FAİZ

is. [ ər. ]
1. Hər hansı ədədin tam (vahid) kimi götürülən yüzdə biri (% işarəsi ilə göstərilir). Sadə faiz düsturu.
[Bəhlul:] Nənəmin gözündə onca faiz işıq vardı. B.Bayramov.

2. Kapitalın hər yüz manatından əldə edilən gəlir.
3. Borc verilən puldan istifadə etdiyi üçün borcludan (kreditordan) alınan haqq.
[Hacı Vəli] yüksək faiz alar və girovsuz da pul borc verməzdi. Çəmənzəminli.
Hacı Kərim hər zaman alış-verişini nağd elər, faizini də verəcəyi puldan çıxardı. S.Hüseyn.

4. Dövriyyədən, gəlirdən asılı olaraq hesablanan muzd. Faiz dərəcəsinin həddi.
5. Məhsulun kəmiyyətinə görə faiz almaq.
◊ Yüz faiz – tamamilə, bütünlüklə. Planı yüz faiz yerinə yetirmək.
[Fərman dedi:] Normanı yüz faiz yerinə yetirmək hər kəsin borcudur. Ə.Sadıq.

FAİL
FAİZLİ

Значение слова в других словарях