fır-fır 2021

fır-fır
fır
fırça
OBASTAN VİKİ
Fır-fır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Cənub fır nematodu
Cənub fır nematodu (lat. Meloidogyne incognita) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Erkəklər çoc kiçikdirlər, qurdabənzərdir, dişilər isə armudabənzər formadadır. Zərər vuran əsasən dişilərdir, çünki çoxalmadan sonra erkəklər torpağa keçirlər. Fır nematodunun dişilərində çox vaxt partenogenez müşahidə olunur.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Cənub fır nematodu bir çox bitkilərin adi kök parazitidir. O tərəvəzçiliyə daha çox ziyan vurur. Fır nematodu kəskin cinsi dimorfizmi ilə fərqlənir: erkələrdə bədən nematod formasındadır, hərəkətsiz dişilər kök toxumalarında armudvari olurlar. Əsas dişilər ziyan verir, erkəklər isə inkişafını başa çatdırıb torpağa düşür və qidalanmırlar.
Qoz fır gənəciyi
Qoz fır gənəciyi - (lat. Eriophyes tristriatus) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirənlər fəsiləsinə aid olan növ Qoz fır gənəciyinin yetkin fərdləri 220 mikron uzunluqda mikroskopik canlı olub, bədəni 60-yaxın buğumdan ibarətdir. Onun ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəciklərindən fərqlənir. Onu sürfəsi xarici görünüşünə görə yetkin fərdə oxşayır. Yumurtası kürəvaridir. Gənəcik tərəfindən şirəsi sorulan yarpağın üst səthi qabarıq olur. yarpağın alt tərəfində çökəklik əmələ gəlir. Həmin çökəkliklər içərisində keçə kimi tellər yığımı olur. Gənəcik həmin tellər içərisində yaşayır.
Üzüm fır gənəciyi
Üzüm fır gənəciyi - (lat. Eriophyes vitis) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirən gənəciklər fəsiləsinə aid olan növ Üzüm fır gənəciyi adi gözlə görünməyən 0,14-0,16 mm uzunluğunda olan kiçik gənəciklərdir. Gənəciyin bədəni sarıdır. Ön tərəfdən iki cüt beş buğumlu ayağı, arxa tərəfdən isə iki qıl şəkilli çıxıntısı vardır. Sürfəsi rənginə görə yetkin fərdə oşşayır. Lakin onlardan çox kiçikdir. Azərbaycanda üzüm gənəciyinin biologiyası tam öyrənilməmişdir. Gənəciklər birillik zoğların altında qışlayırlar. Yazda tumurcuqların açılması ilə əlaqədar gənəciklər qışlama yerindən çıxır. Yarpağın alt tərəfində xüsusi çökəkciklər içərisində nazik tellər olur.
Yastıqşəkilli-fır qovaq mənənəsi
Yastıqşəkilli-fır qovaq mənənəsi (lat. Pemphigus populinigrae Schrk., 1801)-Azərbaycanda əsasən dağətəyi və dağlıq yerlərdə rast gəlinir. Əsasqoyan sürfə. Bədən kələkötür-girdə, tutqun yaşıl, baş, ayaq, bığcıq və xortum, habelə anus seqmenti tutqundur. Gözlər üçfasetli, tutqun qırmızıdır. Döş və qarın tutqun-yaşıl, bozumtul rəngli və ləkəli marqinal çıxıntılar qarın seqmentinin hər birisində kənar hissədə yerləşmişlər. Döş və qarın seqmentləri aydın surətdə bir-birindən ayrılmışlar. Bədən az və ya çox dərəcədə tüklü, xüsusilə bığcıqlar, onun IV buğumu bunlardan əlavə üzəri eninə istiqamətli cərgədə qısa və iti tükcüklərlə əhatə edilmişdir. Birinci buğumda 2 tükcük, ikincidə 2 tükcük, III isə 6 tükcük vardır. IV buğumda əsas rinariya yaxın 2 bazal rinari şprisin zirvəsində yerləşir.

Digər lüğətlərdə