EYN

[ər.] сущ. клас. вил; ** eyni açılmaq вилер ахъа хьун, гьалар (кефияр) хъсан (къумбар) хьун, гумрагь хьун, рикӀ ахъа хьун.
EYMƏNMƏK
EYNƏK
OBASTAN VİKİ
Eyn Kərəm
Eyn Kərəm — Qüdsün cənub-qərb bölgəsi. İvrit dilindən rus dilinə tərcümə edilən bu ad "Üzüm bağında bahar" deməkdir. 1948-ci ildə isə Yerusəlimə birləşdirildi. Eyn Kərəm ərazisində İsrailin aparıcı tibb mərkəzlərindən biri olan Hadassah Xəstəxanasının iki kampusundan biri, həmçinin bir sıra xristian kilsələri və monastırları yerləşir. == Xristian ənənəsində == Xristian ənənəsi bu yerlə iki mühüm hadisəni əlaqələndirir: Vəftizçi Yəhyanın anadan olması və Məryəmin Vəftizçi Yəhyanın anası Elizabet ilə görüşü. Eyn Kərəmdə bir-birindən qısa məsafədə yerləşən bir neçə monastır və kilsə var: 1871-ci ildə Arximandrit Antonin (Kapustin) tərəfindən qurulan Gornenski Pravoslav monastırı. Gornenski monastırının Kazan kilsəsinin yaxınlığında saleh Zəkəriyyə və Elizabetin evindən bir sütun və əfsanəyə görə, Vəftizçi Yəhya xalqa ilk xütbəsini söylədiyi bir daş var. 1939-cu ildə əvvəlki kilsələrin xarabalıqları yerində tikilmiş Vəftizçi Yəhya Katolik Kilsəsi. Burada, əfsanəyə görə, Vəftizçi Yəhya saleh Zəkəriyyə və Elizabetin evində doğulub. Yəhyanın doğulduğu yer kilsənin mağarasında yerləşir, burada mərmər plitə üzərində qurbangahın altında bir yazı var: "HIC PRECURSOR DOMINI NATUS EST" (Burada Rəbbin Sələfi anadan olub).
Eyn
𐔶 (səslənməsi: /e:/; transkripsiyası: Ē, ē) — Alban əlifbasının yeddinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Են (En) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ēyn" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Է hərfinin antiformasıdır.Alban əlifbasında həm uzun [e] səsinin, həm də [ey] diftonqunun qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 7 olmuşdur.
Eyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zor və Rəqqə mühafəzələridən gəlirdi.
Eyn Calut döyüşü
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. == Əvvəlki hadisələr == 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi. Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı.
Eyn Cəllud vuruşu

Eyn-ül Rum (Üşnəviyyə)
Eyn-ül Rum (fars. عين الروم‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (25 ailə).
Eyn əl-Ərəb blokadası
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Kamil Eynullayev
Kamil Müzəffər oğlu Eynullayev (12 dekabr 1932, Bakı – 1 may 1988, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. == Həyatı == Kamil Eynullayev 12 dekabr 1932-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olmuşdur. Onu "Neftyanik"də köməkçi məşqçi işləyən İsay Abramaşvili kəşf edib. Yüksək sürətə və yaxşı zərbələrə sahib olan Kamil, 1957-ci ildə "Neftyanik"in əsas heyətinə götürülüb. Həmin mövsüm çempionatın B qrupunda 24 oyun keçirib, 4 qol vurub. Növbəti mövsümü Moskvanın "Lokomotiv" komandasında keçirən futbolçu, A qrupunda 6 oyun, SSRi Kubokunda isə 2 oyun keçirib. 1959-cu ildə, bir illik aradan sonra yenidən "Neftyanik"ə qayıdıb. 1959-1962-ci illər aralığında Bakı təmsilçisinin heyətində 90 oyun keçirib, 9 qol vurub. Kamil futbolçu karyerasını 1964-cü ildə Riqanın "Dauqava RVZ" komandasında başa vurub. Şəkər xəstəliyindən əziyyət çəkən Kamil Eynullayev, 1 may 1988-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Luici Eynaudi
Luici Eynaudi — İtaliyanın ikinci prezindenti (12 may 1948-11 may 1955). Liberal partiyasını təmsil edib.
Mətin Eynullayev
Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) == Həyatı == Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. == Təhsili == 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Nadir Eynullayev
Nadir Müzəffər oğlu Eynullayev (20 sentyabr 1942, Bakı – 1993, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. == Karyerası == === Klub === Nadir Eynullayev 20 sentyabr 1942-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olub. Futbolçu karyerasını 1961-ci ildə "Neftyanik"də başlayıb. 1966 mövsümündə "Neftyanik"in heyətində A qrupunda bürünc medal qazanıb. 1967-ci ili "Şaxtyor Qarağandı"da, 1968-ci ili isə "Dinamo Kirovabad"da keçirib. Peşəkar karyerasını 1972-ci ildə "Neftçi"də başa vurub. === Milli === Nadir Eynullayev 9 iyun 1965-ci ildə Bakıda gənclərdən ibarət Polşa yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda gənclərdən ibarət SSRİ yığmasının heyətində debüt edib. O, görüşün ikinci hissənin əvvəlində Viktor Zabrodinin əvəzinə meydançaya daxil olub. Oyun SSRİ yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. == Şəxsi həyatı == Nadir Eynullayev futbolçu Kamil Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.
Oqtay Eynullayev
PSV Eyndhoven FK
PSV Eyndhoven, yaxud qısaldılmış şəkildə PSV — Niderlandın Eyndhoven şəhərini təmsil edən futbol komandası. == Uğurları == 40 dəfə Avropa kuboklarında iştirak edib.
Roza Eynula
Roza Kamal qızı Eynula və ya Eynullayeva (doğ. 10 sentyabr 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Qadınlar arasında FİDE ustası. == Həyatı == Roza Eynula 10 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 14 yaşlı qızlar arasında Azərbaycan çempionudur. 1998-2000-ci illər aralığında qızlardan ibarət Azərbaycan yığmasının üzvü olub. Sonralar ABŞ-yə köçüb və bu ölkəni təmsil etməyə başlayıb. 16 yaşında olarkən 21 yaşlı qızlar arasında ABŞ çempionu olub. Hazırda Cənubi Koreyada yaşayır və bu ölkəni təmsil edir. 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Cənubi Koreya yığmasının heyətində ikinci lövhədə çıxış edib.
Rövşən Eynullayev
Sənan Eynullayev
Sənan Eynullayev 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltaraş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır. Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltaraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini hazırlayıb. Heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var. Bal mumundan olan heykəllər İstanbul Əmniyyət Müdirliyinin şəhərin Mərtər səmtindəki Polis Mərkəzində nümayiş etdiriləcək. Türkiyədə buraxılan 2008-ci il təqvim-kataloquna azərbaycanlı rəssam Sənan Eynullayevin son illərdə çəkdiyi yağlı boya əsərləri də daxil edilib. Təqvim-kataloqun əsas sponsoru "Azərbaycan Hava Yolları" Dövlət Konserni, sifarişçiləri isə "Sontek inşaat", "Hamle petrol" şirkətləri və "APA Uniprint" nəşriyyatıdır. S. Eynullayev iri həcmli kitabının çapa hazırlandığını da bildirib: "Bir çox firma kitabımın çapına sponsorluq etmək üçün mənə müraciət etsə də, üstünlük kataloq-təqvimə sponsorluq etmiş şirkətlərə veriləcək". İstanbulun Əsənyurd bələdiyyəsinin "Türk böyükləri" mövzusunda heykəllər ucaldıllması üçün elan etdiyi tenderdə azərbaycanlı rəssam-heykəltaraş Sənan Eynullayev qalib gəlib.
Sənətulla Eynullayev
Eynullayev (İbrahimov) Sənətulla İbrahim oğlu (1881, Simbirsk quberniyası[d] – bilinmir, Bakı) — mətbuat xadimi, naşir, redaktor, publisist. == Həyatı == Simbirsk quberniyasının Buin qəzasının Əski Yukal kəndində anadan olmuşdur. Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, XX əsrin 10-cu illərində Bakıya köçərək, "Məlumat" (1911), "Yeni irşad" (1911–12) qəzetlərinin redaksiyalarında işləmiş, "Səda" (1909–11), "Açıq söz" (1915–18) və s. qəzetlərdə məqalələr dərc etdirmişdir. Müstəqil jurnalistlik fəaliyyəti göstərmiş, 1912 il martın 6-da "İqbal" gündəlik qəzetinin nəşrinə başlamışdır. Qəzetin 459 nömrəsi çıxandan sonra hərbi qulluğa çağırılmış, naşirlik və mühərrirlik hüququnu Seyid Hüseynə vermişdir. Ordudan tərxis olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə "İqbal", "Yeni iqbal" və "Açıq söz" qəzetlərində işləmiş və gündəlik redaktor vəzifəsini icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında işləmiş, qəzetin aparıcı müəlliflərindən biri olmuşdur. Əsasən publisistika sahəsində çalışmışdır.
Tərlan Eyniyev
Uilyam Eynthoven
Vilyam Eynthoven (21 may 1860[…], Semaranq, Niderland Ost-Hindi – 29 sentyabr 1927[…], Leyden, Cənubi Hollandiya) - Niderland fizioloqu, elektrokardioqrafiyanın banisi. Nobel mükafatı laureatı (1924). Utrext Universitetini bitirmişdir (1885). 1886-cı ildә Leyden Universitetinin professoru olmuş vә ömrünün sonuna kimi bu vәzifәdә işlәmişdir. 1903-cü ildә ürәyin elektrik aktivliyini qeyd etmәk üçün cihaz quraşdırmış vә 1906-cı ildә ilk dәfә olaraq diaqnostik mәqsәdlә elektrokardioqrafiyadan istifadә etmişdir. Əsәrlәri, әsasәn, elektrofiziologiya üzrәdir. Neyro-elektrofiziologiya sahәsindә ilk tәdqiqat aparan alimlәrdәn olmuşdur. İmpuls aktivliyini aşkar etmiş vә simpatik sistemin sinir yollarında impuls aktivliyini qeydә almışdır. London Kral Cәmiyyәtinin әcnәbi üzvü seçilmişdir.
Vilyam Eynthoven

Yaşıl eynəkli adam-2 (film, 1999)
== Məzmun == Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar (Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin (Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?... Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar. == Film haqqında == Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə edilmişdir.
Yaşıl eynəkli adam-3 (film, 2002)
== Məzmun == Bu filmdə qohumların müxtəlif partiyaya mənsubluğu onları ayrı salmışdır, hətta düşmənləşdirmişdir. Bitərəf Qafar (Hacı İsmayılov) isə artıq bir ildir ki, vəfat edən Feyzulla kişinin ölümünün ildönümünü qeyd etmək istəyir və qohumları yenə bir yerə yığmağa çalışır... == Film haqqında == Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə olunmuşdur.
Yaşıl eynəkli adam (film, 1987)
== Məzmun == Tamaşada poçtalyon (Hacı İsmayılov) Alfred Hiçkokun filmlərinə baxan Kazıma (Yaşar Nuriyev), kompüter ilə fala baxan Zəhraya (Afaq Bəşirqızı), oyuncaq düzəldən Qəribə (Məbud Məhərrəmov), rejissor Cahangirə (Cahangir Novruzov), polis rəisi Seyfullaya (Səyavuş Aslan) içində əjdaha başı olan bağlama çatdırır və hər birinə zəng edərək əjdaha başı ilə məktubda qeyd olunan ünvana gəlməsini tələb edir. Əjdaha başı ilə bərabər çağırılan ünvana gələnlər başa düşür ki, əslində onların qohumu olan "poçtalyon" çoxdandır bir-birilərini görməyən qonaqları bir yerə yığıb və il əjdaha üzərində təhvil verildiyindən bağlamalarda əjdaha başı yerləşdirilib. Əjdaha başlarını divardakı illustirasiyaya sancan "poçtalyon" Qafar "Başsız bədən bir işə yaramaz" deyir və qonaqları bayram süfrəsinə qonaq edir. Tamaşanın ana fikri qohumluq münasibətlərinə diqqətin artırılmasıdır.
Adi eynəkli ayı
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar. == Təsviri == Bu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır Orta ömür müddəti 21 ildir. == Yayılma ərazisi == Bu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
Yaşıl eynəkli adam
== Məzmun == Tamaşada poçtalyon (Hacı İsmayılov) Alfred Hiçkokun filmlərinə baxan Kazıma (Yaşar Nuriyev), kompüter ilə fala baxan Zəhraya (Afaq Bəşirqızı), oyuncaq düzəldən Qəribə (Məbud Məhərrəmov), rejissor Cahangirə (Cahangir Novruzov), polis rəisi Seyfullaya (Səyavuş Aslan) içində əjdaha başı olan bağlama çatdırır və hər birinə zəng edərək əjdaha başı ilə məktubda qeyd olunan ünvana gəlməsini tələb edir. Əjdaha başı ilə bərabər çağırılan ünvana gələnlər başa düşür ki, əslində onların qohumu olan "poçtalyon" çoxdandır bir-birilərini görməyən qonaqları bir yerə yığıb və il əjdaha üzərində təhvil verildiyindən bağlamalarda əjdaha başı yerləşdirilib. Əjdaha başlarını divardakı illustirasiyaya sancan "poçtalyon" Qafar "Başsız bədən bir işə yaramaz" deyir və qonaqları bayram süfrəsinə qonaq edir. Tamaşanın ana fikri qohumluq münasibətlərinə diqqətin artırılmasıdır.
Yaşıl eynəkli adam-2
== Məzmun == Filmdə birinci hissədə olduğu kimi qohumpərəst Qafar (Hacı İsmayılov) yenə fəaliyyətə keçir və araşdırıb növbəti qohumlarının-Feyzulla kişinin (Sabir Sultanov) ABŞ-də yaşadığını öyrənir. Feyzulla kişi Qafara cavab məktubu yazaraq tezliklə Bakıya gələcəyini bildirir. Qafar da yenə köhnə qohumlarını bir yerə yığaraq məsələni açır. Eyni vaxtda Mister Feyz adlı bir Amerikalının konteynerləri Bakıya gələndə işlər bir az qarışır. Bəlkə Mister Feyz elə Feyzulla kişinin özüdür?... Ona görə qohumlar belə qərara gəlirlər ki, Feyzullanın qarşısına kasıb görkəmində çıxsınlar ki, "Mister Feyz" də onlara kömək əlini uzatsın. Lakin filmin sonunda bəlli olur ki, onlar yanılıblar. == Film haqqında == Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə edilmişdir.
Yaşıl eynəkli adam-3
== Məzmun == Bu filmdə qohumların müxtəlif partiyaya mənsubluğu onları ayrı salmışdır, hətta düşmənləşdirmişdir. Bitərəf Qafar (Hacı İsmayılov) isə artıq bir ildir ki, vəfat edən Feyzulla kişinin ölümünün ildönümünü qeyd etmək istəyir və qohumları yenə bir yerə yığmağa çalışır... == Film haqqında == Filmdə "Slavyanka ilə vida" rus marşından istifadə olunmuşdur.
Eynşteyn-Szilard məktubu
Eynşteyn–Silard məktubu — 2 avqust 1939-cu ildə Leo Silard tərəfindən yazılmış və Albert Eynşteyn tərəfindən imzalanmış və ABŞ Prezidenti Franklin Ruzveltə göndərilmiş məktub. Silardın həmkarları olan macar fiziklər Edvard Teller və Yucin Viqner ilə məsləhətləşərək yazdığı məktubda Almaniyanın atom bombası yarada biləcəyi xəbərdarlığı edilib və ABŞ-ın nüvə proqramına başlaması təklif edilib. Bu, Ruzveltin hərəkətə keçməsinə səbəb oldu, nəticədə Manhetten layihəsi, ilk atom bombalarının hazırlanması və bu bombaların Hiroşima və Naqasaki şəhərlərinə atılması ilə nəticələndi. == Mənşəyi == Otto Han və Fritz Strassman, "Die Naturwissenschaften" jurnalının 6 yanvar 1939-cu il tarixli sayında uranda nüvə parçalanmasının kəşfi haqqında məlumat vermişdilər. Liza Meytner, "Nature" jurnalının 11 fevral 1939-cu il sayında bunu nüvə parçalanması adlandırmışdı. Bu, fiziklər arasında böyük marağa səbəb oldu. Danimarkalı fizik Nils Bor bu xəbəri ABŞ-yə çatdırdı və ABŞ 26 yanvar 1939-cu ildə Enriko Fermi ilə Nəzəri Fizika üzrə Beşinci Vaşinqton Konfransını açdı. Nəticələr tez bir zamanda eksperimental fiziklər, xüsusən də Kolumbiya Universitetində Fermi və Con Danninq tərəfindən təsdiqləndi. Macarıstanlı fizik Leo Silard ağır atomların neytronla idarə olunan parçalanması elektrik enerjisi istehsalı və ya atom bombaları üçün böyük miqdarda enerji verə biləcək nüvə zəncirvari reaksiya yaratmaq üçün istifadə edilə biləcəyini başa düşmüşdü. O, ilk dəfə belə bir ideyanı 1933-cü ildə Londonda yaşayarkən Ernest Rezerfordun litiumun parçalanması üçün protonlardan istifadə edərək komandasının 1932-ci ildə apardığı təcrübədən enerji yaratmaqla bağlı etinasız ifadələrini oxuduqdan sonra formalaşdırıb və patentləşdirib.
Eynşteyn Riyaziyyat İnstitutu
Eynşteyn adına Riyaziyyat İnstitutu — Qüds Yəhudi Universitetində riyaziyyat sahəsində elmi metod mərkəzidir. 1925-ci ildə universitetin açılışı ilə eyni vaxtda yaradılmışdır. İnstitutun elmi heyətinə Nobel mükafatı, Filds medalı, və İsrail mükafatı laureatları daxildir. == Tarixi == Yəhudi Universitetinin rəsmi açılışından təxminən bir il əvvəl, yəhudi əsilli amerikalı xeyriyyəçi Filip Vattenberg, fizik Albert Eynşteyn , Tədqiqat İnstitutunun açılması üçün universitetə 190.000 dollar (3.2-ci ildə 2022 milyon dollar) bağışlamışdır. İnstitut 1925-ci ildə fəaliyyətə başlamışdır. İnstitutun açılışı münasibətilə ilk mühazirəni riyaziyyatçı və ədədlər nəzəriyyəsi mütəxəssisi Edmund Landau oxudu. Edmund Landau universitetin ilk riyaziyyat üzrə professoru idi və Feliks Kleinin şəxsi kitabxanasının Göttingendən Qüdsə köçürülməsi ilə bağlı danışıqlar aparırdı. Professorun Yerusəlimdə yeni riyaziyyat kitabxanasının qurulmasında çox böyük rolu oldu.
Yaşıl eynəkli adam (dəqiqləşdirmə)
Yaşıl eynəkli adam
Şəxsiyyətin eyniliyi
Şəxsiyyətin eyniliyi (identikliyi) problemi — fəlsəfi problem olub, insanın müxtəlif zamanlarda özünü eyni insan hesab etdiyini, eyni zamanda bədəninin və şüurunun daim dəyişməsini ehtiva edir. Bu sahədə rəqabət aparan əsas nəzəriyyələr bunlardır: Con Lokk tərəfindən tərtib edilmiş psixoloji meyar. Lokk yazır ki, “rasional bir varlıq keçmiş hərəkətin ideyasını əvvəllər olduğu kimi eyni şüurla və indiki hər bir hərəkətin eyni şüuru ilə təkrarlaya bildiyi qədər, o, bir və eyni şəxsdir. Ağıllı varlıq indiki düşüncə və hərəkətlərini dərk etməsi sayəsində indi özü üçün şəxsiyyətə çevrilir; o, gələcəkdə eyni insan olaraq qalacaq, çünki o, eyni şüuru keçmiş və ya gələcək hərəkətlərə genişləndirə biləcək. Bu gün ilk növbədə Erik Olsen tərəfindən müdafiə olunan bioloji meyar. Bu nəzəriyyə, kobud desək, biz bədənimizik və yaddaşımız, şəxsiyyətimiz bu orqanların həyatında yalnız epizodlardır - kimi səslənir. Özümüzün və başqalarının bizim haqqımızda danışdığı bir hekayə olduğumuzu bildirən narrativ meyar. Bu nəzəriyyənin tərəfdarları D. Dennet, P. Rikoeur, Dmitri Volkovdur . D.Parfitin şəxsi şəxsiyyətin əhəmiyyətini inkar edən nəzəriyyəsi onu “sağ qalmaq” anlayışı ilə əvəz edir. Professor G.İ.Çelpanovun tərifinə görə, “Mən şəxsi kimliyimi indiki “ mən ”imi illər əvvəl malik olduğum “mən”lə eyniləşdirməyimi hesab edirəm.

Digər lüğətlərdə