GÜNÜ

is.
1. Köhnə məişətdə: birinci arvadın üstünə alınan ikinci və ya üçüncü arvad.
Hacı evə günü gətirmək niyyətini Münəvvər xanımın qulağına elə doldurdu ki, arvadın heç ruhu da incimədi. Mir Cəlal.

// Bu cür ailədəki arvadlardan hər biri. Günülərin davası.
[Nazlı:] Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri də yazıq arvada sitəm eləyirmiş. Çəmənzəminli.
Cırmaqlama, didişmə olur, günülərin birisi digərinin xınalı saçlarını çəngə-çəngə yolurdu. S.Rəhimov.

2. məc. Düşmən, rəqib mənasında.
Ancaq o çox sadədir; tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə; qanlıbıçaq, günüdür. R.Rza.

◊ Günü düşmək – birilə düşünüşmək, düz gəlməmək, ziddinə getmək.
…Göyərçin çox-çox ildi ki, Gülsənəm qızla günü düşübdür. S.Rəhimov.

Этимология

  • GÜNÜ Mənası “paxıl” kimi açıqlanıb. Məncə, gün (od, yandırmaq) sözü ilə bağlıdır: günülər, adətən, bir-birini yandırmaqla, hirsləndirməklə (od qoymaqla) in
GÜNSÜZ
GÜNÜQARA
OBASTAN VİKİ
Gənclər Günü
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Hanqıl günü
Hanqıl günü (ing. Hangeul Day, Korean Alphabet Day) və ya Coson Yazı Günü — Hanqılın mükəmməlliyini təbliğ etmək və Kral Secongun Hunmincongımı tanıtmasını anma günüdür. Koreyada 9 oktyabr Kral Secongun Hunmincongımı elan etdiyi gün Hangıl Günü olaraq təyin olunmuşdur və milli bayram kimi qeyd olunmaqdadır. Koreya Xalq Demokratik Respublikasında isə 15 Yanvar Böyük kral Secongun Hunmincongımı yaratdığı gün Coson Yazı Günü olaraq qeyd edilir. == Mənşəyi və tarixi == Kral Seconqla bağlı qeydlərdə kralın 1446-cı il ildə ay təqvimi ilə sentyabr ayında Hunminceongımı elan etdiyi yazılır. Buna əsaslanaraq 1926-cı ildə Koreya dili cəmiyyətinin əvvəlki forması olan Coson dili tədqiqatları dərnəyi həmin vaxt ay təqvimi ilə sentyabrın 29-da(günəş təqvimi ilə 4 noyabr) Hunmincongımın elan olunmasının 480 illik yubiley tədbirini keçirib həmin günü Hangılın o dövrdəki adına əsasən “1-ci Qagya günü” olaraq elan etdi. Koreyalı alim Cu Şigyonqun “Hangıl” adını verməsindən sonra 1928-ci ildə “Hanqıl günü” olaraq dəyişdirildi. 1931 yaxud 1932 ildən başlayaraq günəş təqvimi ilə 29 oktyabrda qeyd olunmağa başladı. Koreya Dili Assosiasiyasının Koreya Dili Tədqiqat Qrupunun üzvü olan İ Hisıng və İ Gıkno 1932-ci ildən etibarən günəş təqviminə əsasən qeyd olunduğunu desələr də, 1931-ci ildən bəri olduğunu qeyd edən qəzet məqalələri də var. Bəzi mütəxəssislər 1582-ci ildən öncəki dövrdə də Qriqorian təqvimindən istifadə edildiyini qeyd edib 1934-cü ildən etibarən bu təqvimə uyğun olaraq hesablanmağı məqsədəuyğun gördülər və buna əsasən həmin gün okyabrın 28-ə keçirildi.
Həmrəylik günü
Kanada Günü
Kanada Günü (İngilis dili: Canada Day, Fransız dili: Fête du Canada) Kanadada milli bayram olaraq qeyd olunan gündür. Bu gün Kanadadakı əksər dövlət qurumları, məktəb və şirkətlər tətildədirlər. 1 iyul günü 1867 Konstitusiya Aktı ilə Kanadanın özəyi olan dörd əyalətdən formalaşmış federasiyaya yerli idarəetmə hüququ verilmişdir. 1982-ci ilə qədər Dominion Günü kimi qeyd olunan gün 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla "Kanada Günü" adını aldı və daha millətçi bir quruluş qazandı.
Marmot günü
Marmot günü (ing. Groundhog Day) — Hər il 2 fevral tarixində ABŞ və Kanadada keçirilən milli bayram. Həmin gün marmotu yuvasından çıxarılır və onun özünü aparmasına görə havanın necə olacağına proqnozu verilir.
Meliorator günü
Meliorator günü — Azərbaycan Respublikasında keçmiş peşə bayramı; 2007-ci ildən etibarən hər il iyun ayının 5-i qeyd olunmuşdur. 2014-cü ildə ləğv edilmiş və həmin ildən bu peşə ilə bağlı Su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunmaqdadır. Bu peşə bayramı "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamı ilə təsis edilmiş, "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin 14 may 2014-cü il tarixli Sərəncamı ilə ləğv edilmişdir.
Kəffarə günü
Yom-Küpür yaxud Kəffarə günü (ivrit dilində: יוֹם כִּפּוּר‎‎) - yəhudilər üçün ən mühüm bayramlardan biri. Tişri ayının 10-cu günündə keçirilən bu bayram oruc və tövbə ilə icra olunur. == Mənbə == Еврейская электронная энциклопедия. «Иом-Киппур».
Mübahilə günü
Zilhiccə ayında nəfsini saflaşdıran, tövbə və bağışlanma diləyən, Allahın dərgahına üz tutan, rəhmət və bərəkət istəyən insanlar üçün həqiqətdə bir fövqəl imkanlar vardır. İnsanlara Allah-Taala fövqəl imkanlar tanımışdı bu ayda ki, onlar Həcc ziyarətinin bərəkətindən faydalansınlar, mübarək ayın ilk 9 gününü oruc tutsunlar, Qurban bayramında qurbanlar kəsib Onun (Allah-Taalanın) yolunda imkansız, fəqir kimsələrə paylasınlar və həmçinin, Qədiri-Xum bayramını qeyd edib həmin günün əməllərini yerinə yetirsinlər. == Əhli-Beytdən (ə) dərslər == Amma, burada bir məqam da, var və o da, budur ki, bu mübarək ayın əlamətdarlıqları təkcə Həcc ziyarəti, Qurbanlıq, Qədiri-Xum bayramları ilə məhdudlaşmır. Doğrudur ki, çoxları tərəfindən belə bilinir ki, bu ay Həcc ayıdır, iki bayram – Qurbanlıq və Qədiri-Xum bayramları var bu ayda, Qurban bayramınadək oruc tutmaq müstəhəbdir bu ayda, Qədiri-Xum bayramının içində ibadətlər var və həm də, bu ayın müəyyən günlərində müəyyən əməllər var ki, onları yerinə yetirməyin savabı var. Amma, bu ayda sair əlamətdar və tarixi hadisələrin də baş verdiyini bilmək bir müsəlman olaraq vəzifəmizdir. Xüsusilə, bu hadisələrin Peyğəmbər (s) ailəsinin mübarək əməl və rəftarı ilə birbaşa bağlantısı olduqda, onları öyrənməmək, araşdırmamaq zərərinə olur insanın. Çünki elə bir kəs tapmaq olmaz ki, Peyğəmbər (s) ailəsinin rəftar və əməlləri, ona (həmin kəsə) yol göstərməsin, ona ibrət olmasın! Məsələn, dini mətnlərdə qeyd olunmuşdur ki, bu ayın 24-cü günü, bir dilənçi Peyğəmbər məscidinə daxil olub oradakıların ona yardım etməsini istəyir. Heç kim yardım etmədiyi halda, Əli (ə) namazda ruku halında ikən barmağındakı üzüyü həmin ehtiyaclı kimsəyə verir. Əlbəttə ki, məşhur tarixi hadisədir bu.
Müəllim Günü
Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı. == Tarixi == 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.
Neftçilər Günü
Neftçilər Günü — neft-qaz sahəsində çalışanların peşə bayramı. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi. 1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
Pakistan Günü
Pakistan günü (urdu یوم پاکستان, Yaum-e-Pakistan) — 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə Pakistanda qeyd olunan milli bayram. Silahlı qüvvələr tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsidir. Gün Müsəlman Liqası tərəfindən Minar-e-Pakistanda siyasi qətnamənin hazırlanması hadisəsi münasibətilə xatirə günü kimi qeyd olunur. Bu qətnamə 23 mart 1940-cı ildə Hindistanda Britaniyanın nəzarətində olan ərazilərin şimal-şərq və şimal-qərb regionlarında müsəlmanların çoxluq təşkil etdiyi əyalətlərdən ibarət müstəqil federasiyanın qurulmasını nəzərdə tuturdu. O vaxtdan bəri bu gün milli bayram kimi dövlət səviyyəsində hər il qeyd edilir və bir qayda olaraq bayram münasibətilə Pakistan Silahlı Qüvvələri hərbi parad keçirir.
Pi Günü
Pi Günü – məşhur pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunur. Bunun səbəbi isə Amerikan tarix formatında bu günün 3/14 kimi yazılması və bunun pinin təqribən aldığı ədədə oxşamasıdır. == Pi ədədi == Pi ədədinin ən çox istifadə olunan qiyməti 3,14-dür. Əsil qiyməti isə 3,141592653589793238462643383... kimi davam etməkdədir. Çevrənin uzunluğu və dairənin sahəsi başda olmaqla riyaziyyat və fizikada böyük bir yerə malikdir. == Tarixi == Pi Gününün ilk rəsmi və ya kütləvi qeyd olunması Larri Şou və digər işçilər ilə 1988-də, Şounun fizik olaraq işlədiyi San Fransisko Eksploratoriumda həyata keçirilib. 12 mart 2009-cu ildə ABŞ Nümayəndələr Məclisi 14 mart 2009 tarixini Beynəlxalq Pi Günü elan etdi. == Xarici keçidlər == The infinite appeal of pi Any way you slice it, pi's transcendental National Pi Day?
Preşern günü
Preşern günü (sloven. Prešernov dan) və ya Sloveniya Mədəniyyət bayramı (sloven. Prešernov dan, slovenski kulturni praznik) — fevral ayının 8-də qeyd olunan Sloveniya dövlət bayramı. Bayram böyük Sloveniya şairi Franse Preşernin 8 fevral 1849-cu ildəki vəfatının ildönümündə keçirilir. Bayram 1945-ci ildə slovenlərin milli şüurlarının artdığı vaxtda təqdim olunmuşdur. 1991-ci ildə 8 fevral istirahət günü elan edildi. Fevral ayının 7-də bayram ərəfəsində mədəniyyət və incəsənət sahəsində mühüm nailiyyətlərə görə Preşern mükafatı mərasimi keçirilir. == Tarixi == 8 fevral İkinci Dünya Müharibəsi dövründə əlamətdar tarixə çevrilməyə başlamışdır, belə ki o vaxtlar 7 fevral Ümumslavyn Birliyi Günü kimi qeyd olunurdu. 8 fevralın Sloveniya mədəniyyət bayramı elan olunması təklifini, Sloveniya Azadlıq Cəbhəsinin mədəniyyət işçisi Boqomil Gerlants tərəfindən 1945-ci ilin yanvar ayında Çrnomel şəhərində irəli sürülmüşdür. Sloveniya Milli Azadlıq Şurası Rəyasət Heyətinin 1 fevral 1945-ci il qərarı ilə 8 fevral Mədəniyyət bayramı elan olundu.
Qiyamət günü
Qiyamət
Qüds günü
"Qüds günü" — Fələstinin azadlığına dəstək aksiyası == Tarixi == İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur. 2011-ci ildə "Qüds günü" avqustun 26-na düşmüşdür.
Qələbə Günü
Zəfər Günü və ya Qələbə Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qətl günü
Qətl günü (roman) — Yusif Səmədoğlunın müəllifi olduğu tarixi, psixoloji roman.
Sevgililər günü
Müqəddəs Valentin Günü, Sevgililər günü kimi də tanınan, başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən, Katolik xristianların inancına görə bayram edilən tarixi gün. == 14 Fevral tarixi == Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar. III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub.
Subaylar Günü
Subaylar Günü (çin. 光棍节) — yalnızlığı qeyd etmək məqsədilə Çində təsis edilmiş gün. Hər il 11 noyabr tarixində qeyd edilir. == Tarixi == Subaylar Günü 1993-cü ildə Nankin Universitetində təsis edilib. Belə bir günün təsis edilməsində əsas məqsəd yalnızlığı qeyd etməkdir. Bu günün 11 noyabr tarixi olaraq xüsusi seçilməsi isə 11/11/xxxx tarixi ilə bağlıdır. Belə ki, 1 rəqəmi yalnızlığı təmsil etdiyi üçün bu rəqəmin ən çox yer aldığı tarix də Subaylar Gününün qeyd edilmə tarixi kimi seçilib. == Alış-veriş == Subaylar Günündə hər il böyük məbləğdə alış-veriş qeydə alınır. Xüsusilə də internet üzərindən həyata keçirilən alış-verişlər bu zaman daha çox olur. Buna görə də Subaylar Günü dünyada ən böyük alış-veriş festivalılarından biri kimi bilinir.
Susuzluq günü
Susuzluq günü (ərəb. ﻳﻮﻢ ﺍلعطش, Yəvm əl-atəş‎) — 724-cü ildə, Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad. Müslüm ibn Səid əl-Kilabi öndərliyindəki Əməvi ordusu türgişlərin yürüşlərindən xəbərdar olanda Fərqanə vadisinə hücum təşkil edir. Türgiş atlıları tərəfindən qovulan ərəblər tələsik şəkildə Sırdərya çayına doğru qaçır. Nəhayət, 11 gün davam edən qaçışdan sonra Əməvi ordusu Sırdərya sahilinə çatır, ancaq onlar türgiş və yerli Mavəraünnəhr hakimlərinin qoşunları ilə əhatə olunur. Hər halda, ərəblər bu mühasirəni qırıb, çayı keçərək Xücənd şəhərinə çatırlar. Əməvilərin məğlubiyyətə uğraması müsəlmanların regiondakı nəzarətini darmadağın edir. Mavəraünnəhr təqribən 740-cı ilə kimi ərəblər ilə türgişlər arasında mübahisəli ərazi olaraq qalır. == Zəmin == Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. == Mənşə == 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Türkçülük günü
Türkçülər günü — 3 may 1944 tarixinin anıldığı gün. İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Ali iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə, ilk dəfə 3 may 1945-ci tarixində Topxana əsgəri həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nejdət Sançar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhkum tərəfindən qeyd olunmuşdur. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülər günü adını almışdır. == Həmçinin bax == Türkman Şəhidlər Günü == Mənbə == Nihal Atsız, "3 Mayıs 1944", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 2. Nejdet Sancar, "Türkçülük Günü", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 3. Reha Oğuz Türkkan, Tabutluktan Gurbete, 3.bask.
Türkçülər günü
Türkçülər günü — 3 may 1944 tarixinin anıldığı gün. İrqçilik-Turançılıq iddiasının səbəblərindən biri olaraq göstərilən Hüseyn Nihal Atsız - Sabahattin Ali iddiasının 3 may 1944-ci il tarixli duruşmasından sonra yaşanan "Ankara nümayişi"ni xatırlamaq məqsədilə, ilk dəfə 3 may 1945-ci tarixində Topxana əsgəri həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nejdət Sançar və Reha Oğuz Türkkan başda olmaq üzrə 10 məhkum tərəfindən qeyd olunmuşdur. Daha sonrakı illərdə də davam edən toplantılar Türkçülər günü adını almışdır. == Həmçinin bax == Türkman Şəhidlər Günü == Mənbə == Nihal Atsız, "3 Mayıs 1944", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 2. Nejdet Sancar, "Türkçülük Günü", 3 Mayıs 1944, 50. Yılında Türkçülük Armağanı, İzmir 1994, s. 3. Reha Oğuz Türkkan, Tabutluktan Gurbete, 3.bask.
Valideynlər Günü
Valideynlər Günü Cənubi Koreyada mayın 8-də, ABŞ-də isə iyulun dördüncü bazar günü qeyd olunur. Cənubi Koreyada bu gün 1973-cü ildə əvvəllər mayın 8-də qeyd edilən və ictimai və özəl bayramları əhatə edən Analar Gününü əvəz etmək üçün təsis edilib. ABŞ günü 1994-cü ildə prezident Bill Klintonun dövründə yaradılıb. 1 iyun həm də valideynlərin övladlarına sadiqliyini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Qlobal Valideynlər Günü" elan edilib. Filippində ciddi şəkildə qeyd olunmasa da, dekabrın ilk bazar ertəsi hər il Valideynlər Günü elan edilir. == Beynəlxalq == Birləşmiş Millətlər Təşkilatı "dünyadakı bütün valideynləri uşaqlarına fədakarlıqlarına və bu münasibətləri inkişaf etdirmək üçün ömür boyu göstərdikləri fədakarlıqlara görə tərifləmək üçün" 1 iyunu Qlobal Valideynlər Günü elan etdi.
Yemiş günü
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.
Gənclər Günü (Azərbaycan)
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Həmrəylik günü (film, 1976)
== Məzmun == Film Asiya və Afrika ölkələri xalqlarının həmrəyliyinin IV sovet konfransına həsr olunmuşdur. Konfrans Bakıda "Böyük Oktyabr Sosialist İnqilabı və Asiya, Afrika və Latın Amerikası xalqlarının milli-azadlıq hərəkatı" devizi altında keçirilmişdir. Qonaqların qarşılanması, onların şəhərimizin görməli yerləri ilə və ən iri müəssisələrlə tanışlığı, konfransın gedişi filmdə öz əksini tapmışdır. Məişət kondisionerləri zavodunda, V.İ.Lenin adına Azərbaycan boru-prokatı zavodunda, Xalqlar dostluğu parkında, Serebrovski adına NQÇİ-də, konfrans iştirakçılarının Qubaya, Şamaxıya, Gəncəyə və Azərbaycanın digər şəhərlərinə səfəri zaman çəkilmiş kadrlar filmə daxil edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Məmməd İsmayıl Operator: Tofiq Sultanov, Mehman Dadaşov, Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Hərbi Donanma Günü
Hərbi Donanma Günü — hər təqvim ilinin 5 avqust tarixində Azərbaycan Respublikasında qeyd olunan peşə bayramı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi dəniz donanması da yaradıldı. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi dəniz donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu, lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya Silahlı qüvvələrinin ("Könüllü ordu" da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı qüvvələrin hərbi dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsassız nota Azərbaycan Dövlət Müdafiə Komitəsində müzakirə edildi. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycanın limanları və ticarət gəmiləri vardır.
IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923)
IX beynəlxalq gənclər gününün bayram edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə çəkilmişdir. Film "AFKİ"də istehsal edilmişdir. Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. == Məzmun == Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. == İstinadlar == == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü (ing. International Day of Journalists' Solidarity) — Hər il sentyabrın 8-də dünya üzrə qeyd olunan jurnalistlərin, repartyorların və müxbirlərin beynəlxalq həmrəyliyi günü. Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konfranslar, qurultaylar keçirilir, burada müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır. Bu bayram toplantılarında təcrübə mübadiləsi ilə yanaşı, bəzən hətta təhlükəli olan zəhmətləri müqabilində mükafatlarla təltif edilirlər. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. == Tarixi == Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabr ayının 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. BMT tərəfindən təsis edilmiş bayram sadəcə peşə bayramı kimi qeyd olunmur, bu gün bütün jurnalistlər özlərini həmrəy və birlik içində hiss edirlər.
Konstitusiya Günü (Azərbaycan)
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – müstəqil Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi: Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib. == Erkən tarixi == 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu Konstitusiyası qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
Konstitusiya Günü (Qazaxıstan)
Qazaxıstan Respublikasının Konstitusiya Günü (qaz. Қазақстан Республикасының Конституциясы күні) — 1995-ci ildə ümumxalq referendumunda qəbul edildiyi tarix olan 30 avqustda qeyd olundu. Konstitusiya günündə Respublikanın bütün bölgələrində və şəhərlərində ənənəyə uyğun olaraq həvəskar sənətkarların kütləvi bayram şənlikləri və konsertləri keçirilir. == Tarixi == Qazaxıstan Respublikasının Konstitusiyası 30 avqust 1995-ci il tarixli ümumxalq referendumunda qəbul edildi (1998 və 2007-ci illərdəki əlavə və dəyişikliklərlə). Konstitusiya, ölkənin əsas qanunu olaraq, Qazaxıstan xalqının iradəsini, ölkəsini "demokratik, dünyəvi, hüquqi və sosial dövlət olaraq qurma arzusunu əks etdirir. həyat, hüquq və azadlıqlar "(N. Nazarbayev). Qazaxıstan Respublikası Konstitusiyanın birinci maddəsi ilə özünü ən yüksək dəyərləri bir insan, onun həyatı, hüquqları və azadlıqları olan demokratik, dünyəvi, hüquqi və sosial bir dövlət kimi təsdiqləyir. Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevə görə, Qazaxıstan Konstitusiyası azadlığın təməlidir. Beləliklə, Konstitusiya Qazaxıstandakı insanlara ən vacib olanı seçmək hüququ verdi. 18 may 2007-ci il tarixində parlamentin otaqlarının birgə iclasında Əsas Qanuna edilmiş dəyişikliklərə əsasən, idarəetmə formasına görə Qazaxıstan prezident-parlament idarəetmə formasına malik unitar dövlətdir.
Konstitusiya Günü (Yaponiya)
Konstitusiya Günü— Yaponiyanın dövlət bayramı. Hər il 3 mayda - 1947-ci ildə Yaponiya Konstitusiyasının qəbul edilməsinin ildönümündə qeyd edilir. Yapon qızıl həftəsinin bir hissəsidir. Bu gündə Yaponiya Parlamentinin qapıları hər bir kəsin üzünə açıq olur. Burada Yaponiya üçün demokratik və pasifist konstitusiyanın əhəmiyyəti haqqında mühazirələr oxunur. Qəzetlərin ilk səhifələri adətən konstitusiyaya, eləcə də onun doqquzuncu maddəsinə həsr olunur. == İstinadlar == == Xarici keçidlər == День Конституции Японии (rus.) calend.ru saytında. Constitution Memorial Day Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine (ing.) Kids Web Japan saytında.
Koreya Milli Azadlıq Günü
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Koreya Milli Qurtuluş günü
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.
Marmot günü (film)
Marmot günü (film, 1993)
Milanın beş günü
Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri == Tarixi == Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi. 17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı. Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı.
Milli Dirçəliş Günü
Milli Dirçəliş Günü — Azərbaycan'da 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayram. == Haqqında == 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı. Azərbaycan Xalq Cəbhəsinin(1989-1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında Bakıda və bir çox bölgələrdə qurtuluş mitinqləri keçirilmişdir.Azərbaycan Xalq Cəbhəsinin bu hadisələrdə iştirakı,mitinqlərin təşkilatlanmış halı kimi öz əksini tapır. === 17 noyabr mitinqinin tələbləri === Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür. Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir. Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
Milli Musiqi Günü
Azərbaycan Milli Musiqi Günü — Azərbaycanda hər il sentyabrın 18-də qeyd edilən bayram. == Haqqında == Milli Musiqi Günü dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi.
Milli Müstəqillik Günü
Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt sözügedən Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 231-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Qeyd olunan Konstitusiya Aktınin 2-ci maddəsində deyilir: " Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir". Həmin Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Milli Mətbuat və Jurnalistika Günü
22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir. == Azərbaycan mətbuatının tarixi == Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880),"Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi.
Milli dil günü
Milli dil günü və ya Limba noastre (Rum. Limba noastră - dilimizdən) Moldova Respublikasında 1989-cu ildən bəri hər il 31 Avqustda qeyd olunan bir tətildir. == Mənşə tarixi == Moldova Xalq Cəbhəsinin birbaşa iştirakı ilə 27 Avqust 1989-cu ildə Kişinyovda kütləvi bir nümayiş baş verir, tələblər arasında Latın qrafikasına əsaslanan Moldova dilinin respublikanın rəsmi dil statusunu tanıması idi. 31 Avqust 1989-cu ildə MSSR Ali Soveti Moldovanı 'siyasi, iqtisadi, sosial və mədəni sahələrdə' rəsmi dil elan etdi və Moldova dilinin Latın qrafikasına qaytarılması haqqında qanun qəbul etdi. 23 iyun 1990-cı ildə Moldova Parlamenti 31 avqustu Milli Dil Günü elan etdi. Başlanğıcda tətilə 'Rumın dilimizin günü' (Rum. Limba noastră cea română və ya Rum. Ziua limbii române) deyilirdi. 1994-cü ildə tətilə Moldova Konstitusiyasının 13-cü maddəsində əksini tapan mövcud adı - 'Limba noastră' (rum. Limba noastră) verilməsinə qərar verildi.
Monrealda Azərbaycan günü (film, 1967)
== Məzmun == Reportaj-film bir neçə epizoddan ibarətdir. Filmdə Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və elm xadimlərindən, sənaye və kənd təsərrüfatı qabaqcıllarından ibarət nümayəndə heyətinin Monrealda Azərbaycan günündə iştirak etməsi, onun şəhər meri tərəfindən qəbul olunması, Monrealda Ümumdünya sərgisinin, Azərbaycan SSR gününün təntənəli açılışı, nümayəndə heyətimizin Ottava və Toronto şəhərlərinə səfəri haqqında danışılır. Eyni zamanda yeri gəldikcə filmdə Kanadanın görməli yerləri barədə də söhbət açılır.

Значение слова в других словарях