GÜN

is. bax günəş 1 və 2-ci mənalarda. Gün işığı. Gün çıxar, aləm görər. ( Ata. sözü ).
Gəldi günortaçağı, gün qızarıb yanırdı. S.Vurğun.
Gün iki cida boyu qalxmışdı. Mir Cəlal.

□ Gün əyilmək – axşama yaxın günəş üfüqdən çəkilmək. Gün lap əyilir, şər qarışır. İnəklər naxırdan gəlir. “M.N.lətif.
” Gün tutulmaq – günün qabağına başqa bir göy cisminin və ya onun kölgəsinin düşməsi nəticəsində müvəqqəti görünməz olması hadisəsi.
Gözümüz üfüqdədir, açılmır səhərimiz; Bizə düşən səmada gün tutulmuş, ay Allah! B.Vahabzadə.

Gün vurmaq – qızğın günəş şüalarının təsirindən beyin mərkəzi zədələnmək.
Gün yağlanmaq (ağarmaq) – günəş çıxıb, bir az yuxarı qalxmaq.
[Qoca:] Gün ağarmadan çayı keçməliyik. M.Rzaquluzadə.
…Baxış bəy səhər, gün yağlananda oyandı. Ə.Abasov.

Синонимы

  • GÜN I 1. GÜN (24 saatlıq müddət) Bu minval ilə üç gün keçdi (“Koroğlu”); GECƏGÜNDÜZ Üç gecə-gündüz ki, Tapdıq yuxusuzdu (Ə
  • GÜN günəş

Омонимы

  • GÜN GÜN I is. Planet, günəş. Gün çeşmədən çəkiləndə, naxır gəlirdi (Ə.Əylisli). GÜN II is. Səhərdən axşama qədər olan vaxt

Этимология

  • GÜN El sözünün sinonimidir, “xalq” deməkdir. El-gün (el-güz, el-cir, el-car kimi də olub) sinonimlər birləşməsi “aləm” mənasını verir
GÜMÜŞÜLÜK
GÜN₂

Значение слова в других словарях