gen
gen-bolluq
OBASTAN VİKİ
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. == Tarix == İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. == DNT == DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
Ferdinand Bol
Ferdinand Bol (nid. Ferdinand Bol (24 iyun 1616, Dordrex – 24 avqust 1680, Amsterdam) Holland rəssamı 1631-1637-ci illərdə Rembrandtın şagirdi olmuşdur. 1652-ci ildə Amsterdama gəlir. 1660-cı ildən rəssam kimi tanınmağa başlanır. Amsterdamda onun şərəfinə küçə mövcuddur.
Manute Bol
Manute Bol (16 oktyabr 1962 – 19 iyun 2010) — Sudan basketbolçusu. == Həyatı və karyerası == Manute Bol 1962-ci ildə Sudanın cənubunda anadan olub. Manute Bol 1985–1994-cü illərdə NBA-da çıxış edib. George Mureşan gələnədək, o, NBA tarixinin ən ucaboy basketbolçusu sayılıb. Rumıniyalı George Mureşan kimi, 231 sm boya malik Manute Bol 10 mövsüm ərzində "Vaşinqton Bullits", "Qolden Steyt Uorriors", "Filadelfiya 76" və "Mayami Hit" klublarında çıxış edib. Oyunçu karyerasını başa vurduqdan sonra isə o, Sudanın xeyriyyə və hüquq – müdafiə təşkilatında çalışıb. Manute Bol böyrək xəstəliyindən müalicə olunmaq üçün 2010-cu ilin may ayında Sudandan ABŞ-yə qayıdıb. Lakin sabiq basketbolçunun həyatını xilas etmək mümkün olmayıb. 2010-cu ilin iyun ayında Kanzas ştatının Şarlottsvill şəhər xəstəxanasında 48 yaşında vəfat edib.
Timo Bol
Timo Bol (8 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. Timo Bol Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Timo Bol Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Timo Bol Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Gen (film, 2006)
Gen qorxu-gərilim janrında olan 2006-ci il istehsalı türk sinema filmi. Filmin ssenaristləri Murad Toxtamışoğlu, Güray Ölgü və Alper Məstçidir. == Məzmun == Psixiatr Dəniz təpəlik bölgədə yerləşən ruhi xəstəxanaya təyin olur. İşə başladığı ilk gün intihar edən xəstənin meyitini görür. Hadisəni araşdırmaq üçün xəstəxanaya gələn polislər pis hava şəraitinə görə xəstəxanada qalmalı olurlar. Yollardan başqa telefon xətləri də zədələnmişdir və xarici mühitlə əlaqə kəsilmişdir. Çox keçmədən xəstəxanada çoxsaylı cinayətlər başlayır.
Tsu Şin Gen
Tsu Şin Gen — Avropanın ən tanınmış əlbəyaxa döyüş sənəti üstası (Masutatçu Oyamanın tələbəsi) Kanço David Kuk-un qurduğu beynəlxalq təşkilatın adıdır. Qarışıq döyüş sənətlərinin inkişafı ilə məşğul olan bu təşkilatın tədbirlərinə Azərbaycandan ilk dəfə 2004-cü ildə Vasif Namazov öz tələbələriylə qatılıb. Onların içində tanınmış qaydasız döyüş idmançısı Tural Rəhimovda var. Tsu Şin Gen Beynəlxalq Büdo Asossasiyası mərkəzi qərargahı İsveçdə yerləşir.
Metyu Bol (rəqqas)
Metyu Bol (ing: Matthew Ball, Dekabr, 1993-cü il, Liverpul, Böyük Britaniya) - İngilis rəqqas. Hal-hazırda Royal Baletdə baş rəqqasdır. Anası rəqs müəllimi, atası teatrşünaslıq müəllimi və yazar olan Bol, 1993-cü ilin dekabr ayında İngiltərədə, Liverpulda anadan olmuşdur. O, Royal Balet məktəbində təhsil alıb, 2013/2014-cü ildə Royal Balet truppasına qoşulmuş, 2015-ci ildə birinci dərəcəli artist, 2016-cı ildə solist, 2017-ci ildə birinci dərəcəli solist olmuş və 2018-ci ildən isə baş rəqqas olaraq Royal Baletdə fəaliyyətini davam etdirmişdir. Bol Londonun, Holborn səmtində yaşayır.
Bol Məhsulun Təminatı (1961)
Bol məhsulun təminatı qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == Məzmun == Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bol məhsulun təminatı (film, 1961)
Bol məhsulun təminatı qısametrajlı sənədli filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == Məzmun == Film bol məhsulun yetişdirilməsi, bəhərli olması üçün ən vacib şərt-aqrotexniki və zootexniki qaydalara düzgün və dəqiq əməl edilməsindən danışır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Digər lüğətlərdə