haiz 2021
hakerlik
OBASTAN VİKİ
Haker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Etik haker
Ağ şlyapalılar (ing. white hats), etik hakerlər (ing. ethical hackers) və ya Samuray hakerlər (ing. Samurai hackers) – yaradıcı kompüter bacarıqlarından zərərli məqsədlər üçün deyil, cəmiyyətin faydası üçün istifadə edən hakerlər. Məsələn, 1990-cı illərin ortalarında haker cəmiyyətinin Kiber Mələklər kimi tanınan anti-kriminal istiqaməti meydana çıxmışdı. O vaxtdan bəri Kiber Mələklər gündə 24 saat, həftədə yeddi gün ümumdünya hörümçəyini skanlayaraq uşaq pornoqrafiyasına və kiber-təqibə qarşı mübarizə aparırlar. Haker cəmiyyətində başqa Ağ Şlyapa nişanları da geniş yayılmışdır. Məsələn, Ağ Şlyapa Etikası ilə yaşayan elit hakerlər məlumatı qəsdən məhv etməməyə, kompüter sistemlərinə və ya şəbəkələrə ziyan vurmamağa çalışırlar. Sistemin təhlükəsizliyini yoxlamaq üçün əxlaqlı hakerlər öz "məsləkdaşlarının" metodlarından istifadə edirlər, ancaq aşkarladıqları boşluqlardan istifadə etmək əvəzinə, bu haqda rəhbərliyi məlumatlandırırlar. Etik hakerlik "soxulma sınağı", "müdaxilə sınağı" və "qırmızı birlik" kimi də tanınır.
Sertifikatlı etik haker
Sertifikatlı etik haker — mütəxəssislərə EC-Council tərəfindən informasiya təhlükəsizliyi üzrə verilən sertifikatdır. ABŞ Müdafiə Nazirliyi tərəfindən tanınır. Şəbəkə təhlükəsizliyi sahəsində müvafiq səviyyədə biliklərin olmasını təsdiq edir. Etik hakerlər, adətən təşkilatlar tərəfindən istifadə olunurlar, informasiya təhlükəsizliyi boşluqlarını aşkar etmək və aradan qaldırmaq məqsədilə hakerlərin istifadə etdikləri eyni metodlardan istifadə edərək şəbəkələrə və ya kompüter sistemlərinə daxil olmağa cəhdlər edirlər. CEH sertifikat imtahanı şəbəkə protokollarının, əməliyyat sistemlərinin və tətbiqi proqramların boşluqları, troyanlar, viruslar, rutkitlər, informasiyanın toplanması, şəbəkənin daranması və resursların inventarlaşdırılması, veb-serverlərin və simsiz şəbəkələrin sındırılması, informasiya təhlükəsizliyi vasitələrinin aldadılması, nüfuzetmə testləri, DoS hücumların, SQL-inyeksiya hücumlarının həyata keçirilməsi, seansların ələ keçirilməsi və s. kimi sahələri əhatə edir. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 160 səh.
Etik hakerlik
Hakerin manifesti
Hakerin Manifesti (ing. The Conscience of a Hacker) — Haker Manifesti daha çox "The Mentor" ləqəbi ilə tanınan Amerikalı Lloyd Blenkenşip tərəfindən yazılmışdı. Manifesti yazan zaman Haker'ın 11 yaşı var idi və manifest yazıldıqdan sonra FBI tərəfindən həbs edilmişdi. Bu manifest dünyadakı ən məşhur "Haker Manifesti" olaraq qəbul edilmişdir və 8 Yanvar 1986-cı ildə Amerika Birləşmiş Dövlətlərində yayımlanmışdır. Manifesti hazırlayan kişinin məqsədi gerçək haker fəlsəfəsini və dünya anlayışını dünya xalqına və Dövlət Orqanlarına göstərmək və yayımlamaq idi. O gündən sonra "Haker Manifesti" digər bütün böyük Hakerlərin — örnək olaraq "Astalavista" və ya "CCC" (Chaos Computer Club) qruplarının tanıdığı bu idarəçiliyə Hakerlar uymaq məcburiyyətindədirlər. Bu idarəçiliyə sadəcə profesional Hakerlar deyil bütün həvəskar Hakerlar da uymağa çalışırlar. Manifest Haker etikasının əsasında duran sənədlərdən biri kimi hesab edilir. Haker Manifesti: Bugün bir digəri daha tutuldu, başdan başa bütün qəzetlərdə idi. "Kompüter cinayətindən gənc biri həbs edildi", "Bank təxribatından sonra haker tutuldu"...