FEYZULLA

Ərəbcə “Allahdan gələn fayda” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

FEYK
FEYZYAB OLMAQ
OBASTAN VİKİ
Feyzulla (Baymak)
Feyzulla (başq. Фәйзулла, rus. Файзуллино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 14 km, kənd sovetliyindən (Tatlıbay): 24 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 17 km.
Feyzulla Qasımzadə
Feyzulla Səməd oğlu Qasımzadə (22 fevral 1898, Mərdəkan, Bakı qəzası – 29 mart 1976, Bakı) — ədəbiyyatşünas, pedaqoq, Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru (1955), professor (1957), Azərbaycanın Əməkdar elm xadimi (1958) və Əməkdar müəllimi (1943). == Həyatı == Feyzulla Səməd oğlu Qasımzadə 22 fevral 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Ali təhsilini əvvəlcə 1923-1925-ci illərdə Azərbaycan Pedaqoji Unistitutunda, daha sonra 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. 1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur. == Əmək fəaliyyəti == Feyzulla Qasımzadə əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamışdır. O, 1928-1929-cu illərdə Bakı Pedaqoji Texnikumunda 1929-1931-ci illərdə APİ-də müəllim kimi fəaliyyət göstərmişdir. 1931-1938-ci illərdə Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışmışdır. Feyzulla Qasımzadə SSRİ EA Azər­bay­can Filialı­nın Dil və Ədə­biy­yat İns­titutunda baş elmi işçi, Azərbaycan Pe­daqoji İnstitu­tunda do­sent, kafedra müdiri, Bakı Dövlət Universitetində kafedra mü­di­ri, 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitu­tun­da Ədəbiyyat ka­fed­ra­­sının müdiri kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışdır. Feyzulla Qasımzadə ədə­biy­­yat tarixçisi kimi tanı­nan ilk alim­lə­rdən biri olmuşdur.
Feyzulla Quliyev
Feyzulla Ağasəfər oğlu Quliyev (2 fevral 1940, Arbatan (Salyan), Salyan rayonu – 7 avqust 2023) — Azərbaycan Respublikasının əməkdar memarı.[mənbə göstərin] == Həyatı == Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuşdur. Çingiz İldırım adına Azərbaycan Politexnik İnsitutunun memarlıq fakultəsini bitirmişdir. Beş ilə yaxın Kazaxıstanda memar kimi fəaliyyət göstərmişdir. Bu müddət ətzində Qaraqanda vilayətində Abay, Şaxtnski və Saran şəhərlərinin master planlarını hazırlamış, Qaraqanqa şəhərinin bir sıra yaşayış rayonlarının müfəssəl planlarının, o cümlədən bağlı buz örtüklü idman qurğusunun, pioner və məktəblilər sarayı kimi layihələrin müəllifi olmuşdur. Uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərmişdir. SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il 2485 №-li sərəncamı ilə ona Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilmişdir. Hazırda Dünya Bankının dəstəyi ilə həyata keçirilən Böyük Bakının regional inkişaf planının hazırlanmasında şəhərsalma üzrə məsləhətçidir. Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. == Ailəsi == Ailəlidir.
Feyzulla Əliquluzadə
[mənbə göstərin] Feyzulla Əliquluzadə — Azərbaycan şairi, "Azərbaycan" qəzetinin ilk naşiri və redaktoru. == Həyatı == 1891-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Daha sonra Şuşa Real məktəbi bitirib. Bir müddət müəllimliklə məşğul olub. Rusiya İmperiyası dağıldıqdan sonra, ilk "Azərbaycan" adlı qəzetin naşiri və redaktoru olmuşdur.
Feyzulla Mirzə Qacar
Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872, Şuşa – 1920, Bakı) — Qacar şahzadəsi, çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi. == Həyatı == Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İranda taxt-tac sahibi olan Qacarlar soyundan olan Şəfi xan Qacarın (1853–1909) tək oğlu idi. Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilir. == Hərbi karyerasının başlanğıcı == 1899-cu ilin martın 15-i leytenant rütbəsi alır. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunur. 1903-cü ilin martın 15-də qərargah rotmistri rütbəsini alır.
Feyzulla mirzə Qovanlı-Qacar
Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872, Şuşa – 1920, Bakı) — Qacar şahzadəsi, çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi. == Həyatı == Şahzadə Mirzə Feyzulla Qacar 1872-ci ilin dekabrın 15-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İranda taxt-tac sahibi olan Qacarlar soyundan olan Şəfi xan Qacarın (1853–1909) tək oğlu idi. Ümumi təhsilini Tiflis müdavim korpusunda alıb. Hərbi xidmətə 1891-ci ilin avqustun 30 Nikolayevsk süvari peşə məktəbinə təhkim olaraq başlayıb. Peşə məktəbini bitirdikdən sonra 1893-cü ilin avqusutun 7-i kornet rütbəsində 43-cü Tver draqun alayına göndərilir. == Hərbi karyerasının başlanğıcı == 1899-cu ilin martın 15-i leytenant rütbəsi alır. 1901-ci ilin 20 noyabrında alayın silahdar və sıraxarici komanda rəisi vəzifəsinə təyin olunur. 1903-cü ilin martın 15-də qərargah rotmistri rütbəsini alır.
Aydın Feyzullayev
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Bezhan Feyzullayev
Feyzullahzadə Mustafa Əfəndi
Feyzullahzadə Mustafa Əfəndi (1679, Konstantinopol – 4 mart 1745, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Seyid Feyzullah Əfəndi II Süleyman və II Mustafa səltənətlərində, qardaşı Seyid Murtuz Əfəndi isə Sultan Mahmud və Sultan Osman səltənətlərində şeyxülislam olmuşdur. == Həyatı == 1679-cu ildə İstanbulda dünyaya gəldi. Atası II Süleyman və II Mustafa səltənətlərində şeyxülislam olan Seyid Feyzullah Əfəndi, anası isə yenə II Mustafanın müəllimlərindən Vani Mehmed Əfəndinin qızı idi. Atasından və onun mühitindəki bir çox mühüm alimlərdən dərslər aldı. Atasının nüfuzundan istifadə edərək qısa müddətdə yüksəldi və bu vəziyyət müxtəlif söz-söhbətlərə və tənqidə yol açdı. Hələ 23 yaşında ikən yüksək dərəcəli bir rütbə olan Məkkə qazılığına gətirildi (1701). Vəzifə müddətini tamamlayıb geri dönərkən yol boyunca onu qarşılayan üləma zümrəsinə mənsub şəxslərin ona hədiyyələr təqdim etməsi barədə dövrün tarixçilərindən Raşidi geniş şəkildə danışır. Döndükdən dərhal sonra 1703-cü ilin aprelində birbaşa Anadolu qazəsgəri təyin edilməsi, illərdir bu vəzifəni gözləyənlərin narazılığına səbəb oldu. Buna baxmayaraq həmin ilin iyununda Rumeli qazəsgərliyi payəsi də məhz Mustafa Əfəndiyə verildi.
Kürəkənzadə Feyzullah Əfəndi
Kürəkənzadə Feyzullah Əfəndi (1700, Bursa – 27 dekabr 1761, Bəyoğlu, İstanbul ili) — Osmanlı alimi, bəstəkarı və şeyxülislamı. Atası Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. == Həyatı == 1700-cü ildə Bursada dünyaya gəldi. Atası o əsnada Bursa qazısı olan, Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. Təhsilini tamamlayıb müdərris lik dərəcəsi ladı və müxtəlif mədrəsələrdə xidmət etdi. Ailəsinin nüfuzundan istifadə edərək sürətlə dərəcələri artdı və 1730-cu ildə öncə Qalata, ardından həmin il Bursa qazısı oldu. İstanbul qazılığına təyinatından bir neçə ay sonra 1739-cu ildə Anadolu qazəsgərliyinə gətirildi. Ancaq bu vəzifədə 9 ay qala bildi və azad edildikdən sonra 10 il boyunca dövlət vəzifələrindən uzaq qaldı. Bunda atasının vəfatı ilə nüfuzunun azalmasının rolu mühümdür. 1750-ci ildə və 1754-cü ildə 2 dəfə Rumeli qazəsgəri oldu.
Lətif Feyzullayev
Lətif Mirəbdülbaqi oğlu Feyzullayev (13 oktyabr 1918, Bakı – 25 mart 1987, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977). == Yaradıcılığı == 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Lətif Feyzullayev buranı bitirdikdən sonra təhsilini Moskvada – V. İ. Surikov adına Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində davam etdirmişdir. Bu illərdə o, müəllimləri Moçalski, Pokarjevski və Qrabardan təsviri sənətin incəliklərini böyük həvəslə öyrənir. Hələ tələbə ikən gələcək rəssam "Qaçaq Nəbi" və "Qatır Məmməd" kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edir. Rəssam Böyük Vətən Müharibəsi illərində hərbi vətənpərvərlik ruhunda bir sıra əsərlər yaradır, hərbi hissələrdə təbliğat-təşviqat xarakterli plakatların müəllifi kimi tanınır. O, eyni zamanda Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda da dərs deyir. 1944-cü ildə Lətif Feyzullayev yarımçıq qalmış təhsilini davam etdirmək məqsədi ilə Moskvaya qayıdır. Elə həmin il Moskvada təhsil alan Vəcihə Səmədova ilə ailə qurur. 1949-cu ildə institutu uğurla bitirən gənc rəssam Lətif Feyzullayev Bakıya qayıdır. Müharibədən sonrakı illərdə qurub-yaradan insanların – müharibə qəhrəmanlarının, kənd zəhmətkeşlərinin, fəhlələrin əməyi rəssamın əsərlərinin əsas mövzusunu təşkil edir.
Mərdan Feyzullayev
Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi. Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib. 1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Elçinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.
Nicat Feyzullayev
Nicat Lətif oğlu Feyzullayev — Azərbaycan kinorejissoru və ssenari müəllifi. Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alır. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifidir. 4 may 2015-ci ildə vəfat etmişdir.
Qaraca-i Feyzullah (Mərənd)
Qaraca-i Feyzullah (fars. قراجه فيض اله‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,851 nəfər yaşayır (449 ailə).
Rafiq Feyzullayev
Rafiq Babaş oğlu Feyzullayev (10 sentyabr 1943, Bakı – 17 iyun 2001, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın xalq təhsili naziri (1989–1992), Azərbaycan Respublikası müdafiə nazirinin müavini (1992-ci ildən). Feyzullayev Rafiq Babaş oğlu 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir (1965). 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967–1970). 1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib. Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib.
Seyid Feyzullah Əfəndi
Seyid Feyzullah Əfəndi (1639, Ərzurum – 3 sentyabr 1703, Ədirnə) — Osmanlı alimi, şair və şeyxülislamı. 1639-cu ildə Ərzurumda dünyaya gəlmiş, əsl adı Mehmeddir. Atası Ərzurum müftüsü Seyid Mehmed Əfəndi, anası isə Şərifə Xatundur. İlk təhsilini atasından almışdır. Ərzurumda ikən ərəbcə, farsca və din təlimi dərslərini almışdır. Müəllimi Mehmed Vani Əfəndinin təkidiylə 1664-cü ildə İstanbula, daha sonra Ədirnəyə gələn Feyzullah Əfəndi ardından müəlliminin kürəkəni oldu. Şeyxülislam Minkarizadə Yəhya Əfəndinin müdərrislik təklifini müəllimi və qaynatası olan Mehmed Əfəndinin rəyi ilə qəbul etməyərək həccə getdi. (1687–1688) Döndükdən bir müddət sonra Mehmed Əfəndinin vasitəsiylə IV Mehmedin oğlu Şahzadə Mustafaya lələ təyin olundu. (1669) Bundan sonra Feyzullah Əfəndi üləma zümrəsində sürətli bir şəkildə irəliləməyə başladı. Üsküdar Mihrimah Sultan, Sahn-ı Səman və Aya Sofiya mədrəsələrində müdərrislik etdi.
Zahir Feyzullayev
İsmayıl Feyzullabəyli
Feyzullabəyli İsmayıl Əli oğlu (24 may 1925, İrəvan – 2008, Bakı, Azərbaycan) — nasir, publisist; iqtisad elmləri doktoru, professor. Feyzullabəyli Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında li və Orta İxtisas Təhsili Nazirliyinin Elmi-metodik şurasının (konkret iqtisad elmləri bölməsi) sədr müavini kimi fəaliyyət göstərmişdir. 24 may 1925-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İsmayıl İrəvan azərbaycanlılarınnı məşhur bəy ailəsi olan Feyzullabəylilər nəslinin mənsubu idi. 1926-cı ildə ailəsi İrəvanı tərk etməyə məcbur olmuş və Gəncəyə köçmüşdür. Orta təhsilini Gəncədə almış, daha sonra Sovet Ordusunda xidmətə çağırılmışdır. 1943-cü ildə Moskva Piyada Məktəbini bitirdikdən sonra cəbhəyə göndərilmiş və 1945-ci ildə müharibənin bitməsinə qədər cəbhədə xidmət etmişdir. Müharibədən geri qayıtdıqdan sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunda təhsil almış, universiteti bitirdikdən sonra AMEA-da çalışmağa başlamışdır. Lakin Stalin repressiyaları zamanı millətçilikdə ittiham edilərək öldürülən qardaşı Xəlil Feyzullabəyliyə görə bu işindən qovulmuşdur. Stalinin ölümündən sonra mülayimləşən siyasi vəziyyətdə yenidən akademik mühitlərdə işləməyə başlamışdır.
Əbusəidzadə Feyzullah Əfəndi
Əbusəidzadə Feyzullah Əfəndi (16 yanvar 1631, Konstantinopol – 21 oktyabr 1698, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. 16 yanvar 1631-ci ildə İstanbulda dünyaya gəlmişdir. Məşhur Osmanlı üləma ailəsinə mənsubdur. Xoca Sadəttin Əfəndinin oğlu Əsad Əfəndinin şəcərəsindən olub, şeyxülislam Əbu Səid Mehmed Əfəndinin oğludur. Anası isə yenə bu ailə mənsub olub, Xocazadə Əbdüləziz Əfəndinin qızıdır. Ailə ənənəsinə uyğun olaraq ilk təhsilini atasından aldı. Atasının şeyxülislamlığından istifadə edərək uşaq yaşlarından müxtəlif mədrəsələrə müdərris təyin edildi. İlk müdərrisliyi isə hələ 15 yaşında ikən Üsküdar Mihrimah Sultan mədrəsəsi oldu. Ardından 1650-ci ilədək müxtəlif mədrəsələrdə xidmət etdi. Beləliklə, 20 yaşına çatanda artıq mədrəsə həyatında ən yüksək pilləyə çatmışdı.
Əkpər Feyzullayev
Əkpər Feyzullayev (Feyzullayev Əkpər Əkbər oğlu; d. 02.11.1945, Bakı şəhəri) — Geologiya-mineralogiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017) Əkpər Feyzullayev 2 noyabr 1945-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın Dövlət Mükafatı laureatı "Tərəqqi" medalı AR Prezidentinin fəxri diplomu AMEA-nın Prezidiumunun və Yer Elmləri bölməsinin fəxri fərmanları 1. Carbon Isotopic Composition of the Hydrocarbon Fluids of the South Caspian Megadepression. Geochemistry International, 39(3), 2001, 237–243. (Həmmüəlliflər: Guliev I.S., D.A. Husseynov). 2. Isotope geochemistry of oils from fields and mud volcanoes in the South Caspian Basin, Azerbaijan. Petroleum Geoscience. 2001, 7(2), 201-209 (Həmmüəlliflər: Guliyev I., Husseynov D.).
Nicat Feyzullayev (professor)
Nicat Feyzullayev (22 yanvar 1932, Bakı ― 20 iyul 2001) ― AMEA-nın müxbir üzvü (2001). Nicat Feyzullayev 22 yanvar 1932-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 1950-1955-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində alıb. Nicat Feyzullayev əmək fəaliyyətinə 1956-cı ildə AMEA-nın Zoologiya İnstitutunda başlayıb. O, 1956-1964-cü illərdə baş laborant, 1964-1974-cü ildə illərdə isə baş elmi işçi kimi çalışıb. 1974-2001-ci illərdə Helmintlərin sistematikası və bio­logiyası laboratoriyasının müdiri vəzifəsini icra edib. Nicat Feyzullayev Azərbaycanda quşların, balıq və molyuskaların parazitlərinin tədqiqçılarından biri olmuşdur. Alimin işlə­rinə ABŞ, Braziliya, Kanada, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Brita­niya, Polşa, Bolqariya, Çexiya, Maca­rıstan, Avstraliya, İsrail, Nigeriya kimi ölkə­lərdən göndərişlər gəlmiş, yaxın və uzaq xarici ölkələrin biologiya fakül­tələ­rinin və tibb universitetlərinin mühazirələrində onun tərəfindən nəzəri cəhətdən işlənib hazırlanmış əsərlər istifadə olunmuşdur. Nicat Feyzullayev 1962-ci ildə fəlsəfə, 1983-cü ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib. O, 1996-cı ildə professor elmi adına layiq görülüb.
Mirəbdülxalıq Ağa Feyzullayev
Aytac Feyzullayeva
Aytac Feyzullayeva - (16 iyun 2004, Oğuz, Azərbaycan) - Azərbaycanlı peşəkar qadın futbolçu. Qazaxıstanın "Okjetpes" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 millisinin qapıçısı == Həyatı və Karyerası == 2018-ci ildə Şəkinin "Gənclik" klubunda çıxış edib. 2- il sonra yəni 2020-ci ildə Şəkinin "Marxal" klubunda çıxış edib. Şəkidə karyerasına davam edən Aytac Feyzullayeva 2022-ci ilin əvvəllərində Şəkinin "Nuxa" klubunda forma geyinirdi. 2022-ci ildə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Xırdalan Siti" komadnasının əsas qapıçısı idi. 2023-cü ildə "Xırdalan Siti" komandasından Türkiyənin "Şırnak Belediye Spor 72" klubuna transfer oldu. 2023/2024 futbol mövsümünün ilk yarısını "Sumqayıt" klubunda keçirən Aytac Feyzullayeva, mövsümün ikinci yarısını isə "Okjetpes" klubuna keçirməyə başladı. Belə ki, Qazaxıstan klubu ilə müqavilə bağladı. == Milli Karyerası == A Milli yığmaya əvvəllər dəvət alıb.
Vaqif Feyzullayev
Vaqif Səxavət oğlu Feyzullayev — azərbaycanlı güləş məşqçisi. == Fəaliyyəti == Vaqif Feyzullayev uzun illərdir Respublika Olimpiya İdman Liseyində (ROİL) güləş məşqçisi olaraq çalışır. 2008-ci ildə "Tərəqqi" medalı, 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu, 2016-cı ildə isə "əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edilib. == Yetirmələri == Vitali Rəhimov — Avropa çempionu. Həsən Əliyev — Dünya və Avropa çempionu. Eldəniz Əzizli — 3 qat Dünya və 2 qat Avropa çempionu. Taleh Məmmədov — Dünya Çempionatının bürünc, Avropa Çempionatının 3 qat gümüş medalçısı. Murad Bazarov — Avropa Çempionatının bürünc medalçısı. Həsrət Cəfərov — Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat Avropa çempionu. Nihat Məmmədli — Avropa çempionu.

Digər lüğətlərdə