ideya
ideya-tərbiyə
OBASTAN VİKİ
İdeya
İdeya [yun. idea – anlayış, təsəvvür, fikir, ideya] insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; istək, fikir, plan; "məna", "mahiyyət" bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; fikir, qayə, məqsəd. Məsələn, [sülh]]ü qorumaq və möhkəmləndirmək ideyası. Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür).
Məkarimi-əxlaq
Məkarimi-əxlaq — Seyid Yəhya Bakuvinin nadir əsərlərindəndir. Mövzusu islami-ürfani əxlaq olan bu əsərdə əməli salehlik və əxlaqın imanın əsası olması məsələlərinə diqqət yetirilir. Peyğəmbərin və onun yolunda olanların ən mühüm xüsusiyyətlərindən birinin əxlaq olduğu vurğulanır. İnsanda yamanlıq duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Əsər nəsrlə yazılmışdır. Əsərin İstanbul Universiteti kitabxanasındakı nüsxəsinin adı Əxlaqi-mahmudatdır.
Əxlaq fəlsəfəsi
Əxlaq fəlsəfəsi — ilk yaranan fəlsəfə qollarından biridir. Kantdan bəri fəlsəfi məsələləri bilik və fəaliyyət məsələlərinə ayırmaq və tədqiq etmək bir qayda olmuşdur. Bilik məsələsini ələ alan fəlsəfə idrak nəzəriyyəsidir. Amma, insan yalnız bilən bir varlıq deyil, eyni zamanda fəaliyyətdə olan bir varlıqdır. İnsan fəaliyyətləri də meydana gəlməsi, yönəldikləri məqsəd və dəyərləri baxımından fəlsəfi məsələlərə daxildir. Buna görə onları da fəlsəfənin tədqiq etməsi lazımdır. İnsan fəaliyyətlərini, məqsədlərini,vəzifələrini və yönəldikləri dəyərləri tədqiq edən fəlsəfə əxlaq fəlsəfəsi və ya etika adlanır. Əxlaqi fəaliyyətlər, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, insanlara kömək etmək və bu kimi fəaliyyətlərdir. Bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli insanlar kimi səciyyələndirilirlər. Əxlaqi fəaliyyətlər insan tərəfindən edilən hərəkətlərdir.
Əxlaq metafizikası
Əxlaqın Metafizikası (alm. Die Metaphysik der Sitten‎) İmmanuel Kantın 1797-ci ildə yazdığı siyasi və əxlaqi fəlsəfə əsəridir. Quruluş baxımından o, iki hissəyə bölünür: hüquqlardan bəhs edən Hüquq Doktrinası və fəzilətlərdən bəhs edən Fəzilət Doktrinası. Kantın əsərdə etik nəzəriyyələrinin inkişafı " kateqorik imperativ " konsepsiyasının təkamülünü və vəzifələr kontekstində bəşəriyyətə rasional varlıqlar kimi yanaşmağın nəticələrinin tədqiqini əhatə edir.
Əxlaq norması
Əxlaq norması — əxlaqi tələblərin eyni tipli davranışlara şamil edilən ümumi göstərişlər və qadağalar vasitəsilə insanların davranışını tənzim edən formasıdır. Hüquq normalarından fərqli olaraq əxlaq norması dövlət hakimiyyəti tərəfindən deyil, adət və ictimai rəyin gücü ilə sanksiya alır; cəmiyyətin əxlaqi şüurunda kimin tərəfindənsə xüsusi verilən qanun nəticəsində deyil, kortəbii formalaşır. Əxlaq normaları öz-özlüyündə hələ insanın davranışı üçün məqbul rəhbərlik ola bilməz; abstrakt ümumiliyə malik olduqlarından bu, normal xüsusi vəziyyətlərlə bağlı mümkün istisnaları nəzərdə tutmur. Buna görə də konkret vəziyyətlərdə bu və ya digər əxlaq normalarının tətbiqi məsələsi məzmunca daha ümumi əxlaq prinsipləri əsasında həll olunmalıdır. Sosial məzmununa görə əxlaq norması həm ümumbəşəri, həm də tarixən məhdud, sinfi xarakterə malik ola bilər. Sonuncu halda bir sosial formasiyadan digərinə keçid zamanı uzun vaxt ərzində köhnə əxlaq normalarının dağılması və yenilərinin yaranması baş verir.
Əxlaq statistikası
Əxlaq statistikası mənəviyyat statistikası — elmi fənn və praktiki biliklər sahəsi; obyekti qarşılıqlı əlaqəli statistik göstəricilər sisteminin hesablanması və təhlili metodu ilə insanın, ailənin və cəmiyyətin əxlaqi (mənəvi) vəziyyətini, iradə bəyanını və inkişafını səciyyələndirən kütləvi halların kəmiyyətcə müşahidəsi və ümumiləşdirilməsindən ibarətdir. Buraya cinayətlər (şəxs və əmlaka qarşı), savadsızlıq, intihar, nikahdan kənar doğuş, abort, boşanma, fahişəlik və kütləvi yoxsulluq statistikaları daxildir. Bu məlumatların toplanması çox zaman ingilis alimi Con Qrauntun adı ilə əlaqələndirilir 1682-ci ildə Qraunt London kilsələrindən topladığı doğum və ölüm məlumatları haqqında cədvəl əsasında Londonda ölümlə bağlı məlumatları təhlil etdi. Əhali haqqında statistik məlumatların sistematik toplanmasının başlanğıcı (indi bu elm demoqrafiya adlanır) XVIII əsrin ortalarına təsadüf edir: Bu sahədə İohan Piter Zyusmilxin fəaliyyətinə daha çox önəm verilir. Əxlaq statistikasına dair məlumatlar XIX əsrin əvvəllərində müxtəlif dövlət qurumları (ən çox Fransa və İngiltərə) tərəfindən toplanmağa və yayılmağa başlandı. Bu məlumatlardan sosial islahatlarla bağlı debatlarda geniş istifadə edilirdi. Əxlaqi statistika mövzusuna dair ilk böyük əsər, 1833-cü ildə Andre-Mişel Kerri tərəfindən yazılmış "Fransa əxlaqi statistikaları haqqında oçerk" olmuşdur. Britaniyada bu problem Jozef Fletçer tərəfindən tədqiq edilməyə başlanmışdır. O, 1847-ci ildən İngiltərə və Uelsin əxlaqi və təhsil statistikası haqqında bir neçə məqalə dərc edərək eyni problemlə məşğul oldu. Müasir əxlaqi statistikanın yaranması isə Belçikalı Adolf Ketlenin (1796–1874) fəaliyyəti ilə əlaqələndirilir.
Təhzibül-əxlaq
Təhzibül-əxlaq - Abbasqulu ağa Bakıxanovun pedaqogika və psixologiyaya dair elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəri. Fars dilində qələmə alınan bu əsər 12 fəsil və nəticədən ibarətdir. Müəllif əsərdə cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklinə salaraq təqdim edir. Əsər, Sovet dövründə pedaqoji bir əsər kimi qiymətləndirilsə və dini-təsəvvüfi məzmunu ilə didaktik yönü gözardı edilsə də, əsərdə Şərq ədəbiyyatında geniş yayılan klassik dini-təsəvvüfi və didaktik xarakterli əsərlərin XIX əsr elmi və metodologiyası ilə birləşdirildiyi və dövrün tələbləri nəzərə alınaraq sintezə nail olunduğu görünür. == Tədqiqi == Bakıxanovun əxlaq düşüncəsi, xüsusilə də "Təhzibül-Əxlaq" əsəri ilə bağlı ən geniş tədqiqat Heydər Hüseynov tərəfindən aparılmışdır. Rus dilinə və Azərbaycan türkcəsinə tərcümə edilmiş olan bu əsərin indiyədək tənqidi mətni hazırlanmayıb. Qeyd etmək lazımdır ki, əsərin hər iki dilə edilən tərcümələrində bir sıra səhvlər və uyğunsuzluqlar mövcuddur. Əsərin bir digər tədqiqatçısı Dr. Elmin Əliyevdir. O,“ Abbaskulu Bakühanlı ve Ahlak Düşüncesi” adlı dissertasiyasında “Təhzibül-Əxlaq” əsərinin Bakıxanov üçün önəminə diqqət çəkir.
İdeya-ifadə fərqi
İdeya-ifadə fərqi (ing. Idea–expression distinction) — müəllif hüququ qanunvericiliyində vacib bir prinsipdir. Bu prinsipə görə, bir ideya (fikir) ilə onun ifadə tərzi arasında fərq qoyulur və yalnız ifadə tərzi müəllif hüquqları ilə qorunur. Bu deməkdir ki, hər hansı bir orijinal fikir və ya konsepsiya qorunmur, lakin həmin fikrin konkret formada ifadə edilməsi, məsələn, yazılı, vizual və ya musiqi əsərləri şəklində olan yaratmalar müəllif hüquqları ilə qorunur. == Əhəmiyyəti == İdeyaların sərbəstliyi prinsipi yaradıcılığı və yenilikçiliyi təşviq edir, çünki insanlar eyni ideyaları müxtəlif yollarla ifadə edə bilərlər. Məsələn, bir hekayə yazıçısı bir cəngavərin macəraları haqqında ideya yaza bilər, amma bu o demək deyil ki, o, bütün cəngavər hekayələri üzərində hüquqi müstəsna hüquqa sahibdir. Başqaları da eyni ideya əsasında fərqli hekayələr yaza bilərlər. İfadə forması — Müəllif hüquqları yalnız bir ideyanın konkret ifadə forması ilə bağlıdır. Məsələn, roman, musiqi, film və ya rəsm əsərləri bu ifadə formalarına aid ola bilər. Bu deməkdir ki, həmin əsərin orijinal ifadə forması (mətn, ssenari, musiqi notları və s.) qanunla qorunur, lakin həmin əsərdə əks olunan ideya özü deyil.
Seyid Həsən Əxlaq
Seyid Həsən Əxlaq (fars. سید حسن اخلاق‎; 1 iyun 1976, Bamyan[d]) — Əfqan və İran filosofu. The secular and the sacred: complementary and/or conflictual? Washington DC: The Council for Research in Values and Philosophy, 2017, ISBN 978-156-518-320-9 From Rumi to Nietzsche, Qom: Sulok-e Javan: 1386/2007 Solar Hejri, ISBN 964-9958-01-0 The Philosophical discourse between Islam and the West, Qom: Al-Mustafa International University, 1387/2008, ISBN 978-964-195-005-9 The Tradition of enlightenment in the West and Islam, Tehran: Amir Kabir, 1389/2009, ISBN 978-964-00-1231-4 From Tradition of Balkh to Modernity of Paris, Kabul: Nebras Research Institute, 1389/2010, B745. N49 A44 2011 Life After Death, Resurrection, Judgment and the Final Destiny of the Soul: Volume 1 and 2, Chicago: Kazi Publications; Reprint edition (Vol. 1, 2015), ISBN 1567445500, ISBN 978–1567445503; (Vol.