Eksperiment

lat. experimentum – yoxlama, sınaq, təcrübə 1) təcrübə, sınaq, yoxlanış; 2) elmi yoxlama, elmi təcrübə; 3) cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı; 4) müasir psixologiya elmində əsas tədqiqat üsullarından biri; 5) elmdə nəzəri cəhətdən dərk edilmiş vasitələrlə həyata keçirilən hissi-predmet fəaliyyəti.
Ekspedisiya
Eksperimental
OBASTAN VİKİ
Eksperiment
Eksperiment — [lat. experimentum – yoxlama, sınaq, təcrübə] 1) təcrübə, sınaq, yoxlanış; 2) elmi yoxlama, elmi təcrübə; 3)cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı; 4) müasir psixologiya elmində əsas tədqiqat üsullarından biri; 5) elmdə nəzəri cəhətdən dərk edilmiş vasitələrlə həyata keçirilən hissi-predmet fəaliyyəti. Eksperiment (lat. experimentum — təcrübə, sınaq) — süni yaradılan şəraitdə müəyyən hadisələrin tədqiq edilməsi, elmi metod. İnsanın daxili aləmini müxtəlif situasiya və münasibətlər üzə çıxarır. Məhz, bu halında insanın psixi tarazlıq halı pozulur və o, debilliyin, infantilliyin, dəliliyin hüdudlarında ləngərləməyə başlayır. İnsanın eksperiment vasitəsilə tədqiqi, məhz belə məqamlarda situasiyanı süni surətdə yaratmaq ("modelləşdirib"), tərəfdaşı bərkə-boşa, çək-çevirə salmaqla onun barədə hansısa nəticə çıxarmaq məsələsini əhatə edir. Eksperiment zamanı eksperimentin nəticəsinə təsir göstərə biləcək bütün digər dəyişənlər və şərtlər aradan qaldırılmalı və ya elə edilməlidir ki, onlar axıra qədər sabit səviyyədə qalsın. Ekspertiza – 1)yoxlamadan keçirmə, yoxlama prosesi; 2)düzgün bir qərara gəlmək üçün hər hansı bir məsələnin mütəxəssislər tərəfindən öyrənilməsi, yoxlanması. Məsələn, elmi ekspertiza, materialları ekspertizaya göndərmək; 3)cinayət işləri və ya mülki işlər üzrə faktiki məlumatların və halların müəyyən edilməsi məqsədilə prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada ekspertlər tərəfindən aparılan tədqiqat.
Eksperiment OK
Eksperiment OK — 1960-1970-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın ilk peşəkar rok qrupu. == Qrupun tarixi == 1967-ci ildə Azər Kərimov, Mahmud Kərimov, Mark Vaynbrand, Harri İşxanov 20 saylı məktəbin 8-ci sinfində oxuyarkən rok qrupu yaradırlar. Özfəaliyyətlə məşğul olan qrup məşq etmək üçün təchizatı olan yer axtarır və mədəniyyət evinə gedirlər. Həmin mədəniyyət evində yeni qrup yaradan Oqtay Kazımov bu qrupu da yaratdığı qrupa qatır və beləcə, "Eksperiment OK" qrupu yaranır. Yeni yaranan qrup Mahmud Kərimov (ritm gitara), Azər Kərimov (vokal, zərb alətləri) Mark Vaynbrand (solo gitara), Harri İşxanov (bass gitara), Eldar Mansurov (orqan), Elxan Şıxəliyev (saksofon), Natiq (truba), müğənnilər Eldar Axundov və Sofiya adlı gənc qızdan ibarət olur. Qrup bu tərkiblə cəmi bir il fəaliyyət göstərir. Sonradan bəzi üzvlər qrupu tərk edir və Azər Kərimov, Mark Vaynbrand, Harri İşxanov Oqtay Kazımovun başçılığı ilə Tibb Universitetinin tərkibində fəaliyyət göstərir. Az sonra Azər Mehdiyev (orqan) də onlara qoşulur və qrup bu tərkiblə tanınıb sevilir. Qrupun vokalisti Azər Kərimovun sözlərinə görə, Oqtay Kazımov yeni bəstələdiyi mahnıları ilk dəfə bu qrupda səsləndirdiyinə görə qrupun adı da Oqtay Kazımovun eksperimenti adlanıb: "Oqtay Kazımov yeni bəstələdiyi mahnıları əvvəlcə bizim qrupda sınaqdan keçirirdi. Biz də o mahnılara əlavələr edərək daha müasir səsləndirirdik.
Eksperiment metodu
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010)
Eksperimental pedaqogika
Eksperimental pedaqogika XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Avropada və ABŞ-də yayılmış pedaqoji cərəyanlardan biri. == Haqqında == Eksperimental pedaqogika qarşısında uşağı eksperimentlər əsasında öyrənmək məqsədini qoymuşdur. Eksperimental tədqiqatlarda uşaq psixologiyasını dərindən öyrənmək və buna əsasən də riyazi dəqiqliklə onun alacağı tərbiyənin məzmununu müəyyənləşdirmək zərurəti əsaslandırılırdı. Tədqiqatçılar uşağı və onun davranışını öyrənməyə səy göstərirdilər. Eksperimental tədqiqatlarda test üsulundan da istifadə edilir: bu, sual və məsələ şəklində düzəldilmiş tapşırıqlar idi. Tədqiqat zamanı uşaq psixologiyası və fiziologiyasının, eyni zamanda sosiologiyanın elmi nailiyyətlərindən və faktlarından geniş istifadə olunurdu. Alman pedaqoqu İ.Kerçmarın “Fəlsəfi pedaqogikanın sonu” kitabında fakt kultu ön plana çəkilirdi. Fransız pedaqoqu Pol Lapi də pedaqoji tədqiqatlarda psixologiyanın nailiyyətlərindən istifadəni zəruri sayırdı. O yazırdı ki, əgər əvvəllər pedaqogika ya metafizik fərziyyələr, ya da ədəbi roman olmuşdursa, psixologiya elminin nailiyyətlərindən istifadə etməklə öz mövzusunu müəyyənləşdirdi. Psixologiya təfəkkürün və qabiliyyətin müxtəlif növlərini üzə çıxararaq şagird şəxsiyyətinin fərdi keyfiyyətlərini açıqladı ki, bu da pedaqogika elmi üçün dəyərli töhfə oldu.
Eksperimental psixologiya
Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilməsinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar. == Tarix == === İlkin eksperimental psixologiya === ==== Vilhelm Vundt ==== Eksperimental psixologiya müasir bir akademik intizam kimi 19-cu əsrdə Wilhelm Wundt psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı. Wundt, Almaniyanın Leipzig şəhərində ilk psixologiya laboratoriyasını qurdu. Hermann Ebbinghaus və Edward Titchener də daxil olmaqla, digər eksperimental psixoloqlar, eksperimental üsulları arasında introspeksiyanı əhatə edirdi. ==== Çarlz Bell ==== Charles Bell İngilis fizyoloq idi, və onun əsas töhfəsi sinir sistemi ilə bağlı araşdırma idi. O, dovşan üzərində etdiyi araşdırmaları özündə əks etdirən bir broşür yazır. Onun tədqiqatı nəticəsində, onurğa kordunun posterior (dorsal) köklərinə daxil olan duyğu sinirləri və onurğa beyinin ön (ventral) köklərindən meydana gələn motor sinirləri ortaya çıxdı. On bir il sonra, bir Fransız fiziloqu François Magendie, Bell-in araşdırmasından xəbəri olmadan eyni təsbitləri nəşr edir. Bell araşdırmalarını dərc etmədiyinə görə, bu kəşf Bell-Magendie qanunu adlandırıldı.
Eksperimental rok
Eksperimental rok və ya avantqart rok — tipik rok elementlərində sınaqdan keçmiş bir musiqi növüdür. Eksperimental rokun ümumi kompozisiya və performans texnikasının hədlərini aşan bir xüsusiyyəti də var. Eksperimental rok musiqiçiləri eyni zamanda öz musiqilərini alternativ alət tonları, qeyri-adi ahəngdarlıq, kompozisiya texnikaları, digər musiqi üslublarının elementləri, vokal üslubları, instrumental effektlər əl ilə hazırlanmış xüsusi eksperimental alətlərlə xüsusiləşdirirlər. AllMusicə görə, "eksperimental rok "ayə-xor-ayə" standartı ilə yazılmış musiqinin əksidir" The Velvet Underground və Frank Zappanın liderliyini etdiyi bu musiqi janrı proqressiv rokun, elektronik musiqinin yaranmasına töhfə verdi. Sonic Youth, Half Japanese, Radiohead kimi alternativ rok qruplarına təsir göstərmişdir. == Tipik xüsusiyyətlər == Eksperimental rokun tipik xüsusiyyətlərinə aşağıdakılar daxildir: Qeyri-ənənəvi üsullar:Yenilikçi və bəzən uyğun olmayan alət ifa etmə texnikası. Qərb musiqisinə aid olmayan alətlər, ton, ritmlərdən istifadə. Hazırlanmış alətlər: Alternativ olaraq düzəldilmiş və ya dəyişdirilmiş alətlər. Uyğunsuzluq, ahahəngsizlik, və səs-küydən istifadə. Eksperimental rok eyni zamanda 20-ci əsrin klassik musiqisindən də təsirlənmişdir.
Eksperimental ədəbiyyat
Eksperimental ədəbiyyat — texnika və üslub baxımından müxtəlif yenilikləri vurğulayan və səciyyələndirən ədəbiyyat növü. Bu kateqoriyada ümumi sayılan ilk əsər Laurens Sternenin 1759-cu il tarixli “The Life and Opinions of Tristram Shandy, Gentleman” əsəridir. Eksperimental ədəbiyyat klassik ədəbiyyatdan xeyli fərqlənə bilər və dil, həqiqət (reallıq) kimi anlayışların müxtəlif təriflərindən və bu anlayışlara fərqli baxışlardan təsirlənmişdir. Eksperimental ədəbiyyat ədəbiyyatda postmodernizmin təsirlərindən çox təsirlənmişdir və bir çox eksperimental yazıçılar da postmodernist xəttdə yazmışlar. Bu gün Italo Calvino, Michael Ondaatje, Gertrude Stein, E.E. Cummings və Julio Cortazar eksperimental yazıya töhfə vermiş eksperimental müəlliflərdir. Bu adlar eksperimental ədəbi əsərlərində forma, üslub, dil, quruluş, səs və bir çox başqa ədəbi elementlərlə oynamış, yeniliklər, dəyişikliklər gətirmişdir.
Eksperimentin planlanması
Eksperimentin planlanması tam və ya qismən naməlum proseslər haqqında biliklərin əldə olunması məqsədilə aparılan sınaqların məqsədyönlü planlanması üsuldur. == Metodologiyası == Eksperimentlərin planlanması riyazi statistikadan məlum olan biliklərə söykənir (dispersiya, reqressiya analizi, ən kiçik kvadratlar üsulu, t-testi, F-testi və s.). Burada iki anlayışı eksperiment və sınaqfərqləndirmək lazımdır. Eksperiment dedikdə obyekt və ya tədqiq olunan proses haqqında informasiya almaq məqsədilə icra olunan müşahidələr, təsirlər və ya əməliyyatlar sistemi nəzərdə tutulur. Sınaq isə eksperimentin planına uyğun araşdırılan təsirin, nəticələri qeyd etmək şərtilə icra edilməsidir. Çox vaxt araşdırılan obyekt haqqında informasiya almaq üçün eksperiment tərtib olunur, nəticələr analiz edilir. Adi halda eksperimentator digər bütün parametrləri sabit saxlamaqla yalnız bir parametri müxtəlif (bəzən qeyri-bərabər addımla) addımlarla dəyişir və onun prosesin çıxış göstəricisinə təsirini müşahidə edir. Prosesə çoxlu sayda parametr təsir etdikdə belə eksperimentlərin həyata keçirilməsi çox vaxt və əmək tələb edir. Bundan əlavə, əldə olunan nəticələr arasında hər-hansı bir əlaqə qurmaq və ya onların müqayisəsi çətinləşir, bəzən mümkün olmur. Elsperimentlərin planlanmasının tətbiqi təsvir olunan bu çatışmazlığı aradan qaldırmağa yönəlib.
Filadelfiya eksperimenti
Filadelfiya eksperimenti (ing. Philadelphia Experiment) — ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan əfsanəvi eksperimentdir. 28 oktyabr 1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında baş verən təcrübədir. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE 173 sinifi 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə içərisində 600 km.-dən çox bir uzaqlığa gedib və təkrar gəlmişdir. Təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə var olmadığını ifadə etmişdir. Al Bielek xaric təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir aldatmaca olduğunu söyləmişlər. Bielekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" əməliyyatıdır (ing. Rainbow Project).
Foks eksperimenti
Hofling eksperimenti
ABŞ tədqiqatçısı Charles K. Hofling 1966-cı ildə tabe olma prosesini əyani əks etdirən eksperiment aparmışdır. Təcrübə çöl tədqiqatı metodu ilə, Amerika xəstəxanalarından birində aparılmışdır. == Təcrübənin şərtləri == Təcrübənin şərtləri xəstəxana administrasiyası ilə razılaşdırılmışdı. Bu şərtlərə görə doktor telefon vasitəsilə tibb bacısına əmr verməli idi ki, o, pasientə "Astroten" adlı dərmandan 20 mg versin. Bu dərmanın adı uydurma idi və xəstələr üçün nəzərdə tutulmuş dərman siyahısında bu ad yox idi, lakin həmin adda dərman şüşəsi eksperimentator tərəfindən əvvəlcədən dərman otağında qoyulmuşdu. Dərman şüşəsinin üstündə aydın şəkildə qeyd edilmişdi ki, maksimal doza 10 mg-dır. Bundan başqa əmr verən doktoru tibb bacısı tanımırdı. Səhiyyə sisteminin qaydaları sadalanmış şərtlərdə xəstəyə təyin edilmiş dərmanın verilməsini qadağan edir. Təcrübədən əvvəl Hofling bir qrup tibb bacısına və bu sahədə təhsil alan tələbələrə şərtləri izah edir və onların həmin situasiyada nə edəcəklərini soruşur. Sorğuya cavab verən on iki nəfərdən onu bildirdi ki, onlar belə əmri yerinə yetirməzdilər.
Hoflinq eksperimenti
ABŞ tədqiqatçısı Charles K. Hofling 1966-cı ildə tabe olma prosesini əyani əks etdirən eksperiment aparmışdır. Təcrübə çöl tədqiqatı metodu ilə, Amerika xəstəxanalarından birində aparılmışdır. == Təcrübənin şərtləri == Təcrübənin şərtləri xəstəxana administrasiyası ilə razılaşdırılmışdı. Bu şərtlərə görə doktor telefon vasitəsilə tibb bacısına əmr verməli idi ki, o, pasientə "Astroten" adlı dərmandan 20 mg versin. Bu dərmanın adı uydurma idi və xəstələr üçün nəzərdə tutulmuş dərman siyahısında bu ad yox idi, lakin həmin adda dərman şüşəsi eksperimentator tərəfindən əvvəlcədən dərman otağında qoyulmuşdu. Dərman şüşəsinin üstündə aydın şəkildə qeyd edilmişdi ki, maksimal doza 10 mg-dır. Bundan başqa əmr verən doktoru tibb bacısı tanımırdı. Səhiyyə sisteminin qaydaları sadalanmış şərtlərdə xəstəyə təyin edilmiş dərmanın verilməsini qadağan edir. Təcrübədən əvvəl Hofling bir qrup tibb bacısına və bu sahədə təhsil alan tələbələrə şərtləri izah edir və onların həmin situasiyada nə edəcəklərini soruşur. Sorğuya cavab verən on iki nəfərdən onu bildirdi ki, onlar belə əmri yerinə yetirməzdilər.
Konformluq eksperimentləri
Sosial psixologiyada konformluğa aid ilk eksperimentin Amerika sosial psixoloqu Floyd H. Allport (Gordon Allportun qardaşı) tərəfindən aparıldığı hesab edilir. F. Allport öz xatirələrində fərdlərin davranışının təklikdə və qrupda öyrənilməsi ideyasının ona Hugo Münsterberg (tətbiqi psixologiya, təşkilat psixologiyası sahələrində tədqiqat aparmış Alman mənşəli Amerika psixoloqu) tərəfindən verildiyini qeyd edir. F. Allport apardığı təcrübələrdə müşahidə etdi ki, qrupda olarkən adamların müxtəlif stimullara verdikləri qiymət (qoxunun xoşagələnliyi, yükün ağırlığı) bir birinə yaxınlaşmağa meyilli olur. == M. Şerif eksperimenti: Sosial normaların formalaşması == Muzaffer Şerif 1930-cu illərin ortalarında sosial normaların yaranmasını öyrənən tədqiqat aparmışdır. Şerifin bu tədqiqat çərçivəsində apardığı təcrübə indi konformluğa aid dəqiq nəticələr verən ilk təcrübə hesab olunur. === Təcrübəyə hazırlıq === Təcrübə iştirakçısı tam qaranlıq bir otaqda bir qədər qaldıqdan və qaranlığa öyrəşdikdən sonra, onun qarşısındakı divarda işıq nöqtəsi peyda olurdu. Nöqtə iki saniyə qalıb yox olurdu. Bundan sonra iştirakçıdan tələb olunurdu ki, həmin iki saniyə ərzində işıq nöqtəsinin yerini nə qədər dəyişdiyini bərkdən bildirsin. Əslində işıq nöqtəsi yerini dəyişmirdi, lakin tam qaranlıqda nöqtəyə baxan insanda nöqtənin yerini dəyişdiyi illüziyası yaranırdı. Bu optik illüziya avtokinetik effekt adlanır.
Mehriban Əliyeva adına eksperimental məktəb
Mehriban Əliyeva adına eksperimental məktəb — Misirin Əl-Obur şəhərində yerləşən məktəb 2010-cu ildə fəaliyyətə başlamasının bir ili tamam olan məktəb qısa vaxtda bölgənin aparıcı təhsil ocağına çevrilib. Misirin Əl-Obur şəhərində yerləşən bu məktəbdə 1600 şagird təhsil alır. Onlara 80-dən artıq müəllim dərs deyir. Azərbaycan hökumətinin, Heydər Əliyev Fondunun birbaşa himayəsi və dəstəyi ilə məktəbdə xarici dillərin tədrisi yüksək səviyyədə həyata keçirildiyindən artıq ölkənin digər bölgələrindən də şagirdlər Mehriban Əliyeva adına eksperimental məktəbə üz tuturlar. Məktəbin texniki avadanlıq və dərs vəsaitləri ilə təchizatında da Azərbaycan tərəfi xüsusi rol oynayır. Məktəbdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edən fotostend qurulub. Ayrı-ayrı fotolarda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğısı əksini tapmışdır. Azərbaycanın birinci xanımının adını daşıyan bu təhsil ocağını Misirdə ölkələr arasında möhkəm dostluq körpüsü adlandırırlar.
Milgram eksperimenti
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Milqram eksperimenti
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Rosenhan eksperimenti
Rosenhan eksperimenti — 1972-ci ildə ABŞ psixoloqu David Rosenhan (Stanford Universitetinin professoru) tərəfindən aparılmışdır. Təcrübə çöl eksperimenti və hadisənin öyrənilməsi metodlarına aiddir. Təcrübə psixiatrik klinikalarda qoyulan diaqnozların nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlamaq məqsədi daşıyırdı. Təcrübə iki hissədən ibarət idi. Birinci hissədə 8 nəfər iştirakçı uydurulmuş mental problem simptomu ilə müxtəlif psixiatrik klinikalara müraciət etdilər. Təcrübənin ikinci hissəsində bir neçə psixiatrik klinikaya xəbər verildi ki, növbəti üç ayda bir neçə şəxs onlara uydurma simptomlarla müraciət edəcək. Təcrübənin iştirakçısı olan səkkiz psevdopasient (yalandan xəstə) müxtəlif sosial qruplardan seçildi. Qrupun tərkibi belə idi: 20 yaşlarında psixologiya ixtisaslı universitet məzunu, pediatr, psixiatr, rəssam, evdar qadın, və üç psixoloq (Rosenhan onlardan biri idi). Onların hamısı təcrübədə psevdonimlərlə iştirak edirdilər. Təcrübə ərzində səkkiz iştirakçı Amerikanın müxtəlif ştatlarında yerləşən müxtəlif səviyyəli 12 psixiatrik klinikaya xəstə kimi müraciət etdilər.
Saatlı eksperimenti (film, 1983)
Film Saatlıda aparılan elmi təcrübədən (dərin qazma quyusu) və eynilə həmin təcrübənin Kola yarımadasında da aparılmasından danışır. Rejissor: Miri Rzayev Ssenari müəllifi: Leonid Tahirov Operator: Sərdar Vəliyev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 329-330.
Stenford həbsxana eksperimenti
Stenford həbsxana eksperimenti (ing. Stanford prison experiment) — insanın azadlığı məhdudlaşdırılanda düşdüyü şəraitə uyğunlaşma məsələsini tədqiq edən təcrübə. Təcrübə 1971-ci ildə amerikalı psixoloq Filipp Zimbardo tərəfindən Stenford Universiteti ərazisində qoyulub. Təcrübəyə öz xoşuna qoşulan tələbələr psixologiya fakultəsinin zirzəmisində hazırlanmış həbsxanada kimisi əsir, kimisi isə həbsxana gözətçisi rolunda bir müddət yaşamalı idi. Həbsdə olanlar və mühafizə öz rollarına tez uyğunlaşdılar. Az keçmiş həqiqətən də təhlükəli situasiyalar yarandı. Hər 3 keşikçidən birində sadist meyl peyda oldu. Həbsə salınmışlarsa mənəvi travma aldığından, onlardan bir neçəsi təcrübədən vaxtından əvvəl çıxarılmış və təcrübə dayandırılmışdı. Yarımçıq saxlanmasına baxmayaraq, nəticələrinə görə bu təcrübə ən qəddar təcrübələr sırasına daxil olub. Zimbardo, P. (2007).
Stenford həbsxana eksperimenti (film, 2015)
Stenford həbsxana eksperimenti (ing. The Stanford Prison Experiment) – Kayl Patrik Alvarezin rejissorluğu və Tim Telbottun ssenaristliyi çəkilmiş 2015-ci il istehsalı ABŞ dram və triller filmi. Əsas rollarda Billi Krudap, Maykl Anqarano, Ezra Miller, Tay Şeridan, Keyr Qilkrist, Oliviya Tirlbi və Nelsan Ellis çıxış edirlər. Film 1971-ci ildə baş tutmuş Stenford həbsxana eksperimentindən bəhs edir: Filip Zimbardonun başçılığı ilə keçirilən təcrübədə tələbələr məhkum və mühafizəçi olmaqla iki qrupa bölünür. Məqsəd avtoritar gücün insanlara necə təsir göstərdiyini tədqiq etməkdir. Layihə 2002-ci ildə açıqlanmış, hazırlanması 12 il çəkmiş və çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamışdır. Film Sandbar Pictures və Abandon Pictures tərəfindən istehsal olunmuş və premyerası 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 17 iyul 2015-ci ildə isə bütün ABŞ kinoteatrlarından buraxılmışdır. Film tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Stenford Universitetinin psixologiya professoru Filip Zimbardo məhkumlar və mühafizəçilər arasındakı münasibəti öyrənmək üçün universitetdə təcrübə keçirməyə qərar verir.
Stenford həbsxana eksperimenti (film)
Stenford həbsxana eksperimenti (ing. The Stanford Prison Experiment) – Kayl Patrik Alvarezin rejissorluğu və Tim Telbottun ssenaristliyi çəkilmiş 2015-ci il istehsalı ABŞ dram və triller filmi. Əsas rollarda Billi Krudap, Maykl Anqarano, Ezra Miller, Tay Şeridan, Keyr Qilkrist, Oliviya Tirlbi və Nelsan Ellis çıxış edirlər. Film 1971-ci ildə baş tutmuş Stenford həbsxana eksperimentindən bəhs edir: Filip Zimbardonun başçılığı ilə keçirilən təcrübədə tələbələr məhkum və mühafizəçi olmaqla iki qrupa bölünür. Məqsəd avtoritar gücün insanlara necə təsir göstərdiyini tədqiq etməkdir. Layihə 2002-ci ildə açıqlanmış, hazırlanması 12 il çəkmiş və çəkilişlər 19 avqust 2014-cü ildə Los-Ancelesdə başlamışdır. Film Sandbar Pictures və Abandon Pictures tərəfindən istehsal olunmuş və premyerası 2015-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 17 iyul 2015-ci ildə isə bütün ABŞ kinoteatrlarından buraxılmışdır. Film tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Stenford Universitetinin psixologiya professoru Filip Zimbardo məhkumlar və mühafizəçilər arasındakı münasibəti öyrənmək üçün universitetdə təcrübə keçirməyə qərar verir.
Vu eksperimenti
Vu eksperimenti – 1956-cı ildə çinli amerikalı fizik Tsien-Şianq Vu tərəfindən ABŞ Milli Standartlar Bürosunun Aşağı Temperatur Qrupu ilə birgə həyata keçirilən zərrəciklər və nüvə fizikası təcrübəsi idi. Təcrübənin məqsədi elektromaqnit və güclü qarşılıqlı təsirlərdə müəyyən edilmiş paritetin (və ya cütlük) saxlanmasının zəif qarşılıqlı təsirlərə də tətbiq edilib-edilmədiyini müəyyən etmək idi. Əgər P-saxlanması doğru olsaydı, dünyanın güzgü versiyası özünü indiki dünyanın güzgüdəki əksi kimi aparardı. Əgər P-saxlanması pozulsaydı, onda dünyanın güzgü versiyası ilə indiki dünyanın güzgü görüntüsünü ayırd etmək mümkün olardı. Təcrübə paritetin qorunmasının zəif qarşılıqlı təsirdə pozulduğunu, belə ki, insan bədəninə istinad etmədən sol və sağı operativ şəkildə müəyyən etməyə imkan verdiyini müəyyən etdi. Bu nəticəni pariteti qorunan kəmiyyət kimi qəbul edən fizika ictimaiyyəti gözləmirdi. Paritetin pozulması ideyasını irəli sürən və təcrübəni təklif edən nəzəri fiziklər Tsunq-Dao Li və Tsen-Ninq Yanq bu nəticəyə görə 1957-ci ildə Fizika üzrə Nobel mükafatını aldılar. Tsien-Şianq Vunun kəşfdəki rolu Nobel mükafatının qəbul nitqində qeyd edilsə də, o bu mükafata layiq görülmədi, lakin 1978-ci ilə Volf mükafatını qazandı. 1927-ci ildə Yucin Viqner paritetin qorunması prinsipini irəli sürdü, bu ideyaya görə, mövcud dünya və onun güzgü görüntüsü olan dünya eyni şəkildə davranmalıdır yeganə fərq ondandır ki, sol və sağ yer dəyişir (məsələn, saat əqrəbi istiqamətində fırlanan bir saatın güzgüdəki versiyası qurulsaydı, o saat əqrəbinin əksinə fırlanırdı). Bu prinsip fiziklər tərəfindən geniş şəkildə qəbul edildi və P-saxlanması elektromaqnit və güclü qarşılıqlı təsirlərdə eksperimental olaraq təsdiqləndi.
Eksperimental arxeologiya
Eksperimental arxeologiya (həmçinin eksperiment arxeologiyası adlanır) qədim mədəniyyətlər zamanı mövcud olan əşyalar və ya texnologiyaları sınaqdan keçirməyə cəhd edən bir tədqiqat sahəsidir. Arxeologiyanın bu sahəsində qədim tikililər və ya artefaktlar kimi arxeoloji materiallara əsaslanan bir sıra metodlar, üsullar, təhlillər və yanaşmalardan istifadə edilir. Eksperimental arxeologiyanın əsas formalarından biri yalnız tarixi dəqiqlikli texnologiyalardan istifadə etməklə tarixi strukturların surətlərinin yaradılmasıdır. Bu sahəni bəzən "yenidənqurma arxeologiyası" da adlandırırlar. Lakin yenidənqurma dedikdə keçmişdə mövcud olan bir şeyin dəqiq surətinin yaradılması nəzərdə tutulur. Eksperimental arxeologiya isə əslində müasir insanın keçmiş haqqında təsəvvürü nəticəsində yaradılan əşya və ya tikilidir. Bu baxımdan yanaşdıqda "keçmişin işlək konstruksiyası" arxeoloji cəhətdən daha düzgün termindir. Son illərdə eksperimental arxeologiya haqqında BBC-də "Mümkün Olmayanları Qurmaq" və PBS-də "İtirilmiş İmperatorluqların Sirləri" adlı sənədli filmləri nümayiş etdirilmişdir. == Eksperimental arxeologiya sahəsinə aid nümunələr == === Qədim Butser Ferması === Qədim Butser Ferması eksperimental arxeologiyanın ən erkən nümunələrdən biridir. Bu ferma qədim zamanlarda istifadə olunan tikinti texnologiyası, bunlardan istifadə və tikinti zamanı istifadə olunan materiallar barəsində olan nəzəriyyələri sınaqdan keçirmək üçün İngiltərədə yaradılmışdır.
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada

Digər lüğətlərdə