Elan Edilmiş Səhmlər

şirkətin artıq yerləşdirilmiş müəyyən tipli səhmlərinə əlavə olaraq buraxa bildiyi səhmlərin son miqdarı.
Ekzotik Valyuta
Elastik tələb
OBASTAN VİKİ
Lotus Elan
Lotus Elan — Lotus Cars tərəfindən 1962–1975 və 1989–1995-ci illər arasında istehsal olunan idman avtomobili modelidir. 1962–1975-ci illərdə istehsal olunan Type 26, 26R Racing versiyası (S1 Elan), 36R Racing versiyası (S2 Elan), 36 Fixed Head Coupe, 45 Drop Head Coupe və “Type 50” +2 Coupe 1960-cı illərin Elanı olaraq bilinir. Onlar iki qapılı, arxa itələməli kupe və roadsterlər olmuşdurlar. Type M100, 1989–1995-ci illər arasında istehsal edilmiş və 1990-cı illərin Elanı kimi tanınan iki qapılı roadster (üstü açıq maşın) olmuşdu.
Qeyri-kumulyativ imtiyazlı səhmlər
Ölmüş elan edilmə
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4.
Edam edilmiş İntibah
Edam edilmiş İntibah (ukr. Розстріляне відродження, Rozstrilyane vidrodjennya) ifadəsi 1920–1930-cu illərdə Ukrayna Sovet Sosialist Respublikasında yaşayıb-yaratmış və Stalinin totalitar rejimi tərəfindən edam və ya repressiya edilmiş yazıçı və rəssamlar dövrünü təsvir etmək üçün istifadə olunur. Termin ilk dəfə polyak publisist Eji Qedroys ukraynalı ədəbiyyat tədiqatçısı, sonralar bu termini o dövrki nəslin ən möhtəşəm əsərlərinin toplusuna başlıq olaraq seçən Yuri Lavrinenkoya yazdığı məktubda istifadə etmişdir. Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının süquta doğru getməsi, imperiya senzurasının ləğv edilməsi, müstəqil Ukrayna dövlətinin qurulması və 1920-ci illərdə Sovet rejiminin nisbi yumşaqlığı, bunlar hamısı Ukraynada mədəni aktivliyin və ədəbiyyat intibahının çiçəklənməsinə səbəb oldu. Yeni ortaya çıxan şair və yazıçılar və çox sayıda peyda olan ədəbi qruplar Ukrayna ədəbiyyatının simasını dəyişmişdi. Bu prosesslər yerliləşdirmə, Yeni İqtisadi Siyasət və likbez tərəfindən dəstəklənirdi. "Edam edilmiş İntibah" bənzətməsi Eji Qedroysa məxsusdur. O, ilk dəfə bu ifadəni Yuri Lavrinenkoya 13 avqust 1958-də yazdığı məktubda istifadə etmişdir. O, bu ifadəni 1917–1933-cü illər Ukrayna ədəbiyyatı antologiyası başlığı kimi qeyd etmişdir: "Ad haqqında. Buna daha ümumi ad vermək yaxşı olar: "Edam edilmiş İntibah.
Vəd edilmiş torpaqlar
Vəd edilmiş torpaqlar (ivr: הארץ המובטחת‎, rom:ha-Aretz ha-Muvtachat), Yəhudiliyə görə Yehova tərəfindən İsrail övladlarına vəd edilən torpaq. Tam sərhədləri məlum olmamaqla birlikdə, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılmışdır. Tövratın Təkvin kitabının XV Babında isə belə yazılıb: O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyətinə (soyuna) verdim. Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilmişdir. Bununla yanaşı sərhədlərinin tam olaraq müəyyənləşdirilməmiş olmasına görə bu tərif də olduqca mübahisəlidir.
Gürcüstanın işğal edilmiş əraziləri
Gürcüstanın işğal edilmiş əraziləri (gürc. საქართველოს ოკუპირებული ტერიტორიები) 2008-ci il rus-gürcü müharibəsi zamanı Rusiya tərəfindən ələ keçirilən torpaqlardır. Torpaqların tərkibinə statusu beynəlxalq mübahisə olaraq qalan Abxaziya və Cənubi Osetiya daxildir. Müharibədən sonra işğal olunan ərazilərdə Rusiya hərbi qüvvələri yaradılır. Rusiya Avropa Birliyi Monitorinq Missiyasının həmin ərazilərə daxil olmasını izin vermir.
Universal koordinasiya edilmiş vaxt
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated; fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı (ing. Zulu time; rus. зулусское время) — aviasiya slenqində zamanın Qrinviç meridianına görə dəyərini bildirən ifadə. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkə
İnteqrasiya edilmiş rəqəmsal şəbəkə (ing. Integrated Services Digital Network, qısaca ing. ISDN) — mövcud telefon şəbəkələri əsasında inkişaf etdirilən ümumdünya rəqəmsal kommunikasiya şəbəkəsi. ISDN-də məqsəd informasiyanın rəqəm analoq çevrilməsini tələb edən mövcud telefon xətlərini ən çeşidli informasiyaları (adi danışıqdan tutmuş kompüter verilənləri, musiqi və videoyadək) ötürmə bacarığına malik olan rəqəmli veriliş vasitələri ilə əvəzləməkdən ibarətdir. ISDN iki başlıca rabitə kanalı üzərində qurulub: verlənləri 64 kbit/san sürətilə ötürən B kanalı və idarəedici informasiyanı ya 16, ya da 64 kbit/san sürətilə ötürən D kanalı. Kompüterlər və digər qurğular ISDN ilə sadə standart interfeyslərlə birləşirlər. ISDN istifadəçilərə daha sürətli və çeşidli rabitə xidmətləri verir. Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür – telefon, telefaks, internet və digər elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur. Evinizə bir İSDN xətt çəkdirdiyinizdə iki xəttiniz olar. Bir xətti səs, digərini məlumat transferi üçün istifadə edə bilərsiniz.
İnteqrasiya edilmiş giriş cihazı
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
İnvestisiya edilmiş kapitalın rentabelliyi
İnvestisiya edilmiş kapitalın rentabelliyi (ing. cash return on capital invested, CROCI) — ilkin olaraq 1996-cı ildə Deutsche Bank-ın kapital tədqiqat departamenti tərəfindən hazırlanmış korporativ gəlirliliyin qabaqcıl ölçüsü (hazırda DWS Qrupunun bir hissəsidir). Bu nisbət vergilərdən sonra və ödənilən faizdən əvvəl pul vəsaitlərinin hərəkətini istifadə edilmiş kapitalın ümumi dəyəri ilə müqayisə edir və şirkətin investisiyalarından pul gəlirləri əldə etmək qabiliyyətinin faydalı ölçüsüdür. Nisbət ROE-yə bənzəyir, lakin sərbəst pul vəsaitlərinin hərəkəti nəzərə alınmaqla və şirkətin qiymətli kağızlarının bütün sahibləri tərəfindən maliyyələşdirilən aktivlər nəzərə alınmaqla şirkətin dəyəri əsasında hesablanır. CROCI, aktivlərin bütün köhnəlmə müddəti ərzində kapitalın ümumi dəyərini (yatırılan ümumi kapital) investisiya etdikdən sonra şirkətin sərəncamında qalan vergidən sonrakı ümumi pul vəsaitlərinin hərəkətinin daxili gəlir dərəcəsi kimi hesablanır. Riyazi olaraq, amortizasiyanın iqtisadi amortizasiya olduğunu (şirkətin aktivlərinin faktiki olaraq nə qədər davam edəcəyinin təxmininə əsaslanaraq) və kapital məsrəflərinin yalnız texniki xidmət xərclərini əhatə etdiyini fərz etsək, bu, müəyyən bir il üçün sərbəst pul axınının istifadə edilmiş xalis kapitala nisbətinə bərabərdir. CROCI = Sərbəst Pul Hərəkəti/İnvestisiya edilmiş Kapital = Sərbəst Pul Hərəkəti/Cəmi Kapital + Ümumi Öhdəliklər - Cari Öhdəliklər - Həddindən artıq pul vəsaitləri CROCI, Deutsche Bank tərəfindən hesablanmışdır: CROCI = EBITDA/Kapitalın ümumi dəyəri = EBITDA/Şirkət dəyəri - Borc öhdəlikləri - Nəzarət hüququ olmayan səhmdarların öz (kapital) vəsaitləri - İmtiyazlı səhmlərin dəyəri + Pul və pul ekvivalentləri Costantini, Pascal. Cash Return on Capital Invested: Ten years of Investment Analysis with the CROCI Economic Profit Model, 1st edition. Butterworth-Heinemann. 2006.
Konsolidasiya edilmiş maliyyə hesabatları
Konsolidasiya edilmiş maliyyə hesabatları — bütövlükdə nəzərə alınan əlaqəli təşkilatlar qrupunun maliyyə hesabatları. Qrupun hesabat tarixinə əmlak və maliyyə vəziyyətini, habelə hesabat dövrü üçün fəaliyyətinin maliyyə nəticələrini xarakterizə edir. Qrupun konsolidə edilmiş hesabatının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, hüquqi şəxslərin aktivləri, öhdəlikləri, gəlirləri və xərcləri ayrıca maliyyə hesabatları sisteminə birləşdirilir. Konsolidə edilmiş hesabat ilk dəfə 1903-cü ildə yarandı və indi demək olar ki, bütün holdinqlər və şirkətlər qrupları tərəfindən tərtib edilir. Konsolidə edilmiş maliyyə hesabatları birləşdirilmiş balans hesabatından, mənfəət və zərər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan, pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan və onlara dair qeydlərdən ibarətdir. Böyük miqdarda məlumatın toplanması və işlənməsini əhatə edən bir sıra konsolidasiya üsulları mövcuddur. Konsolidasiya metodologiyasının seçimi şirkətin mülkiyyət payından (törəmə, assosiasiya və ya sadəcə şirkətə nəzarəti təmin etməyən investisiyalar) və şirkətlər qrupunun xarakterindən (şirkətlər arasında investisiya və ya müqavilə münasibətləri mövcuddur) asılıdır. şirkətlər və ya onlar bir şəxsə və ya bir qrup şəxsə məxsusdur). Seçilmiş metodologiya, öz növbəsində, konsolidasiya prosedurlarının mahiyyətini, kəmiyyətini və xarakterini müəyyən edir. Maliyyə hesabatlarının birləşdirilməsi proseduru üç əsas prosesdən ibarətdir: qrupun hər bir fərdi müəssisəsi tərəfindən hesabatların hazırlanması, düzəlişlərin edilməsi və konsolidasiya edilmiş hesabatların özləri tərtib edilməsi.
Azərbaycanda elan olunmuş illərin siyahısı
2007-ci ildən etibarən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər bir il bir sahəyə həsr olunur. Bəzi illər müəyyən bir sahənin inkişafına diqqət ayırmaq üçün (məsələn, "Sənaye ili" və ya "Könüllülər ili") elan olunduğu halda, bəzi illər müəyyən hadisələrin yubileyini qeyd etmək üçün (məsələn, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili") elan olunur. Prezident tərəfindən ilin elan olunması adətən ilin əvvəlində – yanvar ayında baş versə də, bəzi hallarda bir neçə ay qabaqcadan da il elan olunur. Məsələn, "Heydər Əliyev ili" 2022-ci ilin sentyabr ayında elan olunmuşdur. İllə bağlı keçiriləcək tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar — dəyəri və ödənişləri müvafiq əsas aktivlər hesabına formalaşan qiymətli kağızlar. Qiymətli kağızların bu formaları adətən avtomobil kreditləri və kredit kartı ödənişləri kimi kiçik və qeyri-likvid aktivlərin sekuritləşdirilməsi yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiya yatırmağa alternativ hesab olunur. Ежегодник: Энциклопедия российской секьюритизации Финансовый глоссарий: ипотека и секьюритизация (Moody's Investors Service. 2007. Glossary of mortgage finance and secularization terms (Russian). World Bank Glossary) Федеральный закон "Об ипотечных ценных бумагах" от 11.11.2003 N 152-ФЗ Jason H. P. Kravitt, Securitization of Financial Assets, Second Edition, Aspen Publishers, New York, New York, 2005. Steven L. Schwarcz, Structured Finance A Guide to the Fundamentals of Asset Securitization, November 1990, Second Printing, Practicing Law Institute. McLean, Bethany (2007). «Asset Backed Securities: The Dangers of Investing in Subprime Debt», Fortune.
Azərbaycanda restavrasiya edilmiş tarixi abidələr
Azərbaycanda Rusiya, sovet və müstəqillik dövründə bir çox tarixi abidələr restavrasiya edilmişdir.
Azərbaycanda dövlət varidatı elan edilən filmlər
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
Ermənilər tərəfindən işğalı edilmiş Qazax rayonun kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
Tapılmış və bərpa edilmiş Azərbaycan filmlərinin siyahısı
Tapılmış və bərpa edilmiş Azərbaycan filmlərinin siyahısı — Əvəz-əvəzə Vulkan üzərində ev İki yoldaş Dəcəl dəstə Bəstəkar Müslüm Maqomayev Əzablı yollar Şəhərimin daşları Foto "Fantaziya" Bircəciyim Su ərizəsi İstintaq Bizim Cəbiş müəllim Qətldən yeddi gün sonra Uşaqlığın son gecəsi Bizi bağışlayın Ötən ilin son gecəsi Tütək səsi Bəyin oğurlanması Gümüşgöl əfsanəsi Gümüşü furqon Yay günlərinin xəzan yarpaqları Arşın mal alan Bir ailə "AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016. "AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
Şəki İrs Reyestrinə daxil edilmiş obyektlərin siyahısı
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarının ilhaqı referendumu
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir. Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir. 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər.
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər bunlardır: Qətran Təbrizi; Məhsəti Gəncəvi; Əfzələddin Xaqani; Nizami Gəncəvi; Qazi Bürhanəddin; İmadəddin Nəsimi; Aşıq Qurbani; Şah İsmayıl Xətai; Məhəmməd Füzuli; Aşıq Abbas Tufarqanlı; Molla Pənah Vaqif; Molla Vəli Vidadi; Qasım bəy Zakir; Mirzə Fətəli Axundzadə; Həsən bəy Zərdabi; Seyid Əzim Şirvani; Xurşidbanu Natəvan; Mirzə Ələkbər Sabir; Nəcəf bəy Vəzirov; Aşıq Ələsgər; Cəlil Məmmədquluzadə; Əbdürrəhim bəy Haqverdiyev; Cəfər Cabbarlı; Əhməd Cavad; Mikayıl Müşfiq; Əhməd bəy Ağayev; Əli bəy Hüseynzadə; Nəriman Nərimanov; Məmməd Səid Ordubadi; Hüseyn Cavid; Əzim Əzimzadə; Yusif Vəzir Çəmənzəminli; Üzeyir Hacıbəyov; Səməd Vurğun; Əliağa Vahid.
Türk dilinin dövlət dili elan olunması haqqında qərar (1918)
Türk dilinin dövlət dili elan olunması haqqında qərar — Rusiya işğalından (1813) bəri Şimali Azərbaycanda türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 27 iyun tarixli həmin qərarına əsasən, türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi. Bu qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi. 1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəyin əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi. Azərbaycan Parlamentinin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi.