Ferma
Ferma — insanların bitki və heyvanları yetişdirib, yararlandıqları müəssisə.
Günümüzdə bir çox növ ferma var; balıq, inək, qoyun, donuz, göbələk, toyuq, arı və dəvəquşu fermaları kimi.
== Adı ==
Azərbaycan dilində işlənilər ferma XX-ci əsrdə rusca ферма sözündən keçib, rusca isə fransızca ferme sözündən, sözün kökü latınca firmus ("bərk, dözümlü"). Lakin, XX-ci əsrdə Azərbaycanda sovet hökuməti olduğuna görə Azərbaycanda fermalar əvəzinə kolxoz (колхоз — коллективное хозяйство), yəni, kollektiv təsərrüfatı işlənirdi, ferma isə kapitalist ölkələrdə işlənilən təsərrüfat sayılırdı. XX-ci əsrə kimi Azərbaycan dilində ciftlik/çiftlik (farsca cüft/çift — "cüt, qoşa, ikili" və "lik" şəkilçisi, Osmanlı dilindən gəlməsi ehtimal olunur) və məzrə/məzrəə (ərəb. مزرعة) sözlərinə rast gəlmək olardı.