Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şamo (roman)
"Şamo" — xalq yazıçı Süleyman Rəhimovun romanı. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. O "Şamo" ki, bütün ömrü boyu onun üzərində işləyib. Doğrudur, arada yeni əsərlər də yazıb: "Aynalı", "Qardaş qəbri", "Su pərisi", "Uğundu" və sairə. Lakin ədibin özü üçün də ən əziz əsər "Şamo" olub. Düz əlli ilə yaxın onun üzərində işləməkdən doymayıb. Maraqlıdır ki, elə ilk çap əsəri də "Şamo"dur. Böyük ədib tənqidi məqalələrinin birində yazırdı: "Yazıçılıq - istedad, zəhmət, bir də cəsarətdir. Bu cür olmasa, yazıçı olmaz. Yazıçılıq əsl qəhrəmanlıqdır.
Şamo Abbasov
Şamo Abbasov (1 avqust 1955, Bakı – 7 may 2014) — Azərbaycan rəssamı. == Həyatı == Şamo Abbasov 1955-ci ildə Bakı şəhərində anadan olub. 1970-1974-cü illərdə Ə.Əzimzadə adına dövlət incəsənət məktəbində, 1978-1984- cü illərdə Leninqradda Vera Muxina adına incəsənət məktəbində təhsil alıb. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildə Azərbaycan Rəssamlar İttifaqının 1-ci dərəcəli diplomu, 1996-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyinin ikinci hədiyyəsi ilə təltif olunub. Şamo Abbasovun işləri Azərbaycan, Bakı Milli İncəsənət Muzeyində saxlanılır; Azərbaycan Milli Rəsm Qalereyasında (Bakı); RF Mədəniyyət Nazirliyində; Beynəlxalq rəssamlar konfederasiyası (Moskva, Rusiya); Ştiqlis adına tətbiqi incəsənət muzeyində (Sankt-Peterburq, Rusiya); Beynəlxalq keramika muzeyində (Bexin, Çexiya); Azərbaycanın ABŞ-dakı səfirliyində və xarici şəxsi kolleksiyalardadır. Şamo Abbasov 7 may 2014-cü ildə Bakıda vəfat etmişdir. == Sərgiləri == 2014-cü il, martın 4-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış rəssamı Şamo Abbasovun əsərlərinin sərgisi açılmışdır. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı incəsənət həvəskarları və soydaşlarımız iştirak etmişlər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Şamo Abbasovun yaradıcılığı haqqında məlumat vermişdir.
Şamo Arif
Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu. == Həyatı == Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub. == Elmi fəaliyyəti == O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün qədər öz aktuallığını saxlayır. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb.
Şamo Eyvazov
Şamo Kərimov
Şamo Məhərrəmov
Şamo Rəhimov
Şamo Rəhimov (tam adı: Şamo Süleyman oğlu Rəhimov; d. 2 aprel 1931, Bakı, Azərbaycan SSR, SSRİ – ö. iyul 1965, Azərbaycan SSR, SSRİ) — dünya şöhrətli azərbaycanlı seysmoloq; xalq yazıçısı Süleyman Rəhimovun oğlu. == Bioqrafiya == Şamo Rəhimov 2 aprel 1931-ci ildə Bakıda anadan olub. Mənşəcə kürddür. Həmin vaxt atasının "Şamo" romanının ilk variantı dərc olunmuşdur. Elə ona görə də atası Süleyman Rəhimov dünyaya gələn oğluna Şamo adını verir. Ailədə altı uşaq olublar: dörd qardaş - Oqtay, Şamo, Arif, Aqil və iki bacı - Şəfiqə, Rəfiqə. 1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
Ərəbe Şamo
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897[…], Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978[…], İrəvan) — kürd əsilli SSRİ yazıçısı. == Həyatı == Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Şamo Rəhimov (kiçik çavuş)
Firudin Şamoyev
Firuddin Şamoyev (7 fevral 1962, Qazax – 13 aprel 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində, kürd mənşəli ailədə anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. == Döyüşlərdə iştirakı == "N" saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Qoşunəli Şamoyev
Qoşunəli Şamoyev (15 mart 1928, Daşkənd, Yeni Bəyazid qəzası – 2016, Gəncə) — Ermənistan SSR Əməkdar müəllimi (1968). == Həyatı == Şamoyev Qoşunəli Novruz oğlu 15 mart 1928-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1943-cü ildə Daşkənd kənd orta məktəbini bitirib. 1944–1946-cı illərdə Yuxarı Şorca kənd yeddi illik məktəbində, 1947–1950-ci illərdə isə Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1949-cu ildə İrəvan Pedaqoji Institutunun "Azərbaycan dili və ədəbiyyatı" fakültəsinə daxil olub və 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Ins-titutunun qiyabi şöbəsini bitirmişdir. 1950–1953-cü illərdə sovet ordusunda hərbi xidmətdə olmuş və 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1953–1956-cı illərdə yenidən Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1956-cı ildən 1959-cu ilə qədər Basarkeçər rayon Partiya Komitəsində təlimatçı və şöbə müdiri vəzifələrində işləyib. 1968-ci ildə maarif sahəsindəki xidmətlərinə görə "Əməkdar müəllim" adına, 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" medalına, 1983-cü ildə "Xalq maarifçisi" medalına və 1986-cı ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1959-cu ildən 1988-ci ilin dekabrına qədər Daşkənd kənd orta məktəbinin direktoru olmuşdur.
Şamoci
Şamoci (yap. 杓文字, しゃもじ) Yaponiya mətbəxində istifadə olunan düz düyü kəfgiri. Düyünü qarışdırmaq və servis etmək üçün və suşidə sirkəni düyünün içinə qatmaq üçün istifadə olunur. Şamoci ənənəvi olaraq bambuq, ağac, və ya lakdan və hazırda çox vaxt plastikdən hazırlanır. Şamoci həm də yapon cəmiyyətində ana və həyat yoldaşları arasında birliyin simvolu olmuşdur.
Şamoli Ray
Şamoli Ray (5 aprel 1994) — Banqladeşli oxatan. Şamoli Ray Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Şamoli Ray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Meksikanın nümayəndəsi Qabriela Bayardo ilə üz-üzə gəldi. Həmin görüşdə Şamoli Ray rəqibinə 0:6 hesabı ilə uduzdu.
Şamoni
Şamoni — Fransa şəhəri.
Şamorin
Şamorin (slovak. Šamorín, alm. Sommerein‎, mac. Somorja) — Jitnı adasının ərazisində, Slovakiyanın cənub-qərbində şəhər. Şamorin Dunay çayının sahilində yerləşir. Əhalisi 12 min nəfərə yaxındır (2004-cü il), əhalinin əsasını macarlar təşkil edir. Şəhər ilk dəfə 1238-ci ildə, Müq. Mariya adı ilə qeyd edilib. XIV əsrin sonunda Şamorin Jitnı adasının mərkəzi idi, 1405-ci ildən isə — azad şəhər hüququ qazanır. 1555-ci ildə ilk Şamorində ilk sənətkarlıq sexi yaranır.
Şamoy Çobanov
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamoy Məhyəddin oğlu Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş. Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş. Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir.
Şamozit
Şamozit (Fe2+, Mg, Fe3+)5 Al (Si3 Al) O10 (OH,O)8 — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Bavalit (dafnit) – mineralın maqnezial növ müxtəlifliyi. == Xassələri == Rəng – yaşılımtıl - tünd-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – yaşılımtıl-boz; Parıltı – tutqun, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,0-3,4; Sərtlik – 2-3; Kövrəkdir; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar, tikanlı; Morfologiya – mineral aqreqatları: konsentrik-zonal quruluşlu oolitlər, radial-vərəqli, bütöv sıx, bəzən torpaqvari kütlələr. == Mənşəyi və yayılması == Çökmə mənşəli süxurların tipik mineralı olaraq, gilli laterit çöküntülərində və çökmə dəmir filizi yataqlarında, habelə qumdaşlarında sement şəklində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: dəmir sulfidləri, siderit, tyüringit, kaolinit. Mineralın tapıldığı yerlər: Lotaringiya (Fransa); Şamozon (İsveçrə); Tyüringiya (Almaniya); Uralda Xəlilov yatağı, Serov, Alapayev, Ayat rayonları (Rusiya) və b. Azərbaycanda bir sıra çökmə mənşəli dəmir filizi obyektlərinin yerləşdiyi Daşkəsən və Şəmkir rayonlarının titanlı-maqnetitli qumdaşlarında və Naxçıvan MR-nın boksitlərində qeyd edilir. == Tətbiqi == Kütləvi yığınları dəmir almaq üçün xammal kimi istifadə edilir. == İstinadlar == == Xarici keçidlər == The Mineral Chamosite == Mənbə == Azərbaycan mineralları.
Roksburq şamı (Uzunyarpaqlı şam)
Kamo
Kamo — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Yeni Zod kənd inzibati ərazi–vahidi tərkibindəki Kamo kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Mamo
"Mamo", (Ukrayna dili ndə: Мамо, Rus dili ndə: Мама, Azərbaycan dili ndə: Ana) 2009 Avroviziya Mahnı Müsabiqəsi ndə Rusiya nı təmsil edən Anastasiya Prixodko nun ifa etdiyi mahnı. Mahnı Ukrayna və rus dilindədir.Sözləri və musiqisi Konstantin Meladze və Diana Goldenindir. 16 may 2009-cu ildə keçirilmiş finalda Anastasiya Prixodko 10-cu nömrə altında çıxış etdi və 91 xalla 11-ci yeri tutdu.
Şamb
Şamb, Şamkəndi, Şamkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir. Toponimin ilkin forması "Şam"dır. Toponimin sonundakı "b" samiti sonradan artırılaraq erməni dilində "qarğı, qamış" mənasını verən şamb formasına uyğunlaşdırılmışdır. Toponim "ağac" mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca sadə toponimdir.
Şami
Şami — Lənkəran, Benqaliya, Dəkkən yaylası, Pəncab, Kəşmir, Uttar-Pradeş və Sind bölgələrin mətbəxinə aid yemək. Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var).
Şapo
Şapo (fr. Chapeau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03054. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 124 yaşda (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 56.1%). Fəal olan 97 nəfərdən 92 nəfər (52 kişi və 40 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi. Aktiv olmayan 3 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şato
Şato (fr. château) — Fransada, daha çox park və şərabçılıq təsərrüfatı ilə məşğul olan daha yüksək aristokratiya və ümumilikdə zadəganların ev sahibliyi üçün qəbul edilən ad. Orta əsr zadəganlığının möhkəmləndirilmiş iqamətgahlarına fransız dilində château fort termini deyilir və əksər şateauxlar üçün tərcümənin daha uyğun bir variantı "saray", "əmlak" və ya "əmlak" dır. Məsələn, «Şato Versal» (Château de Versailles) — XVII—XVIII-ci əsrlərə aid bir saray və park ansamblının klassik bir nümunəsidir. 300-dən çox şato Luar vadisində cəmləşmişdir. Onların bir çoxu YUNESKO tərəfindən Dünya İrsi siyahısına kimi təsnif edilir və mərhum Qotik Milli İrsinin İntibah İtaliyasından götürülmüş elementlərlə xarakterik qəribə birləşməsi ilə I Fransis dövrünün erkən intibah memarlığının şah əsərlərinə aiddir. Belə bir binanın klassik nümunəsi Şambord qala sarayıdır. XIX əsrin sonlarında Şərqi Avropa və Amerikada, o cümlədən Kanadada yayılan eklektizm və tarixçiliyə olan həvəsdən sonra "şate stili"ni təqlid edən asimmetrik binalar yaradılmışdır. fr. A la la chateau üslubuna nümunələr arasında Massandrov sarayı, Yevksinoqrad, Barvixedə yaşayış yerləri mövcuddur.
Şayo
Şayo (fr. Chaillot Fransızca tələffüz: [ʃajo]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Marsel Prust Şayoda dünyasını dəyişib. Zəfər tağı Şayoda yerləşir. Yena prospekti №6 ünvanında sənayeçi Emil Qimenin yaratmış olduğu Şərq mədəniyyətini sərgiləyən Qime muzeyi yerləşir. Yena prospekti №78 ünvanında Azərbaycanın Fransa səfirliyi yerləşir.
Ramo
Ramo - İlk bölümü 14 yanvar 2020-ci ildə yayımlanan, rejissoru Çağatay Tosun, ssenari müəllifi Toprak Karaoğlu, Seda Karaoğlu və Birol Tezcan üçlüyü olan türk aksiyon və dram televiziya serialıdır. Serialın baş rol aktyoru Murat Yıldırımın canlandırdığı Ramo realda olan bir insandan təsvir olunmuşdur. 2 sezondan ibarət olan serial 16 aprel 2021-ci ildə yayımlanan 40-cı bölümü ilə sona çatdı. == Mövzu == Seriala adını verən Ramo (Murat Yıldırım) cəsur, ağıllı və haqsızlığa dözməyən quruluşa malikdir. O, ailəsi ilə birlikdə Adanada, Çukurovada illərlə fəhlə işləsə də, bu gün nüfuzlu bir ailənin qeyri-qanuni biznesi ilə məşğuldur. Ailəsinin etirazına baxmayaraq, Ramo üsyan etmək qərarına gəlir. Bununla belə, onunla müdirin qızı Sibel (Esra Bilgiç) arasında cazibə artır. Onun əsas məqsədi atasının ölümünü əmr edən Cihangir (Olgün Şimşek) adlı şəxsə çatmaqdır. Bunun üçün ilk növbədə özünü Adanada sübut etməsi və Cihangirin köməkçisi Yavuzu (Yiğit Özşener) arxasına alması şərtdir. Ailəsi və dostları ilə Adana ilə İstanbul arasında üsyan hekayəsi başlayacaq.
Amo
Amo — Böyük Britaniya rok qrupu Bring Me the Horizon-un altıncı studiya albomu. 25 yanvar 2019-cu ildə buraxılıb.
Şam
Şam — işıqlandırma vasitəsi. Adətən yanan bərk maddədən silindr şəklində hazırlayırlar. Onu yandırmaq üçün fitil adlanan hissəni alova tuturlar. Yanan bərk maddə kimi əsasən parafindən istifadə olunur. Bundan başqa piy, mum, spermaset (kaşalotun kəllə sümüyündən çıxardılan, ətriyyat istehsalında və sənayedə işlədilən maddə) və s.-dən istifadə olunur. Fitilə şora, ammonium-xlor, bor turşusu məhlulu hopdurulur.
Heldreyx şamı
Pinus heldreichii (lat. Pinus heldreichii) — Balkan yarımadası nın qərb hissəsində-dağlarda və Cənubi İtaliya da bitir. Hündürlüyü 20 m olan ağacdır. Bitmə şəraitindən asılı olaraq çətiri ensiz-konusvari formadan enli-şaxələnmiş və aşağı sallanmış formaya qədər dəyişilir. Gövdəsinin qabığı boz rəngdədir. Cavan budaqlarında iynəyarpaqları töküldükdən sonra üzərində rombvari yarpaq ayalarının izləri qalır. İynəyarpaqları tünd-yaşıl, sıx, cüt, cod, ucu bizdir,dəstədə 2 ədəd olmaqla zoğların uclarında yığılmışıdr. Zoğları qısa, möhkəmdir. Uzunluğu 12 sm-ə qədərdir. Erkək çiçək qrupları dəstələrdə yığılmış, qızıl-sarıdır.
Hələb şamı
Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Yayılması == Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir.
Kanar şamı
Vətəni Kanar arxipelaqı adalarıdır. Dekorativ ağacdır. Dünyanın digər şamlarından iynələrinin uzunluğu və yarpaq qoltuğunda 2 deyil, 3 iynəyarpağın olması ilə fərqlənir. Hündürlüyü 25 m-ə çatır. Düzdayanan budaqlı gövdəsi sarıdır, qabığının üzərində çatlar var. Parlaq, yaşıl iynəyarpaqlarının uzunluğu 30 sm-dir. Qozalar ovaldır. Tüzböyüyən və quraqlığadavamlı ağac növüdür. Kanar şamının oduncağı çox möhkəm və odadavamlıdır, ona görə qiymətli inşaat və bəzək materialıdır. Bu ağacın oduncağından düzəldilən eyvanlar çürümür və yanğına davamlıdır.
Krım şamı
== Ümumi məlumat == Krım Şamı ağacdır, 20–40 m hündürlüyündədir, dirək gövdəsinin diametri 60 sm-ə çata bilir, çətiri geniş, dağınıq, yastı və dəyirmidir, üfüqi uzanmış budaqları ucdan yuxarı qalxandır, dirək gövdəsinin aşağı hissəsinədək qabığı qaradır, dərin-şırımlıdır, yuxarı hissəsində isə qırmızımtıldır. Cavan zoğları sarımtıl-qonuru rənglidir, parıldayandır. Tumurcuqları milvarıdır, iridir (16–35 mm), düzünədir, qatlanmayan pulcuqludur. Pulcuqvarı yarpaqları açıqsarı rənglidir, yarpaq qını boyda və yaxud da ondan uzundur. Yarpaq qını 18–26 mm uzunluqdadır. İynəyarpaqları tündyaşıl rənglidir, çox sıxdır, sərtdir və ucdan tikanlıdır, bir qədər əyiləndir, 8-12 sm, bəzən isə 18 sm-ə qədər uzunluqda və 1,6-2,1 mm enində olurlar. Hər bir dəstədə 2 ədəd tikanlı iynəyarpaq yerləşir. İynələrin en kəsiyində 2 dəstə boruları vardır. Qatran yolları parenximadadır. Qozaları uzunsov yumurtavarıdır, çox qısa saplaqlı və ya oturaqdır, dikdurandır, tək-tək və ya bir neçəsi (2-4 ədədi) bir yerdə topa halında olur, qəhvəyi, sarımtıl-qonuru rənglidir, parıldayandır, 5-12 sm uzunluqda, 4,5-7 sm enindədir.
Kultera şamı
Pinus coulteri (lat. Pinus coulteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Cənubi Kaliforniya dan Monte Diabloya qədər sahilyanı dağlarda, quru yamaclarda və çınqıllarla örtülmüş təpələrdə tək-tək və ya kiçik qruplarla bitir, sahilyanı rayonlarda, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə zolaqlar əmələ gətirir. Hündürlüyü 40 m-ə, gövdəsinin diametric 120 sm-dək olan ağacdır. Qabığı qalın, tünd qonur, dərin şırımlı, enli, hamar hissəlidir. Budaqları yuxarı qalxandır. Çətiri ensiz, pyramidal olub, simmetrik deyildir. Zoğları qalın, qonur rəngli olub, bir neçə Buğumarasından ibarətdir, xırda yarpaqları qırışlı qalıqlıdır. Tumurcuqları iri, yumurtavarı olub, ucu bizdir, uzunluğu 4 sm-ə qədərdir, möhkəm yapışmış qabıqlıdır. İynəyarpaqların uzunluğu 15-30 sm-dir, tünd-mavi-yaşıldır.
Lambert şamı
Lambert şamı (lat. Pinus lambertiana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Samo dövləti
Samo dövləti — əsası Samo tərəfindən qoyulmuş slavyanların erkən feodal dövlət təsisatı. == Tarixi == Qərb slavyanları əsasən Baltik dənizindən Dunay çayına, Elbadan Visla çayına qədərki torpaqlarda yaşayırdılar. VI–VIII əsrlərdə qərb Slavyanlarında artıq ibtidai icma cəmiyyəti dağılmağda idi. Xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi prosesi dərinləşdikcə erkən feodal dövlətlərinin yaranması da sürətlənirdi. Qərb Slavyanlarının ilk siyasi birliyi VII əsrin I yarısında meydana gəlmiş Samo dövləti idi. Samo dövləti slavyanların türkdili avarlara, habelə franklara qarşı inadlı mübarizısi nəticəsində yaranmışdı. VI əsrin II yarısında Dunay sahillərində — Pannoniyada möhkəmlənən avarlar müxtəlif mənşəli tayfaları o cümlədən bəzi slavyan tayfalarının əsarət altına salmışdılar. Çox keçmədən təqribən 623-cü ildə Çexiya, Moraviya və Slovekiyada yaşayan slavyan tayfaları türkdilli avarların dözülməz zülmünə qarşı üsyan qaldırdılar. Bu üsyana Samo başçılıq edirdi. Samo frank taciri idi.
Sabo
Sabo (fr. sabot) — əsasən taxtadan düzəldilən başmaq. Orta əsrlərdə Avropada kasıb və orta təbəqədən olan insanlar arasında geniş yayılmışdı. == Müasir sabolar == Müasir dövrdə sabo dedikdə yalnız taxtadan hazırlanmış ayaqqabı deyil, həmçinin arxa tərəfi açıq, dəridən və digər müasir materiallardan hazırlanmış başmaqlar da nəzərdə tutulur.
Sado
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. == Coğrafiya == 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Salmo
Qızılbalıq (lat. Salmo) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Avropa, Şimali Asiya, Şimali və Mərkəzi Amerika sularında geniş yayılmış qızılbalıqların 9 cinsə mənsub olan 400-dən çox növü məlumdur. Xəzər dənizində qızılbalıqların 2 cinsə mənsub olan 1 növü -Stenodus leucichthys və 1 yarım növü-Salmo trutta caspius (Xəzər kumjası) yaşayır.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. == Etimologiya == Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. == Tarix == Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. == Qida məhsulu olan salonun müxtəlif variantları == Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Sambo
Sambo (rus. самбо) — SSRİ-də inkişaf etdirilmiş müasir döyüş sənəti, mübarizə idmanı və özünü qoruma sistemi. Sambo sözü rus dili "Самооборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndlərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Silahlı qüvvələr (hərbçilər) üçün istifadə edilən və inkişaf etdirilən Döyüş Sambosu müasir qarışıq hərbi incəsənətlərə oxşayır, vurmağın və tutaşmağın geniş formaları daxil olmaqla Döyüş Sambosu zərbələrə imkan verir, təpiklər, dirsəklər, dizlərdən istifadə olunur. Rəqibləri qoruyucu jaketlər (üzlükləri) geyir, həmçinin baş, qasığ və əl zarbələri üçün əlcəklərdən istifadə olunur. MMA-da döyüş sambosundan güləş növü olaraq striking (zərbə) və grappling (tutaşmaq) istifadə olunur.
Samoa
Samoa — dövlət. == Tarix == Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. == İnzibati ərazi bölgüsü == Samoa 11 dairəyə bölünür. == İqtisadiyyat == 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Saqo
Sato
Sato (V əsr) — qədim türkcə satay, saday "sevimli", "yaxın " sözündən; VII əsrdə uyğurların da bir xaqanının Sato adlanması məlumdur (Azərbaycanda bir sıra türkdilli xalqlarda geniş yayılmış Saday şəxs adını xatırlayın).
Sumo
Sumo — qədim yapon döyüş sənətidir. 13 əsrlik tarixi vardır. == Döyüşdən əvvəl və sonra == Sumo döyüşçüləri oyundan əvvəl mərasim əsnasında meydana duz səpir. Bunun məqsədi həm pis ruhları uzaqlaşdırmaq həm də meydanın sürüşkənliyini azaltmaqdır. Turnirlərdə hər günün sonunda xüsusi sumo ritualı keçirilir. Bu ritualda, əlində ənənəvi bir çubuq olan bir gənc, döyüşün sonunu xəbər verən bir mahnı çalır və zərb alətləri ilə müşayiət olunan çubanı ritmik şəkildə döndərməyə başlayır. == Döyüşçülərin kateqoriyası == .Sumo döyüşçülərinin ən əhəmiyyətlisi yokozuna (böyük çempion) və ozeki (çempion) adlanır. Turnirlər zamanı daha çox bu kateqoriyadakı sumoçular populyardır. == Əsas fəndlər və qaydalar == Təkbətək döyüş zamanı sumoçunun qurşaq hissəsi və ayaqlarının arasından dolanmış xüsusi parça mavasi adlanır.Sumo güləşçisinə Rikişi deyilir. Sumoda gözə və beldən aşağı zəif nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır.