İDA

İDA’

ə. öz malının mühafizəsini başqasına tapşırma.

İCTİNAB
İDAD
OBASTAN VİKİ
243 İda
243 İda (/ˈaɪdə/) — Asteroid qurşağında yerləşən və Koronoid ailəsinə məxsus S sinifli asteroid. 29 sentyabr 1889-cu ildə avstriyalı astronom İohan Paliza tərəfindən kəşf edilmiş və asteroidə yunan mifologiyasında nimfalardan biri olan İdanın adı verilmişdir. 29 sentyabr 1889-cu ildə Vyana rəsədxanasında Avstriya astronomu İohan Paliza tərəfindən kəşf edilmişdir. Bu kəşf edilən 45-ci asteroid idi. İda adını həvəskar astronom və pivəbişirən Moriz von Kuffner vermişdir. İda yunan mifologiyasında Kritin nimfasıdır. Kiyotsuqu Hirayama tərəfindən Koronoid ailəsinə salınmışdır. İdanın spektrumunu 1980-ci ilin 16 sentyabrında astronomlar David Tolen və Edvard Tedesko ölçmüşdür. O gün S sinifinə aid edilmişdir. İdanın tədqiq edilməsi 1993-cü ilin əvvəllərində həyata keçirilmişdir.
İda-Virumaa
Raplamaa (est. Ida-Virumaa), və ya (est. Ida-Viru maakond) — Estoniyanın şimal-şərqində vilayətidir. Vilayətin paytaxtı Yıhvidir. Sahəsi 3 364 km², əhalisi 153 642 min nəfərdir. Vilayətin ərazisi şərqdə Rusiya ilə həmsərhəddir, cənubda Çud gölünə, şimalda isə Fin körfəzinə çıxır. Vilayətin sahəsi 3364,05 km², bu Estoniyanın ümumi ərazisinin 7,4 % təşkil edir. Yıhvi şəhəri paytaxt Tallindən 165 km məsafədədir. Vilayətin etnik mənsubiyyatı onun rusdilli əhalisinin çoxluğu ilə xarakterizə olunur. 70,8 % ruslar (123 min), 19,9 % estonlar (34 min), 2,7 % ukraynalılar, 2,8 % beloruslar, 1,4 % finlər və ingermanlandlar, 2,4 % digərləri (almanlar, tatarlar, ermənilər v.s.) Vilayət 5 şəhərdən və 15 icmadan ibarətdir.
İda Freund
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
İda Froynd
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
İda Mayrin
İda Mayrin (30 oktyabr 1997, Kokand, Fərqanə vilayəti) — İsraili təmsil edən bədii gimnast. İda Mayrin 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Mayrin həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. İda Mayrin 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və Karina Lixvar ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
İda Qendel
İda Qendel (ing. Ida Haendel; 15 dekabr 1928, Xelm[d] – 30 iyun 2020 və ya 1 iyul 2020, Mayami, Florida ) — Polşa mənşəli Britaniyalı skripkaçı, Britaniya imperiyasının ordeni komandiri. İda Qendel Xelm şəhərində yaşayan yahudi ailəsində doğulub. O Natan və Fela Qendellərin kiçik qızı idi. Atası rəssam və qeyri-peşəkar skripkaçı idi. İda skripkada çalmağı 3 yaşında Varşava şəhərində Meçislav Mixayloviç adlı skripkaçıdan öyrənməyə başlayır. 5 yaşında o, Betxovenin konsertini ifa etdiyinə görə, Bronislav Quberman mükafatına layiq görülür. 1953-ci ildə İda Venyavskiy adına Birinci skripkaçıların beynəlxalq müsabiqəsinin ən gənc iştirakçısı olur. Karl Fleş və Corce Eneskunun rəhbərliyi altında təkmilləşir. 1937-ci ildə Londonda Henri Vudun rəhbərliyi altında orkestrlə çıxış edir.
İda Sakston MakKinli
İda Sakston MakKinli (ing. Ida Saxton McKinley; 8 iyun 1847[…], Kanton[d], Ohayo – 26 may 1907[…], Kanton[d], Ohayo ) - ABŞ Prezidenti Vilyam Mak-Kinlinin həyat yoldaşıdır.
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı (dan. Handels- og Kontorfunktionærernes Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan ən böyük təşkilatlarından biridir. Onun 363 min üzvü var. Onların 75 %-ni qadınlar təşkil edir. İttifaqın sıralarında əsasən kargüzarlıq, informasiya və kommunikasiya sahəsində laboratoriyalarda çalışanlar və texniki işçilər birləşir. Təşkilatın 25 yerli komitəsi fəaliyyət göstərir.
Demokratik idarəetmə
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Divan (idarə)
Divan (fars. دیوان‎) — bir sıra tarixi İslam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanı, habelə bu orqanın rəhbərinin adı. "Divan" islam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarıın ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və başqa vəkillərdənn ibarət dövlət şurası olmuşdur. Dunay knyazlıqları Moldaviya və Valaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı orqan idi. Rumıniya 1859-cu ildə yarananadək Buxarestdə, Krayovada və Yassıda ali məhkəmə orqanları da divan adlandırılırdı. Divan idarə sistemi erkən orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur.
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Azərbaycan)
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: Azərfoto Səyahət agentliyi Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Dövlət Radiotezliklər İdarəsi
Dövlət Radiotezliklər İdarəsi — 9 iyul 1998-ci il tarixdən Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin strukturuna daxildir. Dövlət Radiotezliklər İdarəsi (DRİ) 10 iyul 1968-ci ildə Texniki Radionəzarət Stansiyasının nəzdində fəaliyyət göstərən bir qrup formasında fəaliyyətə başlayıb. Əsas funksiyası – radiorabitə xidmətləri üzrə mövcud normativ sənədlərin tələblərinə nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi olub. 26 sentyabrda Azərbaycan SSRİ Rabitə Nazirliyinin 253 saylı əmri ilə "Texniki Radionəzarət Stansiyası"nın strukturu təsdiq edilib. 1977-ci ildə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin qərarı və Rabitə Nazirliyinin əmri ilə nazirliyin tərkibində "Dövlət Elektrik Rabitə Müfəttişliyi" yaradılıb. 1979-cu ildə "Texniki Radionəzarət Stansiyası" "Dövlət Elektrik Rabitə Müfəttişliyi"-nin tabeliyinə verilib. 05 noyabr 1988-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Texniki Radionəzarət Stansiyası" bazasında "Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi" yaradılıb. 9 iyul 1998-ci ildə Ədliyyə Nazirliyinin D-213B saylı Şəhadətnaməsi ilə Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi "Dövlət Radiotezliklər İdarəsi" adı ilə dövlət qeydiyyatına alınıb. Dövlət Radiotezliklər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin tabeliyində olmaqla Azərbaycan Respublikası ərazisində radiotezliklərə aid idarəçiliyi həyata keçirən dövlət təşkilatıdır.
Dövlət Radiotezliklər İdarəsi (Azərbaycan)
Dövlət Radiotezliklər İdarəsi — 9 iyul 1998-ci il tarixdən Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin strukturuna daxildir. Dövlət Radiotezliklər İdarəsi (DRİ) 10 iyul 1968-ci ildə Texniki Radionəzarət Stansiyasının nəzdində fəaliyyət göstərən bir qrup formasında fəaliyyətə başlayıb. Əsas funksiyası – radiorabitə xidmətləri üzrə mövcud normativ sənədlərin tələblərinə nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi olub. 26 sentyabrda Azərbaycan SSRİ Rabitə Nazirliyinin 253 saylı əmri ilə "Texniki Radionəzarət Stansiyası"nın strukturu təsdiq edilib. 1977-ci ildə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin qərarı və Rabitə Nazirliyinin əmri ilə nazirliyin tərkibində "Dövlət Elektrik Rabitə Müfəttişliyi" yaradılıb. 1979-cu ildə "Texniki Radionəzarət Stansiyası" "Dövlət Elektrik Rabitə Müfəttişliyi"-nin tabeliyinə verilib. 05 noyabr 1988-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Texniki Radionəzarət Stansiyası" bazasında "Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi" yaradılıb. 9 iyul 1998-ci ildə Ədliyyə Nazirliyinin D-213B saylı Şəhadətnaməsi ilə Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi "Dövlət Radiotezliklər İdarəsi" adı ilə dövlət qeydiyyatına alınıb. Dövlət Radiotezliklər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin tabeliyində olmaqla Azərbaycan Respublikası ərazisində radiotezliklərə aid idarəçiliyi həyata keçirən dövlət təşkilatıdır.
Dövlət idarəetmə formaları
Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi. Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür. Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur.
Dövlət idarəetməsi
Dövlət idarəetməsi — dövlət siyasətinin həyata keçirilməsidir və eyni zamanda bu tətbiqi öyrənən və mülki işçiləri dövlət qulluğunda işləməyə hazırlayan, əsas məqsədi hökumətin fəaliyyət göstərə bilməsi üçün idarəetməni və siyasəti inkişaf etdirmək olan, müxtəlif əhatəli bir araşdırma sahəsi olan bir akademik intizamdır. Dövr üçün təklif olunan müxtəlif təriflərdən bəziləri bunlardır: ictimai proqramların idarə edilməsi, siyasətin vətəndaşların hər gün gördüyü reallığa çevrilməsi və hökumətin qərar qəbul etməsinin öyrənilməsi, siyasətin özünün təhlili, onları yaradan müxtəlif daxilolmalar və alternativ siyasətlər istehsal etmək üçün lazım olan daxilolmalar. Dövlət idarəçiliyi sözü iki sözün birləşməsidir - ictimai və idarəetmə. İctimai, iqtisadi və siyasi həyatın hər sahəsində bir idarəetmə var ki, bu da təşkilatın və ya qurumun düzgün işləməsi üçün düzgün idarə olunmalı və idarə olunmalıdır və bu anlayışdan idarəetmə ideyası ortaya çıxır. Dövlət idarəçiliyi dövlət siyasətinin və proqramlarının təşkili, habelə davranışlarından rəsmi olaraq məsul olan məmurların (adətən seçilməyən) davranışları ilə maraqlanır. Bir çox seçilməmiş dövlət qulluqçusu, bələdiyyə büdcə müdirləri, insan resursları idarəçiləri, şəhər başçıları, siyahıyaalma menecerləri, kabinet katibləri, əyalət psixi sağlamlıq direktorları kimi şəhər, rayon, bölgə, əyalət və federal şöbə müdirləri də daxil olmaqla ictimai idarəçilər hesab edilə bilər. Dövlət idarəçiləri, dövlətin bütün səviyyələrində ictimai şöbələrdə və agentliklərdə çalışan ictimai işçilərdir.. 1880 -ci illərdə ABŞ-də Vudro Vilson kimi mülki işçilər və akademiklər dövlət idarəçiliyini akademiyaya çevirərək dövlət xidməti islahatlarını irəli sürdülər. Ancaq XX əsrin ortalarına qədər və Alman sosioloqu Maks Veberin bürokratiya nəzəriyyəsinin yayılmasına qədər dövlət idarəçiliyi nəzəriyyəsinə o qədər də maraq yox idi. Sahə çoxşaxəli xarakter daşıyır: dövlət idarəçiliyinin alt sahələri üçün müxtəlif təkliflərdən biri insan resursları, təşkilat nəzəriyyəsi, siyasət təhlili, statistika, büdcə və etika daxil olmaqla altı sütundan ibarətdir.
Dövlət idarəetməsinin formaları
Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi. Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi. İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür. Monarxiyada ali hakimiyyət tam şəkildə və ya qismən təkhakimiyyətli dövlət başçısının (kral, çar, şah və s.) əlində birləşir. Bu ali hakimiyyət adətən irsi olur. Monarxiya, bir qayda olaraq orta əsrlərin son dövrləri üçün xarakterik olan mütləq monarxiyaya (belə dövlətdə monolit hakimiyyət heç nə ilə məhdudlaşmır) və məhdud monarxiyaya (burada isə dövlət başçısı (monarx) ilə bərabər başqa bir ali orqan məsələn, parlament olur) bölünür. Məhdud monarxiyanın müasir forması parlamentli monarxiyadır. Burada monarxın rolu ancaq formal xarakter daşıyır, dövlətin idarə olunmasında aparıcı rol parlament tərəfindən formalaşan hökumətə məxsusdur.
Dövlət İdarəçilik Akademiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri - Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır. Ddarəetmə obyekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir və bu sistemlər dəmiryolu nəqliyyatında idarəetmə sistemlər əsasını təşkil edir. Obyektin idarə olunması elə bir təsir vasitəsidir ki, burada baş verən prosesin gedişinin lazımı formada təmin olunması və ya onun vəziyyətinin əlverişli istiqamətdə dəyişdirilməsini təmin edir. İdarəetmə obyekti dedikdə müxtəlif növ texniki qurğular,texnoloji proseslər,robototexniki komplekslər və s.nəzərdə tutulur.İdarəetmədə insan əməyindən istifadə olunarsa belə idarəetmə avtomatlaşdırılmış idarəetmə,insan əməyi olmadan aparılan idarəetmə isə avtomatik idarəetmə adlanır.Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır.idarəetmə obtekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir. Bütün idarəetmə sistemləri açıq və qapalı olmaqla iki qrupa ayrılır. İdarəetmə texnikasının inkişafının ilk pillələrində praktiki olaraq onun ancaq bir növü mövcud idi,bu da tənzimlənən parametrin verilmiş sabit qiymətində saxalanılmasından ibarət idi.Lakin texnikanın bütün sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq idarəetmənin və tənzimləmənin dəqiqliyə,keyifiyyətinə,etibarlılığına olan təlabat artır.Buna görə də idarəetmənin mövcud olan aşağıdakı növlərini öyrənilməsi vacibdir. İdarə edilən və ya tənzimlənən parametrin verilmiş qiymətdə saxlanılmasına deyilir.Tənzimləmə meyl etməyə uyğun aparıldıqda onu azaltmaq üçün statik xarakterisikaya malik olan tənzimləyicilərdən isitifadə etmək lazım gəlir. Verilmiş funksionallaşma alqoritminə əsasən X0-verən proqram vericisi ilə icra olunan idarəetməyə deyilir.Zaman proqramalı idarəetmə sistemlərininin iki əsas formasından istifaə edilir.;a) zaman proqramalı sistemlər;b)fəza proqmalı sistemlər. Zaman proqramalı sistemdə proqram vericisi birbaşa X0 funksiyasını yaradır.Belə sistemlərə misal olaraq saat mexanizminin hərəkətini ,müntəzəm gdişli mühərriki,bərkidici sobalarda temperaturun dəyişməsini,mexanizmli oyuncaqları,maqnitafonları və s. Fəza proqramalı idarəetmə metal emalı dəzgahların proqramla idarəetmə sistemlərində istifadə olunur.
Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. Bu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir. Dənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.
Egey adaları (desentralizasiya idarəsi)
Egey adaları (yun. Αποκεντρωμένη Διοίκηση Αιγαίου (ΑΔΑ)) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri. 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Tərkibinə iki periferiya — Şimali Egey adaları və Cənubi Egey adaları daxildir. İnzibati mərkəzi — Pirey şəhəridir. İdarəetmə rəhbəri koordinatordur, Yunanıstan höküməti tərəfindən təyin olunur . Hal-hazırdakı koordinator (2 yanvar 2019-cu ildən) — Polikarpos Polixronakis (Πολύκαρπος Πολυχρονάκης).
Elektron Hesablayıcı Maşınları İstehsalatı İdarə edir (1982)
Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (film, 1982)
Elektron idarəetmə vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Fələstin Milli İdarəsi
Fələstin milli idarəsi, FMİ (ərəb. السلطة الوطنية الفلسطينية‎; əs-Sulta al-Vətəniyyə al-Fələstiniyyə) — Qəzzə zolağının ərazilərini və Qərb Şəriyə ərazilərinin bir hissəsini idarə etmək üçün yaradılmış bir özünüidarə orqanı. Fələstin Milli İdarəsi, 1994-cü ildə İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında 13 sentyabr 1993-cü ildə Osloda imzalanan əsas müqavilələrə uyğun olaraq qurulmuşdur. 2007-ci ildən bəri, FMİ İordan çayının qərb sahilindəki ərazilərin yalnız bir hissəsini idarə edirdi, Qəzzə zolağı isə Həmas radikal hərəkatının nəzarətinə keçdi. 5 yanvar 2013-cü il tarixdə, FMİ prezidenti Mahmud Abbas tərəfindən "Fələstin Milli İdarəsi" adı əvəzinə rəsmi məqsədlər üçün yalnız "Fələstin Dövləti" adından istifadə etməyi əmr edən bir fərman verildi. İsrail, İspaniya, Norveç, ABŞ və digər bir sıra ölkələr bu qərarı tanımadılar. 1922-ci ildə, Osmanlı İmperiyasının çökməsindən sonra Fələstindəki İngilis mandatı, əvvəlki Fələstin mülkləri ərazisində quruldu. 1947-ci ildə hazırlanmış BMT planı İngilis mandatının bir ərəb və bir yəhudi dövlətinə bölünməsini öz üzərinə götürdü və Qüdsə beynəlxalq idarəetmə altında bir şəhər statusu verildi. 1947-ci ildə ərəblərin sayı mandat almış bölgədəki Yəhudi əhalisini iki dəfə üstələmişdi və bu səbəbdən də Yəhudi dövləti Aralıq dənizi sahillərinin əksəriyyəti və İordan çayının kənarındakı ərazilər daxil olmaqla əksəriyyətinin Yəhudi olduğu torpaqları (14,1 min kvadrat kilometr) əhatə edirdi. Ərəb dövləti, İordan çayının qərbindəki Livanla sərhəd bölgəsindəki mandatlı ərazinin şimalında ümumi sahəsi 11,1 min km² olan əraziləri, habelə Aralıq dənizi sahili və Misir ilə sərhəd boyunca bir zolağı ələ keçirdi.
General-kvartirmeyster idarəsi
General-kvartirmeyster idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş ərkani hərbinin (qərargah) tərkibində mövcud olan idarələrdən biri. Əsası 1918-ci il noyabrın 15-də qoyulmuşdur. Hərbi nazirin həmin tarixli əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində, 1919-cu il martın sonlarında isə Baş ərkani hərbin tərkibində fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrinin komplektləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat və əks-kəşfiyyat işlərinin aparılması idi.General-kvartirmeyster idarəsinin strukturu müntəzəm surətdə təkmilləşdirilmişdir. 1918-ci ilin noyabrında qurulan General-kvartirmeyster idarəsinin rəhbəri kimi qoşun hissələrində bu işlərə nəzarət edirdi: Səfərbərlik bölməsi hərbi mükəlləfiyyət haqqında sənədlərin hazırlanmas hərbi qeydiyyatın aparılması səfərbərlik planlarının və cədvəllərinin tərtib edilməsi hərbi strukturlarda və mülki təşkilatlarda səfərbərlik hazırlığının yoxlanması könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması, qoşun hissələrinin təşkili, onların idarə edilməsi qoşunların döyüş hazırlığının gücləndirilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi General-kvartirmeyster idarəsinin əməliyyat bölməsinin qarşısında ümumqoşun hazırlığı, müdafiə xarakterli işlərin planlaşdırılması, əməliyyatların hazırlanması və həyata keçirilməsi kimi vəzifələr dururdu. Qoşun hissələrindən döyüş rayonları haqqında məlumatlar toplanması, agentura şəbəkəsinin yaradılması və inkişafı, əks-kəşfiyyatın təşkili, hərbi attaşelərlə yazışmaların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul olurdu. General-kvartirmeyster idarəsinin tərkibində nizami bölmə və rabitə xidməti bölməsi də var idi. Hərbi nazirin 17 avqust 1919-cu il tarixli əmrinə əsasən, təşkili başa çatdırılmış 1-ci və 2-ci zirehli qatarlar da Ümumi qərargahın tərkibindən çıxarılaraq general-kvartirmeyster idarəsinin tabeliyinə verilmişdi. 1920-ci ilin martında aparılan geniş islahatdan sonra yaradılmış Azərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun tərkibinə əməliyyat-kəşfiyyat bölməsi (rəisi polkovnik Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkov Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkovnik Maqrubov), hərbi əlaqələr-daşınmalar bölməsi (rəisi rotmistr Xudaverdov) şöbə və bölmələri və rabitə komandası daxil idi.
Giriş idarəetməsi
Loq idarəetməsi — böyük həcmli kompüter loqlarını idarə etmək üçündür. Həmçinin başqa adla audit izlənilməsi, hadisə loqları və s kimi tanınır. Loq idarə edilməsi aşağıdakı konsepsiyaları əhatə edir: Loqların toplanması Mərkəzləşdirilmə Uzun müddətli saxlanma Loq dönməsi Loqların analizi Loqların axtarışı və hesabatının hazırlanması Böyük həcmli loqları analiz edərkən aşağıdakı çətinlikərlə üzləşmək mümkündür: Çox böyük həcmli loqlar (böyük şirkətlər üçün gün ərzində 100 GB-a qədər); Loq formatındakı müxtəlifliklər; Sənədləşdirilməmiş şəxsi loqlar (bu analiz prosesini əngəlləyir); Müxtəlif loqlarda yanlışlıqların olması (icazəsiz zorla daxil olma); Loq idarəetməsinin userləri özlərinin şəxsi loq-idarə etmə alətlərini yarada bilərlər. Loq idarə etməsi qarışıq bir proses olub müəssisələrin hər zaman səhlənkar yanaşdıqları bir sahədir. Loqa tərif verərkən bir sıra təkliflər irəli sürülüb. Loq saytların və ya hər hansı tətbiqi proqramların informasiya mübadiləsini və userlərin daxil olmasını göstərən bir prosesdir. Audit prosesində isə toplanmış məlumatlar saxlanılır, icazə sxemləri tərəfindən qorunur və həmişə istifadəçiyə funksional tələblə bağlıdır. Loq prosesi proqramların və saytların daha yaxşı fəaliyyət göstərməsi üçün texniki informasiyaları özündə cəmləyir. Rapor edilmiş buqların həqiqətənmi buq olduğunun yoxlanılmasında Analiz etmək və buqları aradan qaldırmaq üçün Proqramın hazırlanmasında yeni funksionallıqların test edilməsi hazır vəziyyətə gətirmənin prosesləri Hər hansi bir idarə Loq idarə edilməsi alətini hazırlayərkən aşağıdakı səviyyələrdən istifadə edə bilər İlkin səviyyədə müəssisə bir neçə loq analizlərindən istifadə edərək loqları analiz edir və təhlükəsizlik baxımından araşdırır. Məqsəd müəsisəyə ola biləcək mümkün hücumların nümunəsi aşkarlamaqdır Müəssisələr loqlardan istifadə edərək bütün gizli datalara nəzarət edir və təhlükəsizlik baxımından gizli olan hər bir datalara olan girişi aşkarlaya bilirlər Yetkinliyin sonrakı mərhələsində, loq analitik enterprise səviyyəsində systemin performansını və mümkünlüyünü izləyə bilir – xüsusi ilə informasiyanın-varlığını yoxlayır.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun bazasında yaradılmışdır.
Gəncə Aksiz İdarəsi
Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Homo sapiens idaltu
Homo sapiens idaltu, Homo sapiens (insan) növlərinin üçlü adlandırılmış, nəsli kəsilmiş yarımnövlərindəndir. 1997-ci ildə kəşf edilmişdir. Təxminən 160.000 il əvvəl Pleystosen dövründə Afrikada yaşamışdır. Latın dilində termin olan Homo sapiens idaltu, təxminən “müdrik qoca” kimi tərcümə olunur. Efiopiyada tapılan yetkin kişi fosilinin beyin həcmi 1450 sm³-dir.

Значение слова в других словарях