası mühit və dumanlıqlar, Scientific.ru (rus.) Astroqalaktika saytı (rus.) Dumanlıqlar.
Qum və dumandan ev (film, 2003)
Qum və dumandan ev (ing. House of Sand and Fog) — 2003-cü ildə çəkilmiş amerikalı rejissor Vadim Perelmanın debüt filmidir. Film dram janrındadır. Əsas rollarda Cennifer Konneli və Ben Kinqsli çəkilmişlər. Filmin süjet xəttini 2 insanın bir evə sahib durmaq uğrunda mübarizəsi təşkil edir. Bu kiçik bunqalo onların həyatında unudulmaz bir iz qoyur. Keti Nikolo (Cenifer Konneli) üçün bu ev atasından miras qalmış yeganə şeydir və narkotik aludəçiliyindən azad olduqdan sonra yenidən normal həyata qayıtmaq üçün yeganə şansdır. Lakin bürokratik səhv nəticəsində Ketini evdən çıxarırlar və ev auksionda İran əsilli Məsud Əli Behraniyə (Ben Kinqsli) ucuz qiymətə satılır. Onun üçün bu ev — bütün arzuların reallaşması deməkdir. Bu səbəbdən, o ailəsi ilə birlikdə İranı tərk edib, Amerikaya yollanmışdır.
Rosa canina subsp. dumalis
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Rosa dumalis
Rosa dumalis (lat. Rosa dumalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Skandinaviya, Avropada yayılmışdır. Hündürlüyü 3 m-dək olan koldur. Budaqları qövsvari əyilmiş, iynələri çox vaxt qeyri-bərabər, əsasən zoğlarda oraqvari əyilmişdir. Yarpaqları iri, uzunluğu 15-20 sm, yalançı zoğları yaxşı inkişaf etmiş, uzunluğu 10–12 mm, eni 4–5 mm, çılpaqdır. Xırda yarpaqları 7, bəzən 5 və ya 9, ellips- yumurtavari formada, sadə dişlidir. Alt tərəfdə tükcükləri və vəzcikləri yoxdur, açıq və ya göyümtüldür. Çiçəkləri parlaq çəhrayı, tək, bəzən az çiçəkli çiçək qruplarında yerləşir, çiçək saplağı çox qısadır, əsasən yetişmiş meyvənin uzunluğuna çatmır, çılpaq və hamardır. Kasayarpaqları ensiz, lələkvari çıxıntılı, çiçəklədikdən sonra yuxarıya qalxmış və təxminən birləşəndir, yetişmiş meyvələrin üzərində qalır.
Rostov Şəhər Dumasının binası
Şəhər Dumasının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 47 yerləşən bina. Bina 1897–1899-cu illərdə inşa edilmişdir. Onun memarı Aleksandr Nokoroviç Pomoransev olmuşdur. Bina Ristov-na-Donu şəhərinin əsas görməli yerlərindən biridir. Burada ilk əvvəllər şəhər duması və icra hakimiyyəti yerləşirdi. Sovet dönəmində burada KP reginal komitəsi yerləşirdi. Hazırda burada şəhər duması və şəhər icra hakimiyyəti yerləşir. Şəhər Dumasının binasının regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1890-cı illərdə Rostovda şəhər duması üçün binanın tikintisi planlaşdırılır. Bu məqsədlə məşhur arxitektor Aleksandr Nokoroviç Pomoransev dəvət edilir.
Rusiya Federasiyası Dövlət Duması
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması (rus. Государственная Дума Федерального Собрания Российской Федерации) — Rusiya Federasiyasının parlamenti Federal məclisinin aşağı palatası.
Rusiya imperiyası III Dövlət Duması
II Dumanın buraxılmasından sonra III Dumaya seçkilər haqqında qanun verildi. Bu qanun Rusiya ucqarlarının Dumaya nümayəndələr göndərmək hüququnu xeyli məhdudlaşdırdı. Belə ki, əgər Bakı, Yelizavetpol və İrəvan quberniyalarının hər birinin əvvəlki Dumada 3 nümayəndəsi var idisə, indi bütün quberniyalar birlikdə ancaq iki nümayəndə seçə bilərdi, Tiflis quberniyası isə əvvəlki 4 deputat əvəzinə bir nümayəndəyə malik idi. Bütövlükdə isə Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməsi nəzərdə tutulurdu. Məhdudiyyətlər cəmiyyətdə narahatlığa səbəb oldu. "Kaspi" qəzeti yazırdı: "Elə eləmək lazımdır ki, Dumaya gedəcək on deputat əvvəlki 28 nəfərə bərabər olsun..." 1907-ci il iyunun 3-də Dövlət Dumasına seçkilər haqqında təsdiq edilmiş "Əsasnamə"nin 25-ci maddəsində göstərilirdi ki, Bakı, Yelizavetpol və İrəvan quberniyaları üçün ümumi olacaq seçki məclisində seçkilərin keçirilməsinə nəzarət Yelizavetpol qubernatoruna həvalə edilir, seçki məclisi isə Yelizavetpol şəhərində çağırılır. Seçkilər nəticəsində yuxarıda sadalanan quberniyaların müsəlman əhalisindən III Dövlət Dumasına seçilən deputat Xəlil bəy Xasməmmədov oldu. III Dövlət Duması 1907-ci il noyabrın 1-də açıldı. Onun bütün rəhbərliyi oktyabristlərdən ibarət idi. N.A.Xomyakov sədr seçildi, sonralar bu vəzifədə növbə ilə A.İ.Quçkov və M.V.Rodzyanko oldular.
Rusiya imperiyası II Dövlət Duması
Rusiya imperiyası II Dövlət Duması — 1907-ci il 20 fevraldan 2 iyuna qədər fəaliyyət göstərmişdir. Çar hökuməti I Dövlət Dumasını qovaraq II Dumaya seçkilər elan etdi. Seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Seckilərdən bir qədər əvvəl "Partiyasız Müsəlman Bloku" meydana çıxdı. Bu blok əhali içərisində izahat işi apararaq onu Dumaya "müsəlmanların mənafelərinin müdafiəçilərini" seçməyə istiqamətləndirirdi. Bakı bolşevikləri sol blok yaratmağa cəhd göstərirdilər. 1906-cı il noyabrın ortalarında RSDFP Bakı təşkilatı, "Hümmət" və Erməni sosial-demokrat təşkilatının ("Spesifiklər") Bakı Komitəsi arasında saziş bağlandı. Bu təşkilatların nümayəndələrindən birləşmiş sosial-demokrat seçki komissiyası təşkil olundu. Bu komissiyanın nəşr edib yaydığı bir sıra müraciətlərində seçki kampaniyasında məqsəd və vəzifələri, bolşeviklərin taktiki xətti, kütlələr qarşısında duran vəzifələrin həllində dumanın gücsüzlüyü izah olunurdu. Bu bloka qarşı meydana çıxan "Torpaq və azadlıq"da eserlərin, daşnakların və "mütərəqqi" istiqamətli bəzi partiyasız burjua nümayəndələrinin mənafeləri üst-üstə düşürdü.
Rusiya imperiyası IV Dövlət Duması
IV Dövlət Duması 1912-ci ildə noyabrın 15-dən çağırıldı. Azərbaycanda seçkiqabağı kampaniya genişlənir, deputatlığa namizədlərə tapşırıqlar verilirdi. IV Dövlət Dumasına seçkilər 1912-ci ilin sentyabr və oktyabrında keçirildi. III Dumaya seçkilərdə olduğu kimi, kuriyalar üzrə seçilmiş seçicilər öz içərilərindən iki deputat (quberniyaların müsəlman və erməni əhalisinin hər birindən bir deputat) seçdilər. 1912-ci il oktyabrın 20-də Məmməd Yusif Cəfərov və M.İ.Papacanov IV Dövlət dumasının deputatı oldular. Rus əhalisinin Tiflisdə seçilmiş deputatı L.İ.Skobelev kimi onların da hər ikisi Bakı şəhərində yaşayırdı. Bakı şəhərinin sakini Məmməd Yusif Cəfərovun 27 yaşı var idi. Bakı Aleksandr gimnaziyasını, 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi, andlı vəkilin köməkçisi işləyirdi. IV Dövlət Duması 1912-ci il noyabrın 15-də fəaliyyətə başladı. M.V.Rodzyanko Dumanın sədri seçildi.
Rusiya imperiyası I Dövlət Duması
Birinci dövlət duması — 27 aprel 1906-cı ildə ilk iclasını keçirdi və 72 gün sonra imperator tərəfindən buraxıldı. 1905-ci il dekabrın 11-də Rusiyada Dövlət Dumasına seckilər haqqında yeni qanun nəşr olundu. Seçki hüquqlarının genişləndiyini bəyan edən bu qanun fəhlələrə qismən, kəndlilərə cüzi seçki hüquqları verilməsini nəzərdə tuturdu. Azərbaycan quberniyaları da Dövlət Dumasında təmsil olunmaq hüququ qazandı. Lakin hökumət milli ucqarların əhalisinin Dumada təmsil olunmasını məhdudlaşdirmaq və maksimum surətdə azaltmaq məqsədilə ucqarlarda seçkilər haqqında qaydaların tədbiq edilməsi məsələsini öyrənmək adı altından sonra 1906-cı il fevralın 2-də çar "Qafqazda seçkilər haqqında əsasnamə"ni təsdiq etdi. Əsasnamə kəndlilərin seçkilərini torpaq sahiblərini seçkiləri ilə ümumi bir quberniya seçki məclisində birləşdirərək, Qafqazda kəndlilərini torpaq sahiblərini Dumada müstəqil təmsil olunmaqdan məhrum etdi. Canişinə seçkilərin vaxtını Qafqaz quberniyaları "əhalisinin sakitləşdirilməsindən" asılı olaraq müəyyən etmək hüququ həvalə edilmiş və bununla da Qafqaz Duma seçkilərini qeyri-müəyyən müddətə ləngitmək imkanı vermişdi. Bakı qəzası və quberniyasında seçkilər 1906-cı il mayın 31-də, Yelizavetpol quberniyasında isə mayın 16-da yəni aprelin 27-də seçkilər keçirildi. Məmmədtagı Əiyev, Əbdurrəhman bəy Haqverdiyev, İsmayıl xan Ziyadxanov, Əsədulla bəy Muradxanov və Əlimərdan bəy Topçubaşov Dövlət Dumasına deputat seçildilər. 1906-cı ildə Rusiya I Dövlət Dumasına keçirilən seçkilərdə seçilən deputatlar: Əlimərdan bəy Topçubaşov İsmayıl xan Ziyadxanov Əsədulla bəy Muradxanov Əbdürrəhim bəy Haqverdiyev Məmmədtağı Əliyev Dumada təmsil olunmuş ən müxalifətçi siyasi qurum kadetlər partiyası idi.
Rusiya İmperiyası Dövlət Duması
Rusiya İmperiyasının Dövlət Duması — Rusiya imperiyasının parlamenti 11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. 31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi. 20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı 1907 — Çar Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi.
Rusiya İmperiyasının Dövlət Duması
Rusiya İmperiyasının Dövlət Duması — Rusiya imperiyasının parlamenti 11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. 31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi. 20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı 1907 — Çar Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi.
Şəhər Dumasının binası (Rostov-na-Donu)
Şəhər Dumasının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 47 yerləşən bina. Bina 1897–1899-cu illərdə inşa edilmişdir. Onun memarı Aleksandr Nokoroviç Pomoransev olmuşdur. Bina Ristov-na-Donu şəhərinin əsas görməli yerlərindən biridir. Burada ilk əvvəllər şəhər duması və icra hakimiyyəti yerləşirdi. Sovet dönəmində burada KP reginal komitəsi yerləşirdi. Hazırda burada şəhər duması və şəhər icra hakimiyyəti yerləşir. Şəhər Dumasının binasının regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. 1890-cı illərdə Rostovda şəhər duması üçün binanın tikintisi planlaşdırılır. Bu məqsədlə məşhur arxitektor Aleksandr Nokoroviç Pomoransev dəvət edilir.
Ruh dumanlığı
Ruh dumanlığı — Kassiopeya istiqamətində təqribən 7500 işıq ili məsafədə bir emissiya dumanlığı. Bir neçə kiçik ulduz, klasterlər toplusu mövcuddur: CR 34, 632 və 634 (yuxarı hissəsi) və IC1848 (orta hissəsi). Bu obyekt daha çox klaster adı altında IC 1848 kimi tanınır. Bu birləşmə şərq qonşusu IC1805 (Ürək bulanığı) ilə birlikdə "Ürək və Ruh" olaraq adlandırılır. Bulanıqlığın (dumanın) mərkəzində kiçik bir ulduz qrupunun yaydığı işıq.
Duman (film)
Duman (ing. The Mist) — Frenk Darabontun rejissorluğu ilə 2007-ci ildə çəkilmiş amerikan elmi fantastik, qorxu filmi. Film Stiven Kinqin müəllifi olduğu eyniadlı roman əsasında çəkilmişdir. == Məzmun == Devid Drayton və onun oğlu Billi şəhəri müəmmalı dumanın basmasından sonra təlaş içində supermarketə sığınırlar. Onlar qaranlıq və sirli dumanın içərisində qəribə bədheybətlər gizləndiyini görürlər. == İstinadlar == == Xarici keçidlər == Duman — Internet Movie Database saytında Duman Box Office Mojo-da Duman (film) Rotten Tomatoes saytında (ing.) "Monsters in the Mist". MonsterLegacy.net. September 9, 2015.
Bakı Şəhər Dumasına seçkilər (1917)
Bakı Şəhər Dumasına seçkilər — 29 oktyabr (11 noyabr) 1917-ci il tarixində Bakı Şəhər Dumasına keçirilən seçkilər. Bakı Rusiyada 1917-ci ildə yerli duma seçkiləri keçirilən sonuncu böyük şəhər olub. Səsvermə Oktyabr inqilabı başlayandan sonra keçirilib. == Zəmin == 1915-ci il aprelin 28-də Bakı Şəhər Duması yeni dumaya seçkiləri müharibənin sonuna qədər təxirə salmaq qərarına gəldi. Qərar 16 yanvar 1916-cı ildə təsdiq edildi. Lakin 1917-ci il Fevral inqilabı zamanı çar hakimiyyətinin devrilməsi ilə yerli seçkilər məsələsi yenidən gündəmə gəldi. Müvəqqəti hökumət ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə şəhər dumalarına seçkilərin keçirilməsi üçün qərar qəbul etdi. Lakin Bakıda şəhər dumasına seçkilərin keçirilməsi uzun müddət ləngidi. 1917-ci ilin sentyabrında Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) şəhər dumasına təcili seçkilərin keçirilməsi tələblərini qəbul etdi. Ancaq şəhərin sərhədləri dəyişmədi və sənaye məhəllələri şəhərdən kənarda qaldı.
Bakı Şəhər Dumasına seçkilər (1878)
Bakı Şəhər Dumasına seçkilər — yuli təqvimi ilə 1877-ci ilin dekabr ayında Bakı Şəhər Dumasına keçirilən seçkilər. == Zəmin == Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Şəhər dumasının icraiyyə orqanı şəhər başçısının (və yaxud şəhər qolovasının) başçılıq etdiyi şəhər idarəsi (və yaxud şəhər upravası) idi. Şəhər başçısı, idarə üzvləri və katibi də iki qat seçki ilə seçilir və qubernator tərəfindən təsdiq edilirdi. Şəhər idarəsi adətən 3–4 nəfərdən ibarət olurdu. Onun tərkibinə hər millətdən bir nümayəndə seçilirdi. == Seçki sistemi == Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Fəhlələr, pedaqoqlar, müəllimlər, kiçik xidmətçilərin vergi vermək üçün mənzilləri olmasa seçki hüququndan yararlana bilmirdilər. Həmçinin, qadınlar da seçki hüququndan məhrum idilər.
Qars Şəhər Dumasına seçkilər (1917)
Qars Şəhər Dumasına seçkilər — 13 sentyabr (26 sentyabr) 1917-ci il tarixində Qars Şəhər Dumasına keçirilən seçkilər. == Zəmin == 12 aprel (24 aprel) 1877 tarixində Rusiya İmperiyası Osmanlı İmperiyasına müharibə elan etdi, Balkan yarmadasında və Şərqi Anadolu ilə sərhəddə cəmlənən Rusiya ordusu bütün sərhədləri boyu hərbi əməliyyatlara başladı. 18 aprel (30 aprel) 1877 tarixində Bəyazid , 5 may (17 may) 1877 tarixində Ərdahan, 23 may (4 iyun) 1877 tarixində Qarakilsə , 6 noyabr (18 noyabr) 1877 tarixində Qars, 5 dekabr (17 dekabr) 1877 tarixində Ardanuç, 8 dekabr (20 dekabr) 1877 tarixində Xınısqala , 28 dekabr 1877 (9 yanvar 1878) tarixində Malazgird şəhərləri işğal olundu, 30 dekabr 1878 (11 yanvar 1878) tarixində Ərzurum şəhəri mühasirəyə alındı. Güclü müqavimət rusları şəhərə həlledici hücumdan çəkindirdi. 2 dekabr (14 dekabr) 1877 tarixindən 1878-ci ilin yanvar ayının sonunadək daha fəal hərbi əməliyyatlar keçirərək bəzi məntəqələri və bir-neçə yaxınlıqdakı kəndləri tuta bilən rus ordusu Batumu ələ keçirə bilməmişdi. 20 yanvar (1 fevral) 1878 tarixində Osmanlı – Rusiya razılaşmasına əsasən bütün cəbhələrdə hərbi əməliyyatları dayandırmaq haqqında atəşkəs elan olundu, atəşkəsin şərtinə görə Osmanlı ordusu 10 fevral (22 fevral) 1878 tarixində Ərzurum şəhərindən çəkildi və ruslar şəhərə daxil oldular. 19 fevral (3 mart) 1878 tarixində Osmanlı ilə Rusiya arasında müharibəni sonlandıran San-Stefano sülhü imzalandı. 29 maddəlik sülhün 19-cu maddəsinə əsasən Erzurum vilayətinin Qars, Bəyazid, Çıldır sancaqları və Trabzon vilayətinin Batum sancağı Rusiyaya verilirdi. Qriqori təqvimi ilə 24 aprel 1877 – 3 mart 1878-ci illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsini yekunlaşdıran və 1 iyul (13 iyul) 1878 tarixində imzalanmış Berlin traktatının 58-ci (LVIII) maddəsinə əsasən Rusiya İmperiyasına verilmiş Osmanlı İmperiyasının Ərzurum vilayətinin Qars və Çıldır (qismən) sancaqları əsasında, 1878-ci ildə Qars vilayəti yaradıldı. Bununla bərabər Ərzurum vilayətinin Ərzurum sancağının Aşağı Pasin (Pasin-i Süfla) qəzasının bir-neçə kəndi yeni yaradılan Qars vilayətinə daxil edilmiş, Çıldır sancağının Oltu qəzasından bəzi kəndlər isə Osmanlıya verilmişdi.
Besra Duman
Besra Duman (10 yanvar 2001) ― 55 kq çəki dərəcəsində mübarizə aparan türk paralimpiyaçı para-pauerliftinqçi. O, 2024-cü il Paris Paralimpiya Oyunlarında gümüş medal qazanıb. == İdman karyerası == Duman para-pauerliftinqlə məşğul olmağa 2012-ci ildə ağır atletika məşqçisi Emin Görmüşün təşviqi ilə başlayıb. O, Arif Kıranın baş məşqçisi olduğu "Konya Meram Belediyesi" idman klubunun üzvüdür. === 2024 === Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 2024 Dünya Kubokunda o, 55 kq çəki dərəcəsində 120 kq qaldıraraq bürünc medal qazanıb. Duman 2024-cü il Dünya Kubokunun Misirin Şərm əl-Şeyx şəhərində keçirilən görüşündə ümumi qaldırmada 110, 113 və 115 kq çəki dərəcəsində qızıl, eləcə də fərdi hesabda 115 kq ilə gümüş medal qazanıb. Duman son Dünya Kubokunda qazandığı uğurla 2024-cü ildə Paris Paralimpiya Oyunlarına vəsiqə qazanmışdır. O, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında 113 kq çəki ilə gümüş medalın sahibi olub.

Digər lüğətlərdə