EMİLYA
EMİNAĞA
OBASTAN VİKİ
Emin Quliyev
Emin Quliyev (futbolçu) — azərbaycanlı futbolçu. Emin Quliyev (hərbçi) — əsgər, Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — azərbaycanlı rəssam. Emin Quliyev (üzgüçü) — azərbaycanlı üzgüçü.
Emin Qədirov
Emin Asif oğlu Qədirov (25 aprel 1995, Bakı şəhəri,Xəzər rayonu, Zirə qəsəbəsi- 21 oktyabr 2020 Füzuli rayonu,Gecəgözlü kəndi,Azərbaycan)- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi. Emin Qədirov 1995-ci il aprelin 25-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində anadan olub. 2002–2013-cü ilə qədər 241 nömrəli məktəbdə orta təhsilini alıb. 2013–2017-ci ilə qədər Azərbaycan Memarlıq və İnşaat universitetində ali təhsil alıb. Ali təhsilini aldıqdan sonra 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla bitirib. Xidmətdən qayıdandan sonra müxtəlif müvəqqəti işlərdə işləyib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 2017-ci ilin iyul ayında SHXÇDX-nin Bakı şəhəri, Xəzər rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədədə xidmət edib.
Emin Qəribov
Emin Nadiroviç Qəribov (rus. ́Эми́н Нади́рович Гари́бов; 8 sentyabr 1990, Moskva) — Azərbaycan əsilli Rusiya gimnastı. İdman Gimnastikası üzrə Rusiya komandasının kapitanı. Rusiyanın əməkdar idman ustası. 1990-cı il avqustun 9-da Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. İlk dəfə beynəlxalq yarışlarda 2009-cu ildə Dohada keçirilən dünya çempionatında çıxış edib və yekunda 8-ci yeri tutub. Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarında Rusiya yığmasının tərkibində və həm də individual olaraq çıxış edən Emin Qəribov ən böyük uğurunu Avropa çempionatında qazanıb. 2012-ci ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanan Emin, 2013-cü il Moskva şəhərində keçirilən Avropa çempionatında da bir qızıl medal qazanıb.
Emin Rüstəmov
Emin Rüstəmov (tam adı: Emim Səid oğlu Rüstəmov; ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsi Emin Rüstəmov 2 may 1992-ci ildə Yevlaxda anadan olmuşdur. Emin Rüstəmov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Təltifləri: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur ndöyüşçü" medalı ilə təltif edilib.
Emin Rüstəmzadə
Emin Firqət oğlu Rüstəmzadə (23 fevral 1991; Mingəçevir, Azərbaycan — 12 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Rüstəmzadə 23 fevral 1991-ci ildə Mingəçevirdə anadan olub. 1997–2008-ci illərdə V. Ağakişiyev adına məktəbdə təhsil almışdır. 2009–2010-cu illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Ailəli və 2 övlad atası idi. Tərtər Regional qaz istismarı İdarəsinin Mingəçevir Xidmət Sahəsində işləyirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emin Rüstəmzadə Madagizin azad edilməsində savaşıb. Emin 12 oktyabr 2020-ci ildə 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. 13 noyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Rüstəmzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Emin Sabitoğlu
Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı – 18 noyabr 2000, Bakı) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır. Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956–1961). Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib. Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Emin Sadiqov
Emin Rəşadət oğlu Sadiqov (21 iyul 1998, Şahbuz, Naxçıvan MR – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olmuşdur. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində almışdır. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil almış, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Atası Rəşadət Arif oğlu Sadiqov 2009-cu ildə vəfat etmişdir. Anası Gülşad Qəzənfər qızı Rüstəmova hazırda tibb bacısı işləyir. 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat almış, burada ilk peşə fəaliyyətinə başlamışdır. 5 oktyabr 2020-ci ildə Füzuliyə yollanmış, döyüşlərdə böyük şücaət göstərmiş, komandiri Şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən 26 oktyabr 2020-ci il şəhidlik zirvəsinə ucalmışdır.
Emin Sadıxov
Emin Sadıxov və ya Əmin Sadıqzadə (təxəllüsü: Əmin Sadıq; 1905, Bakı – 1975, Bakı) — şair, jurnalist, tərcüməçi. "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri, "Vətən uğrunda" qəzetinin baş redaktoru olmuşdur. Emin Sadıx oğlu Sadıxov 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan dilində çap edilən "Kommunist" qəzetinin müxtəlif şöbələrində şöbə müdiri, 1939-cu ildə Azərbaycan Radio Komitəsində baş redaktor vəzifələrində çalışmışdır. Emin Sadıxov 1941-ci ildə Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsində Təbliğat və təşviqat şöbəsində işləmişdir. 1942-ci ildə Qızıl Ordu sıralarına daxil olaraq, 1945-ci ilin avqust ayına qədər "Vətən uğrunda" diviziya qəzetinin baş redaktoru vəzifəsində (baş leytenant rütbəsində) çalışmış, Qafqaz uğrunda döyüşlərdə fəal iştirak etmişdir. Emin Sadıxov Böyük Vətən Müharibəsində "Almaniya üzərində qələbə uğrunda" medalı ilə təltif edilmişdir. Emin Sadıxov müharibədən sonra 1945-1946 illərdə Azərbaycan Kommunist Partiyasının orqanı olan "Təbliğatçı" jurnalında məsul katib və redaktor müavini vəzifələrində çalışmışdır. O, 1948-ci ildə AK(b)P Bakı Şəhər Komitəsində sovet mədəni-maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. Emin Sadıxov 1950-1951 illərdə "Kommunist" qəzetinin Xarici xəbərlər şöbəsinin müdiri vəzifəsini icra edilmiş, 1952-ci ildə Azərbaycan Teleqraf Agentliyində Tərcümələr şöbəsinə redaktor vəzifəsinə keçirilmişdir.
Emin Süleymanov
Emin Bəhmən oğlu Süleymanov (21 iyul 1977, Xubyarlı, İmişli rayonu – 8 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunun Xubyarlı kəndində polis ailəsində anadan olmuşdur. 1983–1992-ci illərdə orta məktəbin rus bölməsində, 1992–1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini bitirmişdir. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnmişdir. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. Emin Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "leytenant" rütbəsində hərbi vəzifəsinə başlamışdır. Azərbaycan Ordusunun mayoru olan Emin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində artilleriyaçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak etmişdir.
Emin Səttarov
Emin Ramin oğlu Səttarov (25 may 2001, Bakı – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Səttarov 2001-ci il mayın 5-də Bakı şəhərində anadan olub. 2008-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsi 10 nömrəli Sanatoriya tipli İnternat məktəbinin 1-ci sinfinə qəbul olub. 2017-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olmuşdur. 3 il mərkəzdə təhsil aldıqdan sonra 22.06.2020-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzini bitirmişdir. 2020-ci ilin iyulun 2-sində Hərbi Komissarlıqdan çağırış vərəqi gəlmişdir. 08.07.2020-ci ildə əsgər gedir. 09.08.2020-ci ildə Ağcabədi rayonunun N saylı Hərbi hissəsində andiçmə olur. İki ay sonra Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi N saylı hərbi hissəyə aparılır. Azərbaycan Ordusunun əsgəri olan Emin Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib.
Emin İmaməliyev
Emin İmaməliyev — Azərbaycan futbolçusu.
Emin İsmayılov
Emin Tahir oğlu İsmayılov (21 may 2001, Nəsimi rayonu – 6 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Emin İsmayılov 21 may 2001-ci ildə Nəsimi rayonunda anadan olmuşdur. Əslən Cəbrayıl rayonundan idi. Nəsimi rayon 54 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. Emin İsmayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Emin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emin İsmayılov 6 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Emin Şəkinski
Emin Əkrəm oğlu Şəkinski (6 oktyabr 1960, Bakı – 21 oktyabr 2020) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Rəisi, polis general-mayoru. Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlamışdır. Cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparmışdır. E. Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləmiş, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. 6 övladı var. 4 qız 2 oğlan.
Emin Əfəndi
Emin Əfəndi (15 noyabr 1978, Bakı) — azərbaycanlı prodüser və televiziya aparıcısı. Ölkənin ilk rep qrupu Dəyirmanın yaradıcısı və prodüseri, müxtəlif dövrdə isə "H.O.S.T." qrupunun prodüseri olub. Hazırda isə Azərbaycan Respublikasının Xalq Artisti Miri Yusifin prodüseridir. Emin Əfəndi 15 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq, gənclik illəri Bakının “Vasmoy” adlanan “8 KM” qəsəbəsində keçib. 1996-cı ildə Nizami Rayonunda yerləşən 210 nömrəli məktəbi bitirib. Elə həmin il də Azərbaycan Memarlıq və İnşaat universitetinə daxil olub. Peşəkar karyerasına ilk dəfə ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan De Gəlsin" meyxana verilişinin aparıcısı olub. Daha sonra Space TV-də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub.
Emin Əfəndiyev
Emin Əfəndiyev (d. 1987) — rejissor. Bir neçə qısametrajlı bədii və sənədli filmlər çəkib. Filmləri bir neçə festivalın qalibi olub. Emin Əfəndiyev 1987-ci ildə anadan olub. 2009-cu ildə İncəsənət Universitetinin "kino şöbəsi" – rejissor Yalçın Əfəndiyevin kursunu bitirib. Bir neçə qısametrajlı bədii və sənədli filmlər çəkib. 2007-ci ildə keçirilmiş “Start” Beynəlxalq Tələbə Filməri Festivalının qalibidir. Beynəlxalq Audio-Vizual Festivalın mükafatçısıdır. İdman və Turizm Nazirliyi tərəfindən "ilin rejissoru" seçilib.
Emin Əhmədov
Emin Vidadi oğlu Əhmədov (6 oktyabr 1986, Bakı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 2002-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən Emin Əhmədov 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Emin Əhmədov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Emin Əhmədov 1986-cı il oktyabrın 6-da Bakı şəhərində zavod işçisi Vidadi Əhmədov və evdar qadın Minayə Əhmədovanın ailəsində anadan olub. 1997-ci ildən güləşlə məşğul olmağa başladı. Emin Əhmədov 2004–2006-cı illərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "Göytəpə" Sərhəd Dəstəsinin Yardımlı rayonunda sərhəd zastavasında müddətli həqiqi hərbi xidmətdə olub. Emin Əhmədovun beynəlxalq səviyyədə birinci turniri 2002-ci ilin iyulunda Odessa şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı oldu. Nəticədə o, bürünc medal uğrunda görüşdə məğlub oldu və çempionatı beşinci pillədə başa vurdu. Daha sonra Emin Əhmədov yunan-roma Azərbaycan yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə uzun illər nüfuzlu turnirlərdə mübarizə apara bilməmişdi. Etimad göstərilməməsinin əsas səbəbi, həmin illərdə yunan-roma güləşi üzrə Azərbaycan yığmasının "bir nömrəli" güləşçisinin 2004-cü il Afina Olimpiadasının qalibi Fərid Mansurov hesab olunması idi.
Fyodor Emin
Fyodor Aleksandroviç Emin (əsl adı Məhəmmədəmin bəy Hüseyn bəy oğlu; 1735[…], bilinmir – 18 (29) aprel 1770[…] və ya 27 aprel 1770, Sankt-Peterburq) — Rusiya yazıçısı və jurnalisti. Fyodor Emin təxminən 1735-ci ildə İstanbul şəhərində doğulmuşdu. Osmanlı Yeniçəri ordusunda xidmət etmişdi. 1758-ci ildə Londona getmişdi. Orada Rusiya səfiri M. Qolitsinə yaxınlaşmışdı. Ondan pasport alıb, 1761-ci ildə Rusiyaya gəlmişdi. Xristianlığı qəbul etmişdi. Xaç suyuna salınarkən Fyodor Aleksandroviç adını qəbul etmiş, soyadını Emin saxlamışdı. O, ana dili olan türk dilindən başqa, italyan, ingilis, ispan, polyak və portuqal dillərini bilirdi. Fyodor Aleksandroviç Emin 16 aprel 1770-ci ildə vəfat edib.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Emin (müğənni)
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Emin Alməmmədov
Emin Axundov
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu‎; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı. Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib. Ailəlidir, üç övladı var. 1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
Emin Əmiraslanov
Emin Əmiraslanov (14 sentyabr 1982, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. müdafiəçi mövqeyində çıxış edir. Azərbaycan Premyer Liqasında Şahdağ Quba FK, Bakı FK və Gənclərbirliyi klublarında oynamışdır. 2008/09 mövsümündə Salyanın Muğan FK şərəfini qorumuşdur. 2011-ci ildən isə Azərbaycanın 1-ci liqasında oynayır.
Emin Əmrahov
Emin Əvəz oğlu Əmrahov (9 iyun 1989; Ağstafa rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Əmrahov 1989-cu il iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Sonradan ailəsi ilə birgə Gəncə şəhərinə köçərək uzun müddət orada yaşamışdır. 1996-2007-ci illərdə Gəncə şəhərində M. Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidmətinini başa vurduqdan sonra yenidən Qırılı kəndinə qayıdaraq burada məskunlaşmışdır. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işləməyə başlayıb. Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Əmrahov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.
Emin Əmrullayev
Emin Eldar oğlu Əmrullayev (30 dekabr 1982, Bakı) — Azərbaycan Respublikasının elm və təhsil naziri (2022-ci ildən), Neftçi PFK Müşahidə Şurasının üzvü (2022-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2020–2022), Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru (yanvar–iyul 2020), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri (2015–2020). Əmrullayev Emin 1982-ci il 30 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2005–2009-cu illərdə Qafqaz Universiteti, Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb. 2009–2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçmişdir. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. 2013-cü ildə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışıb.
Emin Əzizov
Emin Əzizov (29 dekabr 1984, İmişli) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu. 2008-ci ildə Emin Əzizov Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin iyununda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vuran Emin Əzizov avqustda olimpiadada mübarizə apardı. Emin Əzizov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Olimpiadanın təsnifat mərhələsində Emin Əzizov İsveçrə nümayəndəsi Gregori Sarrasin ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Emin Əzizov növbəti hissədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Leonid Spiridonov oldu. Həmin görüşdə Emin Əzizov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Emin Əzizov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.
Elçin Eminov
Elçin Eminov (d. 12 yanvar 1991) — Azərbaycanlı uşu sandaçı. 6 qat Avropa çempionu, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb. Elçin Eminov 2013-cü ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/8 final mərhələsində Malayziya idmançısı Ooi Lih Yanq üzərində 2:0 hesablı, 1/4 final mərhələsində isə Yəmən idmançısı Yusif İsgəndər üzərində 2:0 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Əli Bəxtiyara 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Elçin Eminov 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/4 final mərhələsində Qırğızıstan idmançısı Əvəzbəy Amanbəyov üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə İndoneziya idmançısı Yusuf Vidiyanto üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mehdi Məhəmmədiyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. "Elçin Eminov: Uşu üzrə dünya çempionatda hədəfim medal qazanmaqdır".
Emin Quliyev (futbolçu)
2005-2009-cu illərdə Xəzər-Lənkəran klubunda forma geyinən Emin bu komanda ilə Azərbaycan çempionluğu, "Birlik kuboku" və 2 dəfə ölkə kubokunu qazanıb.
Emin Quliyev (idmançı)
Emin Quliyev - Azərbaycanlı futbolçu. Hazırda Keşlə klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. Emin gənc futbolçu kimi “Keşlə”nin gənclər klubunun üzvü olub. 2018-ci ilin iyulundan isə “Keşlə”də çıxış edir. Quliyev 2017/18 mövsümünü icarə əsasında Bakının MOİK klubunda keçirib. 2018-ci ilin sentyabrında “Keşlə”nin "Qəbələ" ilə Premyer Liqa matçı üçün əsas heyətinə cəlb olunub.
Emin Quliyev (milli qəhrəman)
Emin Ələkbər oğlu Quliyev (12 avqust 1976, Sahil – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev "N" saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna layiq görülmüşdür. Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Emin Quliyev (rəssam)
Emin Quliyev (1961, Bakı) — azərbaycanlı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü. 1961-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. Emin Quliyev 1980-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə Gürcüstanda Tbilisi İncəsənət Dövlət Akademiyasını bitirmişdir.1991–1993-cü illərdə SSRİ İncəsənət Akademiyasında təhsilini -davam etdirmişdir. 1991-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmişdir. Rəssam ailəsində boya-başa çatmışdır. Erkən yaşlarından rəsmlə məşğul olmağa başlamışdır. Peşəkar heykəltaraş olmaqla yanaşı, incəsənətin digər sahələrinə də biganə yanaşmamış, qrafika, rəssamlıq sənəti ilə də məşğul olmuşdur. Emin Quliyevin əsərləri 1982-ci ildə Bakıda "Gənc rəssamlar" sərgisi, 1990-cı ildə "Payız" sərgisi, 1991-ci ildə Bakıda 20 Yanvar hadisələrinə həsr olunmuş sərgi, 1995-ci ildə Azərbaycan rəssamlarının milli sərgisində nümayiş etdirilmişdir.2006-cı ildə Bakı şəhərində fərdi sərgisi keçirilmişdir. 1987-ci ildə SSRİ Heykəltəraşlıq Diplom Sərgiləri İttifaqının mükafatını, 1997-ci ildə Beynəlxalq Sərgi Olimpiadasının IV və V mükafatlarını qazanmışdır.
Emin Quliyev (üzgüçü)
Emin Quliyev (8 oktyabr 1975, Bakı) — Azərbaycanı təmsil edən üzgüçü. Emin Quliyev Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 25.22 saniyə nəticə göstərdi və 58-ci pillənin sahibi olub. Daha sonra Emin Quliyev Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 25.36 saniyə nəticə göstərdi və 60-cı pillənin sahibi olub.
Emin Quliyev (əsgər)
Fərhad Eminov

Значение слова в других словарях