İNTERNET-SƏHİFƏ

is. \[ing. internet "şəbəkəarası" + ər. صحيفت \] infor. Sayt. Çalışın tanımadığınız internet-səhifələrdə özünüz və kartınız barədə məlumat verməyəsiniz.
İNTERNET-MARKETİNQ
İNTERTEKSTUAL
OBASTAN VİKİ
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Ana Səhifə
Səhifə başlığı
Səhifə başlığı (header) – mətinlərin emalı və çap sistemlərində: səhifənin yuxarısında çap edilən bir və ya bir neçə sətirdir. Yuxarı kolontitul yalnız birinci səhifədə, yaxud bütün səhifələrdə çap edilə bilər, cüt və tək səhifələrdə müxtəlif ola bilər, mərkəzə, sol qırağa və sağ qırağa görə düzləndirilə bilər. Yuxarı kolontitul, adətən, səhifənin nömrəsindən və eləcə də tarixdən, müəllifin adından və ya sənədin titul başlığından ibarət olur. Başlıq – sənədi tanıdan və onun qalan tərkibindən öndə gələn müəyyən informasiya elementidir. Başlığın özəlliyi onun istifadə olunduğu kontekstlə müəyyənləşir, məsələn: rabitə sistemlərində başlıq, verilənlər paketindən öndə gələn və idarəedici simvollardan, məsələn, göndərən və alan stansiyanın identifikasiyalarından ibarət olan baytlar qrupudur; verilənlər bazasında başlıq, sahələri və verilənlər yazılarında olan informasiyaların tiplərini müəyyənləşdirən yazıdır; verilənlərin saxlanması sistemlərində faylın başlığı verilənlər faylının "kimliyini" müəyyənləşdirir; o, faylın adından, ölçüsündən, yaradılma və ya dəyişdirilmə tarixindən və vaxtından ibarət olur; başlıq verilmiş faylı yaradan proqramın da "kimliyini" müəyyənləşdirə bilər; proqramlaşdırmada başlıq (header və ya heading), ondan dərhal sonra gələn proqramı, funksiyanı və proseduru tanıdan sətirdir; çalışdırılabilən proqramlarda başlıq, proqramın ölçüsünü, yerləşmə yerini və onun haqqında başqa məlumatları özündə saxlayan verilənlər blokudur; qurğuların idarəedilməsi vasitələrində qurğunun başlığı, bu qurğunun idarəolunması proqramının (qurğunun drayverinin) başlanğıcında həmin qurgu haqqında təsviri xarakterli informasiya blokudur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Səhifə düzəni
Səhifə düzəni (ing. page layout) — sənədin səhifələrində mətnin və qrafikanın yerləşdirilməsi prosesi. Səhifə düzəni ilə işləyə bilən proqramlar mətnin ayrı-ayrı hissələrinin yerlərini dəyişdirə və mətn üzərində aparılan xüsusi əməliyyatları dəstəkləyə bilir; onlar bir çox cəhətdən mətn prosessorlarına nisbətən yavaş işləsələrdə, mətnin bir neçə sütuna bölünməsi, rəng ayrımı, kerninqvə sözlərin sətirdən-sətrə keçirilməsi kimi mürəkkəb əməliyyatları yerinə yetirə bilir. Növbələnmə İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 625 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Veb-səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları.
Veb səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları.
Əsas səhifə
Əsas səhifə (ing. homepage; türk. anasayfa) — hər hansı bir internet saytına girildiyində qarşımıza gələn ilk səhifə və ya web saytının başlanğıc səhifəsi mənalarına gəlir. Bu xüsusi URL-ləri ən ümumi və məşhur istifadəsində olan və bu səhifənin fayl adı ümumiyyətlə index.html-dir.
Səhifə təsviri dili
Səhifə təsviri dili (page-description language - PDL) – printerə və ya ekrana çıxarılan verilənləri təsvir etmək üçün tətbiq olunan proqramlaşdırma dili (məsələn, PostScript); səhifə təsviri dilinin göstərişləri əsasında printer və ya ekran səhifənin görüntüsünü formalaşdırır. PDL dilləri başqa proqramlaşdırma dilləri kimidir; onlar proqramın məntiqi axınını idarə etməyə və beləliklə də olduqca mürəkkəb görüntülər yaratmağa imkan verir. Səhifə təsviri dili təkcə spesifikasiyanı (məsələn, şriftləri və onların ölçülərini) verir, simvolların və qrafikanın çəkilməsi elə bağlı bütün işlər isə çıxış qurğusunun üzərinə düşür. Bu cür yanaşmada işin konkret realizasiyası çıxış qurğusundan asılı olduğundan, səhifə təsviri dili aparatdan asılı deyil, yəni PDL dilini başa düşən istənilən printer və ya digər çıxış qurğusu bu dildəki təsvirinə görə görüntünü yarada bilər. Ancaq bu imkanlar “o qədər də ucuz başa gəlmir”; səhifə təsviri dili tələb edir ki, printerlərin öz prosessorları və fərdi kompüterin yaddaşı ilə müqayisə oluna biləcək qədər (bəzən hətta artıq) yaddaşı olsun. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Səhifə ər-Rza
Səhifə ər-Rza (ərəb. صَّحِيفَة ٱلرِّضَا‎, ; hərf. Rzanın səhifələri), həmçinin Səhifət əl-İmam ər-Rza ("İmam Rzanın səhifələri") — səkkizinci şiə imamı Əli ibn Musa ər-Rzaya aid edilən və 240 hədisdən ibarət toplu. "Rzanın səhifələri" şiə inancının əsas mənbələrindən biridir və İbn Bəbaveyhi və Şeyx Təbərsi kimi şiə alimlərinin diqqətini cəlb etmişdir. Burada müxtəlif mövzularda, o cümlədən Allaha dua. gündə beş vaxt namaz qılmağın və ölülər üçün dua oxumağın əhəmiyyəti, Məhəmmədin əhli-beytinin, möminin, ədəbin, Məhəmməd və Əhməd adlarının, müxtəlif yeməklərin, meyvələrin və məlhəmlərin, ata-anaya sədaqətin, qohumluq əlaqələrinin möhkəmlənməsinin və cihadın fəziləti, fırıldaq, qeybət və ya söz-söhbətə qarşı xəbərdarlıq və digər müxtəlif adət-ənənələr haqqında hədislər var. Məhəmmədin əhli-beytinə aid bölmədə onun on dörd üzvünün hər biri ayrı-ayrılıqda müzakirə edilir. Kitabın ilk dəfə Abdullah ibn Əhməd ibn Əmir tərəfindən yazıldığı iddia edilmişdir. O, kitabın məzmununu atası Əhməd ibn Əmirdən, Əhməd ibn Əmir isə öz növbəsində 809–810-cu illərdə ildə Mədinədə Əli ər-Rzadan eşitdiyini söyləmişdir. Abdullah ibn Əhməd ibn Əmir sonradan mühüm şiə alimlərindən biri olan Nəcaşi tərəfindən etibarlı hədis ravisi kimi tanınmışdır. 1921–1922-ci illərdə "əl-Mahid" nəşriyyatı tərəfindən Qahirədə çap olunmuş versiya bu müəlliflik zənciri ilə başlayır: Əllamə Əbdülvasi, Şeyx Əbdülvasi, İmam Qasim ibn Məhəmməd, Şeyx Seyid Əmirəddin ibn Abdullah, Seyid Əhməd ibn Əbdüllahir, İmam Mütəhhər ibn Məhəmməd ibn Süleyman, İmam Mehdi Əhməd ibn Yəhya, Süleyman ibn İbrahim ibn Ömər Ələvi, atası İbrahim, Rizaəddin İbrahim ibn Məhəmməd Təbərni Təbrizi, Hafiz İbn Əsəkir, Zahir Sincani, Hafiz Beyhəqi, Əbulqasim Müfəssir, İbrahim ibn Xurə, Əbulqasim Abdullah ibn Əhməd ibn Əmirəltayi, Əli Rza, atası Musa, atası Cəfər, atası Məhəmməd, atası Əli, atası Hüseyn, atası Əli ibn Əbu Talib.
Tor (internet)
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun. Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur.
Türkmənistanda internet
Türkmənistanda internet — Türkmənistandakı istifadəçilər üçün nəzərdə tutulan internet şəbəkəsinin bir hissəsidir. Türkmənistanda internet azadlığının vəziyyəti dünyanın bir çox dövlətləri ilə müqayisədə göstəricisi aşağı səviyyədədir. Saparmurat Niyazov (Türkmənbaşı) dövründə internet qeyri-rəsmi olaraq qadağan edildi. Aşqabaddakı ilk İnternet provayderi Türkmənistan şirkəti Türkməntelecom tərəfindən yaradılmışdır. Prezident Qurbanqulu Berdiməhəmmədovun seçilməsindən sonra internet sürətlə inkişaf etməyə başladı. Bu münasibətlə Berdiməhəmmədov televiziya çıxışında demişdir: 17 fevral 2007-ci ildə Aşqabadda iki internet kafe fəaliyyətə başladı. Bir saatlıq internet istifadəsi 4 avrodan bir qədər az oldu. Bütün ali təhsil müəssisələrinin və tədqiqat institutlarının tələbələri və əməkdaşları, Türkmənistan Mərkəzi Elmi Kitabxanasının oxucuları internetdən pulsuz istifadə edə bilirlər. 2013-cü ildə məhdudiyyətsiz internet tarifləri yaradıldı, Türkməntelecom-un xidmətlərinin ümumi dəyəri azaldı, mobil operator Altın Asır 4G LTE şəbəkəsini təqdim etdi. YouTube, Facebook, Twitter, Live Journal, kremlin.ru, VKontakte kimi tanınmış saytlar, lenta.ru, russian.rt.com kimi xəbər saytları, habelə WhatsApp, WeChat, Viber kimi messencerlərindən istifadə olunur.
Çat (internet)
Onlayn çat və ya onlayn söhbət (ing. online chat) — mətn mesajlarının göndəricidən alıcıya İnternet üzərindən real vaxt rejimində ötürən kommunikasiya. Digər iştirakçıların tez cavab verməsini təmin etmək üçün söhbət mesajları əsasən qısa olur. Bu sayədə danışığa bənzər bir hiss yaranır ki, bu da söhbəti İnternet forumları və e-poçt kimi digər mətn əsaslı onlayn kommunikasiyadan fərqləndirir. Onlayn çat nöqtədən nöqtəyə kommunikasiya üçün, birdən çox alıcıya məlumat göndərmək və səs və video çat üçün nəzərdə tutula bilər. Veb konfrans xidmətinin bir funksiyası da ola bilər. Daha sadə izahla, onlayn söhbət ilk növbədə hər hansı birbaşa mətn əsaslı və ya video əsaslı (Vebkamera), ani mesajlaşma, IRC, talker, çox istifadəçili zindan və ya onlayn oyunlardakı təkbətək və ya qrup söhbəti ola bilər. Onlayn söhbət ifadəsi "qeyri-rəsmi söhbət" mənasını verən chat sözündən gəlir. Onlayn söhbətə müvadiq veb əsaslı proqramlar daxildir. Veb konfrans daha spesifik onlayn xidmətdir və tez-tez xidmət kimi satılır və satıcı tərəfindən idarə olunan veb serverdə yerləşdirilir.
İnternet-asılılıq
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
İnternet-banner
İnternet-banner yaxud Banner reklamı — veb-səhifədə pulsuz xidmətlər, yaxud əvəz-əvəz ödəniş (PAYMENT IN RETURN) təmin edən üçüncü tərəfin yerləşdirdiyi reklam. Daha çox istifadə olunan veb-saytlar (məsələn, www.weather.com kimi) banner reklamları vasitəsilə dəstəklənir. “Banner” veb-səhifədə məhz belə reklamlar üçün ayrılmış sahədir. 1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir. İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub. Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar.
İnternet-folklor
İnternet-folklor — internet folkloru (post-folklor, medialor, nyuslor, texlor, folknet, netlor, şəbəkə folkloru, internetdəki folklor, e-folklor, kiberfolklor, kiberflor, kompüter) — İnternet rabitəsindəki multimedia xalq sənəti. XX əsrin son rübündən başlayaraq müstəqil bir fenomen olaraq meydana gəlmiş və inkişaf etmişdir; nəzəri olaraq folklorun əsasını təşkil edən yaradıcı kütləvi ünsiyyətin şəbəkə platformalarına köçürülməsi (yeni folklor janrlarını canlandıran və ənənəvi janr sistemini yenidən quran) hesab olunur. İnternet folkloru tarixən şəhər folklorunun ənənəvi janrlarının yayılmasının yeni (elektron) istiqamətlərinin meydana çıxması kontekstində nəzərdən keçirilmişdir (məsələn, çap dövrü üçün “fakslor” yaxud “kserokslor” imza ilə komik şəkillər) ; V.Foks "paperlore-computer art", "şifahi folklorun qeyri şifahi formaları" və imeyl - məsələn, təsadüfi ünvanlarda piramida şəklində poçtları təmsil edən "kompüter" anlayışından istifadə etmişdir. 1980-ci illərdən başlayaraq, Barbara Kirşenblat-Cimblerin əsərlərində ümumiləşdirilən erkən internet formaları ilə folklorun kompüterləşdirilmiş formaları intensiv şəkildə öyrənilmişdir .C. Dorst (1990), “vasitəçiliyə qarşı olan münasibət” konsepsiyasını kompüter vasitəçiliyi şəraitində mövcud olan müxtəlif folklor formalarına postulyasiya edərək folklor və kütləvi informasiya vasitələri arasında ziddiyyəti göstərmişdir. Deril Dans, internet folklorunun rəqəmsaldan əvvəlki dövrdə hər hansı bir sənət növü üzərində qələbəsinin qaçılmaz olduğunu qeyd edir (s. 647; Dans "texlor" ifadəsini istifadə edir); Robert Qlen Hovardın tədqiqatında da ədəbiyyatın icmalı verilmişdir. Bu tədqiqat işində müəllif qeyd edir ki, internet məkanında əraziyə görə deyil, “xəyali bir dövlət” olaraq lokallaşdırılmış bir qrupa aid olduğuna işarə edən kommunikativ sahənin yalnız o hissəsini düzgün şəkildə "xalq" adlandırmaq olar. Bu "xalq sənəti" həm rəsmiyyətə, həm də kütlə mədəniyyətinə qarşı çıxmalıdır. İnternetin ictimai və özəl həyatın bütün formalarına sürətlə nüfuz etməsi folklorşünaslar tərəfindən folklor formalarının yeni şəraitdə inkişafının şərti və eyni zamanda tədqiqatçıların - folklor mütəxəssislərinin birbaşa müşahidə yolu ilə sabit məlumat alması üçün bir fürsət kimi öyrənilmişdir. Müxtəlif hadisələrə kütləvi reaksiyalar (faciəli hadisələr də daxil olmaqla), diqqətlə təhlil edilmiş və "qara yumor"un digər formalardan üstün olduğu aşkar edilmişdir.
İnternet-kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet-kazino
İnternet-kazino ( ing. Internet casino ~ ru. Интернет-казино ~ tr. İnternet casino) – İnternet üzərindən qumar oyunları oynamağa imkan verən sayt və ya proqram. Onlayn kazino (ONLINE CASINO), yaxud virtual kazino (VIRTUAL CASINO) da adlandırılan ilk belə kazino 1997-ci ildə ABŞ-də açılıb. Oyunların təşkili üçün iki texnologiya mövcuddur: kazino saytından xüsusi proqram təminatını sərt diskə endirmək, yaxud onlayn texnologiyadan istifadə etmək (daha çox bu texnologiyadan istifadə olunur). Adətən, İnternet-kazinoda istər real pula, istərsə də “fantik”ə (“konfet kağızı”na) oynamaq olar. Pul qoymağı/götürməyi müxtəlif üsullarla etmək olar: kredit kartları, bank köçürmələri, xüsusi kazino kartları, onlayn ödəmə sistemləri (Webmoney, Moneybookers, NETELLER) və s. vasitəsilə. İnternet-kazinodakı oyunlar adi kazinolardakı kimidir: poker, ruletka, bləkcek, oyun avtomatları (videopokerlər və videoslotlar).
İnternet Nəsil
İnternet arxivi
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
İnternet cəmiyyəti
İnternet cəmiyyəti (ing. ISOC – İnternetin rəhbər orqanlarından olan beynəlxalq ictimai qeyri-kommersiya qurumu. 1992-ci ildə qurulan bu təşkilat şəbəkə standartlarına və protokollarına nəzarət edir. Onun tərkibinə 150-dən çox təşkilat, o cümlədən IETF, IAB daxildir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet forumu
İnternet forumu (ing. Internet forum) – veb-saytın ziyarətçilərinin ünsiyyətini təşkil etmək üçün veb-proqramlar sinfi. Forumun işinin mahiyyəti istifadəçilərin (forum iştirakçılarının) müzakirə etmək üçün müəyyən mövzular yaratmaları və bu mövzular daxilində məlumat göndərməklə müzakirələr aparmalarından ibarətdir. Ayrıca götürülmüş mövzu, əslində, tematik qonaq kitabıdır. İstifadəçilər elan olunmuş mövzu haqqında şərhlər verə, onunla bağlı suallar verə və cavablar ala, eləcə də özləri başqa istifadəçilərin suallarını cavablandıra və onlara məsləhətlər verə bilərlər. Mövzu daxilində sorğular (səsvermə) da keçirilə bilər. Suallar və cavablar forumun verilənlər bazasında saxlanılır və gələcəkdə həm forum iştirakçıları, həm də istənilən İnternet istifadəçisi üçün faydalı ola bilər. Forumların mövzuları həyatın bütün sahələrini əhatə etməklə çox rəngarəng ola bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnternet iqtisadiyyat
İnternet iqtisadiyyatı — sistemli şəkildə təşkil olunmuş, İnternet vasitəsilə iqtisadi agentlər arasında qarşılıqlı əlaqə əsasında qurulmuş çoxsəviyyəli strukturdur. Geniş mənada, İnternet iqtisadiyyatı – məhsuldar qüvvələrin inkişafının yeni bir mərhələsi olub, İnternetin cəmiyyət həyatında, iqtisadiyyatda rolunun artması, ÜDM-də İnternet məhsullarının və xidmətlərinin payının artması, insanların effektiv qarşılıqlı əlaqəsini, dünya informasiya resurslarına əlyetərliliyi, İnternet məhsullarına və xidmətlərinə sosial və şəxsi tələbatı təmin edən qlobal İnternet məkanının yaradılması ilə xarakterizə olunan iqtisadi fəaliyyət sferasıdır. Beləliklə, İnternet iqtisadiyyatı elektron iqtisadiyyatın inkişafının nəticəsidir. Buna uyğun olaraq, İnternet iqtisadiyyatının elementləri elektron iqtisadiyyatın bütün sistemlərinin inkişafına öz töhfəsini verir. İnternet iqtisadiyyatı - İnternetdəki iqtisadi agentlər arasında təşkilatlanmış çoxsəviyyəli strukturların qarşılıqlı əlaqə şəbəkəsini nəzərdə tutur. Bu münasibətlər özündə yeni informasiya texnologiyalarının və informasiya məhsullarının yaradılmasını, telekommunikasiya və provayder xidmətlərinin göstərilməsini, elektron biznesi, elektron bazarları, elektron birjaları, İnternetbankinqi, teleişi və s. əks etdirir. Amerika alimi K.Kelli İnternet iqtisadiyyatı üçün 12 qayda işləyib hazırlamışdır: 1. Rabitə qanunu: əgər qovşaqların sayı N ədədi olaraq artırsa, onda əlaqələrin sayı NxN-ə bərabər olur. 2.
İnternet iqtisadiyyatı
İnternet iqtisadiyyatı — sistemli şəkildə təşkil olunmuş, İnternet vasitəsilə iqtisadi agentlər arasında qarşılıqlı əlaqə əsasında qurulmuş çoxsəviyyəli strukturdur. Geniş mənada, İnternet iqtisadiyyatı – məhsuldar qüvvələrin inkişafının yeni bir mərhələsi olub, İnternetin cəmiyyət həyatında, iqtisadiyyatda rolunun artması, ÜDM-də İnternet məhsullarının və xidmətlərinin payının artması, insanların effektiv qarşılıqlı əlaqəsini, dünya informasiya resurslarına əlyetərliliyi, İnternet məhsullarına və xidmətlərinə sosial və şəxsi tələbatı təmin edən qlobal İnternet məkanının yaradılması ilə xarakterizə olunan iqtisadi fəaliyyət sferasıdır. Beləliklə, İnternet iqtisadiyyatı elektron iqtisadiyyatın inkişafının nəticəsidir. Buna uyğun olaraq, İnternet iqtisadiyyatının elementləri elektron iqtisadiyyatın bütün sistemlərinin inkişafına öz töhfəsini verir. İnternet iqtisadiyyatı - İnternetdəki iqtisadi agentlər arasında təşkilatlanmış çoxsəviyyəli strukturların qarşılıqlı əlaqə şəbəkəsini nəzərdə tutur. Bu münasibətlər özündə yeni informasiya texnologiyalarının və informasiya məhsullarının yaradılmasını, telekommunikasiya və provayder xidmətlərinin göstərilməsini, elektron biznesi, elektron bazarları, elektron birjaları, İnternetbankinqi, teleişi və s. əks etdirir. Amerika alimi K.Kelli İnternet iqtisadiyyatı üçün 12 qayda işləyib hazırlamışdır: 1. Rabitə qanunu: əgər qovşaqların sayı N ədədi olaraq artırsa, onda əlaqələrin sayı NxN-ə bərabər olur. 2.
İnternet kafe
İnternet kafe (ing. Internet cafe ~ ru. Интернет-кафе ~ tr.İnternet kafe) – İnternetdən istifadə imkanı verən ictimai müəssisə. Adətən, İnternet-kafedə qəlyanaltı etmək, kofe (yaxud başqa içkilər) içmək, söhbətləşmək olar. Bəzi müəssisələrdə İnternetdən istifadə pulsuzdur və giriş qiymətinə daxil edilir. Evdə İnternetə çıxışı olan fərdi kompüteri olmayanlar, yaxud özgə şəhərdə olan və evə məktub yazmaq istəyənlər üçün İnternet kafelər çox əlverişlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə