9-cu Ordu (Osmanlı imperiyası)
9-cu Ordu Osmanlı Ordusunun tabeçiliyində olmuş ordulardan biridir. Birinci dünya müharibəsi ərzində Qafqaz cəbhəsində rus və erməni birləşmələrinə qarşı mübarizə aparmışdır. 7 iyun 1918-ci ildə əsası qoyulmuş, 3 aprel 1919-cu ildə ləğv olunmuşdur.
== Birinci dünya müharibəsi ==
=== iyun 1918-ci il Döyüş Nizamı ===
1918-ci ilin iyun ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:
9-cu Ordu (Mirliva Yaqub Şevki Paşa)
1-ci Qafqaz Ordu Korpusu (Mirliva Kazım Qarabəkir Paşa)
9-cu Qafqaz Piyada diviziyası, 10-cu Qafqaz Piyada diviziyası, 15-ci diviziya
4-cü Ordu Korpusu (Mirliva Əli İhsan Paşa)
5-ci diviziya, 11-ci diviziya, 12-ci diviziya
Müstəqil Süvari briqadası
=== sentyabr 1918-ci il Döyüş Nizamı ===
1918-ci ilin sentyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:
9-cu Ordu
9-cu Qafqaz diviziyası, 11-ci Qafqaz diviziyası, 12-ci diviziya, Müstəqil Süvari briqadası
== Mudros müqaviləsindən sonra ==
=== noyabr 1918-ci il Döyüş Nizamı ===
1918-ci ilin noyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:
9-cu Ordu
3-cü Qafqaz diviziyası (Axıska)
9-cu Qafqaz diviziyası (Ərzincan)
10-cu Qafqaz diviziyası (Batumidən İstanbula keçmişdir)
11-ci Qafqaz diviziyası (Xoy)
36-cı Qafqaz diviziyası (Gümrü)
12-ci Qafqaz diviziyası (Sərdarabad)
Müstəqil Süvari briqadası
=== 9-cu Ordu Müfəttişliyi, may 1919-cu il ===
1919-cu ilin aprelində Şevkət Turqut Paşa, Cavad Paşa və Fevzi Çaxmaq Paşa İstanbulda gizli yığıncaq təşkil edirlər. Bu yığıncaqda "Üçlü And" adlanan hesabat hazırlanır və Vətənin müdafiəsi üçün ordu müfəttişliyinin qurulmasına icazə verilir. 30 aprel 1919-cu ildə Sultan VI Mehmed Baş Qərargah rəisi tərəfindən təklif olunan ordu müfəttişliklərinin qurulması barəsində olan qərarı təsdiqləmişdir.