GİTARAÇALAN
GİYİŞMƏK
OBASTAN VİKİ
Gitaraçı
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Rafiq Rəsulov (gitaraçı)
Rafiq Rəsulov — Bakının məşhur gitaraçılarından biri (əsl adı Rafaeldir). Vaxtilə, 60-cı illərin ortalarından başlayaraq Xalq Təsərrüfatı İnstitutunun "Xürrəmilər" qrupunun solisti olmuşdur. Bakıda müxtəlif illərdə keçirilən "Qızıl payız-69", AZİ-1970, ADU-51, "Qızıl payız-71" və bir çox başqa mahnı və rok müsabiqələrində iştirak etmişdir. Gitarada mahir ifasına görə musiqiçilər arasında onu "Hendrix" deyə çağırırdılar. 2016-cı il sentyabrın 20-də 67 yaşında vəfat etmişdir.

Digər lüğətlərdə

жемчу́жина зло́стный наи́б прегостеприи́мно разро́знивать томага́вк впряга́ться натёсывать префере́нции пропали́ть ри́торский се́стринство синячо́к advanced degree capability castigator factionalist newfangled outspoke table-hop telepath Turki water-furrowing plough worst коричневый