DƏLİXANA

i. lunatic asylum; d.d. madhouse

DƏLİDOLULUQ
DƏLİK
OBASTAN VİKİ
Dəlixana
Ruhi xəstəxana və ya dəlixana — ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin saxlanıldığı və onların müalicəsi üçün nəzərdə tutulmuş xəstəxana. Baş verən ruhi-əsəb (depressiya, şizofreniya, bipolyar pozuntu və ağıl xəstəliyi) xəstəliklərinin növündən aslı olaraq ruhi xəstəxanaların təyinatı dəyişə bilər. Bəzi xəstəxanalar qısa müddətlik müalicə və reablitasiya xidmətləri üçün nəzərdə tutulsada, bir digər növ xəstəxanalarda isə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər həyatlarının sonlarına kimi saxlanılırlar. == Tarixi == Ruhi xəstəxanaların tarixi şərq ölkələrindən başlanır. Ruhi xəstəxana tipli ilk mərkəz 705-ci ildə Bağdad şəhərində açılmışdır. VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılan xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin bir yerdə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti bu tip xəstəxana da 800-cü ildə Qahirə şəhərində açılmışdır. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədilə ilk institut yaradılır. Dəməşqdə açılan xəstəxana daxili imkanlarına görə əvvəlkilərə nisbətən daha böyük və geniş olmuşdur. Şərq tibb dünyasında ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağaldıda biləcəyinə inanılırdı.

Digər lüğətlərdə