Emin Bəhmən oğlu Süleymanov (21 iyul 1977, Xubyarlı, İmişli rayonu – 8 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.
Emin Süleymanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 iyul 1977 |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2020 (43 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1999-cu ildən |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi • Laçın döyüşləri |
Təltifləri |
Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunun Xubyarlı kəndində polis ailəsində anadan olmuşdur.[1] 1983–1992-ci illərdə orta məktəbin rus bölməsində, 1992–1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini bitirmişdir. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) ali təhsil alaraq artilleriyaçı ixtisasına yiyələnmişdir. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
Emin Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun olduqdan sonra Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "leytenant" rütbəsində hərbi vəzifəsinə başlamışdır.
Azərbaycan Ordusunun mayoru olan Emin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində artilleriyaçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak etmişdir. Emin Süleymanov 9 noyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Süleymanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Süleymanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]