Şurahbil ibn Həsən
Şurahbil ibn Həsən (583, Ərəbistan yarımadası – 639, Bilad əş-Şam, ərəb. شُرَحبِيْل بن حَسَنَة) — ərəb hərbi lideri, İslamı ilk qəbul edənlərdən biri, Məhəmmədin səhabəsi, müsəlmanların Suriya və Fələstini ələ keçirməsi zamanı döyüşlərdə iştirak etmiş əsas komandirlərdən biri.
Gələcək komandirin erkən həyatı, o cümlədən onun Məkkədə və ya Ərəbistanın başqa bir yerində doğulması haqqında çox az şey məlumdur. Atası Abdullah ibn Muta ibn Amr idi. Onun haqqında demək olar ki, heç nə məlum deyil. Lakin erkən ərəb mənbələrində onun hansı qəbilədən olması ilə bağlı müxtəlif fərziyyələr var. Məsələn: əl-Əsqəlani yazır ki, o, Bənu Təmimlə yaxın qohum olan şimal ailəsindəndir. Digər ərəb mənbələri onu Bənu Kinda, Əzditlər, Himyarilər və ya Bənu Mədhic, yəni Ərəbistan yarımadasının cənubunda olan qəbilələrlə əlaqələndirirlər. Şərqşünas Yar Perlmanın fikrincə, ikinci variant daha inandırıcı və məntiqlidir. O, xüsusilə qeyd edir ki, Şurahbil adına yarımadanın cənubunda daha çox rast gəlinir.