Yaşar Gülər
Yaşar Gülər (18 sentyabr 1954, Ərdəhan) — Türkiyənin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin generalı, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 30-cu rəisi (2018–2023).
Yaşar Gülər 1954-cü il yanvarın 1-də Ərdahanda anadan olub. 1972-ci ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbində təhsil almağa başlayıb. 1974-cü ildə akademiyanı bitirərək hərbi karyerasını qurmağa yönəlib. İlk olaraq, Türkiyə Quru Qoşunlarında xidmətə daxil olub. Yaşar Gülər 10 il ərzində müxtəlif piyada və rabitə birliklərində xidmət etmiş, sonra onlardan birinin komandirliyinə yüksəlmişdir. 1986-cı ildə o, Türkiyənin Hərbi Ordu Kollecini fərqlənmə diplomu ilə bitirərək heyət zabiti rütbəsini aldı.
Yaşar Gülər 2001-ci ildə briqada generalı, 10-cu Piyada Briqadasının komandanı, həmçinin Baş Qərargahın Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi vəzifəsinə yüksəlmişdir. 2005-ci ildə diviziya generalı rütbəsinə layiq görülmüşdür. Yaşar Gülərhəmən il Baş Qərargahda xidmət etməyə başlamışdır.