FUNT
FUTBOL
OBASTAN VİKİ
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
Fut cob
Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır. Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir. Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər. Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər.
FUT Esports
FUT Esports və ya keçmiş adı ilə Futbolist – 2016-cı ildə yaradılmış Türkiyə kiberidman klubu. "League of Legends", "PUBG", "PUBG Mobile", "Valorant", "FIFA" və "Hearthstone" kimi komandaları mövcuddur. == League of Legends == Klubun "League of Legends" komandası 2022-ci ildə yaradılmış və 2023-cü ildə Türkiyə Çempionluq Liqasında yarışmağa başlamışdır. Komanda 2023 mövsümünün qış splitində uğurlu mövsüm keçirərək normal liqanı 2-ci yerdə tamamlamış, finalda isə "İstanbul Wildcats" klubuna 0–3 hesabı ilə məğlub olmuşdurlar. Onlar 2-ci yeri tutduqları üçün EMEA Masters turnirinə qatılmağa haqq qazanmışdırlar. "Macko Esports", "Movistar Riders" və "Aegis" klubları ilə düşdüyü qrupda cəmi 2 qələbə qazanaraq sonuncu olmuşdurlar.
Çoy Li Fut
Çoy Li Fut (Çin dili: 蔡李佛, pinyin: Cài Lǐ Fó) — çin döyüş sənətidir. == Tarixi == Çoy Li Fut döyüş sənəti 1836-cı ildə Çen Henq (ing. Chan Heung) tərəfindən yaradılmışdır. Çen Henq stilin adını müxtəlif illərdə öyrəndiyi Çoy Qar, Li Qar və Fut Qar adlı kunq fu növlərinin adından götürmüşdür. Bir müddət sonra həmin növləri birləşdirərək, yeni stilini yaratmışdır. === King Mui Choy Li Fut 京梅陳家雄勝蔡李佛拳館 === Magistral ötürücü Kral Mui (京梅) olaraq adlandırılır, çünki təsisçinin ailəsi Kral Mui kəndindən gəlir və burada Chan Heung 陳享 1836-cı ildə rəsmi olaraq Choy Li Futu öyrətməyə başlayır. Bu gün Çan ailəsinin nəsilləri istifadə etməyi üstün tuturlar. termini, "Chan Ailəsi" ənənə, çünki müasir varisi (Üslubun qoruyucusu) Chan Koon-pakın oğlu və Chan Heungun nəvəsi Chan Yiu-Chi 陳耀墀 idi. Heç biri Çan Yi-çinin Çan ailəsinin tələbəsi Hu Yuen-chou 胡雲綽 idi, məşhur Choy Li Fut ustası Doc-Fai Wong 黄德輝-nin təlimatçısı, çoxları tərəfindən Kral Mui nəslinin 5-ci nəslinin varisi və varisi hesab olunur. Chan Yiu-chi 陳耀墀 sonra onun oğlu Chan Sun-chiu üslubun varisi və qoruyucusu oldu.
"Sportinq" futbol akademiyası
"Sportinq" futbol akademiyası (port. Academia Sporting) — "Sportinq" (Lissabon) FK-ya aid təlim mərkəzi. Lissabon yaxınlığındakı Alkoşeti qəsəbəsində yerləşir. Bu akademiyanın tikintisinə 1999-cu ildə start verilib və 2002-ci ildə başa çatıb. Ancaq "Sportinq"in akademiyası Alkoşetidəki bazadan öncə də fəaliyyət göstərib. Klub Kriştiano Ronaldo, Luiş Fiqu kimi istedadları dünya futboluna bəxş edəndə, Alkoşetidəki baza hələ tikilməmişdi. Bu bazanın tikilməsiylə birlikdə isə daha çox oyunçunun yetişdirilməsinə şərait yarandı. Akademiyanın ərazisi 250 min kv. metrdir. Burada möhtəşəm təlim-məşq bazası, 4-ü təbii, 3-ü süni örtüklü olmaqla 7 meydança mövcuddur.
1900 Yay Olimpiya Oyunlarında futbol
Futbol turniri ilk dəfə 1900 Yay Olimpiya Oyunlarında oynanılıb. Üç klub arasında yalnız iki görüş təşkil olunub. Komandaların heç biri medallarla mükafatlandırılmayıb. Bu yarışlarda Böyük Britaniya, Fransa və Belçika futbol komandaları iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin keçmiş olimpiyadalar haqqında verdiyi məlumata görə, Böyük Britaniya qızıl, Fransa gümüş , Belçika komandası isə bürünc medalın sahibi olub. Futbol matçları Parisdə Vélodrome de Vincennes stadionunda keçirilib.
1962/1963 futbol üzrə Malta çempionatı
1962/1963 Malta birinci divizionu (malta L-Ewwel Diviżjoni Maltija 1962/1963) — Malta Premyer Liqasının 48-ci mövsümü.
1966-cı il futbol üzrə SSRİ çempionatı
1966-ci il futbol üzrə SSRİ çempionatı — SSRİ-nin 28-ci futbol çempionatı olmaqla, 1966-ci ilin 10 aprel — 30 noyabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin "Dinamo" komandası olmuşdur. == "А" dəstəsi == === Birinci qrup. ===
1967-ci il futbol üzrə SSRİ çempionatı
1967-ci il futbol üzrə SSRİ çempionatı SSRİ-nin 29-cu futbol çempionatı olmaqla, 1967-ci ilin 2 aprel — 4 dekabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin «Dinamo» komandası olmuşdur. == «А» dəstəsi == === Birinci qrup. Yekun cədvəl === Sonuncu — 19-cu yeri tutmuş Leninqradın «Zenit» komandası "Oktyabr inqilabının 50- illiyi şərəfinə" adı ilə (inqilabın 50-ci ildönümü həmin ilə təsadüf etmişdir), idman prinsiplərinə zidd olaraq «А» qrupunda saxlanılmış və 1968-ci il üçün güclülər dəstəsindəki komandaların sayı 20-yə çatmışdır.
1968-ci il futbol üzrə SSRİ çempionatı
1968-ci il futbol üzrə SSRİ çempionatı SSRİ-nin 30-cu futbol çempionatı olmaqla, 1968-ci ilin 28 mart — 17 noyabr tarixləri arasında keçirilmişdir. Turnirin qalibi Kiyevin "Dinamo" komandası olmuşdur. Əvvəlki çempionatda, güclülər dəstəsində sonuncu — 19-cu yeri tutmuş Leninqradın "Zenit" komandası, Oktyabr inqilabının 50-ci ildönümünün həmin ilə təsadüf etməsi ilə əlaqədər, idman prinsiplərinə zidd olaraq "А" qrupunda saxlanıldığından 1968-ci il çempionatında güclülər dəstəsində komandaların sayı əvvəlki illə müqayisədə bir dənə artaraq 20-yə çatmışdır. == "А" dəstəsi == === Birinci qrup. ===
1993 Futbol üzrə Azərbaycan Superkuboku
Azərbaycan Superkuboku 1993 — futbol üzrə Azərbaycan Superkubokunun ilk mövsümü. 1993-cü ilin 21 fevral tarixində Sumqayıt şəhərində keçirilən matçda çempion "Neftçi" ilə kubokun qalibi "İnşaatçı" qarşılaşmış və matç "Neftçi" 4:1 hesablı qələbəsi ilə başa çatmışdır. == Tarixi == Futbol üzrə Azərbaycan Superkuboku ilk dəfə "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. Bu Futbol üzrə Azərbaycan Çempionatının 1992-ci il mövsümünün ardından baş vermiş və "Səhər" qəzetinin Superkuboku təsis olunmuşdur. Beləliklə növbəti mövsüm də bu matçla start götürmüşdür. Ölkə çempionu "Neftçi" ölkə kubokun qalibi "İnşaatçı"nı 4:1 hesabı ilə darmadağın edərək ilk Superkubokun qalibi olmuşdur. Həmçinin bu turnirdə ilk qol, ilk dubl, ilk böyükhesablı nəticə də "Neftçi"nin aktivinə yazılmışdır. == Oyunun nəticələri == == İstinadlar == == Mənbə == Barometr, yoxsa Superkubok?
1994-cü il futbol üzrə dünya çempionatının final oyunu
FİFA Dünya Kuboku 1994 finalı — final oyunu 1994-cü ilin 17 iyulunda Pasadena, Amerika Birləşmiş Ştatları «Rouz Boul» stadionunda keçirilib. Finalda Braziliya və İtaliya qarşılaşıb. İlk dəfə olaraq dünya çempionatları tarixində final oyunu qolsuz bərabərliklə bitmiş və qalib oyun sonrası penaltilərə müəyyən edilmişdi. Penaltilərdə 3:2 hesabı ilə qalib gələn Braziliya yığması 4-cü dəfə dünya çempionu oldular. Qalibiyyəti onlar 1 mayda dünyasını dəyişmiş məşhur Formula 1 pilotu Ayrton Sennaya həsr etmişdilər.
1995 Futbol üzrə Azərbaycan Superkuboku
1995 Azərbaycan Superkuboku — futbol üzrə Azərbaycan Superkubokunun üçüncü mövsümü. == Tarixi == 1995-ci ildə keçirilən bu oyunla Superkubok oyunu 2-ci dəfə və bu dəfə də "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutdu. Bu dəfə də qarşılaşma Sumqayıtda keçirildi. Amma 3 il əvvəlki ilə müqayisədə bu dəfə çempionla kubokun qalibi üz-üzə gəlmirdi. 1994/95 mövsümündə qızıl medal qazanan "Kəpəz" bu turnirdə oynamaqdan boyun qaçırdığından, Sumqayıta 2-ci yerin sahibi "Turan" gəlmişdi. "Neftçi" isə bu dəfə ölkə kubokunun qalibi kimi meydana çıxırdı. Gərgin mübarizə 90 dəqiqənin qollu heç-heçəsi ilə başa çatdı. "Turan" penaltidən bərabərlik qolunu vurdusa, "Neftçi" matçın taleyini həll edəcək 11 metrlik zərbəni qaçırdı. Əlavə vaxtın olmadığı görüşün sonunda bakılıların baş məşqçisi Vaqif Sadıqov sonradan başqa həmkarlarının da əl atdığı fənddən yararlanıb, qapıçını dəyişdi. Penaltilər seriyasına hesablanan bu addım özünü doğrultdu.
19 yaşadək qızlardan ibarət milli komanda (futbol)
İndiyədək qatıldığı 5 Avropa çempionatında yalnız birinci mərhələ keçən millimiz bu müddətdə keçirdiyi 18 qarşılaşmada 6 qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə uduzub. Beş ildə 16 top vuran qızlarımız 61 dəfə topu öz qapısında görüb. Qeyd edək ki, Azərbaycan yığması iki dəfə birinci seçmə mərhələyə ev sahibliyi edib.
2008 Çimərlik futbolu üzrə Avropa kuboku
2008 Çimərlik futbolu üzrə Avropa kuboku — çimərlik futbolu üzrə 9-cü Avropa çempionatı. Yarışma 2008-ci il 18–21 sentyabr aralığında Azərbaycanın paytaxtı Bakı şəhərindəda keçirilmişdi. Çempionatda 6 komanda iştirak edirdi. Halbuki 8 komanda iştirak etməli idi. Səbəb isə gürcü-rus münaqişəsi səbəbindən Portuqaliya və Fransa milliləri Azərbaycana gəlməkdən imtina etmişlər. == İştirakçı komandalar == — Çimərlik futbolu üzrə Azərbaycan milli komandası — Çimərlik futbolu üzrə Yunanıstan milli komandası — Çimərlik futbolu üzrə İspaniya milli komandası — Çimərlik futbolu üzrə İtaliya milli komandası — Çimərlik futbolu üzrə Norveç milli komandası — Çimərlik futbolu üzrə İsveçrə milli komandası == Nəticələr == == Qrup yarışması == Qrupun birincisi olan komandalar Avropa kubokunun finalında oynamaq hüququ əldə edir. Qrupda ikinci yeri tutan komanda 3-cülük, 3-cü yeri tutanlar isə 5-cilik uğrunda yarışmaya qatılırlar. Bütün oyunlar Bakı vaxtı ilə başlayır (UTC+05:00).
2010 Futbol üzrə Azərbaycan Kubokunun finalı
2012 Yay Olimpiya Oyunlarında futbol
2012 Yay Olimpiya Oyunlarında futbol — 2012-ci ildə Böyük Britaniyada baş tutmuş Yay Olimpiya Oyunlarının futbol turniri. 25 iyul-11 avqust tarixləri arasında baş tutmuşdur. Yeganə idman növü olmuşdur ki, rəsmi 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimi baş tutmamışdan 2 gün əvvəl başlamışdır. Həmçinin London xaricində keçirilən yeganə idman növü olmuşdur. Oyunlar London, Kardiff, Qlazqo, Nyukasl, Mançester və Koventri şəhərlərində keçirilmişdir. Final oyunu Londonda Uembli stadionunda baş tutmuşdur. Turnirdə iştirak etmək üçün FİFA-ya bağlı olan federasiyalara göndərilən dəvətlər əsasında federasiyalar U-23 kişi millilərini və əsas qadın millilərini göndərmişlər. Turnirdə ümumilikdə 504 futbolçu iştirak etmişdir. Kişilərin turniri 16 komanda, qadınların turniri 12 komanda ilə keçirilmişdir. Turnirin püşkü 24 aprel 2012-ci ildə atılmışdır.
2013 Futbol üzrə Azərbaycan Superkuboku
2013 Futbol üzrə Azərbaycan Superkuboku — Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir. Oyun 23 oktyabr 2013-cü ildə İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçirilmişdir. Superkubok oyununda Topaz Premyer Liqasının qalibi "Neftçi" və Azərbaycan kubokunun finalçısı "Xəzər-Lənkəran" komandaları üz-üzə gəlmiş və oyun "Xəzər-Lənkəran"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdır. == 18 il sonra == Futbol üzrə Azərbaycan Superkuboku bu adla ilk dəfə keçirilsə də, bundan hələ 18 il əvvəl – 1995-ci ildə sonuncu Superkubok matçı "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. 2013-cü ildəki bu oyun Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir olsa da, əslində 1993 "Səhər" qəzetinin Superkuboku və 1995 "Səhər" qəzetinin Superkuboku matçlarından sonra üçüncü oyun idi. Maraqlısı odur ki, baş tutan hər üç matçda da rəqiblərdən biri Bakının "Neftçi" komandası olmuşdur. 1994-cü ildə isə "qızıl dubl" müəllifi olan "Qarabağ" klubu "het-trik"i rəsmiləşdirmişdir. == Oyun == Rəhim Həsənovun baş hakim olduğu oyunun birinci hissəsində "Xəzər-Lənkəran" Etame Mbillanın 28-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə irəli çıxmışdır. Oyunun ikinci hissəsində Sadio Tounkara 64-cü dəqiqədə aldığı ikinci sarı vərəqədən sonra qızmızı kart görmüş və "Xəzər-Lənkəran" oyunu 10 nəfərlə davam etdirmişdir. 4 dəqiqə sonra – 68-ci dəqiqədə "Neftçi" Karlos Kardosonun qolu ilə hesabı bərabərləşdirsə də bir nəfər azlıqda oynayan "Xəzər-Lənkəran" Rasim Ramaldanovun 90-cı dəqiqədə vurduğu qolla matçdan 2:1 hesablı qələbə ilə ayrılaraq ilk dəfə Azərbaycan Superkubokunun sahibi olmuşdur.
2013 Hərbiçilər arasında Futbol üzrə Dünya Kuboku
2013 Hərbiçilər arasında Futbol üzrə Dünya Kuboku — hərbiçilər arasında keçirilən ilk futbol üzrə dünya çempionatı. Yarışma 2013-cü il 2 — 14 iyul aralığında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir. Yarışmanın şuarı "idman vastəsi ilə dostluq" olmuşdur. Yarışmanın qalibi İraq millisi olmuşdur. == Püşk atma == Dünya Kubokunun füşk atma mərazimi 29 aprel 2013-cü ioldə Bakıda keçirilmişdir. Pükş atmanın sonusuna görə 16 komanda 4 qrupda yarışmalı olacaqdır. === Qruplar === == Stadionlar == Oyunlar Bakının dörd stadionunda keçirilmişdir: "Dalğa Arena" (6700 ziyarətçi tutumlu), "Şəfa" (7600 ziyarətçi tutumlu), "Bayıl" (3500 ziyarətçi tutumlu) və "Zirə" (2000 ziyarətçi tutumlu). == Komandaların tərkibi == === Azərbaycan millisi === Azərbaycan millisi aşağıdakı tərkibdə mübarizə aparmışdır: == Mükafatlar == Oman və İraq millisi arasındakı görüşdən sonra 5 nominasiya üzrə mükafatlandırma keçirilmişdir. Mükafatları Azərbaycan Müdafiə Nazirlirinin müavini Çingiz Məmmədov, Beynəlxalq Hərbiçilər arasında idman Cəmiyyətinin sədri Hamad Kalkaba Malbun, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA İcrayə Komitəsinin müavini Elxan Mədətov vəı digərləri iştirak etmişdir.
2014 Çimərlik futbolu üzrə Avropa kuboku
2014 Çimərlik futbolu üzrə Avropa kuboku — çimərlik futbolu üzrə 14-cü Avropa cempionatı. Yarışma 2014-cü il 28–31 avqust aralığında Azərbaycanın paytaxtı Bakı şəhərindəda keçirilmişdi. Çempionatda 6 komanda iştirak edirdi. == İştirakçı komandalar == — Çimərlik futbolu üzrə Azərbaycan milli komandası — Çimərlik futbolu üzrə Macarıstan milli komandası — Çimərlik futbolu üzrə Yunanıstan milli komandası — Çimərlik futbolu üzrə İspaniya milli komandası — Çimərlik futbolu üzrə Rusiya milli komandası — Çimərlik futbolu üzrə İsveçrə milli komandası == Qrup yarışması == Qrup birincisi olan komandalar Avropa kubokunun finalında oynamaq hüququ əldə edir. Qrupda ikinci yeri tutan komanda üçüncülük, 3-cü yeri tutanlar isə beşincilik uğrunda yarışmaya qatılır. Bütün oyunlar Bakı vaxtı ilə başlayır (UTC+05:00).
2016 Futzal üzrə Dünya Çempionatı
2016 Futzal üzrə FİFA Dünya Kuboku (ing. 2016 FIFA Futsal World Cup, isp. Copa Mundial de fútbol sala de la FIFA Colombia 2016) — 2016-cı il sentyabr ayının 10-dan oktyabrın 1-dək Kolumbiyada keçirilən turnir. Sayca 8-ci olan bu turnirdə 24 milli komanda mübarizə aparır. Oyunlar Kolumbiyanın 3 şəhərində və 3 arenasında keçirilir. == Komandalar == Azərbaycan milli futzal komandası tarixində ilk dəfə Futzal üzrə FİFA Dünya Kubokunun final mərhələsində iştirak etmək hüququ qazanmışdır. == Qruplar == Qruplardakı nəticələr gündəlik müntəzəm olaraq yenilənir. 6 qrupda mübarizə aparan komandalar arasında 4 ən yaxşı üçüncü yerin sahibi də pley-off mərhələsinə vəsiqə qazanacaq. O - oyun, Q - qələbə, H/H - heç-heçə, M - məğlubiyyət, Q - qollar, X - xal. == Püşkatma == Dünya Kubokunda iştirak edən 28 komanda FİFA-nın reytinq cədvəlinə əsasən müvafiq olaraq 1, 2, 3 və 4-cü səbətlərdə yer alır.
2016 Futzal üzrə FİFA Dünya Kuboku
2016 Futzal üzrə FİFA Dünya Kuboku (ing. 2016 FIFA Futsal World Cup, isp. Copa Mundial de fútbol sala de la FIFA Colombia 2016) — 2016-cı il sentyabr ayının 10-dan oktyabrın 1-dək Kolumbiyada keçirilən turnir. Sayca 8-ci olan bu turnirdə 24 milli komanda mübarizə aparır. Oyunlar Kolumbiyanın 3 şəhərində və 3 arenasında keçirilir. == Komandalar == Azərbaycan milli futzal komandası tarixində ilk dəfə Futzal üzrə FİFA Dünya Kubokunun final mərhələsində iştirak etmək hüququ qazanmışdır. == Qruplar == Qruplardakı nəticələr gündəlik müntəzəm olaraq yenilənir. 6 qrupda mübarizə aparan komandalar arasında 4 ən yaxşı üçüncü yerin sahibi də pley-off mərhələsinə vəsiqə qazanacaq. O - oyun, Q - qələbə, H/H - heç-heçə, M - məğlubiyyət, Q - qollar, X - xal. == Püşkatma == Dünya Kubokunda iştirak edən 28 komanda FİFA-nın reytinq cədvəlinə əsasən müvafiq olaraq 1, 2, 3 və 4-cü səbətlərdə yer alır.
2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı
2017 Futbol üzrə Azərbaycan Kubokunun finalı — 2016-17 Azərbaycan Kubokunun final oyunu. Final 5 may 2017-ci ildə Naxçıvan Muxtar Respublika Stadionunda keçirilmişdir. Final oyununda "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlmiş və oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdır. == Bədii hissə == Final görüşündən əvvəl təntənəli açılış mərasimi təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar artisti Röya Ayxanın, Şərur Xalq Yallı Ansamblının, Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının ifalarında rəngarəng musiqi və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. == Final oyunu == Fariz Yusifovun baş hakim olduğu oyunun birinci hissəsində "Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov zədələnib və oyunu sona qədər davam etdirə bilməyib. Onu Roman Hüseynov əvəz edib. Birinci hissə qolsuz bərabərliklə başa çatıb. Oyunun ikinci hissəsində "Qarabağ"ın futbolçusu Mahir Mədətov vurduğu qolla komandasını hesabda irəli çıxarıb. 68-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Ürfan Abbasov avtoqola imza ataraq "Qarabağ"ı 2:0 hesabı ilə irəli çıxarıb.
2019 Futbol üzrə Azərbaycan Kubokunun finalı
2019 Futbol üzrə Azərbaycan Kubokunun finalı — 2018-19 Azərbaycan Kubokunun final oyunu. Final 19 may 2019-cu ildə Naxçıvan Muxtar Respublika Stadionunda keçirilmişdir . Final oyununda "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gəlmiş və oyun "Qəbələ"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdır .
500 və daha çox qol vuran futbolçuların siyahısı
500 və daha çox qol vuran futbolçuların siyahısı — klub və milli peşəkar futbol oyunlarında 500 və ya daha çox qol vuran futbolçuları əhatə edir. Siyahıda RSSSF tərəfindən açıqlanan məlumatlardan istifadə olunmuşdur. Bu günə qədər 72 futbolçu 500-dən çox qol vurmuşdur. 30 mart 2024-cü ildə Kriştiano Ronaldo 900 qol vurdu. == Sıralama == Açar Təsdiq edilə bilməyən məlumatlar futbolçu məlumatlarına daxil edilməmişdir. Tünd rəngli hərfli futbolçular 21 dekabr 2023-ci il tarixinə aktiv futbolçulardır.
ABŞ milli futbol komandası
== Tarixi ==
AFR milli futbol komandası
Almaniya milli futbol komandası (alm. Die deutsche Fußballnationalmannschaft‎) — 1908-ci ildən bəri Almaniyanı beynəlxalq turnirlərdə təmsil edən kişi futbol komandası. 1900-ci ildə qurulan Almaniya Futbol Federasiyası tərəfindən idarə olunmaqdadır. Dörd dəfə dünya çempionu (1954, 1974, 1990, 2014) və üç dəfə Avropa çempionu (1972, 1980, 1996) olan komanda FİFA Dünya Reytinqinə görə 1-ci yerdədir (12 aprel 2018). == Tarixi == II Dünya Müharibəsi əsnasında, çox oyunçusu silahlı qüvvələrə qatılmaq məcburiyyətində qalan Almaniya Milli Futbol Komandasının matçları təxirə alındı. 1939-cu ilin sentyabrından və 1942-ci ilin noyabrınadək 30 beynəlxalq matç oynamışdır. Milli komanda oyunçuları çoxu ən təhlükəli döyüş xidmətindən ötəri futbolçu qorumağa çalışan hava qüvvələri səlahiyyətlisinin səyləriylə Rote Jäger olaraq texniki direktor Herberger'in altında toplandılar. 1954-ci ildə İsveçrədə təşkil edilən Dünya Çempionatı finalında Macarıstanı 3-2 məğlub edərək tarixində ilk dəfə Dünyanın Ən Böyüyü olan Almaniya, 1972 Avropa Çempionatı və 1974 Dünya çempionatında da xoşbəxt sona çatan komanda oldu. 1980 Avropa Çempionatını da muzeyinə aparan Panzerler, 1990-ci ildə İtaliyada Dünya Kubokunda Argentinanı məğlub edərək 3-cü dəfə Dünya Çempionu oldular. 1996-ci ildə İngiltərədə təşkil edilən Avropa Çempionatında yarım finalda İngiltərəni, finalda qızıl qolla Çex Respublikasını məğlub edən almanlar son kubokunu orada aldı.
Afrika Futbol Konfederasiyası
Afrika Futbol Konfederasiyasının yaranmasına qədər qitəni FİFA-da dörd milli assosiasiya təmsil edirdi. Misir Futbol Federasiyaları Assosiasiyası 1923, Sudan Futbol Federasiyaları Assosiasiyası 1948, Cənubi Afrika Futbol Federasiyaları Assosiasiyası 1952 və Efiopiya Futbol Federasiyaları Assosiasiyası isə 1953-cü ildə beynəlxalq qurumun üzvlüyünü qəbul edib. Əvvəllər bu ölkələr müxtəlif regional qruplar formasında təmsil olunurdular. 1956-cı il, iyunun 6–9-da Lissabonun "Avendia" mehmanxanasında təşkil olunan FİFA-nın 30-cu konqresində əsas müzakirə obyekti Misir, Sudan, CAR və Efiopiya Assosiasiyalarının rəhbərlərinin Afrika Futbol Konfederasiyasının yaradılması barədə irəli sürdükləri təkliflər idi. Fikrin ali futbol təşkilatının rəhbərliyi tərəfindən müsbət qarşılanmasının nəticəsi kimi, 1957-ci ildə Afrika Futbol Konfederasiyaları (AFK) yaradıldı. AFK-nın hazırlıq və ətraflı tanışlıq xarakteri daşıyan ilk iclası 1957-ci il, fevralın 8-də Xartumda təşkil edilib. Müşavirədə adları çəkilən dörd ölkə iştirak edib və əsas məqsəd Afrika Kubokunun təşkili məsələsinin müzakirəsi olub. Quruma keçirilən birinci prezident seçkilərində iddiasını irəli sürən 10 namizəd arasında bütün rəqiblərini səs çoxluğu ilə üstələyən misirli Əbdüləziz Abdulla Səlim AFK-nın ilk rəhbəri kimi tarixə düşüb. Baş katib funksiyası isə həmyerlisi Məhəmməd Yusufa həvalə edilib. İlk Afrika Kubokunun tarixi həmin il fevralın 10-na təsadüf edir.
Afrika futbolu

Digər lüğətlərdə