Emin Əvəz oğlu Əmrahov (9 iyun 1989; Ağstafa rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Emin Əmrahov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qırılı, Ağstafa, Azərbaycan SSR |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Qırılı, Ağstafa, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2007—2009 / 2015—2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Emin Əmrahov 1989-cu il iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub.[1] Sonradan ailəsi ilə birgə Gəncə şəhərinə köçərək uzun müddət orada yaşamışdır. 1996-2007-ci illərdə Gəncə şəhərində M. Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb.
Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Xidmətinini başa vurduqdan sonra yenidən Qırılı kəndinə qayıdaraq burada məskunlaşmışdır. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işləməyə başlayıb.
Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Əmrahov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub. Kəndin küçələrindən biri şəhidimizin adını daşıyır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Əmrahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Əmrahov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Əmrahov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Emin Əmrahov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Kəndin küçələrinin birinə şəhidimizin adı verilmişdir.
Əziz xatirəsinə qol güləşi üzrə Ağstafa birinciliyi keçirilib. 70 nəfərdən çox idmançının qatıldığı yarışda şəhidimizin oğluda iştirak edib.
Əslən Qırılı kəndindən olan, Cəmşid Naxçıvanski adına hərbi liseyin müəllimi, qəhrəmanlıq mövzusunda neçə-neçə kitabın müəllifi, "Qızıl qələm" mükafatına və "Məhsəti Gəncəvi" fəxri diplomuna layiq görülmüş şair Mətanət İmamquluyeva 2022-ci ildə şəhidmizdən bəhs edən "Eminin şəhidlik zirvəsi" adlı kitab yazıb.