GƏLİR

GƏLİR (əldə əlavə edilən pul, qazanc) [Dövlət bəy:] Ayda iki yüz min manat gəlirim var (C.Cabbarlı); DAŞBAŞ (dan., nifr.) (əyri yolla əldə edilən gəlir) Bu sən öl, indi maşınlardadı daşbaş, yana dur; Yeri get, müştərimə eyləmə göz-qaş, yana dur! (Hüseyn Nadir); KƏSB İsmayılov .. öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı (Ə.Haqverdiyev); MƏDAXİL Onun qabaqlarda ildə yarım milyon tək bircə neftdən mədaxili olardı (C.Məmmədquluzadə); VARİDAT (bütün gəlir) Bu vəzifələrin verdiyi imkanlardan nəinki istifadə edib varlana bilməmiş, hətta, atadanqalma az-çox varidatını da itirmişdi (M.İbrahimov).

GƏLİNTACI
GƏLMƏK

Значение слова в других словарях