İRSİ RELYEF

formalaşmasını əvvəlki istiqamətdə davam etdirən və qədim relyefin əsas əlamətlərini təkrar etdirən müasir relyef. унаследованный рельеф inherited landforms
İRSİ MORFOSTRUKTURA
İŞĞIN
OBASTAN VİKİ
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
Akkumlyativ relyef
Akkumulyativ relyef
Antropogen relyef
Arid relyef
Arid relyef- Səhralarda, yarımsəhralarda və quru çöllərdə səhra aşınmasının, eol fəaliyyətinin, səthi yuyulmanın, müvəqqəti axımların eroziyası və b.təsiri ilə yaranmış relyef formalarının məcmu.
Bar (relyef)
Bar (relyef) — qumdan ibarət olan su altı say olaraq çayların mənsəbində yerləşir. Dəniz və çay axınlarının birləşdiri yerdə əmələ gəlir. Çayın gətirdiyi çöküntünün və dəniz axınlarının sahilə çıxartdığı qumların bir yerə toplanması ilə əlaqədardır.
Barik relyef
Barik relyef — Yer səthində atmosfer təzyiqinin alçaq və yüksək sahələrinin bölgüsüdür.Barik relyef yüksək zonalar üzrə yerləşir və yeddi zonadan ibarətdir:şimal qütb yüksək təzyiq zonası və cənub qütb yüksək təzyiq zonası, şimal mülayim alçaq təzyiq zonası və şimal subtropik yüksək təzyiq zonası və cənub subtropik yüksək təzyiq zonası ,ekvator boyu alçaq təzyiq zonası.
Biogen relyef
Eol relyef
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) — palimpsest – qədim pozulmuş yazısı görünən perqamentlər – ekzogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur – petroloji xüsusiyyətləri aşkar edilən qədim relikt, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir. Bar (relyef) Geology.
Zirehlənmiş relyef
Zirehlənmiş relyef (rus. бронированный рельеф, ing. armoured landforms) — uzun müddət aşınma və digər denudasiya amillərinə məruz qalan, altında yatan və aşınma proseslərinə qarşı davamsız süxurları aşınmadan qoruyan bərk süxur laylarının cilalanmış səthinə uyğun gələn, yayla, plato, ada şəkilli yüksəkliklər və zirvələr. Zirehlənmiş relyef bəzən inversiya nəticəsində yaranır sinklinal dağ silsilələri və s.
Çalalı relyef
Dünya irsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
Ümumdünya irsi
Dünya Mədəniyyət Mirasları siyahısı – UNESCO-nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunması zəmanət edilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd, bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Nizamlı olaraq yenilənən siyahıya 2004 ildən etibarilə 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunların 617-si mədəni, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. 1972-ci ildə UNESCO 38 maddədən ibarət qətnaməni qəbul etdi.Qətnamədə hamı tərəfindən ümumdünya irsinin bir nəfər kimi qorumalı olduğu qeyd edilirdi. Qətnaməyə 175 dövlət qoşulmuşdur.Bunlardan 21 dövlət Ümumdünya irsinin idarə heyətinin üzvüdür. Ümumdünya irsi dünyada olan nadir abidə və təbii qoruqların qorunması ilə məşğul olur. Bu idea Ümumdünya irsinin rəsmi loqosundada əks olunmuşdur. Bu loqo, Belçikalı Karikatura ustası Michel Olyff tərəfindən yaradılmış və 1998-ci ildən etibarən, rəsmi loqo olaraq istifadə edilir .Loqonun icərsində olan kvadrat insanın həyatda nələrə nail ola biləcəyni, onun ətrafında olan dairə isə təbiətin insana verdiyi gözəlliyi ifadə edir. Loqonun dairəvi formada olması, həm də bütün dünyada olan irsin qorunması deməkdir.
İrsi hemoxromatoz
İrsi hemoxromatoz - Sinonimlər: Bürünc diabet, birincili hemoxromatoz. İrsi hemoxromatoz (İHX) – genetik defekt nəticəsində dəmirin mədə-bağırsaq traktında sorulmasının artması və onun orqanizmin toxumalarında toplanması ilə müşayiət olunan ağır, çoxsistemli xəstəlikdir. İnsan orqanizmində dəmir artığının ifraz olunmasının xüsusi mexanizmi olmadığından bu hal, bir qayda olaraq, qaraciyərin, mədəaltı vəzin, ürəyin, hipofizin funksiyasının pozulmasına səbəb olur. İHX “dəmirin izafi yüklənməsi” (DİY) nozoloji qrupuna daxildir. Bu xəstəliklərin əsas klinik təzahürləri ümumi patogenetik mexanizmlə – orqan və toxumalarda dəmirin izafi toplanması ilə əlaqədardır. İHX çox da nadir xəstəlik deyil. Avropoid populyasiyası nümayəndələri arasında bu xəstəliyin geninin yayılmasına təxminən 5%, xəstəliyin özünə (homoziqotlar) 0,3%, gəzdiriciliyinə isə (heterozigotlar) 10% tezlikdə rast gəlinir. Xəstəliyin ekspressiyasına bir sıra faktorlar, xüsusən qadınlarda menstruasiya və doğuşla əlaqədar qanitirmə təsir göstərir. Kişilərdə bu xəstəlik qadınlara nisbətən 5-10 dəfə çox rast gəlinir. Xəstələrin 70%-də ilk simptomlar 40-60 yaşda meydana çıxır.
İrsi monarxiya
İrsi monarxiya – irsi monarxiya və ya sülalə sistemi monarxiya idarəetmə sisteminin ən geniş yayılmış üsuludur və indiki monarxiyaların əksəriyyəti tərəfindən istifadə olunur. İrsi monarxiyada bütün monarxlar eyni ailədən gəlir və monarxiya ailənin bir üzvündən digərinə miras qalır. Sülalə sisteminin üstünlükləri sabitlik, davamlılıq və proqnozlaşdırıla bilənlik, həmçinin məişət məhəbbəti və sədaqətini sabitləşdirən elementdir. Məsələn, irsi monarxiyanın başında duran kral və ya kraliça ölürsə və ya taxtdan imtina edərsə, tac adətən sonrakı nəslə, padşahın və ya kraliçanın övladına müəyyən qaydada keçir. əgər o uşaq da ölürsə, bu dəfə tac öz övladına, övladı yoxdursa, qardaşına, bacısı oğluna, əmisi oğluna və ya başqa qohumuna keçir. İrsi monarxiyalarda varislik adətən müəyyən qaydalarla müəyyən edilir ki, kimin taxta çıxacağı çoxdan məlum olsun. Cari varislik adətən ən böyük uşaqla olur, lakin keçmişdə daha çox istifadə edilən başqa üsullar var, məsələn, ata nəslini, başqa seçilmiş vərəsə və ya yenidən seçilmiş vərəsə miras almaq kimi. Tarixən taxta çıxma sistemlərində, xüsusən də bu hüququn yalnız oğlanlara aid olub-olmaması və ya qızların da bu hüquqa malik olub-olmaması sualına diqqət yetirilməklə, fərqliliklər olmuşdur. Paternalist taxt-tac sistemində qadınlara nə taxta çıxmağa, nə də taxt-tacı öz nəsillərinə buraxmağa icazə verilmir. Ata qohumu ata nəslindən birbaşa ortaq əcdadı olan kimsədir.
İrsi xəstəlik
İrsi xəstəlik — Ana atadan uşağa "irsi" olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur. Bu xəstəliklərə 2007-ci ildə doğulmuş 'Ayşarlı Aytacı' misal göstərmək olar. Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxit, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcuddur. İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideynlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan şikəst uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq şikəst olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, yada atadır. Bəzən şikəst doğulan uşaqların cərrahiyyə üsulu ilə müalicəsi tamamilə mümkün olur. Ancaq yenə də xəstəyə həkim nəzarəti mütləq olmalıdır.