görünmək
görünüş
OBASTAN VİKİ
Görüntü
Görüntü (en. image ~ ru. изображение ~ tr. imge, görüntü) – 1.Qrafikada: şəklin, rəsmin və s. proqram vasitələri ilə emal olunan təsviri. Belə görüntü müxtəlif cür saxlanıla bilər: bit xəritəsi (BIT MAP) (piksellər çoxluğu, rastr) kimi və ya metafayl (görüntü almaq üçün komandalar toplusu) kimi. 2. Hesablama texnikasında: obyektin dublikatı, kopyası və ya təmsiledicisi. Məsələn, virtual diskin (RAM DISK) köməyilə kompüterin yaddaşında yumşaq və sərt disklərdəki verilənlərin müəyyən hissəsinin görüntüsünü yerləşdirmək olar; yaxud tərsinə, virtual yaddaş proqramının (VIRTUAL RAM PROGRAM) köməyilə kompüterin əsas yaddaşının müəyyən hissəsinin sərt diskdə görüntüsünü yaratmaq olar; bundan başqa, proqram yolu ilə yaddaşın müəyyən bölümünün görüntüsünü etibarlıq məqsədilə yaddaşın başqa bir yerinə köçürmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntü simvolu
Görüntü simvolu (ing. graphics character) — özünə oxşar simvollarla kombinasiyada çox sadə qrafik görüntülər verə bilən simvol. ASCII 95 simvol: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.
Görüntü xəritəsi
Görüntü xəritəsi- (en. image map ~ ru. карта изображений ~ tr. görüntü haritası) – HTML dilində: görüntü ilə bağlı olan və çıqqıldadıldıqda müəyyən URL ünvanına keçmək üçün xüsusi sahələri (aktiv zonaları) olan qrafik obyekt. Görüntü xəritəsindən istifadə olunması bir neçə istinadın bir görüntüdə saxlanmasına, eləcə də istənilən formalı istinad sahələri yaratmağa imkan verir. Aşağıda verilmiş kod görüntü xəritəsi yaradır və onu konkret görüntü ilə əlaqələndirir: <HTML> <BODY> <IMG width="500" height="200" usemap="#somemap" src="Figures.png"> <MAP name="somemap"> <AREA shape="rect" coords="6, 7, 140, 196" href="Düzbucaqlı"> <AREA shape="circle" coords="239, 98, 92" href="Dairə"> <AREA shape="polygon" coords="386,16, 344,56, 350,189, 385,132, 489,190, 496,74" href="Çoxbucaqlı"> </MAP> </BODY> </HTML> Nəticədə aşağıdakı aşağıdakı fiqur təsvirlərinin üzərində aktiv zonalar alınır: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
4K görüntü imkanı
4K — Kinematoqrafiya məqsədləri üçün bazara təqdim olunan ilk 4K kamera, 2003-cü ildə bazara buraxılan Dalsa Origin-di. 4K texnologiya, Kaliforniya Universiteti, San Diego, CALIT2, Keio Universiteti, Dəniz Yüksək Lisenziya Məktəbi və 2004-cü ildə IGrid və CineGrid kimi məkanlarda müxtəlif nümayişlər gerçəkləşdirən dünyadakı Universitetlərdəki müxtəlif araşdırma qrupları tərəfindən inkişaf etdirilmişdir. == Formatlar == === Rəqəmsal film === Rəqəmsal film ən-boy dərəcəsi piksel görüntü imkanı dərəcəsinə görə dəyişir. Rəqəmsal filmlərdəki ilk yüksək görüntü imkanı standartlarından biri 4K'dır. Xüsusilə komputer oyunlarının inkişafında 4K standartının böyük qatqısı olmuşdur. === PC formatları === ==== UHD ==== Ultra High Definition (UHD), 3840 x 2160 piksel və yuxarı görüntü imaknına verilən addır. Bir UHD monitor, bir Full-HD monitorun dört qatı görüntü imkanı təmin edir. Şaquli görüntü imkanı piksel sayısı (3840) səbəbi ilə kinematoqrafiya 4K standartı ilə qarşılaşdırılaraq "4K" ilə sinonim işlədilir. UHD'nin 4K, 5K, 8K və 10K törəmələri PC monitorlarında işlədilməkdədir. ==== YouTube formatı ==== iyul 2010'da YouTube 4K formatındakı videoların yüklənməsinə qismən olsa da icazə vermişdir.
Ultra yüksək görüntü imkanı TV
Ultra Yüksək Görüntü İmkanı TV (vəya UHDTV, Ultra HDTV) NHK Science & Technology Research Laboratories tərəfindən üzərində işlənilən bir rəqəmsal video formatıdır. HDTV'yə görə 16 qat daha yüksək görüntü imkanlı bir görüntüyə sahibtir. Geniş Dörtərəfli Yüksək Görüntü İmkanı (WQHD) (2560 × 1440) və Kvadrat Tam Yüksək Görüntü İmkanı (QFHD) (3840 × 2160) versiyaları ilə təkmilləşdirilən UHDTV, edilən qabaqcıl səviyyə çalışmalarından sonra 7680x4320 meqapiksel formatına çatmışdır. İlk mərhələ UHDTV təcrübə işi 2003-cü ildə edilmişdir. 30 dəqiqə davam edən test işlərində HD yayımın 16 qatı daha yüksək bir görüntü imkanına çatmışdır. UHDTV üçün təkmilləşdirilən ilk kamera 2,5 inç (64 mm) ölçülərində CCD texnologiyası ilə dizayn edilmişdir. İlk UHD kamera 3840 × 2048 görüntü imkanı sahibdir. Sonrasında UHD kameralarının 7680×4320 meqapikselə yüksəldilməsi ilə əlaqəli işlər uğurla nəticələndi. Hal-hazırda Vestel, Sony, Samsung, LG Electronics, Panasonic kimi firmalar UHDTV ve UHD Monitor istehsalata başlamışdır. Ultra yüksək görüntü imkanı TV olaraq tanıdılabiləcək iki cür görüntü imkanı vardır: 4K UHDTV (2160p) 3840 × 2160 (8.3 meqapiksel) görüntü imkanına sahibdir.
İnkişaf etmiş görüntü imkanı televiziyası
İnkişaf etmiş görüntü imkanlı televiziya ya da genişlədilmiş görüntü imkanı televiziya (EDTV) (ing. Enhanced-definition television) — Amerikan Elektronik İstifadəçilər Birliyi (CEA) tərəfindən təsdiq edilmiş bir rəqəmsal televiziya (DTV) format və bu formatı dəstəkləyən televiziya növüdür. ETV SDTV'dən daha çox inkişaf etmiş bir sistem olmasına baxmayaraq HDTV qədər uğurlu bir sistem deyildir. Xüsusilə dünyada VCD cihazlarının inkişafı və buna bağlı olaraq sinema filmlərinin CD mühitində daha çox yayılması sonrası seçim edilən bir texnologiya olan ETV, DVD inkişafından sonra köhnə populyarlığını itirmişdir. ETV 480p vəya 576p siqnal görüntüləmə qabiliyyətinə sahibdir. Çox vaxt 480p (NTSC) və 576p (PAL)siqnal axtarışı edən ETV'nin bəzi standartları ölkədən ölkəyə dəyişiklik göstərməktədir. Görüntüləmə texnologiyasında yaşanan texnolojik inkişaflar və buna bağlı olaraq köhnə texnologiyaların populyarlığını itirməsi sonucu ETV günümüzdə sadəcə oyun formatlarında işlədilir hala gəlmişdir.
Görüntüləmə
Görüntüləmə (en. imaging ~ ru. отображение ~ tr. görüntüleme) – qrafik görüntülərin tutulması, saxlanması, əksetdirilməsi və çap edilməsi prosesi. Bəzi sahələrdə, xüsusən, CD-ROM texnologiyası kimi sahədə görüntüləmə, fotoqrafiyanın daranması (skanerdən keçirilməsi) və rəqəmsallaşdırılması, görüntünün optimal ölçülərinin müəyyənləşdirilməsi və yaddaşa qənaət məqsədilə görüntünün rəqəmsal təsvirinin sıxlaşdırılması kimi mürəkkəb və dərin detallaşdırılmış prosedurları əhatə edə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntülər (Rövşən Abdullaoğlu)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. == Məzmun == “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. == Nəşr == Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ariflərin irfani məqamları == İstinadlar == == Xarici keçidlər == "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Görüntülər (İbn Sina)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. == Məzmun == “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. == Nəşr == Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ariflərin irfani məqamları == İstinadlar == == Xarici keçidlər == "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Görüntünün emalı
Görüntünün emalı – elektron görüntülərin maşın vasitəsilə analizi, emalı, saxlanması və əks etdirilməsi. Görüntünün emalı üç ardıcıl mərhələdən ibarətdir: giriş, emal və çıxış. Giriş (görüntünün qəbulu və rəqəmsallaşdırılması) zamanı qrafik görüntü parlaqlıq və ya rəng fərqlərini aşkarlamaq və kodlaşdırmaq yolu ilə kompüterin artıq emal edə biləcəyi ikilik kəmiyyətlərə çevrilir. Emalın növbəti mərhələsində görüntünü yaxşılaşdırmaq və onun elektron təsvirini (faylı) sıxmaq olar. Üçüncü mərhələ olan görüntünün çıxışı, emal olunmuş görüntünün hər hansı bir möhkəm daşıyıcıda (kağızda, kartonda, “plyonka”da və s.) əks etdirilməsindən (çapından) ibarətdir. Görüntülərin emalı məsələləri televiziya, kino sənayesi, CD-ROM texnologiyaları, tibb, havanın peyk xəritələrinin tərtib edilməsi, dənizlərin tədqiqi, süni intellekt, robototexnika və obrazların maşınla tanınması sahələrinin hamısı üçün səciyyəvidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntünün yaxşılaşdırılması
Görüntünün yaxşılaşdırılması - (en. image enhancement ~ ru. улучшение изображения ~ tr. görüntü iyileştirme) – qrafik görüntünün keyfiyyətinin yaxşılaşdırılması prosesi. Kompüterin displeyində görüntünün dəqiqliyinin artırılması qrafik proqramının köməyilə “əl ilə” və ya xüsusi proqram vasitələrinin köməyilə yerinə yetirilə bilər. Görüntünün yaxşılaşdırılması üsulları müxtəlifdir: açıq və tutqun sahələr arasındakı kontrastlığın yaxşılaşdırılması, rənglərin artırılması, verilən görüntü siqnalının süzgəcdən keçirilməsindəki xətaların düzəldilməsi, əyri-üyrü xətlərin hamarlanması, pozulmuş konturun yenidən çəkilməsi, eləcə də optik və ya əksetdirici avadanlığın yaratdığı təhriflərin düzəldilməsi (məsələn, monitorun eninə və hündürlüyünə müxtəlif təsvir miqyasları olduqda dairə oval şəklində görsənir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekran görüntüsü
Skrinşot (ing. screenshot) ya da ekran görüntüsü – ayrıca anda kompüterin ekranında olan görüntünü, yaxud onun bir hissəsini köçürməklə (kopyalmaqla) yaradılan şəkil. Adətən, bu rəqəmli görüntü istifadəçinin komandası əsasında əməliyyat sistemi, yaxud başqa proqram vasitəsilə alınır. Ekran görüntüsü nadir hallarda foto-/videokamera kimi xarici qurğunun köməyilə, yaxud kompüterdən monitora gedən siqnalı "yaxalamaq" yoluyla əldə edilir. Microsoft Windows əməliyyat sistemində ekran görüntüsü almağın ən sadə üsulu klaviaturada PrtScr klavişindən (bütün ekran üçün), yaxud Alt + PrtScr (aktiv pəncərə üçün) klavişlər kombinasiyasından istifadə etməkdir. Bu zaman görüntü əməliyyat sisteminin mübadilə buferinə köçürülür və sonradan istənilən qrafik redaktora qoyula, zərurət olarsa, redaktə oluna bilər. Bundan başqa, əksər hallarda görüntü mətn redaktorunda (məsələn, Microsoft Word və ya OpenOffice.org Writer) sənədə qoyula bilər. Ekran görüntüsü almaq üçün Vista versiyasından başlayaraq Windows əməliyyat sistemində xüsusi proqram – Snipping Tool proqramı nəzərdə tutulub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Görüntülər (kitab)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. == Məzmun == “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. == Nəşr == Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ariflərin irfani məqamları == İstinadlar == == Xarici keçidlər == "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.

Digər lüğətlərdə