ipoteka
iprənmə 2021
OBASTAN VİKİ
Akzubat (ippodrom)
Akzubat — Ufa şəhərində yerləşən ippodrom. == Adı == İppodrom adını başqırd mifologiyasında bir simvol olan Ural Batırın Akbuzat qanadlı atının adından almışdır. == Tarixi == Hippodromun tarixi 1883-cü ildə başlayır. Bu il Rusiyanın At Yetişdirilməsi və At Yetişdirilməsi Baş İdarəsi Ufada at tövlələri və ippodromun inşası barədə bir layihə qəbul edir. İppadrom 26 avqust 1892-ci il tarixli "At yetişdirilməsi və atçılıq" jurnalının № 12 sayında qeyd edilir və 36 Rusiya ippadromları arasında adı çəkilir. 1924-cü ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarlığının əmrinə əsasən yarış atlarının sınanması üçün Ufa Respublika ipodromunun inşası başa çatır. 1970-ci ildə atların sınağı Duvan kəndinə köçürülür. 1968-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası hökuməti yeni bir ippodrom inşa etmək qərarına gəlir. 1982-ci ildə Başqırdıstanın Rusiyaya könüllü qoşulmasının 425-ci ildönümündə açılışı baş tutur. Elə həmin il, iyulun 26-da ilk yarışlar keçirilir.
Rostov ippodromu
Rostov ippodromu ― Rostov-na-Donu şəhərində yerləşən ippodrom. Rostovdakı ippodrom öz başlanğıcını XIX əsrin sonlarından götürür. İnqilaba qədər Don Qoşunlarının təminatı məqsədi ilə Atçılıq inkiş edirdi. İstər don kazakları istərsə ayrıı-ayrı varlı şəxslər bu sahəyə xüsusi diqqət yetirirdi. İkincilər hətta dövlət tərəfindən subsidiya alırdı. 1880-ci ilin ortalarına görə Don çayından öndə yerləşən ərazilərdə 86-89 at zavodu olmuşdur. 1900-cü ildə zavodların sayı 145 olur. Atların sayı isə 83 minə çatdırılırdı. Elə bu illərdə Novoçerkask və Naxçıvan-na-Donu şəhərlərində atçılıq cəmiyyəti meydana gəlmişdir. Həvəskar at yarışları yerli əhalinin əsas əyləncələrindən birinə çevrilir.
Salsk ippodromu
Salsk ippodromu ― Salsk şəhərində yerləşən ippodrom. İppodrom 1935-ci ildə inşa edilmişdir. Yerləşdiyi ərazi: Rostov vilayəti, Salsk şəhəri, Çernişevski küçəsi, 32/k. Müəssisənin rəhbəri Qladkiy Roman Serqeeviçdir. 1935-ci ildə Salsk dövlət atçılıq təsərrüfatında don və ingilis-don atları yetişdirilirdi. Elə həmin ildəcə burada ilk ippodrom təşkil edilmişdir. Burada ən böyük göstəricilər 1970–1991-ci illərə təsadüf edir. İppodromun imkanlarından 19 ferma və iki atçılıq zavodu istifadə edirdi. Bu illərdə sınaqdan çıxarılan atların sayı 200–350 olmuşdur. Sovet hakimiyyətinin dağılmasından sonra bu göstəricilər azalmışdır.

Digər lüğətlərdə