İQTİSADİ QURULUŞ

(sistem, uklad) istehsal vasitələri üzərində sahibliyin müəyyən forması ilə və ona müvafiq olan istehsalat münasibətləri ilə əlaqəli olan, müəyyən təsərrüfat növünü ehtiva edən – ölkənin iqtisadi sektoru. Eyni cəmiyyətdə müxtəlif İ.Q. növləri birgə mövcud ola bilər. İ.Q. sayı, təsərüfatda onların xüsusi çəkisi və onların biri-biri ilə əlaqəsi hər bir ölkənin konkret – tarixi inkişaf şəraitindən asılıdır. İ.Q. – bilavasitə ölkənin ictimai-iqtisadi formasiyası ilə əlaqəlidir. Kapitalizm şəraitində iqtisadi münasibətlər kapitala əsaslanan bazar iqtisadiyyatı (tələb-təklif qanunları) üzərində qurulur, bundan savayı burada, bir quruluş kimi xırda – əmtəə münasibətləri mövcuddur (kəndli və sənətkar təsərrüfatları); bəzi inkişafdan geri qalmış ölkələrdə isə, feodal və, hətta təsərrüfatda patriarxal münasibətlərin qalıqları qalmaqdadır. Sosializm şəraitində istehsal vəsaitlərinin milliləşdirilməsi və yeni müəssisələrin qurulması nəticəsində formalaşan dövlət (ümumxalq) mülkiyyəti – onun İ.Q. – nun, təməlini təşkil edir. Sosializm quruluşunun təsiri altında patriarxal, feodal və burjua, xırdaəmtəə təsərrüfatları tədricən əhəmiyyətini itirir, kapitalist münasibətləri isə, ümumiyyətlə ləğv edilir, lakin burada “plan” iqtisadi münasibətlərlə yanaşı, özünü maliyyələşdirən “təsərrüfat hesablı” kooperativ birlikləri də istisna olunmur. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə isə İ.Q. - çoxşaxəli xarakter alır. Bununla yanaşı, patriarxal və dövlət-kapitalist quruluşları da mövcud ola bilər.
İQTİSADİ HAKİMİYYƏT
İQTİSADİ SİYASƏT
OBASTAN VİKİ
Quruluş
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Boşalma quruluş
Drenaj sistemi yada Boşalma quruluş, Qurutma quruluş, Boşalma dövrəsi (ing. drainage system), sıvının bir drenaj hövzəsindəki axınlardan, çaylardan və göllərdən ibarətdir. Drenaj sistemində sərt və ya yumşaq qayaların olub-olmaması, torpaq yamacı və topoqrafiya əhəmiyyətlidir. Geomorfoloqlar və hidroloqlar axınlara boşalma hövzəsinin bir hissəsi kimi baxırlar . Topoqrafiya bir boşalma hövzəsində yeraltında və yerin üstüdəki suların axınını müəyyənləşdirir. Drenaj hövzələri bir-birindən topoqrafik maneələrlə ayrılır. Drenaj hövzəsini bütün axın qolları təmsil edir. Qolların sayı və uzunluğu hövzəni genişləndirə bilər və topoqrafiyaya görə şəklini dəyişə bilər. == Boşalma quruluşu növləri == Kanalların quruluşuna görə boşalma quruluşları bir çox kateqoriyadan ibarətdir. Boşalma növləri ərazinin topoqrafiyası və geologiyası ilə müəyyən edilir.
Demokratik quruluş
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. == Demokratiya — insan şəxsiyyətinə hörmətdir == Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Quruluş:1299
Quruluş: 1299, Quruluş: Osmancıq və ya Quruluş (türk. Kuruluş:Osmancık, Kuruluş:1299, Kuruluş) — 1988-ci ilə aid TRT 1-də yayımlanan tarixi türk serialı. Serial Tarık Buğranın I Osman haqqında yazdığı "Osmancıq" əsərinin əsasında çəkilmişdir. Serial 12 seriyadan ibarətdir. 27 mart 1988-ci ildə bitmişdir. 1.Cihan Ünal-Osman Qazi 2.Yaşar Alptekin-Orxan Qazi 3.Haluk Kurtoğlu-Şeyx Ədəbalı 4.Baykal Saran-Ərtoğrul Qazi və digərləri.
Quruluş:Osman
Quruluş: Osman (türk. Kuruluş Osman) — ATV-də yayımlanan tarixi türk serialıdır. Serial 20 noyabr 2019-cu ildə başlayıb və davam edir. "Quruluş Osman" serialı,"Diriliş Ərtoğrul" serialının davam serialıdır. Serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın (Osman Qazi / Osman bəy) həyatını anladır.1 seriya 120 dəqiqə davam edir. Burak Özçivit 1 — (Osman Bəy) , Ərtuğrul Qazinin kiçik oğlu. Nurettin Sönmez 1 — (Bamsı Beyrək) Osman Qazi'yi dəstəkləyir. Ragıp Savaş 1 — (Dündar Bəy), Osman Qazinin əmisi. Emre Basalak 1 — (Gündüz bəy), Osman Qazinin böyük qardaşı. Ərtuğrul Qazinin böyük oğlu.
Quruluş Osman
Quruluş: Osman (teleserial, 2019)
Quruluş Osmancıq
Quruluş: 1299, Quruluş: Osmancıq və ya Quruluş (türk. Kuruluş:Osmancık, Kuruluş:1299, Kuruluş) — 1988-ci ilə aid TRT 1-də yayımlanan tarixi türk serialı. Serial Tarık Buğranın I Osman haqqında yazdığı "Osmancıq" əsərinin əsasında çəkilmişdir. Serial 12 seriyadan ibarətdir. 27 mart 1988-ci ildə bitmişdir. 1.Cihan Ünal-Osman Qazi 2.Yaşar Alptekin-Orxan Qazi 3.Haluk Kurtoğlu-Şeyx Ədəbalı 4.Baykal Saran-Ərtoğrul Qazi və digərləri.
Quruluş nəzəriyyəsi
Quruluş nəzəriyyəsi və ya Butlerov nəzəriyyəsi — 1861-ci ildə məşhur rus kimyaçısı A.M.Butlerov tərəfindən kəşf edilmişdir. Quruluş nəzəriyyəsi radikal və tiplər nəzəriyyəsinin müsbət cəhətlərindən və valentlik qanunundan istifadə edərək, o vaxta qədərki məlum faktları düzgün izah etmiş, naməlum faktları və maddələri də qabaqcadan bilmişdir. Bu nəzəriyyəyə görə: Üzvi birləşmələrdə karbon dördvalentlidir və karbon valentlərinin dördü də eyni qiymətlidir; karbon atomları başqa atomlarla birləşə bildiyi kimi, bir-birlədə birləşərək uzun karbon zəncirləri əmələ gətirir. Karbon atomları bu zəncirlərin əmələ gəlməsinə öz valentlərinin bir qismini sərf edir, karbonun qalan valentləri isə hidrogen, oksigen və başqa atomlarla birləşməyə sərf olunur. Başqa atomlardan fərqli olaraq, karbon atomlarının zəncirləri davamlı olur; maddələrin molekullarında, atomlar arasinda müəyyən kimyəvi əlaqə vardır ki, A.M.Butlerova görə, bina kimyəvi quruluş deyilir. Hər bir kimyəvi maddəni yalnız ona məxsus bir quruluş formulu ilə ifadə etmək olar; maddənin kimyəvi xassəsi onun molekulunun tərkibindən və kimyəvi quruluşundan asılıdır; eyni molekul çəkili və eyni tərkibli maddələrin müxtəlif kimyəvi quruluşda olması izomerlik hadisəsini törədir; ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir, buna görə də reaksiya məhsullarını öyrənməklə maddələrin kimyəvi quruluşunu müəyyən etmək olar; molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi (reaksiya qabiliyyəti) onların molekuldakı mövqeyindən asılıdır. Bu xassələrin dəyişməsi, əsasən, həmin atomla bilavasitə birləşən qonşu atomların təsiri ilə izah olunur. A.M. Butlerovun quruluş nəzəriyyəsi əsasında maddələrin quruluş formulunu müəyyən etmək asandır. Bu nəzəriyyəyə əsasən, aşağıdakı bəzi üzvi birləşmələrin quruluşu verilir. Qeyd etmək lazımdır ki quruluş nəzəriyyəsi molekulların fəza quruluşunu nəzərə almır.
Quruluş: Osman
Quruluş: Osman (türk. Kuruluş Osman) — ATV-də yayımlanan tarixi türk serialıdır. Serial 20 noyabr 2019-cu ildə başlayıb və davam edir. "Quruluş Osman" serialı,"Diriliş Ərtoğrul" serialının davam serialıdır. Serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın (Osman Qazi / Osman bəy) həyatını anladır.1 seriya 120 dəqiqə davam edir. Burak Özçivit 1 — (Osman Bəy) , Ərtuğrul Qazinin kiçik oğlu. Nurettin Sönmez 1 — (Bamsı Beyrək) Osman Qazi'yi dəstəkləyir. Ragıp Savaş 1 — (Dündar Bəy), Osman Qazinin əmisi. Emre Basalak 1 — (Gündüz bəy), Osman Qazinin böyük qardaşı. Ərtuğrul Qazinin böyük oğlu.
Böyük Quruluş Partiyası
Böyük Quruluş Partiyası və ya qısaca BQP — Azərbaycanda Fazil Mustafa tərəfindən 2003-cü ildə təsis edilmiş, 12 avqust 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınmış, əvvəlcə mərkəz sol, sonra isə mərkəz sağ spektrda fəaliyyət göstərən siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Böyük Quruluş Partiyasının üzvlərinin 66,3%-i kişi, 33,7%-i isə qadın olmuşdur. == Haqqında == Böyük Quruluş Partiyası Fazil Mustafa rəhbərliyində 2003-cü ildə təsis edilmişdir. 2008-ci ildə Məhəmməd Soltanoğlunun rəhbərlik etdiyi rəsmi dövlət qeydiyyatı olmayan Milli Etimad Partiyası Böyük Quruluş Partiyasına birləşmə qərarı almışdır. Milli Etimad Partiyasının üzvlərinin fərdi şəkildə Böyük Quruluş Partiyasına üzv olması qərara alınmışdır. 2008-ci ildə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Ədalət Partiyası və Böyük Quruluş Partiyasının vahid partiyada birləşməsini, yeni yaranacaq partiyanın liderinin İlyas İsmayılov, sədrinin isə Fazil Mustafa olmasını təklif etmişdir, lakin Fazil Mustafa bu təklifi qəbul etməmişdir. Birləşmə əvəzinə o, əməkdaşlığı üstün tutmuşdur. == Seçkilərdə == 2005, 2010, 2015, 2020-ci illər parlament seçkilərində 1 nəfər — Fazil Mustafa millətvəkili seçilmişdir. === Parlament seçkiləri === === Bələdiyyə seçkiləri === === Ara bələdiyyə seçkiləri === == İdeologiya == İdeologiyasının əsası quruluşçuluq (strukturalizm) və dövlət səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Proqramının hədəfi cəmiyyətdə liberal-demokratik ideyaların yayılmasıdır.
Kimyəvi quruluş nəzəriyyəsi
Quruluş nəzəriyyəsi və ya Butlerov nəzəriyyəsi — 1861-ci ildə məşhur rus kimyaçısı A.M.Butlerov tərəfindən kəşf edilmişdir. Quruluş nəzəriyyəsi radikal və tiplər nəzəriyyəsinin müsbət cəhətlərindən və valentlik qanunundan istifadə edərək, o vaxta qədərki məlum faktları düzgün izah etmiş, naməlum faktları və maddələri də qabaqcadan bilmişdir. == Nəzəriyyənin əsasları == Bu nəzəriyyəyə görə: Üzvi birləşmələrdə karbon dördvalentlidir və karbon valentlərinin dördü də eyni qiymətlidir; karbon atomları başqa atomlarla birləşə bildiyi kimi, bir-birlədə birləşərək uzun karbon zəncirləri əmələ gətirir. Karbon atomları bu zəncirlərin əmələ gəlməsinə öz valentlərinin bir qismini sərf edir, karbonun qalan valentləri isə hidrogen, oksigen və başqa atomlarla birləşməyə sərf olunur. Başqa atomlardan fərqli olaraq, karbon atomlarının zəncirləri davamlı olur; maddələrin molekullarında, atomlar arasinda müəyyən kimyəvi əlaqə vardır ki, A.M.Butlerova görə, bina kimyəvi quruluş deyilir. Hər bir kimyəvi maddəni yalnız ona məxsus bir quruluş formulu ilə ifadə etmək olar; maddənin kimyəvi xassəsi onun molekulunun tərkibindən və kimyəvi quruluşundan asılıdır; eyni molekul çəkili və eyni tərkibli maddələrin müxtəlif kimyəvi quruluşda olması izomerlik hadisəsini törədir; ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir, buna görə də reaksiya məhsullarını öyrənməklə maddələrin kimyəvi quruluşunu müəyyən etmək olar; molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi (reaksiya qabiliyyəti) onların molekuldakı mövqeyindən asılıdır. Bu xassələrin dəyişməsi, əsasən, həmin atomla bilavasitə birləşən qonşu atomların təsiri ilə izah olunur. == Quruluş nəzəriyyəsinin əhəmiyyəti == A.M. Butlerovun quruluş nəzəriyyəsi əsasında maddələrin quruluş formulunu müəyyən etmək asandır. Bu nəzəriyyəyə əsasən, aşağıdakı bəzi üzvi birləşmələrin quruluşu verilir. Qeyd etmək lazımdır ki quruluş nəzəriyyəsi molekulların fəza quruluşunu nəzərə almır.
Quruluş dönəmi sədrəzəmləri
Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Korner (iqtisadi)
Müdaxilə (iqtisadi)
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.
İqtisadi artıq
İqtisadi artıq — əsas iqtisadi nəzəriyyədə ümumi rifah və ya Marşall artığı (Alfred Marşalldan sonra) olaraq da bilinən iqtisadi artıq, iki əlaqəli kəmiyyətə işarə edir: İstehlakçı artımı və ya istehlakçılın artıqlığı, istehlakçılar tərəfindən alınan bir pul faydasıdır, çünki bir məhsulu ödəmək istədikləri ən yüksək qiymətdən aşağı bir qiymətə ala bilərlər. İstehsalçının artığı və ya istehsalçıların artığı, istehsalçıların satmaq istədikləri ən aşağı qiymətdən yüksək olan bazar qiymətinə sataraq əldə etdikləri məbləğdir; bu, təqribən mənfəətə bərabərdir (istehsalçılar ümumiyyətlə zərərlə satmaq istəmədiklərindən və hətta zərərsiz qiymətə satmağa biganədirlər). XIX əsrin ortalarında mühəndis Jül Düpüi ilk dəfə iqtisadi artıqlıq konsepsiyasını irəli sürdü, lakin bu konsepsiyanı iqtisadiyyat sahəsində məşhur edən iqtisadçı Alfred Marshall idi. Standart tələb və təklif diaqramında istehlakçı profisiti məhsulun tarazlıq qiymətinin üstündə və tələb əyrisinin altındakı sahədir (tələb və təklif əyriləri xətti olarsa üçbucaqlı). Bu, istehlakçıların bir mal vahidini tarazlıq qiymətindən yüksək bir qiymətə, ikinci vahidi ondan aşağı, lakin müvazinət qiymətinin üstündəki bir qiymətə və s. Almaq istəyən olmasını əks etdirir, amma əslində tarazlıq qiymətini ödəyirlər. Hər vahid alınmışdır. Eynilə, bir tələb-tələb diaqramında istehsalçının artığı tarazlıq qiymətinin altındakı, lakin təklif əyrisinin üstündəki bir sahədir. Bu, istehsalçıların ilk birimi tarazlıq qiymətindən aşağı bir qiymətə, ikinci birimi ondan yüksək, lakin tarazlıq qiymətindən daha aşağı bir qiymətə təmin etmək istəmələrini, ancaq əslində tarazlıq qiymətini alacaqlarını əks etdirir, satdıqları bütün vahidlər üçün. İstehlakçı artığı — istehlakçının ödəməyə hazır olduğu maksimum qiymətlə faktiki olaraq ödədiyi faktiki qiymət arasındakı fərqdir.
İqtisadi azadlıq
İqtisadi azadlıq — cəmiyyətin insanlarının iqtisadi tədbirlər görmək qabiliyyəti. Bu, iqtisadi və siyasi müzakirələrdə, eləcə də iqtisadiyyat fəlsəfəsində istifadə olunan termindir. İqtisadi azadlığa yanaşmalardan biri azad bazarlara, azad ticarətə və azad sahibkarlıq şəraitində xüsusi mülkiyyətə üstünlük verən liberal ənənədən irəli gəlir. İqtisadi azadlığa başqa bir yanaşma fərdi seçimlə rifah iqtisadiyyatının öyrənilməsini genişləndirir. Liberal azad bazar baxış bucağında iqtisadi azadlıq güc tətbiq etmədən, fırıldaqçılıqdan və ya oğurluqdan istifadə etmədən, dövlət tənzimləməsi olmadan əldə edilmiş hər hansı mal və xidmətləri istehsal etmək, ticarət etmək və istehlak etmək azadlığı kimi müəyyən edilir. Bu, hüququn aliliyi, mülkiyyət hüquqları və müqavilə azadlığında təcəssüm olunur və bazarların xarici və daxili açıqlığı, mülkiyyət hüquqlarının qorunması və iqtisadi təşəbbüs azadlığı ilə xarakterizə olunur. Cebula, R., & Clark, J. (2014). Impact of Economic Freedom, Regulatory Quality, and Taxation on the Per Capita Real Income: An Analysis for OECD Nations and Non-G8 OECD Nations, MPRA Paper 56605, University Library of Munich, Germany. Cebula, R. (2013). Effects of Economic Freedom, Regulatory Quality, and Taxation on Real Income, MPRA Paper 55421, University Library of Munich, Germany.
İqtisadi model
İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. İqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə — alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və s. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir.
İqtisadi sistemlər
İqtisadi sistem — özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir. Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür. Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki, hər bir sistem daxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili ünsürlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar. Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir.
İqtisadi səmərəlilik
İqtisadi səmərəlilik — insan fəaliyyətinin nəticələrinin, məhsulların və ya xidmətlərin istehsalı ilə əmək və istehsal üçün vəsaitlərin nisbəti ilə müəyyən edilən dəyər. Pol Samuelson və Vilyam Nordhausun tərifinə görə, iqtisadi səmərəlilik faydaları (əmtəə) və xərcləri daim əlaqələndirərək, eyni zamanda rasional davranaraq mövcud resurslardan maksimum dərəcədə potensial fayda əldə etməkdir. Məhsulların istehsalçısı və istehlakçısı öz faydalarını maksimuma çatdırmaqla və xərcləri minimuma endirməklə ən yüksək səmərəliliyə can atırlar. Şirkətlərin səmərəliliyinin etikası aşağıdakıların kombinasiyasını əhatə edir: müştəriləri üçün ən yüksək dəyəri yaratmaq; sahibləri üçün gəlirlilik; işçilər üçün cəlbedici əmək haqqı ilə birlikdə özünüreallaşdırma və böyümə imkanları.
İqtisadi zorakılıq
İqtisadi zorakılıq — şəxsə iqtisadi ziyan vuran hər hansı hərəkət və ya davranış. Bu, əmlaka vurulan ziyan, maliyyə resurslarına, təhsilə və ya əmək bazarına çıxışın məhdudlaşdırılması və ya iqtisadi öhdəliklərin yerinə yetirilməməsi (məsələn, alimentin ödənilməməsi) şəklində təzahür edə bilir. Ümumdünya Səhiyyə Təşkilatı bunu daha böyük qruplar tərəfindən fərdlərə qarşı törədilən kollektiv zorakılıq forması kimi müəyyən edir. Bu termin adətən onu cinsi, psixoloji və iqtisadi zorakılığı özündə ehtiva etsin deyə fiziki gücdən istifadə və ya hədələmədən kənar zorakılığın daha geniş forması kimi qiymətləndirən feminist nəzəriyyə ilə əlaqələndirilir. Argentina qanunvericiliyində bu, məişət zorakılığının bir forması kimi müəyyən edilir.
İqtisadi islahat
İqtisadi islahat — iqtisadi sistemin fəaliyyət tərzini dəyişdirməyə yönəlmiş hökumət siyasəti. İqtisadi islahat hüquqi tənzimləmə və ya hökumətin birbaşa təsir tədbirləri (fiskal, inzibati və s.) vasitəsilə həyata keçirilə bilər. İqtisadi islahatların məqsədi ölkənin iqtisadi vəziyyətini, o cümlədən işsizliyin azaldılması, iqtisadi bərabərsizliyin azaldılması və ya ÜDM-in artırılması kimi məsələlərdə yaxşılaşdırmaqdır. İqtisadi islahatlar müxtəlif tənzimləyici və institusional maneələrlə qarşılaşa bilər. OECD baş katibi Anxel Qurria qeyd edib ki, islahatların həyata keçirilməsi asan məsələ deyil. Onların uğurla başa çatmasına mane olan bir neçə amil var. Bəzən görülməli olan tədbirlər müəyyən qruplar üçün ağrılı olur, onlar birləşərək onları əngəlləyə bilər. İslahatdan bəhrələnənləri isə kollektiv fəaliyyətə səfərbər etmək daha çətindir. İslahatların nəticələri adətən orta və uzunmüddətli perspektivdə reallaşır və seçki təqvimini nəzərə almır. İslahatın hər bir ardıcıl mərhələsi əvvəlkindən daha çətindir, çünki siz bu yolda siyasi kapital sərf edirsiniz.
İqtisadi müdaxilə
İqtisadi müdaxilə (ing. economic interventionism və ya state interventionism "dövlət müdaxiləsi") — bazar iqtisadiyyatı və çoxstrukturlu sosial-bazar və qarışıq iqtisadiyyat şəraitində sahibkarlığa nəzarət, saxtakarlıq və böhran vəziyyətlərinin aradan qaldırılması üçün dövlət və hökumət tərəfindən həyata keçirilən tədbirlər. İqtisadi inkişafın təşviqi, məşğulluğun artırılması, əmək haqqının artırılması, qiymətlərin artırılması və ya aşağı salınması, bərabərliyin təşviqi, pul kütləsinin və faiz dərəcələrinin idarə edilməsi, mənfəətin artırılması və ya bazar uğursuzluqlarının həlli kimi istənilən siyasi və ya iqtisadi məqsədlərə nail olmaq üçün istifadə edilə bilər. Termin dövlətin və mahiyyətcə bir-birindən ayrı olan iqtisadiyyatların iqtisadiyyata müdaxiləsini nəzərdə tutur və buna görə də hökumətin hərəkətlərinin "müdaxilə" təşkil edəcəyi kapitalist bazarına və ya qarışıq iqtisadiyyata aiddir (baxmayaraq ki, bu, dövlət müəssisələrinə şamil edilmir. bazarda fəaliyyət göstərən).