ekstremist
Ekvador
OBASTAN VİKİ
Ekstremizm
Ekstremizm (fr. extremisme, lat. extremus — ifrat) Ekstremizm latın sözü olub (extremus-ən son hədd) ən son metodlara maraq, ifratçı kimi tərcümə oluna bilər. Ekstremizm siyasi, dini, iqtisadi, irqi, hərbi və sair formalarda özünü göstərə bilir. Məsələn siyasi ekstremizm siyasətin ifrata varan vasitələrlə həyata keçirilməsidir. Bəşər tarixi göstərir ki, ekstremizmlə bütün dünya millətləri tarix boyu üz-üzə gəliblər. Məsələn, tarix axarında bir çox dövlətlərdə hökumətlər xarici müdaxilələrlə mübarizə metodu kimi ölkəni bir qalaya çevirirdilər, qəddar mərkəzləşmə, hakimiyyətə sözsüz itaət, hüququ və azadlıqların məhdudlaşdırılması ilə müşayət olunan daxili və xarici siyasət özü də ifrat metodlarla həyata keçirilirdi. Yəni siyasi ekstremizm hesab edilirdi. Amma siyasi ekstremizmin daha sadə formaları da var. Siyasi ekstremizm digər növlər (iqtisadi, dini) kimi ifratçılıq və həyata keçirilmə formalarına görə ayrılır.
Dini ekstremizm
Fundamentalizm (ing. fundamentalism; fr. Fondamentalisme) və ya dini ekstremizm — dini əsaslı əsl qaydalara geri dönmə tələbiylə özünü müəyyən edən və bu qaydalara qatı bir şəkildə bağlı olan digər görüşlərə qarşı toleranssız və dünyəvilik əleyhdarı dini hərəkət və ya dünyagörüşü. Kökdən dinçilik, ümumiyyətlə dini təbiətdəki bir sıra qaydaya bağlı, müasir ictimai və siyasi həyat ilə əlaqədar üzərində uzlaşılmış prinsiplərə qarşı reaksiyası olan inancı ifadə edər. Kökdən dinçilik termini İncilin sözcüyü sözcüyünə oxunub müdafiə olunması, həyata keçirilməsi üçün başladılan protestant hərəkata deyilirdi, zamanla genişlənərək bütün dini hərəkatlardakı ideoloji özə vurğu edən bir xarakterə bürünmüşdür. Dinin təməl prinsiplərinə bağlı, bu prinsiplərə dönməyi müdafiə edən, modernizm və sekülerizm əleyhdarı dini cərəyanları təyin etmək üçün istifadə edilər. Dini mətnləri ümumiyyətlə söz mənalarıyla anlarlar və yeni şərhlərə qarşı çıxarlar. Bu anlayış sıxlıqla radikalizm qarışdırılmışdır. == Fundamentalizmin yaranması və yüksəlişi == Fundamentalizm sözü, latınca "təməl" mənasını verən "fundamentum" kökündən törəmişdir. Bu anlayış ilk dəfə 1910–1915-ci illər də (XX əsrdə) Amerikada yevangelist protestantlar tərəfindən istifadə edilməyə başlanmışdır.

Digər lüğətlərdə