DÖYÜNMƏK
DÖYÜŞÇÜ
OBASTAN VİKİ
Ağdam uğrunda döyüş
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir. Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu.
Blok (döyüş sənəti)
Blok və ya qorunma — Müxtəlif zərbə və silahlarla hücumun qarşısının alınması üçün müdafiə texnikasının kifayət qədər səlis icra olunmuş böyük əhəmiyyət kəsb edir. Rəqib həmləsi hiss olunan və ya qəflətən həyata keçirilə bilər. Belə hücumu bacarıqla dəf etmək yüksək müdafiə şücaətinə malik olmaq qabiliyyəti tələb edir. Uzun zamanlar məşq prsesində mənimsənən müdafiə texnikasının real həyatda demək olar ki, istifadə edilmir. İdmançının ömrünün bir hissəsi belə təlimlərə sərf olunur. Müdafiə, bədəni meyl etmək, arxaya, yana çəkilmək, irəli şahin kimi şığımaqla, açıqəl, yumruq, bilək dirsək və qıçın müxtəlif hissələri ilə həyata keçirilir və zərbədə olduğu kimi bədənin müdafiə səyi bütövlüklə hədəfə yönəldilir. Müdafiə olunarkən eyni zamanda bədən rəqib zərbəsinin istiqamətindən münasib tərəfə yayınır. Müdafiə, tək əllə deyil, birgə kəsişən, birləşən vəziyyətli qollarla da yerinə yetirilir. Döyüş sənətlərində müdafiə elementləri rəqib zərbəsini saxlamağa (buna daha yüksək güc tələb olunur) deyil, onu tarazlıqdan çıxarmağa, dalbadal zərbə vurmaq cəhdinə imkan verməməyə yönəldilir və ani şəkildə əks hücumla tamamlanır.
Britaniya uğrunda döyüş
Britaniya uğrunda döyüş (alm. die Luftschlacht um England‎; ing. Battle of Britain) — 1940-cı ilin iyul-oktyabr aylarında İkinci dünya müharibəsi zamanı hava döyüşləri. "Britaniya uğrunda döyüş" termini ilk dəfə Britaniyanın baş naziri Uinston Çörçill tərəfindən nasist Almaniyasının İngiltərənin cənubu üzərində hava üstünlüyü əldə etmək və Britaniya xalqını mənəvi cəhətdən sarsıtmaq cəhdini təsvir etmək üçün istifadə edilmişdir. Şiddətli hava döyüşlərində Kral Hərbi Hava Qüvvələri ilə nasist Almaniyasının Hərbi Hava Qüvvələri (Luftwaffe) arasında hava üstünlüyünə nail olmaq uğrunda mübarizə getmiş, Almaniyanın Britaniya Hərbi Hava Qüvvələrini məhv etmək, ölkənin sənayesini və infrastrukturunu məhv etmək, əhalinin mənəviyyatını pozmaq və bununla da Britaniyanı təslim olmağa və ya sülh bağlamağa məcbur etmək cəhdləri dəf edilmişdir. Britaniya döyüşü Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin müstəsna olaraq iştirak etdiyi ilk hərbi kampaniya idi. 1940-cı ilin iyulundan Almaniyanın bombardmanının əsas hədəfləri sahil konvoyları və Portsmut kimi dəniz bazaları idi, lakin bir ay ərzində Lüftvaffe Britaniya aerodromlarına hücuma keçdi. Döyüş zamanı təyyarə zavodları və yerüstü infrastruktur obyektləri də bombalandı. Nəhayət, Almaniya Hərbi Hava Qüvvələri qorxuducu bombardman taktikasına və yüksək siyasi əhəmiyyət kəsb edən hədəflərə hücum etmə üsuluna əl atdı. Almaniyanın bu kampaniya zamanı məqsədlərinə çatmaması nasist Almaniyasının İkinci dünya müharibəsindəki ilk məğlubiyyəti və dönüş nöqtələrindən biri hesab olunur.
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Döyüş Bayrağı
Döyüş bayrağı — quruda olarkən bir ölkənin hərbi qüvvələri tərəfindən istifadə olunan milli bayrağın bir növü. Dəniz ekvivalenti dəniz bayrağıdır. Hazırda az sayda ölkə müvafiq müharibə bayraqlarına sahibdir və əksəriyyəti bu məqsədlə dövlət bayraqlarını və ya standart milli bayraqlarını istifadə etməyi üstün tuturlar. Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan sәkkizguşәli ulduz yerləşib.
Döyüş Sambosu
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Döyüş baltası
Döyüş baltası ənənəvi olaraq müharibələrdə istifadə edilən balta növüdür. Əksəriyyəti yüngül olub və bir əllə tutmaq üçündür, daha ağır olanları isə iki əl ilə istifadə edilməsi üçündür. Onların çəkisi 0,5 kq ilə 3 kq arasında dəyişir.
Döyüş droidləri
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi. "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir. Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir. Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil. Astromech droid — Vukipediya saytında.
Döyüş filmi
Döyüş filmi — Film janrlarından biridir. Döyüş filmlərinin səciyyəvi xüsusiyyəti süjet xətti boyu kaskadyor hərəkətlərinin, savaşların, maşın partlayışlarının və s. olmasıdır. İndiki vaxtda filmlərdə, həqiqi səhnələr əldə etmək üçün kompüter texnologiyasından faydalanılır. Əsasən, filmlərdə təhlükəli səhnələrin çəkilişində, aktyor və ya aktrisa yerinə dublyordan istifadə edilir.
Döyüş oyunları
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Döyüş raketi
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama. Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s. Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Döyüş sənəti
Şərq döyüş növlərinin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.
Döyüş topu
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Döyüş əməliyyatları
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. А — Бюро военных комиссаров / [под общ.
Döyüş əməliyyatı
Döyüş əməliyyatı — Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılmasıdır. Daha yüksək, strateji bir təşkilat səviyyəsində müharibə aparmaq hərbi fəaliyyət adlanır. Beləliklə, döyüş əməliyyatlardakı hərbi əməliyyatların ayrılmaz hissədir - məsələn, hərbi əməliyyatlar keçirdikdə cəbhə (cəbhə qrupu) strateji hücum əməliyyatı (və ya əməliyyatlar arasında), cəbhəyə daxil olan ordu və korpuslar hücum, basqınlar və s. daxildir. Hərbi əməliyyatların növləri - hava hücumundan müdafiə (hava hücumundan müdafiə), hərbi hava qüvvələri (hərbi hava qüvvələri), donanma (donanma), quru qoşunların (qüvvələrin) hərbi əməliyyatları və s. aid edilir. Əsas növləri: hücum müdafiə Kömək edən qüvvələr: Qarşı döyüş Xəndək döyüşü Taktiki yenidən toparlanma və s. Həm də ərazi və ilin fəsillərinə görə fərqlənirlər (bölünür): Dağlarda döyüşlər; Səhrada döyüşlər; Şəhərdə döyüşlər; Qış aylarında döyüşlər; Və s. Müasir zamanda döyüş əməliyyatları aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: məqsədlərin müəyyən edilməsi; geniş məkan əhatəsi; yüksək manevr; dinamizm; Silah və hərbi texnikanın döyüş xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinin keyfiyyətini və effektivliyini müəyyənləşdirir. А — Бюро военных комиссаров / [под общ.
Qaydasız döyüş
Qarışıq döyüş sənəti (ing. mixed martial arts, MMA) kimi tanınan döyüş sənəti qədim Yunan erası ərzində ora tutaşmağın və vurmağın kombinasiyaları bacarıqlarını göstərmiş Pankration kimi idman, tanınan qədim Olimpiya döyüşü mövcud idi,onun oxşar müasir forması isə qarışıq döyüş növüləri olmuşdur. Bu idman Qədim Yunanıstanda yarandı və Romalılara sonra ötürüldü. Bu döyüş növü Pride FC və UFC kimi keçirilən beynəlxalq turnirlərdə istifadə olunmağa başladı.
Təkbətək döyüş
Təkbətək döyüş - iki fərd arasında vuruşma, çarpışma, dava. Təhlükəli hallarda özünü və yaxınlarını qorumaq üçün insanların istifadə etdikləri üsul. Təkbətək döyüş 4 cürə ola bilər: Hərbi döyüş; İdman döyüşü; Təkbətək döyüşün Şərqi növləri; Qarışıq üsullar ilə döyüş. Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır.
Ölümcül döyüş
Ölümcül döyüş (ing. Mortal Combat) – 1995-ci ildə rejissor Pol Uilyam Skott Anderson tərəfindən döyüş janrında çəkilən filmdir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Xarici Dünyanın İmperatoru olan Şao Kannın Dünyanı ələ keçirməsi üçün Böyük Tanrılar tərəfindən yaradılan "Ölümcül döyüş" turnirində bir-birinin ardınca 10 turniri qazanması lazımdır. Bu səbəbdən cadugər Şanq Tsunqun gücündən istifadə edir. İmperator "Ölümcül döyüş" turnirinin doqquzunu qazanır. Şanq Tsunq turnir üçün dünya ölkələrdə yaşayan ən yaxşı döyüşçülər axtarır. Bu səbəbdən Şanq Tsunq döyüşçüləri aldadaraq və ya onların intiqam duyğularından istifadə edərək, turnirə qatılmağa vadar edir. Şimşək tanrısı olan Reydenin vəzifəsi isə Dünyanı İmperatorun dəstəsindən qorumaqdır. Şanq Tsunq və Çen "Ölümcül döyüş" turnirində qarşılaşırlar.
Əlbəyaxa döyüş
Əlbəyaxa döyüş — Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri — boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s).
Döyüş başlığı
Döyüş başlığı xüsusi olaraq hazırlanmış olan daşıyıcı korpusda (məsələn, döyüş raketi, raket və ya torpedo) hədəfə daşınan partlayıcı, yandırıcı və ya zəhərli materialdan və sözügedən korpus hədəfə çatdıqdan sonra bu materialı işə salacaq olan tətikləmə mexanizmindən ibarət olan xüsusi döyüş mexanizmidir. Torpedalar ilk dəfə yaradıldıqları zaman təlim, sınaq və hərbi təlimlərdə istifadə olunmaqları üçün onların içərisinə müəyyən faydalı yük yerləşdirilər və bu faydalı yükə sülh başlığı deyilərdi. Sözügedən həmin torpedalar həqiqi hərbi əməliyyatlarda və müharibələrdə istifadə olunmağa başlandığı zaman onların adı döyüş başlığı olaraq dəyişdirilmiş və zaman keçdikcə sülh başlığı termini hərbi terminologiyadan tamamilə çıxmışdır. Müxtəlif döyüş başlıqları növləri aşağıda göstərilmişdir: Partlayıcı: Müvafiq ölçüdə bir partlayışdan istifadə edilərək hədəfi parçalamaq və partlayışın yaratdığı zərbə dalğasının təsiri ilə əsas hədəfin ətrafında yerləşmiş olan ikinci dərəcəli hədəfləri mümkün qədər zərərsizləşdirmək prinsipinə əsaslanır. Konvensional: Barıt, C4 və dinamit kimi molekulyar strukturda yüksək miqdarda istilik, işıq və şok enerjisinə malik olan kimyəvi maddələrdən istifadə edilərək istehsal olunan partlayıcı maddələr qrupudur. Təhrik növü (Hərəkət növü): Böyük bir zərbə dalğası yaradaraq partlayış sferasında olan materiallara qəfil və yüksək təzyiq tətbiq edilməsi yolu ilə hədəfi zərərsizləşdirməyə əsaslanan konvensional partlayıcılardırlar. Yaranmış olan istiliyin və işığın miqdarı digər növlərdən daha azdır. Terror təşkilatları tərəfindən müntəzəm formada istifadə edilən boru tipli bombalar təhrik növüdür. Parçalanma (dispersiya) növü: Müəyyən bir hərəkət tipli partlayıcı nüvənin ətrafında əsasən silindr və ya sfera formasında yerləşdirilmiş olan qəlpə hissəciklərindən istifadə etməklə, hədəfləri partlayış zonası daxilində deşərək zərərsizləşdirməyə yönəlmiş konvensional partlayıcı maddə növüdür. Bütün kaset bombaları bu tipdədirlər.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
Döyüş Ciu-citsusu
Ciu-Citsu idman növündən əsasən güləş və cüdo fəndlərindən istifadə olunmağına baxmayaraq Döyüş Ciu-Citsusunda ayaq və əl zərbələrində icazə verilir. Döyüş Ciu-Citsusunda əsasən karate, cüdo, boks kimi idman növlərindən istifadə edilir. Döyüş Ciu-Citsusunda kimono ilə yanaşı baş geyimi(kaska),ayaq qoruyucusu, jilet kimi qoruyuculardan istifadə edilir. Əvvəllər əsasən Braziliyada çox istifadə edilən bu döyüş növünün, müasir dövürdə bütün dünyada yarışları və təlimləri keçirilir. İdman Ciu-Citsusunda olduğu kimi Döyüş Ciu-Citsusundada dərəcələri fərqləndirmək üçün kəmərlər vardır.
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Dünkerk uğrunda döyüş
Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi. 1930-cu illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi.
Azadlıq döyüşü: Horadiz əməliyyatı (film, 2013)
Azadlıq döyüşü: Horadiz əməliyyatı — qısametrajlı sənədli televiziya filmi 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən azadlıq döyüşü olan Horadiz əməliyyatından bəhs edir. Film 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən azadlıq döyüşü olan Horadiz əməliyyatından bəhs edir. Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Azenkur döyüşü
Azenkur döyüşü - ( Azincourt), Fransanın Kale şəhərindən 60 km cənubda yerləşir. Burada 25 oktyabr 1415-ci ildə Yüzillik müharibənin ən böyük döyüşlərindən biri baş verdi. İngilis kralı V Henrixin qoşunları(3-5 min oxçular və 1 min piyada cəngavər 10 min piyada fransız cəngavəri və arbaletçisinə qarşı), bacarıqlı manevr edərək və ustalıqla sapan silahlardan yararlanaraq, qətiyyətlə rəqibə hucum etdilər. Ş. d' Albrenin başçılığı ilə fransızlar, müdafiə taktikasını seçərək, pərakəndə hərəkət edirdilər, piyada cəngavərlər süvarilərin hucumunu dəstəkləmədi: o, ingilislərin özünü qorumaq üçün çevrələrinə düzdükləri daşınan hasarlarda asanlıqla dəf edildi. Döyüş fransızların ağır məğlubiyəti ilə bitdi. Onlar 4 min ölü və 1,5 min yaralı itki verdilər. Döyüşün uğurundan yararlanan ingilislər bütün Şimali Fransanı və Parisi tutdular. Döyüşdə fransız elitasını - fransız zadəgan kəsiminin böyük hissəsini məhv edən ingilislər, Fransanın böyük ərazisini işğal edərək, uzun müddətə öz üstünlüklərini təmin etdilər. Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год.
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun 1918-ci ildən Aprel işğalına qədərki dövrdə keçirdiyi döyüş əməliyyatları nəzərdə tutulur. Bu döyüş əməliyyatlarının bir qismi Qafqaz İslam Ordusu ilə birlikdə, digərləri isə yalnız Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun iştirakı ilə reallaşdırılıb. 1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. 1918-ci ilin iyun ayında hökumət Gəncəyə köçdü və məqsədinin Bakını işğaldan azad etmək olduğunu elan etdi. Bu dövrdə isə Bakıda hakimiyyətdə daşnak-bolşevik Bakı Soveti idi. Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər.
Azərbaycan döyüş sənətləri və oyunları
Azərbaycan döyüş sənətləri və oyunları — Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar. Azərbaycan milli güləşi və zorxana əsas döyüş sənətləridir. "Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Koroğlu" dastanının Azərbaycan versiyasında (XVII əsr) döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlar verilir. Azərbaycan xanlıqları dövründə (XVIII əsrin II yarısı — XIX əsrin əvvəlləri) isə ordularda "bahadır" adlandırılan pəhləvanlar var idi. Məşhur Azərbaycan pəhləvanlarına "Altıaylıq pəhləvan" ləqəbli Əbdüləli Axundov, bakılı Şonu Abdulla, Sali Süleyman, Rəşid Yusifov daxildir. 2022-ci ildə pəhləvanlıq irsi "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında UNESCO səviyyəsində Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir. Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərxi, güləş daxildir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı XV əsr İçərişəhər zorxanası və Ordubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski buradakı zorxanalarda yarışmaları, cambaz və pəhləvanları təsvir edir. Keçmiş dövrdə meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s.
Ağaiani döyüşü
Ağaiani döyüşü — Kaxetiya çarlığının zadəganları ilə Səfəvi imperiyası orduları arasında 1625-ci ildə baş vermiş döyüş. 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Qarabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Səfəvi orduları 1614-cü ilin mart ayında iki bölgəni işğal etdi və iki müttəfiq kral Osmanlı vassalı olan İmeretiyə sığındı. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşinin bildirdiyinə görə, I Abbas ən güvəndiyi iki təbbəəsi və qulamının ona olan xəyanətindən dolayı qəzəblənmişdi. 30.000 Kaxetiya kəndlisini Səfəvi imperiyasına sürgün etdi və kral II Aleksandrın nəvəsi İsa xanı Kartli taxtına təyin etdi. İsa xan İsfahandakı sarayda müsəlman olaraq böyüdülmüşdü və Şaha sadiq olacağı düşünülürdü. I Abbas qaçaq kralları ona verməzsə, İmeretini yandırmaqla təhdid etdi, İmereti, Meqrelya və Quriya hökmdarları bu tələbi birlikdə rədd etdilər.
Ağaçayırı döyüşü
Ağaçayırı müharibəsi — 16 avqust 1488-ci ildə Osmanlı İmperiyası ilə Məmlük dövləti arasında Çukurova bölgəsində baş verən müharibə. Davud Paşa səfərdən qayıtdıqdan sonra, İstanbulda yeni bir Məmlük yürüşü üçün hazırlıqlara başlanıldı. Padşah, bu dəfə Osmanlı donanmasına da göndərməyi qərara alınmışdı. Hətta II Bəyazid Osmanlı donanmasının Şərqi Aralıq dənizində rahat hərəkət etməsi üçün Venesiya dövlətindən icazə istəsə də, buna müvəffəq olmamışdır. yürüş hazırlığını tamamlayan Osmanlı ordusu, vəzirliyə yüksələn Rumeli bəylərbəyi Xədim Əli Paşanın komandanlağı ilə İstanbuldan hərəkət etdi. Tabeçiliyinə yeni Rumeli bəylərbəyi Xəlil Paşa ilə Anadolu bəylərbəyi Sinan Paşa da verilmişdi. 60 min nəfərlik bir qüvvə ilə Çukurova gedən Xədim Əli Paşaya yolda Qaraman bəylərbəyi Yaqub Paşa da qoşuldu. Bundan başqa, Hersekzadə Əhməd Paşa da, 100 gəmidən mütəşəkkil donanma ilə Şərqi Aralıq dənizi sahillərinə hərəkət eləmişdi. Xədim Əli Paşa, Ereğlidən sonra, Külek boğazını keçərək Adanaya çatdı. Tarsus şəhəri ilə buranı yaxşıca mülki etdikdən sonra, Ayaş qalası üzərinə yeridi.
Babil döyüşü (634)
Babil döyüşü — 634-cü ildə Babil bölgəsində Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Balaklava döyüşü
Balaklava döyüşü — 1854-cü ildə Krım müharibəsi zamanı Rusiya ilə müttəfiq qoşunlar arasında baş vermiş döyüş.. Krım müharibəsi zamanı 1854-cü ilin payızında rus qoşunları ilə ingilis-fransız-türk qoşunları arasında Balaklava adlı yerdə döyüş qaçılmaz idi. İttifaq qoşunlarının əsas məqsədi Sevastopolu tutmaq idi. Ruslar isə Liprandinin komandanlığı ilə buna mane olmalı idi. Döyüş 25 oktyabr 1854-cü ildə olmuşdur. Döyüşün əvvəlində Rusiya imperiyasının süvariləri osmanlıları məğlub edib, limana gedən yolu açmışdı. Orada rus süvarilərinin qarşısını almaq üçün az sayda türk qoşunu və Britaniya Kral Donanmasına aid 93-cü piyada alayı saxlanmışdı. Onlar iki sütunlu xətt yaradıb, şiddətli süvari hücumunun qarşısını ala bilmişdilər. 93-cü alayın əsgərləri qırmızı rəngli hərbi forma geyindiklərindən bu çarpışma "İncə qırmızı xətt" adıyla anıldı. Geri çəkilməyə məcbur olan 3500 rus atlısı "Ağır süvari briqadası"na tərəf yönəldi.
Balakən döyüşü
Balakən döyüşü (rusca:Битва при Белоканах) — 1803-cü ilin 9 (21) mart tarixində rusların Car-Balakən yürüşü çərçivəsində baş vermiş döyüş. Döyüş rus ordusu ilə Car-Balakən camaatlığı arasında baş tutmuşdur. Rusları gürcülər, Car-Balakəni isə İlisu sultanlığı və müttəfiq dağlılar dəstəkləmişdir. General Sisianov general Qulyakova Qanıxçay sahilləri boyunca irəliləməyi, burada dağlıların vəziyyəti ilə bağlı kəşfiyyat materialları toplamağı, habelə gələcəkdə bölgədə rus işğlalını asanlaşdırmaq üçün gücləndirilmiş istehkamların tikilməsi üçün yerlər seçməsini əmr etmişdi. Düşmənlə qarşılaşma və onların məğlub edilməsi halında, ruslar şahzadə Aleksandrın onlara verilməsini, həmçinin rus ordusunun Cara və Balakənə daxil olmasını istəməli idi. 6 (18) mart tarixində Anaqa kəndi yaxınlığında Qanıxçayı keçən Qulyakov ordusu ilə birlikdə Balakənə doğru yola çıxdı. Rusların yürüşü başlayan kimi yerli əhali sahilboyu kəndləri tərk etdi və Qulyakov yerli sakinləri danışıqlara məcbur edə bilmək üçün Balakənə doğru irəliləməyə məcbur oldu. Bələdçinin olmadığı, güclü yağışla müşayət olunan yürüş zamanı rus ordusu bataqlıqlardan keçməyə məcbur oldu. Nəhayət, 9 (21) mart tarixində Balakənə yaxınlaşdılar. Kəşfiyyata göndərilən polkovnik Drenyakinin dəstəsi Balakən qalasına yaxınlaşdığı zaman qalanın çox güclü divarlara malik olduğunu, ətrafının bataqlıqlar və qamışlarla əhatələndiyi üçün keçilməsinin qeyri-mümkün olduğunu gördü.
Bayram Məmmədov (döyüşçü)
Bağrevənd döyüşü
Bağrevənd döyüşü — 25 aprel 775-ci ildə Bağrevənd düzündə Abbasilər xilafətinə qarşı üsyan etmiş erməni knyazlarının qoşunları ilə xəlifə ordusu arasında döyüş. Döyüş Abbasilərin sarsıdıcı qələbəsi, əsas erməni liderlərinin ölümü ilə nəticələnmişdir. Xüsusilə Mamikonyanlar sülaləsinin gücü demək olar ki, tamamilə məhv olmuşdur. Döyüş ermənilərin Bizans imperiyasının ərazilərinə genişmiqyaslı köçünün başlanğıcına səbəb olmuşdur. Abbasilər xilafətinin qurulmasından sonra xəlifə Mənsur (754–775-ci illərdə hakimiyyətdə olmuşdur) müxtəlif erməni naxararlarına (knyaz) verilən subsidiyaları ləğv etmiş və əlavə olaraq onlara ağır vergilər qoymuşdur. Əksəriyyəti xristian erməni əhalisinə qarşı dini təqib halları ilə birlikdə bu tədbirlər 774-cü ildə böyük bir üsyanın qalxmasına səbəb olmuşdur. Üsyana Artavazd Mamikonyan başçılıq edirdi, lakin əksər naxarar ailələrinin birbaşa və ya üstüörtülü dəstəyini əldə etmişdir. Onların arasında ən diqqət çəkəni indiyə qədər ərəbpərəst Baqratunilər idi, lakin Artsruni və Süni sülalələri bitərəf qalmışdı. Üsyan bütün Ərməniyyəyə yayılmış və ərəb vergi yığanlara qarşı hücumlar adi hal almışdı. Yerli ərəb valisi Həsən ibn Qəhtəbə üsyançıları dayandıra bildirmişdi.
Başqırd döyüşçüləri abidəsi
Başqırd döyüşçüləri abidəsi – Almaniyanın Drezden şəhərində Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında döyüşmüş başqırd döyüşçüləri xatirəsinə qoyulmuş abidə. Drezden yaxınlığındakı döyüşə həsr olunmuş abidə. Abidə təxminən 80 santimetr hündürlükdə qaya parçası formasından və ona bərkidilmiş tunc lövhəcikdən ibarətdir. Tunc lövhəcikdə ox və kamanla silahlandırılmış və at çapan başqırd döyüşçüsü təsvir edilmişdir. Lövhəcikdəki mətndə almanca, başqırdca və rusca belə qeyd olunub: "1813-cü ildə Drezden yaxınlığında döyüşdə Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında xidmət edən başqırd xalqının oğullarının xatirəsinə". Abidə 26 avqust 2006-cı il tarixində Leypsiq yaxınlığındakı döyüşün 190 illiyi şərəfinə qoyulub. Abidə İrek Bayşevin və məşhur alman rejissor və jurnalist Nasur Yuruşbayevin şəxsi vəsaiti hesabına yaradılıb.1812-ci il vətən müharibəsində və rus ordusunun 1813-1814-cü illərdə sərhəddən kənar yürüşlərində 28 başqırd alay iştirak edib. Birinci başqırd alay Drezden şəhəri yaxınlığında 1813-cü ilin martın 2-də, 4-cü və 5-ci başqırd alayları isə 1813-cü ilin sentyabr və noyabr aylarında baş verən döyüşlərdə iştirak etmişdir. Набиева Э.А. Памятник башкирским воинам. Военная история башкир: энциклопедия/ гл.
Beynəlmiləl Döyüşçülərin İşləri üzrə Komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: muharibə, lokal muharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Bico (Pirəmsaq) döyüşü
Pirəmsaq döyüşü — 1918-ci ilin mart ayının əvvəllərində indiki Ağsu rayonunun Bico kəndində kəndin könüllü döyüşçüləri ilə Rus ordusundan buraxılmış silahlı erməni quldur dəstəsi arasında qədim Pirəmsaq qəbirstanı ərazisində baş vermiş döyüş. ("Pirəmsaq" sözü "sak qocası" mənasında izah edilir.) Bico kəndi 1918-ci il hadisələri ilə bağlı məşhurdur. Bolşeviklərin dəstəyi ilə azərbaycanlıların soyqırımını həyata keçirən erməni hərbi quldur dəstələri 14 mindən çox dinc müsəlman Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi 1918-ci ilin mart ayında Bakıdan Kürdəmir yolu ilə kəndlərdə, qəsəbələrdə, müsəlmanların soyqırımını həyata keçirərək irəliləyirdilər. Dövrün siyasi və ictimai böhran çağını yaşayan Azərbaycanda xalqı müdafiə etmək iqtidarına malik hökumətin olmaması bir çox yaşayış məntəqələri kimi Biconu da öz könüllü döyüşçülərinin ümidinə buraxmışdı. O zamanlar Şamaxıda yaşayan, Şirvanın sayılıb-seçilən elm və ürfan xadimlərindən biri kimi tanınmış, bölgənin elm məclislərinin fikir və söz xiridarı kimi nüfuz və mənsəb sahibi olan Bico ziyalısı Babaş əfəndi Mikayılzadə yaşadığı ictimai və siyasi mühitin fəal iştirakçılarından olduğu üçün ermənilərin soyqırım planından əvvəlcədən xəbər tutmuşdu. O, bicolu Şahalı yüzbaşı ilə bir-neçə dəfə görüşərək onu kəndin müdafiəsi üçün hazırlıqlarla bağlı təlimatlandırmışdı. Bicolu kişilər qadınları və uşaqları dərələrdə gizlədərək onlara məğlub olacaqları halda dağlara qaçıb gizlənmələrini tapşırmışdılar. Cəbhədən tərxis olunmalarına baxmayaraq, Azərbaycan müsəlmanlarının soyqırımı planını həyata keçirmək tapşırığı almış silahlı erməni dəstələri Göylər, Bağırlı, Ləngəbiz, Qəşəd kəndlərini viran qoyaraq, taladıqdan sonra Bicoya yaxınlaşdıqda, Şahalı yüzbaşı danışıq üçün quldur dəstəsinin qarşısına çıxmış, kəndə girməyəcəklərinin müqabilində onlara mal-qara və ya qızıl verilməsini təklif etmişdi. Ermənilər buna razılaşmayıb, onsuz da kəndi ələ keçirib Biconu talan edəcəklərini bildirmişdilər. Balta, yaba, xəncər, dəryaz və bir-neçə tüfənglə silahlananan bicolular Bico kəndi ilə Keçdiməz kəndi arasındakı dərədə, Pirəmsaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmışdı.
Birinci İnönü döyüşü
Birinci İnönü döyüşü — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrində yunan ordusu ilə türk Ankara Hökumətinin ordusu arasında 6-11 yanvar 1921-ci il tarixlerində baş vermiş bir döyüş. 15 may 1919-cu ildə yunan orduları İzmir şəhərini işğal edir. 10 avqust 1920-ci ildə isə türk sultanının nümayəndəsi Sevr sülh sazişini imzalayır ki, bu anlaşmaya görə Yunanıstana Şərqi Frakiya (bəzi mənbələrdə Trakiya), bütün İzmir vilayəti, İmbros və Tenedos adaları keçirdi. Yunan ordusu bu ərazilərə öz ordularını yeridərək qarşılarındakı bütün partizan və üsyançı türk dəstələrini əzirdi. Yunan ordusunun hərəkətləri Türkiyə Böyük Millət Məclisini qəti addımlar atmağa vadar etdi. Böyük Millət Məclisi sultan hökumətini vətən xaini və satqın elan edir və Sevr müqaviləsini tanımır. Mustafa Kamal Atatürk və onun silahdaşları təcili olaraq şərq cəbhəsindəki qoşunları qərbə ataraq yeni dəstələr yığmağa başlayır. Yanvar ayının əvvəlində general Papulasın başçılığı altında olan yunan ordusu Bursadan Əskişəhər istiqamətində hərəkət etməyə başlayır. 6–9 yanvar 1921 tarixləri arasında döyüşlər örtmə və təhlükəsizlik qüvvələri əməliyyatı şəklində reallaşdı. 9 yanvarda onlar ilk türk qoşunları ilə rastlaşır və İnönü dəmir yolu stansiyasında döyüşə girirlər.
Birinci Əl-Əlameyn döyüşü
Birinci Əl-Əlameyn döyüşü (ing. First Battle of El Alamein; alm. Erste Schlacht von El Alamein‎) — İkinci dünya müharibəsi zamanı, 1942-ci ilin iyul ayında Misirin Əl-Əlameyn şəhərində baş vermiş döyüş. İyulun 1 -də, saat 03: 00 -da Rommelin qoşunları Müttəfiqlərin sağ kənarına hücum etdi, lakin 1 -ci Cənubi Afrika Diviziyası tərəfindən geri atıldı. Saat 10: 00-da Afrika Panzer Ordusu Deyr əş-Şinə hücum etdi. Hindistan briqadası düşmənin irəliləməsini dayandırmaq üçün ümidsiz bir cəhdlə bütün gün hücumları dayandırdı, ancaq axşam saatlarında mövqeləri Axis qüvvələri tərəfindən işğal edildi. Hindistan briqadasının şiddətli müqaviməti Auchinleckə Ruweisat silsiləsinin qərb ucunun müdafiəsini təşkil etmək üçün vaxt verdi. Auchinleck, 1-ci Zirehli Diviziyanı 15-ci Panzer Diviziyasına qoşulduğu Deir el-Shein istiqamətinə də göndərdi. Döyüş gününün sonuna qədər Afrika Korpları 55 tankından 37 -ni itirdi. 90 -cı Yüngül Piyada Diviziyası şərqə doğru hərəkət etdi, lakin üç Cənubi Afrika briqadasından top atəşinə tutuldu və qazmağa məcbur oldu.
Birinci Əl-Ələmeyn döyüşü
Birinci Əl-Əlameyn döyüşü (ing. First Battle of El Alamein; alm. Erste Schlacht von El Alamein‎) — İkinci dünya müharibəsi zamanı, 1942-ci ilin iyul ayında Misirin Əl-Əlameyn şəhərində baş vermiş döyüş. İyulun 1 -də, saat 03: 00 -da Rommelin qoşunları Müttəfiqlərin sağ kənarına hücum etdi, lakin 1 -ci Cənubi Afrika Diviziyası tərəfindən geri atıldı. Saat 10: 00-da Afrika Panzer Ordusu Deyr əş-Şinə hücum etdi. Hindistan briqadası düşmənin irəliləməsini dayandırmaq üçün ümidsiz bir cəhdlə bütün gün hücumları dayandırdı, ancaq axşam saatlarında mövqeləri Axis qüvvələri tərəfindən işğal edildi. Hindistan briqadasının şiddətli müqaviməti Auchinleckə Ruweisat silsiləsinin qərb ucunun müdafiəsini təşkil etmək üçün vaxt verdi. Auchinleck, 1-ci Zirehli Diviziyanı 15-ci Panzer Diviziyasına qoşulduğu Deir el-Shein istiqamətinə də göndərdi. Döyüş gününün sonuna qədər Afrika Korpları 55 tankından 37 -ni itirdi. 90 -cı Yüngül Piyada Diviziyası şərqə doğru hərəkət etdi, lakin üç Cənubi Afrika briqadasından top atəşinə tutuldu və qazmağa məcbur oldu.
Birinci Əz-Zaviyə Döyüşü
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Bokser (zirehli döyüş maşını)
Bokser, Almaniya və Hollandiyanın müştərək istehsal etdiyi zirehli döyüş maşınıdır. Maşın, zirehli maşınların növbəti nəslini istehsal etməyi hədəfləyən müştərək bir Avropa dizayn layihəsidir və mərkəzi Almaniyada yerləşən Krauss-Maffei Wegmann GmbH və Rheinmetall MAN Military Vehicles GmbH (RMMV) və mərkəzi Hollandiyada yerləşən Rheinmetall MAN Military Vehicles Nederland B.V. müştərəkliyindəki ARTEC GmbH şirkəti tərəfindən istehsal olunur. Əməliyyat mənzili 1100 km, maksimum sürəti 103 km-dir.
Buğurt qalası döyüşü
Böyük Zab çayı üzərində döyüş
Böyük Zab çayı üzərində döyüş (ərəb. معركة الزاب‎) — 25 yanvar 750-ci ildə, Üçüncü fitnə əsnasında indiki İraqda, Böyük Zab çayının sahilində Əməvilər və Abbasilər arasında döyüş. Abbasilərin qələbəsi Əməvi xilafətinə son qoymuş və Abbasilər xilafətinin başlanğıcı olmuşdur. II Mərvan döyüş meydanından qaçmış və Şam şəhərinə qayıtmışdır. Abbasilər ciddi müqavimətlə qarşılaşmadan şəhərə daxil oldular və II Mərvan Misirdəki Əbusir şəhərinə sığınmalı olmuşdur. Suriyadakı kiçik müqavimət göstərən qruplar bir neçə ay ərzində Abbasilər tərəfindən darmadağın edilmişdir. Böyük Zab çayı üzərindəki döyüşündən bir neçə ay sonra II Mərvan 1 və ya 5 avqust 750-ci ildə öldürülmüşdür. Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz etmişdir. "Сражение Марван и Абдаллах". vafrike.ru.
Böyük döyüş (film, 1972)
Böyük döyüş (ing. The Big Fight) və ya Günəşdəki qan (ing. Blood on the Sun) — 1972-ci ildə Yuan Şinq San və Sunq Tin Mey tərəfindən çəkilən Honkonq döyüş filmi. İkinci Dünya müharibəsində, Çinin şimalında yerləşən bir qəsəbədə işğalçı Yaponiya qüvvələri bacarıqlı döyüşçülərin yerli mübarizəyə qoşulmaqlarından qorxurdu. Buna görə də, onlar çinli döyüşçüləri öldürmək üçün böyük bir turnir həyata keçirirlər. The Big Fight — Internet Movie Database saytında.

Значение слова в других словарях