FƏRZ
FƏTUR
OBASTAN VİKİ
FƏTH
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür.
Fəth Surəsi
48-ci surə
Fəth edilməmiş (pyes)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Fəth-i Maqsud (Nəmin)
Fəth-i Maqsud (fars. فتح مقصود‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Fəth Məqsud — İranın Talaş dağında yerləşən kənd.Fəth Məqsud kəndi Pilerudun sonuncu kəndidir və bu rayonun dağları arasında caspian dəryasini göründüyü Oç Dərə dağını qeyd etmək olar. Fəth Məqsud əhalisi talişidila danşeylar Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (8 ailə).
Fəth 1453 (film, 2012)
Fəth 1453 — İstanbulun fəthindən bəhs edən və Ulubatlı Həsənin həyat hekayəsini canlandıran Türkiyə filmidir.
Fəth edilməmiş (pyes, 1940)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Dənizi fəth edənlər (film, 1959)
Bu kinolent açıq dənizdə nadir neft mədəninin bu günü, çətinliklərə mərdliklə sinə gərib, dənizin dibində neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından-dəniz neftinin ilk kəşfiyyatçılarından əmək estafetini qəbul edən dəniz neftçilərinin yeni nəsli haqqında bəhs edir. Filmdə Xəzərin cövlan edən dalğaları üzərində neftçilər tərəfindən salınmış dəniz şəhərinin özünəməxsus təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir. "Dənizi Fəth edənlər"-Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayədir. 1) 1959-cu ildə I Moskva Kinofestivalı Filmə qısametrajlı və sənədli filmlər bölməsi üzrə gümüş Medal verilmişdir. 2) 1960-cı ildə Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov və Sergey Medınski filmə görə Lenin mükafatına layiq görülmüşlər. Rejissor: Roman Karmen Ssenari müəllifi: İmran Qasımov, Roman Karmen Operator: Cavanşir Məmmədov, Sergey Medınski Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov İkinci rejissor: Məmməd Əlili Səs texniki: A. Minçenko Mahnıların müəllifi: Yevgeni Dolmatovski Газ. "Комсомольская правда", 28 мая 1959 г. Газ. "Литературная газета", 28 мая 1959 г. М. Рзаева.
Fəth 1453
Fəth 1453 — İstanbulun fəthindən bəhs edən və Ulubatlı Həsənin həyat hekayəsini canlandıran Türkiyə filmidir.
Fəth (hərb)
Fəth — düşmənin silah gücünə hərbi tabe edilməsi aktı. Normanların İngiltərəni fəthi hərb tarixindəki fəth nümunələrindən biridir. Bu hadisə İngiltərə Krallığının normanların nəzarətinə keçməsinə səbəb olmuş və 1066-cı ildə Fateh Vilhemi ingilis taxtına gətirmişdir. Fəth müəyyən mənada müstəmləkəçiliklə əlaqələndirilə bilər. Məsələn, İngiltərə anqlo-saksların, vikinqlərin və franko-normanların müstəmləkəçiliyi və fəthinin mərhələlərini yaşamışdır. Qədim sivil xalqlar böyük miqyasda müharibələr aparırdılar ki, bu da əslində işğalçılıq idi. Misirdə işğal və fəthin təsirləri rəsm və heykəllərdə təmsil olunan müxtəlif irq tiplərində müşahidə olunur. Təkmilləşdirilmiş təsərrüfat getdikcə daha böyük orduların formalaşmasına və təkmilləşdirilmiş silah texnologiyasını əhatə edən ixtisaslaşmaya imkan vermiş və bu, əhalinin artması və siyasi nəzarətlə birlikdə müharibənin daha geniş vüsət alması və dağıdıcı xüsusiyyət alması ilə nəticələnmişdir. Nəticədə asteklər, inklər, Dahomeya, Benin, Misir, Babilistan, Assuriya və İran kimi qədim sivilizasiyalar ətrafdakı az təşkilatlanmış cəmiyyətlərdən daha militarist xüsusiyyətləri ilə seçilmiş və hərbi sərgüzəştləri daha geniş miqyas alaraq ilk effektiv fəthləri mümkünləşdirmişdir. Hərbi fəth insan miqrasiyasının ən davamlı səbəblərindən biri olmuşdur.
Əbül-Müsafir Fəth
Əbül-Müsafir Fəth ibn Əbu Sac (İran – 929, Ərdəbil) — Məhəmməd ibn Əbu Sacın ikinci oğlu, Sacilərin son əmiri. 928-ci ilin fevralında hakimiyyətə başlamış, 929-cu ildə öz qulamı tərəfindən öldürülmüşdür. Oğlu Əbül Fərəc xəlifə ordusunda sərkərdə idi. Azərbaycan əmirliyinə ondan sonra Vasif əl-Şirvani gətirildi. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R. N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
Fəth əl-Bari
Fəth əl-Bari (ərəb. فتح الباري شرح صحيح البخاري‎) —— Məhəmməd əl-Buxarinin "Səhih"inə İbn Həcər əl-Əsqəlani tərəfindən şərh. İbn Həcər 1372-ci ildə Qahirədə anadan olmuşdur. O, uşaqlıq illərini doğma yurdunda keçirmiş, burada Qurani-Kərimi, İbn əl-Hacibin "Əl-Havi" və "Əl-Muxtəsər"ini və digər əsərləri əzbərləmişdir. O, qəyyumlarından birinin müşayiəti ilə Məkkəyə gedir və orada məşhur üləmalardan dərs alır. İslam haqqında biliklərini artırmaq üçün Hicaz, Şam və Misirdə hədis alimlərinin dərslərində və mühazirələrində iştirak etmişdir. On il İbn Həcər əl-İraqidən dərs alır. Bundan əlavə, o, əl-Bəlkini və İbn əl-Müləkkindən dərs almışdır. Səhih əl-Buxari altı əsas sünni hədis toplusundan biridir (Kutub əl-sitta). Hədislər orta əsr İslam ilahiyyatçısı Məhəmməd əl-Buxari tərəfindən toplanmışdır, bu hədislər iki yüz il şifahi şəkildə nəql edilmişdir.
Roma Yunanıstanı fəth etməsi
Makedon müharibələri (e.ə III–II əsrlər) — Roma ilə Makedoniya arasında Yunanıstan üzərində heqemoniya uğrunda gedən və Makedoniyanın darmadağın olunması ilə bitən üç müharibə. Kanna döyüşündən sonra Makedoniya çarı V Filipp Makedoniyalı Romaya qarşı Hanniballa ittifaqa daxil oldu. Makedoniya İliriya üzərində heqemonluğunu qurmaq, Adriatika sahillərinə çıxmaq və Kiçik Asiyada öz ərazilərini genişləndirmək istəyirdi. Romalıların əsas qüvvələri İtaliyada Hanniballa məşğul olduqları üçün, Balkanlardakı əməliyatlara kiçik qoşun ayrılmışdı. Lakin say üstünlüyünə malik makedoniyalılar qətiyətsiz hərəkət edirdilər; romalılar isə kifayət qədər qüvvələrinin olmamasından, ellinistik aləmdə baş verən Makedoniya əleyhinə çıxışları hər cürə dəstəkləyirdilər. E.ə 205-ci ildə müharibə sülhlə bitdi, lakin Roma ilə Makedoniya arasındaki münasibətlər tənzimlənməmiş qaldı. Buna baxmayaraq Roma Yunanıstana öz təsirini artıra bildi. İkinci Punik müharibəsindəki (e.ə 218–201) qələbəsindən sonra, Roma Balkanlarda öz işğalçı siyasətini fəallaşdırdı və Makedoniyanı, Karfagenlə əlaqələrdə, önun müttəfiqlərinə hucumlarda və beləliklə müqaviləni pozmaqda suçladı. Bu vaxt ərzində Makedoniyanın daxili qüvvələri tükənmişdi, ölkənin daxilində çara qarşı müxalifət artırdı, Roma ilə müharibə populyar deyildi. V Filippin Roma ilə anlaşmaq cəhdləri boşa çıxdı.
Əbu əl-Fəth Mənuçöhr xan
Əbu əl-Fəth Mənuçöhr xan (vəf. 1636) — Səfəvi rəsmisi və erməni mənşəli qulam. Atası Qaraçaqay xan kimi Mənuçöhr Məşhəddə general və Xorasan bəylərbəyi olaraq I Şah Abbas (1588–1629) və I Şah Səfi (1629–1642) hakimiyyəti altında təyin olundu. Qardaşı Əliqulu xan Qum hakimi oldu və Şah Abbas Mənuçöhr xanın oğlu II Qaraçaqay xan (d. 1668) kitabxanasının rəhbəri oldu, eyni zamanda Məşhəd bəylərbəyi oldu. Onların hamısı "bilik və bütövlük adamları" (Əhli-i fazl u kamal) və "möhtəşəm hərəkətlər və əməllər" (ṣāhib-i mu'āṣir u asrār) kimi tanınan Səfəvi mədəni və intellektual elitalarından idi. Mənuçöhr xan astronomiyaya güclü marağı olan aparıcı sənət hamisi idi. Dövrün ən yaxşı təsvir edilmiş əlyazmalarından birini, 1630–1633-cü illər arasında kopyalanan Əbdürrəhman əs-Sufinin "Süvar əl-Kəvaqib əl-Tahibitah" ("sabit ulduzların təsviri") adlı bir farsca tərcüməsini tapşırdı və bu əsər Nyu-York Dövlət Kitabxanası kolleksiyasında qorunur. 1632–1633-cü illərdə Mənuçöhr xan sonradan Mənuçöhr qlobusu olaraq bilinən bir göy cismi istehsal etmək üçün Həsən ibn Səəd əl-Qani, usta Malik Huseyn Nəqqaş İsfahani və Rizvan bəy Zarnişana tapşırıq verdi. Babaie, Sussan.
Fəthabad
Fəthabad —
Fəthabad (Bicar)
Fəthabad və ya Qara Saqqal (az-əbcəd. قاراساققال‎, fars. فتح آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Fəthabad (Fars)
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Fəthabad (Komican)
Fəthabad (fars. فتح اباد‎; azərb. Fətabad‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 126 ailədə 199 nəfəri kişilər və 230 nəfəri qadınlar olmaqla cəmi 429 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Fəthabad (Sərdarabad)
Fəthabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Fəthabad (Təbriz)
Fəthabad (fars. فتح اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.610 nəfər yaşayır (461 ailə).
Fəthabad (Şahindej)
Fəthabad (fars. فتح اباد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (97 ailə).
Fəthi Burnaş
Fəthilisalam Burnaşev (tam adı: Fəthilisalam Zakir oğlu Burnaşev, Фәтхелислам Закир улы Бурнашев, Фатхелислам Закирович Бурнашев; təxəllüsü: Fəthi Burnaş, Фәтхи Бурнаш, Фатхи Бурнаш; 13 yanvar 1898 və ya 13 (25) yanvar 1898, Kır Bikşege[d], Çuvaşıstan MSSR[d] – 1 avqust 1942, 1946 və ya 1 avqust 1946, Kuybışev) — tatar əsilli SSRİ dramaturqu, şairi, nasiri, publisisti, tərcüməçisi, teatr aktyoru və ictimai xadimi. Fəthilisalam Zakir oğlu Burnaşev 13 yanvar 1898-ci ildə SSRİ-nin respublikalarından olan RSFSR-nın daxilindəki Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının Batır rayonunun Kır Bikşege kəndində anadan olmuşdur. O, Kazan şəhərinə köçmüş və mədrəsədə təhsil almışdır. 1919-cu ildə RKP (b) üzvü olmuşdur. Oktyabr inqilabından sonra yazıçı və ictimai xadim olaraq fəaliyyət göstərməyə başlamışdır. O bir neçə tatardilli qəzet və jurnallarının tərtbatçısı və redaktoru olmuşdur. Bunlardan biri də «Çayan» («Чаян», «Skorpion») jurnalıdır. Fəthi Burnaş Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, 1927–1928-ci illərdə Kazan şəhərindəki Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrının rəhbəri idi. Fəthi Burnaş 24 avqust 1940-cı ildə repressiyaya məruz qalmışdır.
Fəthi Gədikli
Fəthi Gədikli (türk: Fethi Gedikli; (doğumu: 5 yanvar 1960) – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor, diplomat. Fəthi Gədikli 5 yanvar 1960-cu ildə Türkiyənin Akçaabat bölgəsinin Kuruçam kəndində doğulmuşdur. İbtidai və orta məktəbi doğulduğu kənddə tamamladıqdan sonra, 1979-1980-ci illərdə Hacettepe Universitetində ingiliscə hazırlıq, 1984-cü ildə İstanbul Universitetində hüquq fakültəsini bitirmişdir. Evlidir, üç övlad atasıdır. 1988-1989-cu illərdə İngiltərənin Birmingham və London Universitetlərində bir il, 1992-ci ildə Misirin Qahirə Universitetində 10 aya yaxın bir müddətdə araşdırma aparmışdır. 1985-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsində elmi fəaliyyətə başlamışdır. 1989-cu ildə elm mütəxəssisi olmuş, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1998-ci ilə dosent elmi adına yiyələnmişdir. Fəthi Gədikli, 2004-cü ilin iyunundan 2007-ci ilin avqustuna qədər Azərbaycanda Mədəniyyət ve Tanıtma Müşaviri olaraq çalışmışdır. 2008-ci ildə Mərmərə Universitetində professor elmi dərəcəsi alan Fəthi Gədikli, Bakı, Astana, Almatı, Pavlodar və Leidendə mühazirələr oxumuşdur.
Fəthi Okyar
Əli Fəthi Okyar (29 aprel 1880, Pirlepe – 7 may 1943, Ankara və ya İstanbul) — Türk hərbiçisi və siyasətçisi. Cümhuriyyəti quran qabaqcıl heyət içində iştirak etmiş, Baş nazirlik və TBMM Başçılığı idarə etmişdir. Atatürkün təlimatı ilə qurulan müxalifət partiyası Sərbəst Cümhuriyyət Firqəsini idarə etmişdir. Həyatı boyunca Mustafa Kamal Atatürkün ən yaxın yoldaşlarından biri olmuşdur. 1880-ci ildə Makedoniyada olan Pirlepedə doğulmuşdur. 1898-ci ildə Hərbiyə Məktəbinə daxil olur və 1900-cü ildə Piyada Leytenant rütbəsi ilə məzun olur. 1904-cü ildə Qərargah Kapitanı olaraq Selanikdə olan 3-cü Ordu əmrinə verildi. Burada İttihad və Tərəqqi Cəmiyyətinə qatılaraq, 1908 İnqilabını hazırlayan heyət içində iştirak etdi. 1908-ci ildə mayorluğa yüksəldilərək Selanik Jandarma Subay Məktəbi Komandirliyinə gətirildi. 12 yanvar 1909-cu ildə Paris Hərbi Attaşesi oldu.
Fəthi Xoşginabi
Xoşginabi Fəthi Həmzə oğlu (22 mart 1922, Xoşginab — 1989, Moskva) — yazıçı. Fəthi Xoşginabi 22 mart 1922-ci ildə Cənubi Azərbaycanın Xoşginab kəndində anadan olub. İlk təhsilini elə doğulduğu kənddəki mədrəsədə alan Xoşginabi məktəbdə cəmi bir il təhsil ala bilmişdir. O, ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, işləmək üçün İranın bəzi şəhər və kəndlərinə gedərək orada fəhləlik etmişdir. Fəthi Xoşginabi XX əsrin 40-cı illərində siyasi hərəkata qoşulmuşdur. Yazıçı 1946-cı il dekabrın 12-də siyasi mühacir kimi Sovet Azərbaycanına gəlmişdir. O, 1946–1956-cı illərdə dövlətin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi işləmişdir. Eyni zamanda Xoşginabi 1967–1969-cu illərdə Tacikistan Maarif Nazirliyində məmur, SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifələrində çalışmışdır. 1956–1958-ci illərdə Moskvada ali ədəbiyyat kursunu bitirmişdir. 1961–1964-cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji işdə çalışmışdır.
Fəthi Şəqaqi
Fəthi İbrahim Əbdülləziz Şəqaqi (4 yanvar 1951, Qəzzə, Qəzzə zolağı – 26 oktyabr 1995, Slima[d]) — Fələstinli şəhid. Fəthi İbrahim Əbdülləziz Şəqaqi 1951-ci ildə Fələstində dünyaya gəlmişdir. Ailəsi Zərnuqəlı idi. Zərnuqə Fələstindəki Yafaya bağlı olan kəndlərdən biridir. Şəqaqi dünyaya gəldikdən sonra ailəsi ilə birlikdə Qəzzə zolağındakı Rəfəhə köçdülər. Şəqaqi qaçqın düşərgəsində böyüdü. Hələ 15 yaşında ikən anasını itirdi. O, Bəyr Zeyt universitetinə daxil oldu və orada riyaziyyat təhsili aldı. Oranın bitirdikdən sonra Qüdsdəki məktəblərdə 4 il müəllimlik etdi. Daha sonra tibb üzrə təhsil almaq üçün Qahirəyə getdi.
Fəthilisalam Burnaşev
Fəthilisalam Burnaşev (tam adı: Fəthilisalam Zakir oğlu Burnaşev, Фәтхелислам Закир улы Бурнашев, Фатхелислам Закирович Бурнашев; təxəllüsü: Fəthi Burnaş, Фәтхи Бурнаш, Фатхи Бурнаш; 13 yanvar 1898 və ya 13 (25) yanvar 1898, Kır Bikşege[d], Çuvaşıstan MSSR[d] – 1 avqust 1942, 1946 və ya 1 avqust 1946, Kuybışev) — tatar əsilli SSRİ dramaturqu, şairi, nasiri, publisisti, tərcüməçisi, teatr aktyoru və ictimai xadimi. Fəthilisalam Zakir oğlu Burnaşev 13 yanvar 1898-ci ildə SSRİ-nin respublikalarından olan RSFSR-nın daxilindəki Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının Batır rayonunun Kır Bikşege kəndində anadan olmuşdur. O, Kazan şəhərinə köçmüş və mədrəsədə təhsil almışdır. 1919-cu ildə RKP (b) üzvü olmuşdur. Oktyabr inqilabından sonra yazıçı və ictimai xadim olaraq fəaliyyət göstərməyə başlamışdır. O bir neçə tatardilli qəzet və jurnallarının tərtbatçısı və redaktoru olmuşdur. Bunlardan biri də «Çayan» («Чаян», «Skorpion») jurnalıdır. Fəthi Burnaş Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, 1927–1928-ci illərdə Kazan şəhərindəki Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrının rəhbəri idi. Fəthi Burnaş 24 avqust 1940-cı ildə repressiyaya məruz qalmışdır.
Fəthilər
Fəthilər — Şiəliyin tarixi məzhəblərindən biri. Cəfər Sadiqin ölümündən sonra onun ikinci oğlu Abdullah əl-Əftah ətrafında toplaşan şiələr onu 7-ci imam elan etdilər. Lakin Abdullahın 766-cı ildə övladsız ölümü ilə bu məzhəb də tarixə qarışdı.
Fəthiyə
Fəthiyə rayonu - Türkiyə Respublikası Muğla əyalətinin 13 rayonundan biri E.ə. VI əsrdə Fəthiyə bölgəsi Əhəmənilər İmperiyasına daxil oldu. E.ə. V əsrdə isə Delos Birliyinə daxil olur. Fəthiyə şəhərinin E.ə. V əsrdə salındığı güman edilir. Bölgə E.ə. 362-ci ildə Likiyaya daxil olur. Qədim dövrdə Telmessos adlandırılan şəhər Likiyanın Kariya ilə sərhəddə yerləşən bir əyaləti olub. Telmessos şəhərinin əfsanəsinə görə Finikiya kralı Agenorun qızına vurulan Apollon, köpək cildinə girərək utancaq qıza yaxınlaşır və evlənirlər.
Fəthiyə körfəzi
Fəthiyə körfəzi - Türkiyə Respublikasının Muğla əyalətinin Fəthiyə rayonunun yaxınlığında yerləşir. 36.640-lik paralellə 28.968-lik meridian arasında yerləşir. Müxtəlif ada və yarımadaların yerləşdiyi körfəzdir. Şimaldan cənuba doğru zgöçək İskələsindən İblis burnuna qədər 25 km uzunluğunda və qərbdən şərqə doğru Qurtoğlu burnundan Fəthiyə iskələsinə qədər 30 km genişliyindədir. Körfəzin ən dərin yeri 490 m-dir. Dənizə doğru sahilləri girintili-çıxıntılıdır. Şərq hissəsində şimala doğru bir çox qədim yaşayış yerləri su altındadır. Körfəzin şərqində Köhnə Meğri, Qızılada, Dovşan adası, Qatrancık adası və çox girintili qərb sahilində çoxlu sayda kənd, körfəz, ada və yarımada yerləşir. Cənub-qərbdən şimal-qərbə doğru Bozdağ yarımadası, Donuz adası, Tərsanə adası, Hacıxəlil adası, Yassıca adası, Göçək adasıdır.
Fəthiyə məscidi
Teodoks Pammakaristos Monastırı (Yunanca: Θεοτόκος ἡ Παμμακάριστος, azərb. “Həzrəti Məryəm ana”‎) və ya Fəthiyyə Məscidi İstanbulun Fateh regionunun Çarşamba ərazisində yerləşən bir məsciddir. Əslində, XIII əsrin sonlarında Bizansın tanınmışlarından biri olan Mihail Glabas Tarkaniotes tərəfindən kilsə kimi inşa edilmişdir. Konstantinopolun tutulmasından sonra 1454-cü ildən başlayaraq patriarxlıq olaraq istifadə edilmişdir. 1601-ci ildəki İran müharibələri zamanı Gürcüstan və Azərbaycanın işğalından sonra işgalın xatirəsi olaraq məscidə çevrilmişdir. Fəthiyyə məscidi məscidə çevrilərkən kilsənin apsisi dağıdılaraq qiblə istiqamətində bir mehrabla əvəzlənmiş, minarə və mədrəsə tikilmişdir. Respublika dövründə bir muzeyə çevrildi, içindəki mozaika və fresklər 1955-ci ildə Amerika Bizans İnstitutu tərəfindən tapıldı və sonradan tikilən tağ sökülmüş və əvvəlki vəziyyətinə uyğun olaraq sütunlarla əvəz edilmişdir. 1960-cı illərdə yenidən məscid kimi açılmışdır. Məscidin divarları daş və kərpic qarışığıdır. Yunan yazıları xarici divarlarda və binanın içindəki mozaikalarda müşahidə olunur.
Fəthullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Şah I Abbasın Bəhreyni fəth etməsi
Şah I Abbasın Bəhreyni fəth etməsi — Səfəvi hökmdarı I Abbasın Bəhreyni ələ keçirməsi nəzərdə tutulur. Döyüş 1602-ci ildə olmuşdur. XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular. Buna görə də, 1507-ci ildən etibarən Səfəvi imperiyası ilə Portuqaliyanın münasibətləri gərgin idi. Abbasın xarici siyasətdə əsas istiqamətlərdən biri də İran körfəzindən Portuqaliyanı qovmaq idi. Bu istiqamətdə atılmış ilk addımlardan biri də Bəhreynin ələ keçirilməsi oldu. Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi. Ların fəthi Səfəvi hökumətini Hörmüz körfəzindən imperiyanın daxili bölgələrinə qədər olan əsas quru ticarət yoluna nəzarət etməsini təmin etdi.

Digər lüğətlərdə