ferma-çərçivə

ferma-çərçivə
ferma
fermaçı
OBASTAN VİKİ
Çərçivə
Çərçivə — rəsm, fotoşəkil və bəzi hallarda mətnlərin ətrafını əhatə edən dekorativ xarakterli hissələr. Çərçivələr eyni zamanda rəsm və fotoşəkillərin qorunması və divar və ya digər səthlərdə quraşdırılması məqsədilə da istifadə olunurlar. Şəklin sərhəddi - (ingiliscə graphic limits, rusca границы рисунка – kompüter ekranında: qrafik proqramda qrafik görüntünün sərhədi. Bəzi qrafik mühitlərdə şəklin sərhədinə (onu tam əhatə edən minimal düzbucaqlıya) çox zaman sərhəd düzbucaqlısı və ya sərhəd çərçivəsi deyilir. Art of the Picture Frame Resources from the National Portrait Gallery. PPFA-Professional Picture Framers Association Arxivləşdirilib 2013-04-15 at Archive.today İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ferma
Ferma — insanların bitki və heyvanları yetişdirib, yararlandıqları müəssisə. Günümüzdə bir çox növ ferma var; balıq, inək, qoyun, donuz, göbələk, toyuq, arı və dəvəquşu fermaları kimi. == Adı == Azərbaycan dilində işlənilər ferma XX-ci əsrdə rusca ферма sözündən keçib, rusca isə fransızca ferme sözündən, sözün kökü latınca firmus ("bərk, dözümlü"). Lakin, XX-ci əsrdə Azərbaycanda sovet hökuməti olduğuna görə Azərbaycanda fermalar əvəzinə kolxoz (колхоз — коллективное хозяйство), yəni, kollektiv təsərrüfatı işlənirdi, ferma isə kapitalist ölkələrdə işlənilən təsərrüfat sayılırdı. XX-ci əsrə kimi Azərbaycan dilində ciftlik/çiftlik (farsca cüft/çift — "cüt, qoşa, ikili" və "lik" şəkilçisi, Osmanlı dilindən gəlməsi ehtimal olunur) və məzrə/məzrəə (ərəb. مزرعة‎) sözlərinə rast gəlmək olardı.
Ferma nöqtəsi
Ferma-Toriçelli nöqtəsi ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. == Tarixi == Həndəsədə çox gözəl bir teoremin adı Fermanın ilə bağlıdır. Bu üçbucaqda Ferma-Toriçelli nöqtəsinin tapılmasıdır. Bu nöqtə keçmişin ən böyük 3 riyaziyyatçısının adı ilə bağlıdır. İlk dəfə onun haqqında Pyer Fermanın işlərində danışılır. O, ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. İsveçrə alimi Yakob Şteyner bu məsələyə daha ümumi halda baxmışdır: o, 3 məntəqəni birləşdirən ən qısa yol şəbəkəsinin tapmağa çaışırdı. Məlum olur ki, şəbəkə mütləq bir nöqtədə birləşən düzxətli yollardan ibarət olmalıdır, belə ki, yollardan biri nöqtəyə çevrilə bilər. Belə qoyuluşda məsələ sırf praktiki əhəmiyyət daşıyır, məsələn, naqil şəbəkələrinin çəkilişində belə bir məsələni həll etmək lazım gəlir. == Nöqtənin qurulması == Fermanın klssik məsələsinin həlli üçün belə bir fiziki modeli bu formada qurmaq olar: Hər hansı lövhə üzərində bir üçbucaq çəkək.
Ferma ədədləri
Ferma ədədləri - F n = 2 ( 2 n ) + 1 {\displaystyle F_{n}=2^{(2^{n})}+1} şəklində olan ədədlərə deyilir, haradaki n mənfi ədəd deyil. == Haqqında == XVII əsrin məşhur riyaziyyatçısı Pyer Ferma 22n + 1 şəklində olan ədədləri öyrənmişdi. Bu ədədləri Ferma ədələri adlandırırlar. Alim qəbul etmişdi ki bu ədədlərin hamısı sadə ədədlərdir. Onun buna əsası da vardı. Ona görə ki, n=0; 1; 2; 3; 4 qiymətləri üçün, həqiqətən Ferma ədədləri sadə ədədlərdir. Ancaq XVIII əsrdə Leonard Eyler göstərdi ki, 225 +1 = 232 + 1 = 4294967297 ədədini 641 və 6700417 sadə ədədlərinin hasili şəklində göstərmək olar. Digər tərəfdən yuxarıda göstərilən beş ədəddən başqa sadə Ferma ədələrinin olması məlum deyil. Maren Mersenə ( 1588-1648-ci illərdə yaşamış Fransız rahibi, həmçini riyaziyyatçısı, əgər 2n -1 sadə ədəddirsə onu Mersen ədədi adlandırırlar) ünvanladığı məktublarının birində Pyer Ferma belə bir təklif irəli sürür ki, n ikinin qüvvətidirsə 2n + 1 şəkilndə olan ədədlər mütləq sadədir. Ferma həmçinin bilirdi ki, n ikinin qüvvəti deyilsə, onda 2n + 1 ədədi sadə deyil.
Pyer Ferma
Pyer Ferma (fr. Pierre de Fermat; d. 1601 – ö. 1665) — Fransız riyaziyyatçı, məşhur Böyük Ferma teoreminin yaradıcısı. O, XVII əsrin ən nəhəng riyaziyyatçılarından biridir. Ədədlər nəzəriyyəsi, həndsə, cəbr, riyazi analiz (maksimum və minimumların tapılma üsulları), ehtimal nəzəriyyəsilə məşğul olmuşdur. Rena Dekartla birlikdə analitik həndəsənin yaradıcılarında biridir. Ədədlər nəzəriyyəsində onun iki teoremi – Fermanın böyük və kiçik teoremləri xüsusilə məşhurdur. Fransız riyaziyyatçısı Ferma Pyer, Tuluz şəhərində parlamentdə məsləhətçi işləmişdir. Heç bir kitab yazmamışdır (o vaxtlar elmi jurnallar da yox idi).
Əsas paylayıcı çərçivə
Əsas paylayıcı çərçivə (ing. main distribution frame; MDF) — avadanlığın kabellərə və abonent daşıyıcı avadanlığa qoşulması üçün istifadə olunan siqnal paylayıcı çərçivə. MDF, mübadilə avadanlığının və lokal kommutasiyaların sonlarının MDF-də keçid naqilləri ilə birləşdirildiyi lokal telefon stansiyası daxilində yerləşən son nöqtədir. Telefon xətləri vasitəsilə xidmət göstərən bütün kabel-mis cütləri MDF-də dayandırılır və MDF vasitəsilə lokal mübadilə daxilində avadanlıqlara paylanır. Aralıq paylayıcı çərçivələrə (IDF) gedən kabellər MDF-də dayanır. Magistral kabellər eyni MDF-də və ya ayrıca magistral əsas paylayıcı çərçivədə (TMDF) dayana bilər. Digər paylama çərçivələri kimi, MDF də yamaq panelindən (ing. patch panel) daha ucuza və daha yüksək tutumla obyektlərin təyin edilməsində çeviklik təmin edir. Ən geniş yayılmış MDF növü hər iki tərəfdən əlçatan olan uzun polad rəfdir. Bir tərəfdən dayandırma blokları rəflərin ön hissəsində üfüqi şəkildə yerləşdirilir.
Böyük Ferma Teoremi
Bu teoremi Diofantın "Hesab" kitabının ikinci hissəsində, 8-ci məsələnin qarşısında yazmışdı: "Verilən kvadartı iki kvadrata ayırın". Başqa sözlə desək, verilmiş a ədədi üçün x2 + y2 = a2 tənliyini rasional həllərini tapmaq tələb olunur. Bu da ki bizlərə çox yaxşı tanış olan Pifaqor teoremidir və onun sonsuz sayda həlli var. Ferma qeyd etmişdir: "Kubu iki kuba, kvadratın kvadratını iki kvadratın kvadratına, ümumiyyətlə dərəcəsi ikidən böyük sonsuzluğa qədər heç bir qüvvəti bütün həmin dərəcəli iki qüvvətə ayırmaq olmaz. Mən bunun həqiqətən çox gözəl isbatını tapmışam, ama onun üçün yer olduqca azdır". Tutaq ki, bizə belə bir məsələ verilib: Verilmiş tam müsbət n üçün a n + b n = c n {\displaystyle a^{n}+b^{n}=c^{n}\,\!} düsturunu ödəyən a, b və c tam ədədlərini tapın(a, b, c>0). Başqa sözlə xn + yn = zn qeyri-müəyyən tənliyinin n≥3 olduqda, heç bir rasiolnal həlli yoxdur. Bu təklif Fermanın böyük və ya sonuncu teoremi adlanır. İlk baxışdan asan və ya adi görünən bu məsələ təxminən üç əsr yarım dünyanın böyük riyaziyyatçılarına meydan oxumuşdur, onun isbatını riyaziyyatçılar 350 ildən çox axtarmalı olmuşlar. Bu məsələnin həlli Ferma Teoremi (və ya Böyük Ferma Teoremi və ya Son Ferma Teoremi) ilə bağlıdır.
Dahi Ferma Teoremi

Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention for the Protection of National Minorities) — 1 fevral 1995-ci ildə imzalanan Avropa Şurası konvensiyası. Fransa, Monako, Andorra və Türkiyə tərəfindən imzalanmamış Avropa Şurasına üzv dövlətlərdən; imzalanmış, lakin Belçika, Yunanıstan, İslandiya və Lüksemburq tərəfindən təsdiqlənməmişdir. Konvensiyanın həyata keçirilməsinə iştirakçı ölkələrin hesabatlarını qiymətləndirən Məşvərət Komitəsi və CC-nin fikirlərinə əsasən tövsiyələr verən Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Fərdi şikayət mexanizmi yoxdur və konvensiya zəif bir mexanizm kimi qəbul edilir. Preambula və I hissə (maddə 1-3) - konvensiyanın məqsədləri, prinsipləri və orada təsbit edilmiş hüquqlardan istifadə hüququ. II hissə (maddə 4-19) - konvensiya tərəflərinin öhdəliklər kataloqu: Maddə 4. Ayrı-seçkiliyin qadağan edilməsi. Maddə 5. Asimilyasiya siyasətinin qadağan edilməsi.
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention on Climate Change, UN FCCC) — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb. Katibliyi öncə Cenevrədə olsa da, 1996-cı ildə Bonna köçüb. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir. “UN FCCC” həm də Almaniyanın Bonn şəhərindəki BMT Kampusunda ofisləri olan, konvensiyanın fəaliyyətinə dəstək verməklə məsul Katibliyin adıdır. Çərçivə Konvensiyasının son məqsədi onun 2-ci maddəsində:"atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen [yəni insan səbəbli] müdaxiləsinin qarşısını alacaq səviyyədə sabitləşdirilməlidir" şəklində göstərilib. Müqavilə, ekosistemlərin iqlim dəyişikliyinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan verən davamlı elmi araşdırmalara və müntəzəm görüşlərə, danışıqlara və gələcək siyasət sazişlərinə çağırırdı. 1997-ci ildə imzalanmış və 2005-2020-ci illəri əhatə edən Kioto protokolu UNFCCC çərçivəsində tədbirlərin ilk icrası olmuşdur. Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olundu.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası