HÖRMƏT-İZZƏT

сущ. честь; почесть. Hörmət-izzətlə qarşılamaq kimi встречать с почестями кого
HÖRMƏT
HÖRMƏTCİL
OBASTAN VİKİ
Hörmət-izzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Hörmət

Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
İzzət
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Yusif İzzət
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi. Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi.
İzzət Balacayev
İzzət Zakir oğlu Balacayev (14 dekabr 1993) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun baş leytenantı olan İzzət Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İzzət Balacayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.
İzzət Bağırov
İzzət Bağırov (17 may 1976, Bakı, Azərbaycan SSR) — azərbaycanlı müğənni, aktyor. İzzət Bağırov 17 may 1976-cı ildə anadan olub, əslən Balaxanlıdı. Bakıxanov qəsəbəsindəki 4 nömrəli Musiqi Məktəbinin tar sinifini, sonra isə Bülbül adına orta ixtisas məktəbinin İncəsənətin Musiqi Komediya fakultəsini bitirib. "7-17" Dövlət müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 1995-ci ildən daha da populyarlaşıb. Dəfələrlə Həcc ziyarətində, Məşhəddə olub. Oruc tutub, ehsanlar verir. Çox vaxt da Cümə məscidində namaz qılır. Kumiri İbrahim Tatlısəsdir.
İzzət Hümmətov
İzzət Müşfiq oğlu Hümmətov (9 sentyabr 1996; Şabran rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İzzət Hümmətov 1996-cı il sentyabrın 9-də Şabran rayonunun Uzunboyad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İzzət Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İzzət Hümmətov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İzzət Həmidov
İzzət Rövşən oğlu Həmidov (28 fevral 2000 – 9 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İzzət Həmidov 28 fevral 2000-ci ildə doğulub. 2020-ci il oktyabrın 9-da Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, bu zaman bir ilin əsgəri olub. Şəhidimizin anası Vəfa İsmayılova oğlu ilə bağlı xatirələrini bizimlə bölüşüb. 3 oğul anası olduğunu bildirən Vəfa xanımın sözlərinə görə, İzzət onların ən böyüyü olub "İzzət həm də ən ağıllı oğlum idi. 12 yaşına kimi rəqqas idi, telekanallara da dəvət edirdilər. Bir az böyüyəndən sonra rəqsdən uzaqlaşdı. Eyni zamanda, uşaqlıqdan futbol həvəskarı idi. Bakının AZAL klubununun aşağı yaş qrupunda çıxış edirdi.
İzzət Nəbiyev
İzzət Əhməd oğlu Nəbiyev (1923, Nuxa – 1993) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), SSRİ Dövlət mükafatı laureatı (1969). İzzət Nəbiyev 1923-cü ildə Nuxa (hazırkı Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin — İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır. 75 elmlər namizədinin elmi rəhbəri olmuşdur. Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/ Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
İzzət Orucova
İzzət Mirzəağa qızı Oruczadə (Orucova) (16 sentyabr 1909, Bakı – 22 aprel 1983, Bakı) — Azərbaycan kimyaçı alimi, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964). İzzət Oruczadə V. Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmiş (1932–1959), həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri (1959–1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967–1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971–1983) olmuşdur. II Dünya müharibəsi illərində İ. M. Orucova tankları sırada çıxarmaq üçün istifadə edilən yandırıcı butulkalara ampula hazırlayan kimyaçılar cərgəsində olmuşdur. Orucova 1947-ci ildə "Transformator və turbinlərdə işlənən yağların keyfiyyətinin yaxşılaşdırılması və neftdən sürtkü yağlarının alınması" mövzusunda namizədlik, 1962-ci ildə isə "Bakı neftindən aşağı temperaturda donan yağlar alınması texnologiyasının işlənib hazırlanması və onların keyfiyyətinin aşqarla yaxşılaşdırılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru dərəcəsini almışdır. həmin ildə də professor adına layiq görülmüşdür. İzzət xanımın əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında, AzNİİ-5, AzNİİ-7, AzNİİ-8u, SB-3, SK-3, BFK və s. markalı aşqarların hazırlanması və sənayedə tətbiqində yaxından iştirak etmişdir. Yüksək ixtisaslı kadrlar hazırlanmasında xidməti vardır. Akademik İ. M. Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi xarici ölkələrdə sürtkü yağları və aşqarlara dair keçirilmiş simpoziumlarda respublika kimyaçılarını təmsil etmişdir.
İzzət Oruczadə

İzzət Rüstəmov
İzzət Rüstəmov – Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru. İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışır. 100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir. 1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir. Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.
İzzət Seyidova
İzzət Əli qızı Seyidova (20 noyabr 1910, Xarkov – 30 noyabr 1973, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi (1943). İzzət Seyidova 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Atası Əli bəy Mir Seyfəddin oğlu anası isə Olqa Yakovlevna idi. Onların hər ikisinin peşəsi həkim olmuşdur. İbtidai təhsilini Xarkovda alan İzzət xanım daha sonra Aleksandr İvanoviç Kosiçkinin rəssamlıq atelyesinə qoşulur. 1927-ci ildə 7-ci sinifi tamamladıqdan sonra isə Bakıdakı Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumaq qərarına gəlir. 1927–1931-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuduğu 4 il ərzində Seyidova A.Kosiçkinin və M. Qerasimovun rəhbərliyi altında çalışmışdır. 1931-ci ildə o, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuş, 1938-ci ilə qədər burada oxumuşdur. Burada İzzət xanım R.Frents, Y.Lansere, A.Osmyorkin və M.Babşev kimi görkəmli sənətkarlardan öyrənmək imkanı əldə etmişdi. 1938-ci ildə o, "Yevgeni Onegin" operasının dizayn işi ilə instutdan məzun oldu.
İzzət Xəzər
İzzət Xəzər - Türk jurnalist. İzzət Xəzər, Mətbuat Nəşr Yüksək Məktəbi məzunu olub, 1 noyabr 1988 tarixində "Səhər" qəzetində müxbir olaraq peşə həyatına başladı. Müxtəlif vəzifələr çalışdıqdan sonra eyni media birliyinə bağlı "Sabahınız xeyir" qəzetində çalışarkən, 1992-ci ildə Cizredə Novruz nümayişlərini izləməklə vəzifələndirildi. Hərəkəti küçəyə çıxma qadağanının olduğu bir zamanda, müxbir yoldaşı Faruk Balıqçı ilə birlikdə ağ bayraq daşıdığı halda, təhlükəsizlik gücləri ilə nümayişçilər arasındakı qarşıdurmalarda açılan atəş nəticəsi öldürüldü. İzzət Xəzəri öldürən güllənin kimin silahından çıxdığı müəyyən oluna bilmədi.
İzzət Əfəndiyev
İzzət Arif oğlu Əfəndiyev (4 sentyabr 1947, Zaqatala) — fəlsəfə doktoru, rus dilinin tədrisi sahəsində elm xadimi. İzzət Əfəndiyev 4 sentyabr 1947-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur. 1965-ci ildə Zaqatala şəhəri 1 saylı tam orta məktəbi əla nəticələr ilə bitirdikdən sonra, Rusiyanın Volqoqrad şəhərində neftqayırma zavodunda fəhlə işləmişdir. 1967-ci ildə M. F. Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olmuşdur. 1972-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Kəlbəcər rayonunda, sonra isə Zaqatala rayonu Mosul və Qımır kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 1976-cı ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının aspiranturasına qəbul olmuş, 1980-ci ildə M. F. Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı institutuna (indiki Bakı Slavyan Universiteti) müəllim vəzifəsinə təyin edilmişdir. O, 1983-cü ildə "Azərbaycan məktəblərinin IV–VI sinif şagirdlərinə rus tələffüz vərdişlərinin öyrədilməsində audiovizual vasitələrdən istifadə metodları" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və Moskva alimlərinin müsbət rəylərini qazanmışdır. 1980–2016-cı illərdə BSU-da çalışan İzzət Əfəndiyev müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan müavini vəzifələrində işləmişdir. Hazırda Azərbaycan Respublikasının orta məktəblərində çalışan rus dili və ədəbiyyatı müəllimlərinin əksər hissəsi İzzət müəllimin yetişdirmələridir. İ. Əfəndiyev 2014–2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində çalışıb.
İzzət Əfəndiyeva
İzzət Əfəndiyeva (10 sentyabr 1950, Kirovabad) — Fizika üzrə elmlər doktoru, 1977-ci ildən BDU-da çalışır. 1950-ci il sentyabrın 10-da Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsinə (rus bölməsində) daxil olmuş və 1972-ci ildə həmin universitetin məzunu olmuşdur. 1997-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1972-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fizik, fizika müəllimi ixtisası almaqla bitirib. 1991-ci ildə Gənclər İnstitutu (Bakı ş.) Menecment və Biznes şöbəsini "Xarici iqtisadi fəaliyyətin təşkili və texnikası" ixtisasını almaqla bitirib. 1987-ci ildə "Keçid elementləri əsasında olan mürəkkəb oksidlərin–polyar dielektriklərin optik xassələri və elektron quruluşu" (01.04.10-yarımkeçiricilər və dielektriklər fizikası) namizədlik, 2013-cü ildə "Al-TiW-PtSi/n-Si, Al-TiW-Pd 2Si/n-Si, Al-TiW/n-Si, AlNi/n-Si, Al- TiCu/n-Si elektron quruluşu və daşınma mexanizmləri" (2211–01-bərk cisim fizikası) doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə dosent elmi adı alıb. 1972–1974-Gəncə şəhəri 17 saylı dəmir-yolu məktəbinin fizika müəllimi; 1974–1977-illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutu Xüsusi Konstruktor Bürosunun mühəndisi; 1977–1989-Bakı Dövlət Universiteti Yarımkeçiricilər Fizikası Elmi-Tədqiqat Laboratoriyasında (indiki Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu) kiçik elmi işçi, vəzifəsində işləmişdir. 1989–1997-ci illərdə Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinində nəşriyyat və sərgi işləri üzrə qrup rəhbəri, 1-ci prorektorun müavini; 1997–2018-ci illərdə böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir.
Həsən İzzət Paşa
Həsən İzzət Paşa (türk. Hasan İzzet Paşa, Hasan İzzet Arolat) (d. 1871; İstanbul, – 3 mart, 1931) — Osmanlı İmperiyasının generalı. Həsən İzzət 1871-ci ildə İstanbulun Aksaray məhəlləsində Əli Muhsin Paşanın və Sürəyyə xanımın ailəsində doğulmuşdu. 1890-cı ildə Türkiyə Quru Qoşunları məktəbini və 1893-cü il martında hərbui məktəbi qərargah zabiti rütbəsi ilə bitirdi. 1894-cü il aprelin 14-də Sultan II Əbdülhəmidin əmri ilə Baş Qərargahın dördüncü şöbəsinə təyin edildi. 1895-ci il mayın 18-də Kapitan (Kolağası) rütbəsinə yüksəldi və 1895-ci il mayın 12-də hərbi heyətin tərkibində Üsküpə ekskursiya göndərildi (indiki Skopye). 29 oktyabr 1896-cı ildə Hərbi Akademiyaya təyin edildi. 1897-ci il aprelin 21-də mayor rütbəsinə yüksəldilmiş və Alasonya ordusunda xidmətə göndərilmişdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsi dövründə II Neşet bəyin diviziyasına təyin edilmiş və Domokos döyüşündə (Domokos Müharibəsi) iştirak etmişdir.
Süleyman İzzət bəy
Süleyman İzzət bəy (XIX əsr) — Osmanlı və Türkiyə hərbi xadimi. 1918-ci ildə Bakının daşnak-eser-menşevik –ingilis işğalından azad olunmasında fəal iştirak etmiş türk ordusu XV diviziyasının komandiri. 1918-ci ilin avqustun axırlarında Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etməyə hazırlaşdığı bir zamanda qəti həmlə etmək üçün Türkiyəyə müraciət etdi. Buna cavab olaraq daha bir diviziya – polkovnik-leytenant Süleyman İzzət bəyin rəhbərliyi ilə avqustun 28-də Qarakilsə-Dilican-Ağstafa yolu ilə hərəkət edərək, sentyabrın 9-da Bakı ətrafına çatdı. Süleyman İzzət bəy və onun komandanlıq etdiyi V və XV diviziyalar Azərbaycanın nizami və könüllü hərbi qüvvələri ilə birlikdə sentyabrın 12-15-də Bakı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdilər. Bakı azad olunduqdan sonar Süleyman İzzət bəyin başçılıq etdiyi XV diviziya Dərbənd və Petrovsk-Port (Mahaçqala) şəhərlərini azad etməyə göndərildi. Oktyabrın 6-da Biçeraxovun hərbi qüvvələri darmadağın edilərək, Dərbənd azad olundu. Diviziya noyabrın 8-də Petrovsk-Portu da azad etdi. Süleyman İzzət bəy sonralar XV diviziyanın Azərbaycan və Şimali Qafqazdakı xilaskarlıq əməliyyatlarına həsr olunmuş əsər yazıb çap etdirmişdi. Əsərin adı belədir: 15 piyade fırkasının Azerbaycan və Şimali Kafkasyadakı harekatı və müharibeleri.
Yusif İzzət paşa
Yusif İzzət paşa (türk. Yusuf İzzet) () — Osmanlı ordusu və Türk ordusunun general olmuşdur. Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən yüksək rütbəli generallardan biridir. Birinci Dünya müharibəsi dövründə və xüsusilə Türkiyə İstiqlaliyyət müharibəsində ilk aylarında mühüm vəzifələri icra etmiş və 1922-ci ildə ölümünə qədər 1-ci parlamentdə millət vəkili olmuş Türk əsgəri və siyasətçisi idi. Qafqaz mənşəli ailənin övladıdır. 28 aprel 1894-cü ildə daxil olduğu Hərbi Məktəbi 17 avqust 1896-cı ildə leytenant rütbəsi ilə, 17 yanvar 1900-cü ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində iştirak etmişdi. 1915-ci ildə general rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində müxtəlif döyüş əmrlərini icra etdi. Xüsusilə, Qafqazın önündə yerləşən 10-cu Ordu Korpusu komandirliyi, Qafqaz Ordusu Korpusu komandiri və 14-cü Korpusun komandiri kimi fəaliyyət göstərmişdi. Rusiyada 1917-ci il Bolşevik İnqilabından sonra Qafqaz və Osmanlı dövlətinin fəal dəstəyi ilə yaradılan "Şimali Qafqaz Respublikası" hökumətinin tərkibində yaradılan Şimali Qafqaz Korpusu komandiri oldu və Komandanlığda hərbi nümayəndə kimi fəaliyyət göstərdi.
İzzət Həmidov (Şəhid)
İzzət Həmidov (əsgər)
İzzət Mehmed Paşa
İzzət Mehmed Paşa (1723, Zonquldak – 1784, Belqrad) — I Əbdülhəmidin səltənətində 2 dəfə - ümumlikdə 1 il 17 ay 4 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 1723-cü ildə o dövrdə Bolunun tabeliyindəki (indiki Zonquldakda) Çərşənbə qəzasının Bəylik kəndində dünyaya gəldi. Atası Hüseyn bəy Fateh Sultan Mehmed dönəminin sədrəzəmlərindən Yunan Mehmed Paşanın nəslinə mənsub idi. Moreyalı Bəşir ağanın darüssəadə ağalığı dönəmində İstanbula gələrək Köhnə sarayın baltaçılar ocağına alındı. Şəxsi keyfiyyətləri və bacarığı nəticəsində qısa zamanda yüksəldi. III Mustafanın taxta çıxmasından qısa müddət sonra 6 noyabr 1757-ci ildə darüssəadə ağasının katibliyinə gətirildi. Ancaq sədrəzəm Qoca Raqif Paşaya düşmənliyi və baltaçılar ocağının ləğv edilməsinə etiraz etməsi nəticəsində 25 mart 1758-ci ildə vəzifədən alındı. Ardından mənsubu olduğu baltaçılar ocağı ləğv edildi və 1763-cü ilin martına qədər heç bir vəzifəyə təyin olunmadı. Bu tarixdə ikinci dəfə darüssəadə ağası katibliyinə gətirilən İzzət Mehmed bəy bir çox saray mərasimində aktiv iştirak etmişdir. 20 mart 1766-cı ildə təyin ediliyi saray zərbxanası əminliyində 8 ilə yaxın xidmət etdi.
İzzət Nəbiyev (alim)
İzzət Əhməd oğlu Nəbiyev (1923, Nuxa – 1993) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), SSRİ Dövlət mükafatı laureatı (1969). İzzət Nəbiyev 1923-cü ildə Nuxa (hazırkı Şəki) şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Energetika fakültəsini bitirmişdir. 1951-ci ildə Azərbaycan SSR-in göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə neft profilli ali məktəblərdə ilk fakültənin — İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1957-ci ildən ömrünün axırına qədər (1993-cü il) eyni zamanda Sumqayıt "Neftkimya-avtomat" Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki "Neftqazavtomat" Elmi-İstehsalat Birliyində) yerinə yetirilən ittifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, Azərbaycan SSR-in, eləcə də keçmiş ittifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır. 75 elmlər namizədinin elmi rəhbəri olmuşdur. Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması" bölməsinin sədri/ Müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.
İzzət İbrahim Duri
İzzət İbrahim Duri (ərəb. عزة إبراهيم الدوري‎; 1 iyul 1942, Əd-Dаur, Səlahəddin mühafəzəsi – 26 oktyabr 2020, İraq) — İraq siyasətçisi və hərbi lideri. İzzət İbrahim Duri 1 iyul 1942-ci ildə İraqın Əd-Daur şəhərində anadan olmuşdur. O, 2003-cü ildə İraqın işğalına qədər İraq İnqilab Komandanlığının vitse-prezidenti olmuşdur. Duri keçmiş prezident Səddam Hüseynin yaxın müşaviri və köməkçisi olmuşdur. O, İraqın üsyançı təşkilatı Nəqşbəndi Ordusuna rəhbərlik etmişdir. ABŞ 2003-cü ildə onun haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcəyini bildirmişdir. İzzət İbrahim Duri 26 oktyabr 2020-ci ildə İraqın Bağdad şəhərində, 78 yaşında vəfat etmişdir. Ölüm səbəbi naməlumdur.

Digər lüğətlərdə